Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə, olan yenə yumurtaya olar.
(Yunan atalar sözləri)
-
Dərdin çoxsa söylən, borcun yoxsa evlən.
(Türk atalar sözü)
-
-
Diyirlənən daş yosun tutmaz
(İngilis atalar sözləri)
-
Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır.
(Braziliya atalar sözləri)
-
Dərdli olmanın sirri, dərdli olub olmadığımızı düşünəcək qədər boş vaxta sahib olmağımızdır.
(Çin atalar sözləri)
-
Divar inşa edildikdən sonra divarçı unudular.
(Çin atalar sözləri)
-
Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir. Ancaq çıxarkən gördüyün mənzərə fərqlidir.
(Çin atalar sözləri)
-
-
Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq!
(Çin atalar sözləri)
-
Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.
(Çin atalar sözləri)
-
Dərin olan quyu deyil qısa olan ipdir.
(Çin atalar sözləri)
-
Dərd gələndə batmanla gəlir.
-
Dağlar başına qış,
İgid başına iş.
-
Dostun versə qum,
Al ovcunda yum!
-
Dost dost ilə tən gərək,
Tən olmasa gen gərək.
-
Dəmir sürtüldükcə parıldar.
-
Dağdan arxası olanın, daşdan ürəyi olar.
-
Dadlı söz, can arzısı, acı söz, baş ağrısı.
-
Dağı daşdan, kişini başdan tanı.
-
Dağdan hey götürüb desənki "çoxdur", birdə görərsən ki dağ özü yoxdu.
-
Dama-dama göl olur, axa-axa sel.
-
Damcını sudan, bulağı çaydan qoruyan tanrıya güvən.
-
Damcı, damar, daş deşər.
-
Daş atan bəlli, baş tutan bəlli, burda sən nəçisən.
-
Deməyi məndən, yozmağı səndən.
-
Dəniz qırında, çay qırağında quyu qazmazlar.
-
Dərdimiz bir olsa, dərd yarı.
-
Dini yeyib, imanını dalına alıb.
-
Dərviş yabısı hər evin yolun tanıyar.
-
Düzdə gəzdi hərləndi. Gəldi dağa dirəndi.
-
Dünyada Vətəndən əziz nə var?
-
Doğma yurd şirin olar.
-
Dam dirək üstə durar.
-
Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
-
Düzdə gəzdi hərləndi, Gəldi dağa dirəndi.
-
Dovşanı araba ilə tutur.
-
Dərdlərə dərman olub, dərmansız qalan canım.
-
Dəlidən doğru xəbər.
-
Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
-
Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
-
Diş tutmayanı, dodaq tutmaz.
-
Dama dama göl olar, dada dada heç.
-
Dağ dağa qovuşmaz, insan insana rast gələr.
-
Düz sözə boynum qıldan nazikdir.
-
Doğru söz dəmiri dələr.
-
Doğru sözdən xəta gəlməz.
-
Doğru söz acı olar.
-
Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
-
Doğruya zaval yoxdur, çəksələr min divana.
-
Doğru yalanı qovar.
-
Doğru elə bilər hamı doğrudur.
-
Doğru elə bilğr hamı doğrudur.
-
Doğru danışanın papağı yirtıq olar.
-
Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
-
Dil yarası qılınc yarasından yamandır.
-
Dil yanılar, doğrusunu deyər.
-
Dil ürəyin açarıdır.
-
Dil yalançı olunca, lal olsa yaxşıdır.
-
Dilini saxlayan salamat olar.
-
Dilim-dilim olasan, dilim!
-
Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
-
Deyə-deyə dilimdə tük bitdi.
-
Dedim eşidəsən, demədim öyrənəsən!
-
Dedim bir ağız ağla, demədim eli güldür bizə.
-
Danışıram - pis olur, Danışmıram - his olur.
-
Danışmaq gümüş, danışmamaq qızıldır.
-
Danışığını yeyəsən.
-
Danışıq, dananı qurda verər.
-
Danışana macal vermir.
-
Damara bax, qan al.
-
Dağlar başına qış, İgid başına iş.
-
Dığ-dığ adamı azara salar.
-
Duzu yeyib, duzqabını sındırır.
-
Dolunu yeyib, boşa təpik atır.
-
Diriyə hay verməz, ölüyə pay.
-
Dini yeyib, imanını dalına atıb.
-
Dili dost, qəlbi qara.
-
Dilim səni görüm dilim-dilim olasan.
-
Dilinin bəlasını çəkir.
-
Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
-
Dərə xəlvət, tülkü bəy...
-
Dəli dəlini görəndə çomağını yan tutar.
-
Dəli qırmızı sevər, gic - sarı.
-
Dəli qazandı, ağıllı yedi.
-
Dəymişin qoyub, kalın dərir.
-
Demək olmur gözün üstə qaşın var.
-
Dedi - qodu ev yıxar.
-
Dadanan qudurandan pis olar.
-
Dağarçığını çuval yanına qoyur.
-
Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
-
Daldan atılan daş topuğa dəyər.
-
Dostun versə qum, Al ovcunda yum!
-
Dost min isə azdır, düşmən bir isə çoxdur.
-
Dostluqla tutub, düşmənliklə yıxma.
-
Dost yolunda can qurban.
-
Dost yolunda boran olar, qar olar.
-
Dost yaman gündə tanınar.
-
Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
-
Dost dosta yaman gündə gərəkdir.
-
Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
-
Dost başa baxar, düşmən ayağa.
-
Doğru dostluq qərəzsiz olar.
-
Dağ dağa qovuşmaz, insan insana qovuşar.
-
Düzdə gəzdi hərləndi.
Gəldi dağa dirəndi.
-
Dəvə yaxını otlar, uzağı gözlər.
-
Dözən döş yeyər.
-
Dağ yeri-duman yeri,
Yurd yeri-güman yeri.
-
Danışıram pis olur,
Danışmıram his olur.
-
Dost atdığı daş başı yarmaz
-
Dama-dama göl olar, axa-axa sel olar.
-
Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır.
-
Dama-dama göl olar, dada-dada heç olar.
-
Dünyada ən acı və ən şirin şey dildir.
-
Dağ dağa rast gəlməz, adam adama rast gələr.
-
Dostunu göstər, sənin kim olduğunu deyim.
-
Döyülməyən düyüdən aş olmaz.
-
Dost dar gündə sınanar.
-
Dostun evini öz evin bil.
-
Dostun dostu da dostdur.
-
Dərdi verən dərmanını da verir.
-
Dərdi biləndən soruş.
-
Dəli quyuya bir daş atdı, min ağıllı yığıldı, onu çıxara bilmədi.
-
Dəmiri isti-isti döyərlər.
-
Düşmən düşmənə Quran oxumaz.
-
Dumanda, süpürgəlik, sayılmaz.
-
Dağa qaldırıb, dağın basır.
-
Dar geyməyən, gen geyməz, gen geyməyən, heç geyməz.
-
Dartılmasa, bərkinməz.
-
Daşdı – aşdı – başdı - üçü sövdalaşdı.
-
Daşqa ilə dovşan tutulmaz.
-
Dəliyə yel ver, əlinə bel, dünyanı belləsin töksün ora.
-
Dəliyə baxıb dəli olma.
-
Dəmiri tazında döy.
-
Devranın işini gör, aslanı ac, tülküsü tox.
-
Deyilən sirri biri diyər, mini basdırar, on mini açar.
-
Dibin qazıb qaşa yaz, xoşun gəlsə daşa yaz.
-
Diləklə dirəş, birgə doğur, birgə ölur.
-
Dovşanın yatmasın gördün, qaçmasındanda de.
-
Dözümüm dəmirdəndi, min yol öldürüblər yenə ölməyib.
-
Duzluğu sıdır, duzun atma.
-
Dünya dadımlığımış, doyumluq yox.
-
Dadlı-dadlı deməklə - ağız şirində olar, dadlıda olar.
-
Dağ başına yel dəyir, gözəllərə söz gəlir.
-
Deyən bilmir, bilən demir.
-
Dağın hündürlüyün yox, dərənin dərinliyin gör.
-
Dağına görə qarı var, bağına görə barı.
-
Dağlardan böyük, dağlardı.
-
Dalda basılan, üzdə doğar.
-
Daş atanda özləri, baş tutan özləri.
-
Dartın dartan utanmaz: varın verən utanmaz.
-
Daş atıb, başın tutmaq.
-
Daş dağa güvənər, iyid ürəyə.
-
Daşda gərək, başda gərək.
-
Dəli daşır, ağıllı aşır.
-
Dəmir islanmaz, dəli uslanmaz (ağıllanmaz).
-
Dərə olmadan çay olmaz, axar olmadan arx olmaz, elin olmadan bay olmaz, günəş olmadan ay olaz.
-
Dəryada balıq, göydəki quş, meşədəki ayının dərisi satılmaz.
-
Dəvə öz gəvşədiyin udar.
-
Dəyirman öz səsin eşitməz.
-
Dirilərin ölümün nə olduğundan danışmaqlarına inanmıyın.
-
Düşman, düşman halına qalmaz.
-
Düzə dedilər: "Nədən düz oldun?" Dedi: "Əyriydim qala bilmədim."
Əyriyə dedilər: "Nədən düz olmadın? " Dedi: "Doğruydum, əyriliklərə dözə bilmədim".
-
Düzlüyə, - biləkdə, bilikdə gərək.
-
Diz çöküb yaşayandan, dik durub ölən yaxşı.
-
Düzdə duz axtarma.
-
Dənizin dərinlyin sudan yox, dağdan soruş, təpənin nə olduğun dərədən yox dağdan.
-
Dərdi olan dartılır, dartılmasa artırır.
-
Dərya yanında quyu qazma.
-
Deyilən söz, atılan oxa bənzər.
-
Dəyirman iki daşlı, məhəbbət iki başlı.
-
Dindirmə dəmirçini, qəm yeyibdi içini.
-
Dişsiz, dil yaramaz. dilsiz, diş azar.
-
Düşmanın dalında olunca, içində ol.
-
Düşündürəndə baş, oynadanda baş.
-
Düyün əl ilə, xırman yel ilə olur.
-
Dusdağın yekə tutan, azadlıq tapar.
-
Dünyanın ucun (sonun) görməyən barsız gələr, varlansada, barsız gedər.
-
Düşmanı qovaram, dosdun dalında dururam.
-
Düşmanın yolları kəsilmiş olsun, gücləri kamanları yasılmış olsun.
-
Dostla dağı tez aşmaq olar.
-
Dilənçinin dostluğu gec olur, tez kəsilir.
-
Dilsiz elim var neyniyim,
daşsız dağım var neyniyim,
amansız düşmanım var neyniyim,
ağılsız başım var neyniyim.
-
Dərzi öz söküyün tikənməz.
-
Dərzi "tikənə" yox, biçənə demişlər.
-
Deşik harda, siçan orda.
-
Dəvə dağa çıxtı.
-
Dəvə nə qədər uzaq gedsə, qatarın gözlər.
-
Dəvə silkinsə bir eşşəklik yük çıxar.
-
Dəvə qayadan çıxınca, can təndən çıxar.
-
Dəvənin quruğu yerə dəyməz.
-
Dəvənində oynamağına az qalıb.
-
Dil istəyər, əl edər.
-
Dil olmasa, yaşam bomboş, din olmasa yaşam bom boş.
-
Dil toxuşun, diş açamaz.
-
Dil toxuşu, diş qırar.
-
Dildən gələn əldən gəlsə, hər kimsə xanlıq edər. (dildən gələn əldən
-
Dilək olsa, dağada aşar, dağdanda aşar.
-
Dilənçidən pay, həm çətin həmdə az olur.
-
Dilənçiyə üz vermə, xəbərçiyə söz vermə.
-
Dili dişiynən tutma, dişi dil ilən tut.
-
Dili kəsilmiş, həqqı kəsilmiş.
-
Dilin bəlası uzunluğundandı.
-
Dilli elin, özüdə var üzüdə var.
-
Dilsiz elin daşı çox, ürək kövrək dağı çox, öz dilini bilməsə, doğma elin yadı çox.
-
Dostun könlü xoş olsun, düşmən gözü kor olsun.
-
Dostla dostlaş, düşmənə yanaş.
-
Doldurdu gözümü yaşa dolmalar,
-
Dolur badələr o boyda ki dolmalıdır, içirsən o boyda ki dolmalısan.
-
Dost sözün deyər, ağladar. düşman gülər, söz diyər.
-
Dostun gözündə yox, könlündə ol.
-
Dostunla dost olduğuna sevin (öyün), düşmanınla dost olandan sağın (çəkin).
-
Dovşan nə qədər arıq olsada, dərisindən çarıq çıxar.
-
Dovşan, kölgəsindən qorxar.
-
Dovşanın boyunu gördə, ətindən vaz geç, qorxanın özün gördə, faydasından keç.
-
Dovşanın iti qaçdığın, çox yatdığından gör.
-
Duran durmuş, gedəni tut.
-
Dünyada ən çətin şey sözdür, anlamağıda çətin, anlatmağıda çətin.
-
Düşmandan pay umanın dişi sınar.
-
Düşmanın, ərkək - dişisi yoxdur.
-
Düşmən yaxamdan tutur, it ətəyimdən.
-
Düzün duzuna baxma, duzsuz gördün çaşma.
-
Dünyaya "yalançı" dünya deyənlər, yalançıların ən böyüküdür.
-
Dolmuş tüfəng birin qorxudar, dolmamış tüfəng ikisin.
-
Dilənən tapar, tikilən qalar.
-
Dilim var, elim var.
-
Dilin bilən, elin bilər.
-
Dilin bilməyən, anasın tanımaz.
-
Dilin gücü dişdədir, dişin gücü dildədir.
-
Dilini gör, elini gör.
-
Dilsiz elin sözü yox.
-
Dilsiz millət, çəkər zillət.
-
Dinməz dilim yoldaşım, dinər dilim başdaşım.
-
Dinsizin ağzın, imansız yumar.
-
Dolu küpün səsi çıxmaz.
-
Dolunun ağzı ürəyindədir, dəlinin ürəyi ağzında.
-
Doqquz at bir qazığa bağlanmaz.
-
Doqquz don geyən doqquzuda qırmızı, bir donun ağdır sənin, biridə qara.
-
Dost çoxalsa, düşman ayağ altında (qalır).
-
Dul arvad yuxuda, ikinci ərin görər.
-
Durmağın kefini yıxılmaq öyrədir.
-
Durqun göldə, qurd olar.
-
Duza gedənin, yükü ağır olar.
-
Dün qonşuya qucaq açanlar, bu gün əl açır.
-
Dünən yumurtadan çıxmış, bu gün bizə cip-cip öyrədir.
-
Dünya bir holadır, gələn keçir, qonan köçür.
-
Dünya bir pəncərədir, biri yenər, biri çıxar.
-
Dünyanın zoru, anlamaz sözü.
-
Dəvə - qara yerin qayığıdır.
-
Dolan qoyunum, dolan, borc verən gələr, ya səni aparar, ya məni.
-
Davada qılıncı borc verməzlər.
-
Dosta borc pul vermə, hər ikisi əldən gedər.
-
Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.
-
Davanı qılınc kəsər, sevdanı – pul.
-
Dəllək dəlləyin başını qırxanda pul almaz.
-
Daşdan pul çıxardar.
-
Dostam səninlə, pulun qurtaranacan!
-
Düş desəm – düşməzsən: qoyun iri, quzu xırda, keçi kəssəm yeməzsən.
-
Dığ-dığ qardaşı qardaşdan ayırar.
-
Dadlını çox çeynəsən, ardı acı olar. yaxşını döydükcə yaman olar.
-
Dəyirmanda doğan siçan, gurultudan qorxmaz.
-
Dil var dişi saxlar, diş var dili saxlar.
-
Dəvəni yel aparsa, keçini göydə gör.
-
Dəlicə qızdan dəlicə gəlin olar.
-
Dad yaman (fələk) əlindən, yaman gəlin əlindən.
-
Dil, elin elçisidir.
-
Damar-damar, daşı dələr.
-
Danışan dağı aşdı, danışmayan yolu çaşdı.
-
Dostuna at vermə, verdinsə "yavaş get" demə
-
Dünyada üç şey gördüm; oldum, evləndim, öldüm.
-
Düyü döyülməsə, aş olmaz.
-
Duz-çörək deyiblər, düz çörək yeyiblər.
-
Dumanlı dağlar, yağışsız qalmaz.
-
Dərd çəkənindir, sevgi sevənin.
-
Doğru tutulmayınca, oğru tutulmaz.
-
Düzlük xoşbəxtliyin açarıdır.
-
Düzlük uzanar, qırılmaz.
-
Dost qazan, düşməni nənəm də doğar.
-
Dostunu mənə göstər deyim necə insansan.
-
Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtac olmayanıdır.
-
Dəvənin biri dəngə, vay dəng dərdi.
-
Dünyaya etibar yoxdur.
-
Dünyaya eşşək gəlib, eşşək də getdi.
-
Dünyanı verim açıb.
-
Dünyanı dolansan da qarğasan, qarğa!
-
Dünyanı ikiəlli tutma.
-
Dünyanın ən böyük neməti cansağlığıdır.
-
Dünyanın işini hər təhər tutsan keçər gedər.
-
Dünyanınkı əvəz-bədəldir.
-
Dünyanınkı borcdur.
-
Düşmən adama "qadan alım" deməz.
-
Düşmən qaçarkən qarğalar cürətlənər.
-
Düşmən qarışqa da olsa, sən onu fil say.
-
Düşmən düşməndir, nə yaxşısı nə yamanı?
-
Düşmən düşmənə qəzəl oxumaz.
-
Dəli ağlamaz, ağıllı gülməz.
-
Dəymə mənə, dəyməyim sənə!
-
Dovşanı qamış öldürər, əri - namus.
-
Dəli özünə bir dəli yoldaş tapdı, elə bildi ki, çox ağıllıdır.
-
Doğru yolun əyrisin bilməyən düzə çatmaz.
-
Dili doğru, yolu doğru.
-
Davalı evdə qazan qaynamaz.
-
Daşqınlığın sonu, şaşqınlıqdır.
-
Dünyada adamdan adamlıq qalır.
-
Dünya çalışanların əlindədir.
-
Dünya xali deyil.
-
Dünya tükənər, düşmən tükənməz.
-
Dünya bir nərdivandır, biri çıxar, biri düşər.
-
Dünya mənim deyənin, dünən gəldik yasından.
-
Dünya işinin madarı yoxdur, heç kimsəyə etibarı yoxdur.
-
Dünya malına etibar yoxdur.
-
Dünya malı dünyada qalacaq.
-
Dünya gör-götür dünyasıdır.
-
Dünya gedib, ucu qalıb, adamların bici qalıb.
-
Dünya kasıba zindandır, varlıya meydan.
-
Dünya yansa, bir tükü də yanmaz.
-
Dünya yaz ikən qış tədarükünə bax!
-
Dünya durduqca durasan!
-
Dünya, dünya nur dünya, gəl qaranı kəs dünya!
-
Dünya, dünya, puç dünya!
-
Dünya dediyin bir bağdır, hər gələn bir ağac əkib gedər.
-
Dünya – qazan, biz çömçə.
-
Dünya varına güvənmə!
-
Dünya boynu yoğunundur.
-
Dünya sənin, dünya mənim, dünya heç kimin.
-
Dünya bitər, əngəl bitməz.
-
Dünya bir yorğun ovdur, hər gələn bir dəm ovlar.
-
Dünya bir yağlı quyruqdur, yeyə bilənə nuş olsun.
-
Dünya beş gündür, beşi də qara.
-
Dünya belə də qalmaz.
-
Dünya başına dar gəlir.
-
Dünya bala dönsə də, ala qarğa öz yeməyin bilər.
-
Dünənki nökərçiliyinə baxma, bugünkü ağalığına bax.
-
Dünənki məzənnəyə yoldaşım da hazırdır.
-
Dünənki işinə sağ ol, bugünkü işindən danış.
-
Dünəni demə, bugünü de!
-
Dünən öləni dünən də basdırdılar.
-
Dünən yumurtadan çıxıb, bu gün bizə cip-cip öyrədir.
-
Dünən yumurtadan çıxıb, bu gün qabağını bəyənmir.
-
Dünən yediyini bu gün yadından çıxarıb.
-
Dünən – dost, bu gün aşna.
-
Dünən bir, bu gün iki.
-
Dükançının saqqalı özünə əngəldir.
-
Düzəndə min, enişdə yedəyin çək, dikdə qabaq sal, yeriməsə, mən zamin.
-
Düz tanınmayınca – əyri tanınmaz.
-
Düz söz – bir söz.
-
Düz söz acı olar.
-
Düz oldu – ox, əyri oldu – yay.
-
Düz gəlmisən – düz get, qız gəlmisən – qız get.
-
Düz yolun yolçusu azmaz.
-
Düz yol gedən yorulmaz.
-
Düz yaşa – yüz yaşa.
-
Düz əyrini kəsər.
-
Düz danışanı utandırmaq olmaz.
-
Düz danışanla dost ol, səni tərifləyənlə yox.
-
Düz adamsan – təkyədə nə işin var?
-
Düz ağacı ocağa qoymazlar.
-
Düdüyə qoydular, çaldılar.
-
Düdəməyi hindi gəlir.
-
Durub getdik qışlağa, ümid qaldı yaylağa.
-
Durnanın başçısını vurarlar.
-
Duran öküz yatan öküzün başına batırar.
-
Duran yerdə işə düşmüşəm!
-
Duran yatanın payını yeyər.
-
Dumansız çən olmaz.
-
Dumanlı gözə hər şey bulanlıq görünər.
-
Dul arvadın dilləri, qaraca yazın günləri Duman alçaqdan qalxar, ucanı gözlər.
-
Dul arvadın divarı alçaq olar.
-
Dul arvadın boxçası qoltuğunda olar.
-
Dul arvad qız adına almazlar.
-
Dul arvad özü yetimdir, amma yetimlərə anadır.
-
Dul arvad yuxuda ikinci ərini görər.
-
Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar.
-
Dul arvad evdə oturmaz.
-
Dul arvad ağ kəlağayıdır, toxunma, ləkə düşər.
-
Duymusan – malındır.
-
Duzunu gimrik eyləyən çörəyini də fətir eylər.
-
Duzu yeyib duz qabını sındırma.
-
Duzdan ləziz, sudan əziz, bir şey yoxdur.
-
Duzun duz olsun.
-
Duz çörəyin qədrini bilmək gərək.
-
Duz-çörək itməz.
-
Duz-çörək kəsmişik.
-
Duz-çörək qədri bilməyən itdən də alçaqdır.
-
Duz kimi hər aşa girər.
-
Duz yerinə buz yalama.
-
Duanı biz eləmişik, yağış gör hara yağır?
-
Dua oxumaqla donuz darıdan çıxmaz.
-
Dörd göz bir övlad üçündür.
-
Dörd divardır, bir həsir.
-
Dörd divar arasında qalmışam.
-
Döyülənin cibindən gedər Döyülməmiş düyüdən aş olmaz.
-
Döyülən ilə deyən bir deyil.
-
Döymür, tozunu çırpır.
-
Döyməni xanım yeyər, kəpəyi – yetim.
-
Döymə özgə qapısını, döyərlər sənin qapını.
-
Döyən, söyən ərim yox, yel aparan unum var.
-
Döyən qalır qıraqda, döyülən tutulur.
-
Dövranını sürən sürsün, hər kəsin macalı var.
-
Dövlətlinin iti yatmaz.
-
Dövlətlinin dili uzun olar, əli qısa.
-
Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar.
-
Dövlətliyə bəli, yoxsula dəli deyərlər.
-
Dövlətlidən xeyir olmaz, gordan mazarat.
-
Dövlətli kasıb olsa – qırx il iyi getməz.
-
Dövlətin gəlhagəlidir.
-
Dövlətin ən yaxşısı ağıldır.
-
Dövlətin də düşər-düşməzi olar.
-
Dövləti abıra çəpər edərlər.
-
Dövlətə etibar yoxdur.
-
Dövlətə bel bağlama.
-
Dövlətdə dəvə, övladda nəvə.
-
Dövlət sirrini dövlət bilər.
-
Dövlət malı nə odda yanar, nə suda batar.
-
Dövlət dəniz suyu kimidir, içdikcə susadır.
-
Dövlət quşu başına qonub.
-
Dövlət qulluğu göyərçinə bənzər, qonar, uçar.
-
Dövlət başa qonar, quzğun leşə.
-
Dövlət başa bəladır.
-
Dövlət adama ayağı ilə gəlməz.
-
Dövlət ağıllının nökəridir, axmağın ağası.
-
Dostunun dostu sənin də dostundur.
-
Dostunu mənə de, deyim sən kimsən.
-
Dostunu ağladıb, düşmənini güldürmə.
-
Dostuna borclu olma.
-
Dostun üzünü evində gör.
-
Dostun sirrini dost bilər.
-
Dostun qədrini dost bilər.
-
Dostun yoxsa, axtar, tapdın – qoru.
-
Dostun dost olsun, hesabın dürüst.
-
Dostun versə qum, sən onu ovcunda yum.
-
Dostun atdığı daş baş yarmaz.
-
Dostuq, cibimiz ayrı.
-
Dostu dar gündə sına.
-
Dostsuz insan – qanadsız quş.
-
Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü qalar.
-
Dostluğu ayı dostluğudur.
-
Dostluğa dağlar da, dənizlər də mane ola bilməz.
-
Dostluqla tutub, düşmənliklə yıxar.
-
Dostluq həmişə qalib gələr.
-
Dostluq həyat vəsiqəsidir.
-
Dostluq üç almadır: gah ikisi səndə, birisi məndə, gah ikisi məndə, irisi səndə.
-
Dostluq göstərməklə düşmən əzilməz.
-
Dostluq düzlükdədir.
-
Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?
-
Dostdan zərər gəlməz.
-
Dostdan belə sirrini saxla.
-
Dosta dost, düşmənə düşmən kimi bax.
-
Dosta – alqış, düşmənə – qarğış.
-
Dost üzdən bəlli olar, düşmən – gözdən.
-
Dost sirrini dosta deyər.
-
Dost sevinər, düşmənin gözü çıxar.
-
Dost ol, vəfalı ol.
-
Dost min olar, candan dost olan bir.
-
Dost min isə – azdır, düşmən bir isə – çoxdur.
-
Dost məni yad eyləsin bir güleyşə nar ilə.
-
Dost məni ansın bir çürük qoz ilə.
-
Dost gəlişi bayram olar.
-
Dost gələr – düşmən gedər.
-
Dost yolunda əzaba düşənin el içində üzü ağ olar.
-
Dost ilə ye, iç, alış-veriş eləmə.
-
Dost-düşmən qara gündə məlum olar.
-
Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa.
-
Dost dosta tən gərək, tən olmasa gen gərək.
-
Dost dosta arxa olar.
-
Dost dar gündə tanınar.
-
Dost bir, düşmən on bir.
-
Dost arası sözsüz olmaz.
-
Dost arası pak gərək.
-
Dost ağlar, düşmək gülər.
-
Dor dibindən qaçandır.
-
Donuzun başı ağır olsa da, leşi çəkər.
-
Donuzdan toğlu doğulmaz.
-
Donuzdan bir tük də qənimətdir.
-
Donluğuma darı, cirəmə kəpək qatmayın.
-
Don tapmaq asandır, dost tapmaq çətin.
-
Don dedi: - Mən gedirdim, məni yamaq saxladı.
-
Dolunu yeyib boşa təpik atma.
-
Dolu tüfəng bir nəfəri qorxudar, boşu – iki nəfəri.
-
Dolu quyuya it düşməz.
-
Dolaşan qurd ac qalmaz.
-
Dolanmağa yad ölkə, ölməyə vətən yaxşı.
-
Dolayı gəl, dolayı, həsir basma, dolan gəl!
-
Dozanqurdun da balası özü üçün əzizdir.
-
Dodağın qalınlığına baxma, sözün zərifliyinə bax.
-
Doğruluqla dost qapısın dolan gəz, öz evindir.
-
Doğruluq insanı heç vaxt utandırmaz.
-
Doğruluq dost qalasıdır.
-
Doğru söylə, at min çap.
-
Doğru sözü zarafata salıb deyərlər.
-
Doğru söz etiraz götürməz.
-
Doğru söz dostluğu pozar.
-
Doğru söz dilinə gəlməz.
-
Doğru söz acı olar, nəticəsi şirin.
-
Doğru ol, asan yol ilə get.
-
Doğru yolla gedən yorulmaz.
-
Doğru yolda yıxılan tez qalxar.
-
Doğru elə bilər hamı doğrudur, əyri elə bilər hamı əyridir.
-
Doğru deyən olsaydı, yalançı usanardı avara qalanlar dəxi bir söz də qanardı.
-
Doğru deyənin başı keçəl olar.
-
Doğru büdrər, amma yıxılmaz.
-
Doğaram – oğlan doğaram, doğmaram – özümü boğaram.
-
Doqquzunda nə isə, doxsanında da odur.
-
Doqquzu verən, onu da verər.
-
Doqquz gün əciri on gün sadağa lazımdır.
-
Doqquz döşəkli bala, axırda quru yerdə can verər.
-
Doqquz dərədən on qab su gətirər.
-
Doqquz atı səkkiz ağaca bağlayır.
-
Doqquz ay ananın qarnında necə qalmısan?
-
Dovşanın gümanı ayaqlarına gələr.
-
Dovşanı tutunca tazıya "atam" deyərlər.
-
Dovşan feyz alanda kənd qırağında gəzər.
-
Dovşan öz yatağında ovlanar.
-
Dovşan nə qədər qaçarsa, o qədər də yatar.
-
Dovşan kiçik, qulağı böyük.
-
Dovşan dağdan küsmüş, dağın xəbəri yox.
-
Dovşan dağda – suyu ocaqda.
-
Dovğa doqqazacan, qatıqlı aş darvazaycan.
-
Dırnağın varsa, başını qaşı.
-
Dırnağı mayasından kəsməzlər.
-
Dımbılı ələk – dımbılı sac, əlim xəmir, qarnım ac!
-
Dişsiz ağız – daşsız dəyirman.
-
Dişlərini ağartma, it sümük axtarır.
-
Dişinin qədrini bilməyən çənəsiz qalar.
-
Dişin ağrıdı – çək qurtar.
-
Dişi düşmüş boz öküz, qoşulub cöngələrə.
-
Diş yox ikən dodaq var idi.
-
Diş qurdalamaqla qarın doymaz.
-
Diş verən dişlik də verər.
-
Diz ağrısını can çəkər.
-
Dirini öldürmək olar, ölünü diriltmək olmaz.
-
Dirilik birlikdədir.
-
Diriyə dirilik lazımdır.
-
Diridən dirilik qalar.
-
Diri it ölü aslandan yaxşıdır.
-
Diri dirinin dərdini çəkər.
-
Dincliyimi Şahmərdan kəsib.
-
Dinc ayağa heç nə dəyməz.
-
Dinc adamsan, qanlı qapısında nə qayırırsan?
-
Dinsizin öhdəsindən imansız gələr.
-
Dinsizin malını imansız yeyər.
-
Dinsizin ağzını imansız yumar.
-
Dinməyənin bir dinəni olar.
-
Dinmə, səni udaram!
-
Dinmə ver!
-
Dinindən dönər, imanından dönməz.
-
Dəb deməkdənsə, ləbləbi de.
-
Dərə mənim, düz sənin.
-
Dərə mənim, düz mənim sənin burada nə işin var.
-
Dərdsiz könüldə məhəbbət yuva açmaz.
-
Dərdsiz baş – bostan qırağında köpək.
-
Dərdlini dindirmə, özü dillənər.
-
Dərdli dərdlinin dərdini axtarar.
-
Dərdini unut, sözünü unutma
-
Dərdini gizlədən – davasını tapmaz.
-
Dərdini dərd bilənə söylə.
-
Dərdini qoy dərdim üstə, onu da mən çəkim.
-
Dərdin yoxdur söylən, borcun yoxdur evlən.
-
Dərdlilər yaxşı bilir aləmdə dərdin qiymətin.
-
Dərdimiz hardan əyan olsun bizim dərdsizlərə.
-
Dərdimi dağa desəm dağ əriyər, şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər.
-
Dərdi olan dərman axtarar.
-
Dərdi olan danışar.
-
Dərdi verən, dərman da verər.
-
Dərd çəkənə gərəkdir.
-
Dərd olsun, söz olmasın.
-
Dərd olmaz dərmansız, dəvə gördüm sarbansız, hamıya dərman oldu, balam öldü dərmansız.
-
Dərd gələndə xalvar ilə gələr, çıxanda misqal ilə!
-
Dərd gələndə lailacı, pişiyə deyərlər: - Xanım bacı!
-
Dərd gəzər, dərman arar.
-
Dərd getməz, deyişər.
-
Dərd dərdi açar.
-
Dərd dərdə bənzəməz.
-
Dərd dərd üstündən gələr.
-
Dərd var gələr keçər, dərd var dələr keçər!
-
Dərd bir ülgücdür, udsan yaralar, atsan yaxalar.
-
Dərd bir olsa çarəyə nə var?
-
Dərd bir olsa, yeriyər.
-
Dərd bir idi, iki oldu.
-
Dərd bir deyil, iki deyil.
-
Dərd adamı ağladar.
-
Dərd ağladar, eşq söylədər.
-
Dərvişin fikri nə isə, zikri də odur.
-
Dərvişin olduğundan.
-
Dərvişi – təkyədə, sərxoşu meyxanada axtar.
-
Dərvişə bir şey verməmisən, kəşkülün bəs niyə sındırırsan?
-
Dərviş öz evini çiynində gəzdirər.
-
Dərviş olan şahlıq iddiası eyləməz.
-
Dərviş odur ki, dünyanı tərk edə, fəqir odur ki, dünya onu tərk edə.
-
Dərviş məscidə girməz, bazarda meydan qurar.
-
Dərviş yabısı hər evin yolunu tanıyar.
-
Dərviş dilriş olar.
-
Dərviş, belə iş?
-
Dər-divarın da qulağı var.
-
Dənizi çömçə ilə boşaltmaq olmaz.
-
Dənizə getsə dənizi qurudar.
-
Dənizdə batan saman çöpündən yapışar.
-
Dənizdə balıq sevdasız olmaz.
-
Dəniz suyu kimi, nə içilir, nə kiçilir.
-
Dəniz dalğasız, qızlar sevdasız olmaz.
-
Dəni məndən yeyir, başqa yerdə yumurtlayır.
-
Dəni ellərdən, suyu göllərdən.
-
Dəmirçinin ömrü tax-taxla, leyləyin ömrü lağ- lağla keçər.
-
Dəmirçidə bıçaq tapılmaz.
-
Dəmirçi nə bilir qızıl nədir?
-
Dəmirçi yanından keçən qığılcım yeyər.
-
Dəmirsiniz, missiniz, hamınız bir cinssiniz.
-
Dəmiri kürədən dəmir çıxardar.
-
Dəmiri döyən dəmirçi olar.
-
Dəmir nəmdən, insan qəmdən çürüyər.
-
Dəmir ki var, döydükcə uzanar.
-
Dəmir dəmiri kəsər.
-
Dəmir qapının taxta qapıya işi düşər.
-
Dəmir ayaq, dəmir çarıq, dəmir diş.
-
Dəm-dəm halvası deyil ki.
-
Dəm dəm gətirər, qəm qəm.
-
Dəlləkliyi bizim başımızda öyrənir.
-
Dəlləyi müştərisindən çox.
-
Dəlinin xırmanı olmaz.
-
Dəlinin ürəyi dilindədir, ağıllının dili ürəyindədir.
-
Dəlinin sözü, sərxoşun gözü.
-
Dəlinin nə toyu olsun, nə bayramı.
-
Dəlinin eşşəyi də dəli olar.
-
Dəlinin yadına daş salma.
-
Dəlinin düşünməsinə, toyuğun eşələnməsinə dərman yoxdur.
-
Dəlinin dilinə pəhriz yoxdur.
-
Dəlinin buynuzu olmaz ki?
-
Dəlinin bir ağıllısı olmaz?
-
Dəlinin başında qoz ağacı bitməz.
-
Dəlini zəncirlə yox, tədbirlə tutarlar.
-
Dəlilər dünyanı əkdilər, ağıllı indi cüt qoşur.
-
Dəliyə halva-külçə neyləsin?
-
Dəliyə gündə bayramdır.
-
Dəliyə yüz öyrət, öz bildiyini eylər.
-
Dəliyə yer ver, əlinə bel!
-
Dəliyə yazı yoxdur.
-
Dəliyə dəli kimi cavab verməzlər.
-
Dəliyə daş atma, başına daş yağdırar.
-
Dəliyə qoşulma, səni də dəli edər.
-
Dəliyə qanun yoxdur.
-
Dəliyə bir hava bəsdir.
-
Dəliyə ağıl, qaraya sabun kar eyləməz.
-
Dəlidir, başını vursun divara!
-
Dəlidən ağıl ummaq olmaz.
-
Dəli çomağa rast gəlib.
-
Dəli utanmaz, yiyəsi utanar.
-
Dəli söyləyən doğru olar.
-
Dəli sərxoşdan qorxar.
-
Dəli özü deyər, özü də gülər.
-
Dəli öz zərərini güdər.
-
Dəli ol, bəxtin olsun.
-
Dəli inəyin dəli də buzovu olar.
-
Dəli ilə tapmaqdansa, ağıllı ilə itirmək yaxşıdır.
-
Dəli ilə sərxoşun meydanı birdir.
-
Dəli ilə dövlətli, ikisi də bildiyini eylər.
-
Dəli elsiz, el dəlisiz olmaz.
-
Dəli dövran sürər, ağıllı vaxt gözlər.
-
Dəli dostun olunca, ağıllı düşmənin olsun.
-
Dəli dost, qəlbi qara, mən belə dostu neylərəm?
-
Dəli dəliyə xoş gələr.
-
Dəli dəliyə qoşular, dəyənək göydən yağar.
-
Dəli dəlidən xoşlanar, molla – halvadan.
-
Dəli demiş, ağıllı inanmış.
-
Dəli deyingən olar.
-
Dəli qırmızı sevər, gic – sarı.
-
Dəli qız evdə qalmaz.
-
Dəli qız dayısından yaşınar.
-
Dəli quyuya bir daş atdı, min ağıllı çıxarda bilmədi.
-
Dəli qazının yazdığını, ağıllı qazı pozmaz.
-
Dəli başına dövlət quşu qonub.
-
Dəli bağlayanı ağıllı aça bilməz.
-
Dəli aydan qorxar.
-
Dəymə düşərdir.
-
Dəyənək dəlinin, süpürgə gəlinin.
-
Dəymə tazıya – qaçar qazıya.
-
Dəyirmançının şahidi kömbəçi olar.
-
Dəyirmandan acıq eyləyən çuvalını boş aparar.
-
Dəyirmanın səsindən qaçan un üyütməz.
-
Dəyirmanın pəri – iki günün əri.
-
Dəyirmanın yaraşığı torba, çuvaldır.
-
Dəyirmanın boğazına ölü salsan diri çıxar.
-
Dəyirmanın boğazı boş qalsa, daş daşı sürtər.
-
Dəyirmandan gələnin əlinə baxarlar.
-
Dəyirmanda doğulan siçan köy gurultusundan qorxmaz.
-
Dəyirmanda dənin yox, şahad üstə başını niyə yarırsan?
-
Dəyirmanda dəni olmayana un verməzlər.
-
Dəyirmanda buğda qurutmazlar.
-
Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək, bilmirəm kəpək yedi köpdü köpək ya da ki, kötək yedi köpdü köpək?
-
Dəyirmana gələndən sonra ulaq görən çox olar.
-
Dəyirmana getsə dünya xəbəri gətirər.
-
Dəyirmana gedirəm, nə dənim var, nə çuvalım.
-
Dəyirmana dəni evdə arıd apar.
-
Dəyirman xoruzu kimi qıpqırmızıdır.
-
Dəyirman iki daşdan, məhəbbət iki başdan.
-
Dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar.
-
Dəyərli muncuq yerdə qalmaz.
-
Dədəsini görməyən şahlıq iddiası eylər.
-
Dədəsindən nə gül dərdim ki, balasından gülab çəkim?
-
Dədənə ehsan verib əli çapıxları qapına dadandırma.
-
Dədəm mənə kor deyib, hər yetənə vur deyib.
-
Dədəm evində də qarabəxt, ər evində də?
-
Dədəm evində balıq başı, ərim evində də balıq başı?
-
Dədə görməyən elə bilər Şaqqulu da bir dədədir.
-
Dəvətsiz gələn qonaq, quru yerdə oturar.
-
Dəvətsiz qonağı köpək qarşılar.
-
Dəvətə icabət gərək.
-
Dəvəçi ilə dost olanın, darvazası gen gərək.
-
Dəvəsi ölmüş ərəbəm!
-
Dəvənin kini - ilanın kini.
-
Dəvənin yemədiyi ot, ya başını ağrıdar, ya qıçını.
-
Dəvənin dizini bağla, sonra allaha tapşır.
-
Dəvənin də oynamağına az qalıb.
-
Dəvənin quyruğu yerə dəyməz.
-
Dəvənin qanadı olsa, uçulmamış dam qalmaz Dəvənin quyruğu yerə dəyəndə.
-
Dəvənin biri bir döngə, vay döngə dərdi.
-
Dəvənin ayağı altında qarışqa əzilməz.
-
Dəvənin azanı Ağcaqabula gedər.
-
Dəvəni çömçə ilə suvarır.
-
Dəvəni satan köşək ala bilməz.
-
Dəvəni palaz altında gizlətmək olmaz.
-
Dəvəni yükü ilə, sarbanı ipi ilə.
-
Dəvəni yükü ilə udur.
-
Dəvəni ya duza, ya suya.
-
Dəvəni itirib köşəyi axtarır.
-
Dəvəni eşşəyin quyruğuna bağlayır.
-
Dəvəni dağdan uçurdan bir çəngə otdur.
-
Dəvəni aparan eşşəkdir.
-
Dəvəyəcən boyun olunca, düyməcə ağlın olsun.
-
Dəvəyə minməmişdən qabaq yırğalanmaq öyrənir.
-
Dəvəyə qanqal lazım olsa, boynunu yüz yerdən uzadar.
-
Dəvədən böyük fil var.
-
Dəvəquşu yükə gələndə, qanadlarını göstərər.
-
Dəvə Xançobanda olar.
-
Dəvə tanımasa, ovsarı tanıyar.
-
Dəvə palçığa batdı, milçək onu çıxartdı.
-
Dəvə ölsə dərisi yükdür, toyuq ölsə bir çəngə tükdür.
-
Dəvə ölər, yükü qalar, xoruz ölər, tükü qalar.
-
Dəvə öz kövşədiyini udar.
-
Dəvə oynayanda qar yağar.
-
Dəvəni ovlamazlar.
-
Dəvə nə qədər uzaq getsə, qatarını gözlər.
-
Dəvə nə qanır nərdivan nədir?
-
Dəvə nə qədər arıq olsa, dərisi bir eşşəyə yükdür.
-
Dəvə nalbəndə baxan kimi baxır.
-
Dəvə minənin eşşəyi yanında olar.
-
Dəvə gördün?
-
Dəvə köşəyə uymasa, köşək dəvəyə uyar.
-
Dəvə kinli olar.
-
Dəvə kimi düz bir yeri yoxdur.
-
Dəvə durdu dam yıxdı.
-
Dəvə qulağından asılmaz.
-
Dəvə kimi böyüksən, qulağı qədər ağlın yoxdur.
-
Dəvə buynuz axtarırdı, qulaqdan da oldu.
-
Dəvə böyüksə, yükü də böyükdür.
-
Dəvə böyükdür – ot yeyər, şahin kiçikdir – ət yeyər.
-
Dəvə bostana girəndə, elə bilər onu heç kim görmür.
-
Dəvə bir fikir eyləsə, sarban ikisini eylər.
-
Dəvə başın soxar pambığa, gözlərini də bərk- bərk yumar, Deyər : - Məni heç kəs görmədi.
-
Dəvə asta gedər, çox gedər.
-
Dəvə adın satar, eşşək odun.
-
Deyirəm, sevgimizə, bəxtimizə gəc baxanın, gözü kor, bəxti qara, qəlb evi viran olsun.
-
Desən öl – ölər, qal – qalar.
-
Desən yumurta ağdır, deyər qaradır.
-
Desələr ki, göydə toy var, arvadlar nərdivan axtarar.
-
Deməsən eşitməzsən.
-
Demək olmur ki, gözün üstə qaşın var!
-
Demək asandır, yerinə yetirmək çətin.
-
Demə babam yoxsuldur, can sağlığı dövlətdir.
-
Deyirəm dilim yanır, demirəm – ürəyim.
-
Deyingən dinə bilməz, dinməsə dözə bilməz.
-
Deyilmiş sözdən deyilməmiş yaxşıdır.
-
Deyiləcək sözü fikirləş, sonra de.
-
Deyilən söz geri qayıtmaz.
-
Deyən qafildir, dedirdən qafil deyil.
-
Deyən ağılsız olsa eşidən gərək ağıllı ola.
-
Dedim, deməmiş olum.
-
Daşınma su ilə dəyirman işləməz.
-
Daşınma su ilə bağ salınmaz.
-
Daşın xırdası böyüməz, adamın xırdası böyüyər.
-
Daşı sıxsa, suyunu çıxardar.
-
Daşı ətəyindən tök.
-
Daşı daşa, başı başa vurarlar.
-
Daşlar da dilə gəlir.
-
Daşdan çörək çıxardar.
-
Daşdan tük çəkər.
-
Daşdan yumşaq nə versən yeyər.
-
Daşdan qopar, yoxdan qopmaz.
-
Daş üstə əkin olmaz.
-
Daş daş üstə qalmamış.
-
Daş ürəkli düşmənin ürəyini yarar yumşaqlıq.
-
Daş olsaydı sıxardım, torpaqdı dayandım.
-
Daş olma, baş ol.
-
Daş kəsənə toxunsa, vay kəsənin halına, kəsən daşa toxunsa, vay kəsənin halına!
-
Daş yumşalar, düşmən yumşalmaz.
-
Daş düşdüyü yerdə qalar.
-
Daş - divarın qulağı var.
-
Daş – dəyənə bəllidir, yol – gedənə.
-
Daş daşı sındırar.
-
Daş daşı, dırnaq daşı, siz savaşa, biz tamaşa.
-
Daş - daşa söykənər – divar olar.
-
Daş qızlar bağrına, gecələr yalqız yatar.
-
Daş quyuya düşən kimi düşüb.
-
Daş qayaya rast gəlib.
-
Daş bir yerdə – qoz bir yerdə.
-
Daş bir yerdə qalanda göyərər.
-
Daş atıb başını tutub.
-
Daş atana – çörək at.
-
Daş atan bəlli – baş atan bəlli.
-
Daş at – qolların açılsın.
-
Daş altından su yeridir.
-
Darımızı yeyib, üzümüzə xortdayır.
-
Darıycan əri olanın tanrıycan hökmü olar.
-
Darıya girən donuz yabanı özünə qəbul elər.
-
Darğa əmimdir, daha nə qəmimdir!
-
Darvazadan keçməyən iynə gözündən keçər.
-
Darvaza qapısın bağlamaq olar, xalqın ağzın bağlamaq olmaz.
-
Darayı, səni geyər hər ayı!
-
Dar küçədən keçmərəm, çadramı yellətmərəm.
-
Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz.
-
Danışıram da pis olur, danışmıram da.
-
Danışmaq dananı qurda verər.
-
Dananın evi yıxılsın.
-
Danışanı adam bilir, hürəni – it.
-
Danalı inəkdən sağım olmaz.
-
Dana oynar, mıxını bərkidər.
-
Dana göbələk götürdü.
-
Dan ulduzuna dönmüsən.
-
Damımız uçdu, dam kürəməkdən qurtardıq.
-
Damdan düşsə, pişik kimi ayağı üstə düşər.
-
Damdan düşənin halını damdan düşən bilər.
-
Damdan düşdüm, ətəyim sındı.
-
Damdan - dama gəzən köpəyin beli sınar (qırılar).
-
Damda verər azanı, yerdə sayar qazanı.
-
Damara baxarlar, qan alarlar.
-
Damar - damar, daşı dələr.
-
Damazlığını yeyən tamarzı qalar.
-
Dama - dama göl olar, axa-axa sel.
-
Dam uçdu, kalafası qaldı.
-
Dam olmadın, eşik ol barı!
-
Dam dirəksiz olmaz, tövlə kürəksiz.
-
Dalınca aftafa aparır.
-
Dalında namaz qılıram.
-
Dalın daşa dayayıb.
-
Dalı bağlıdır.
-
Daldan gələn dadlı olar.
-
Dalda qalma, yoldaşından yeyin get.
-
Dalaşan köpək xoralı olar.
-
Dal ayağı ilə qulağını qaşıyır.
-
Dayısı olan dayısına güvənər.
-
Dayı tikən körpünü su aparmaz.
-
Dayı görməyib, elə bilir Şaqqulu da bir dayıdır.
-
Dayı ilə dağ dolan, əmi ilə bağ dolanma.
-
Dayanan su tez iylənər.
-
Dayan, doldurum!
-
Dayağı dağ olanın, başı göylərdə olar.
-
Dayça nə qədər bərk qaçsa, arabanı çəkən atdır, at!
-
Dayça at olunca yiyəsi mat olar.
-
Dairənin nə başı var, nə ayağı.
-
Dazın istədiyi qara saç olar.
-
Daz keçəldən xoşlanar.
-
Dadsız - duzsuz qonşuya qalsın.
-
Dadmaqla mal tükənməz.
-
Dadlı söz – can arzusu, dadsız söz – baş ağrısı.
-
Dadlı söz dinlənər, dadsız söz əsnədər.
-
Dadlı dil – gülər üz.
-
Dadımlıqdır, doyumluq deyil.
-
Dadı dağarcığında qalıb.
-
Dadsız şorbaya duz da kar eləməz.
-
Dad dadıycan, duz da dadıycan.
-
Dadı damağında qalıb.
-
Dadı ağzında qalıb.
-
Dadmamısan qaz ətini, nə biləsən ləzzətini?
-
Dadananla quduranı saxlamaq olmaz.
-
Dadanan dura bilməz dursa da dözə bilməz.
-
Dadanan dayanmaz, yığdıqca da doymaz.
-
Dadanmısan dolmaya, bəlkə bir gün olmaya?
-
Dad fələk, dad fələk, mən içən şərbətdən özün də dad fələk!
-
Dadanmısan, qudurmusan?
-
Dağına baxar – qar verər, bağına baxar – bar verər.
-
Dağılasan vilayət; azançısı – eşşək, münəccimi – çaqqal.
-
Dağın üstə bağın sağ olsun.
-
Dağın nə dərdi dağ boydadır.
-
Dağı dağ üstə qoyub.
-
Dağlar marala qaldı!
-
Dağlar dağımdır mənim, qəm ovlağımdır mənim, dindirməyin ağlaram yaman çağımdır mənim.
-
Dağdan hey götürüb desən ki, "çoxdur", bir də görərsən ki, dağ özü yoxdur.
-
Dağdan gəlir, dağ arabası, heç kim onu mindiyi yox,
-
Dağdan gələn, dağa gedər.
-
dağarcığını çuvala tay tutur).
-
Dağarcığını çuval yanına sürür.
-
Dağarcıq çuvaldan böyük oldu?
-
Dağa yağsa – çöl abadan, çölə də yağsa – çöl abadan.
-
Dağ üstündə tısbağa, gomuşdan böyük görünər.
-
Dağ üstə maral gəzər.
-
Dağ suları dağdan gələr.
-
Dağ səfasız olmaz, gözəl vəfasız.
-
Dağ nə qədər uca olsa, el üstündən yol salar.
-
Dağ yıxılmasa – dərə dolmaz.
-
Dağ yeriməsə abdal yeriyər.
-
daldadır.
-
Düşmənin bəlisindən dostun şilləsi yaxşıdır.
-
Düşməni yumşaqlıqla dost edən ağıllıdır.
-
Düşməni elə vur ki, bir də özünə gəlməsin.
-
Düşməni bas, hər yol ilə bassan, bas!
-
Düşmənə fürsət vermə, ayıq ol.
-
Düşmənə sahib çıxan, düşmən sayılar.
-
Düşmənə quyu qazıyınca, dosta ev tikərsən!
-
Düşmənə varanda ürəyində nifrət, əlində tüfəng; dosta varanda ürəyində məhəbbət əlində çörək.
-
Düşmənə bel bağlama.
-
Düşmən çox olanda qaçmaq da mərdlikdəndir.
-
Düşmən səni daş ilə sən düşməni aş ilə.
-
Düşmən yaxandan tutanda it ətəyindən tutar.
-
Düşmən ətək altından çıxar.
-
Düşmən gücsüz də olsa, ehtiyatı əldən vermə.
-
Düşmən düşmənin halına qalmaz.
-
Dünyaca gözəlliyin olunca, zərrəcə bəxtin olsun.
-
Dünyanın axırıdır?
-
Dünyaya dayanma, varına inanma.
-
Dünyaya bel bağlama.
-
Dünyadan xəbəri yoxdur.
-
Dünyada hər şey satılıb-alınar, namusdan başqa.
-
Dünyada hər kəs öz haqqına razı olsa, dava olmaz.
-
Dünyada hər an, mərdə arxalan.
-
Dünyada pulsuz – axirətdə imansız.
-
Dünyada oğul toyundan şirin heç nə ola bilməz.
-
Dünyada ən yaxşı şey yaxşılıqdır.
-
Dəm dayına!
-
Dəm, hara gedirsən?
-
Dini dinara satan molla, dindən də olar, dinardan da.
-
Dindən çıxsan da, eldən çıxma.
-
Din elmin düşmənidir.
-
Dilinin pərsənki yoxdur.
-
Dilini uzun eləyən, başını bəlaya salar.
-
Dilini tut, divanı ud.
-
Dilini saxlayan, başını saxlar.
-
Dilin qoy dilçəyinə.
-
Dilini qısa eylə.
-
Dilini bilməyən anasın tanımaz.
-
Dilinə doğru söz gəlməz.
-
Dilində öd olanın hər şeyi acı olar.
-
Dilin olmasaydı, qarğalar dimdikləyərdi.
-
Dilin bəlasıdır uzunçu olmaq, ariflər işidir, sükuta dalmaq.
-
Dilimdə tük bitib.
-
Dilim, dilim ol, dilim, bir az şirin ol, dilim, bir az həlim ol, dilim, sən ki, incitdin yarı dilim-dilim ol, dilim.
-
Dilimin bələsından sana.
-
Dili xoş olanın havadarı çox olar.
-
Dili uzundur, ağlı gödək.
-
Dili topuq çalır.
-
Dili ilanı yuvasından çıxardar.
-
Dili varsa, dilçəyi də var.
-
Dili bal, işi bəla.
-
Dilotu yeyib!
-
Dilənçiyə xiyar verdilər, əyridir deyə almadı.
-
Dilənçiyə torbası ağırlıq eləməz.
-
Dilənçiyə bir verərsən, bir də istər, sabahacan yatmağa yer də istər.
-
Dilənçi torbasından çörək yeməzlər.
-
Dildir, nə qoruğu var, nə qaytanı.
-
Dildən gələn əldən gəlsə, kasıb-kusub varlanar.
-
Dildən acı, dildən şirin şey yoxdur.
-
Dildə yox, işdə özünü göstər.
-
Dildə bir şey deyib, ürəklə başqa şey tutma.
-
Dil sümüksüzdür, amma sümüyü sındırar.
-
Diz ilə olan, zor ilə olmaz.
-
Dil ilə dost olanın ağzın ara, könlün al.
-
Dil ki, var, ətdəndir, hara döndərsən dönər.
-
Dil ətdəndir.
-
Dil var bal gətirər, dil var – bəla.
-
Dil başı saxlar.
-
Dil başı güdaza verər.
-
Dil başa bəladır.
-
Dil adamın düşmənidir.
-
Dil adamı bəyan eylər.
-
Dil ağrısından qol ağrısı yaxşıdır.
-
Dil ağrıyan dişə dəyər.
-
Divarın iki üzün yıxmazlar.
-
Divarın dalısı da qürbətdir.
-
Divarı nəm yıxar, insanı qəm.
-
Divar binadan qaim olar.
-
Divanxana qapısı, girəndə darvaza olar, çıxanda iynə gözü.
-
Divan haqqa da baxar, nahaqqa da.
-
Divan ilə divanlıq eləmək olmaz.
-
Div qurbağaya aşıq olub.
-
Dəhnəni dərin qazı, suyu gur gəlsin.
-
Dəstini qıran da bir, suyu gətirən də bir.
-
Dəstəmazsız namaz olmaz.
-
Dərmansız dərdin dərmanı bimarlıqdır.
-
Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr.
-
Dəryaya bir daş at, ya bir qaya sal.
-
Dəryaya daş atmaqla suyu bulanmaz.
-
Dəryaz işlər, qol öyünər.
-
Dəryadan uzaq, bəladan uzaq.
-
Dərdə nə əksik olacaq?
-
Dəryadan nə əksik olacaq?
-
Dəryadan bir damcı.
-
Dəryadakı balıq, göydəki quş satılmaz.
-
Dəryada balıq sevdası.
-
Dərya murdarlıq götürməz.
-
Dərya görünən yerdə qətrə nə görünər?
-
Dərinə getmə, məsələ böyüyər.
-
Dərin su bulanmaz.
-
Dərilməmiş güldən dəstə bağlamaq olmaz.
-
Dərzinin mayası iynə-sapdır.
-
Dərziyə köç dedilər: iynəsini yaxasına sancdı.
-
Dağ dağa arxadır.
-
Dağ da olsan dağa daldalan.
-
Dağ bizim, ceyran bizim ovçu burda nə axtarır?
-
Dağ başında xırman qurma, sovurarsan, yel aparar, sel yanında dəyirman qurma, üyüdərsən, sel aparar.
-
Dağ başı dumandan qurtarmaz insan başı yamandan.
-
Dağ ağrı çəkdi, nə doğdu?
-
Dağ başı duman olar.
-
Davaçın xan olsa Allah dadına çatsın.
-
Davaçı qazı isə, ərizəni allaha yaz.
-
Davasını bilməyənə şahid olma.
-
Davanı göydə axtarırdı, yerdə əlinə düşüb.
-
Davanı iki dəfə salmaq nahaqdır.
-
Davanı qılınc aralar.
-
Davalı yerdə ot bitməz.
-
Davakarın şah olsa, ərizəni allaha yaz.
-
Davada halva paylamazlar.
-
Davada nırx kəsən olmaz.
-
Davada aradakının gözü çıxar.
-
Davada ağac aradakına dəyər.
-
Dava üçün bir qazı, isbat üçün on şahid.
-
Dava günündə igid gərək daldalanmasın.
-
Dava dağarcıq üstədir.
-
Dava acı, faydası şirin olar.
-
Dabbağ xoşladığı dərini yerdən-yerə vurar.
-
Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur.
(Türkmən atalar sözləri)
-
Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır.
(Hind atalar sözləri)
-
Dəvə quraqlıqda gedər, amma bir də onu bataqlıqda gör.
(Özbək atalar sözləri)
-
Düyünün içindəki qara daşlardan qorxma, ağ olanlardan qorx.
(Yapon atalar sözləri)
-
Düyünün içindəki qara daşdan deyil,
ağ daşdan qorxun.
(Yapon atalar sözləri)
-
Dəlilərə zəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar.
(Bolqar atalar sözləri)