Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Yoxsulluğa öyrənən, dövlətlidən iyi keçinər.
(Türk atalar sözü)
-
Yuvanı dişi quş edər
(İngilis atalar sözləri)
-
-
Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər.
(Afrika atalar sözü)
-
Yaxşı şagird, ustası yoxkən aydın olur.
(Braziliya atalar sözləri)
-
Yaxındakıları xoşbəxt et, uzaqdakılar gələcək.
(Çin atalar sözləri)
-
Yoldaşın yaxşıdırsa, uzun demə yoluna.
-
Yaxşılığı itirəndən, duz çörək umma.
-
-
Yaxşılıq açan qapıya, sevgi qonar.
-
Yaxşılıq ağac başında - tutmaq çətin, yamanlıq ayaq altında - atmaq çətin.
-
Yay qış bilə qarışdı, ərdəm yasın qurışdı.
-
Yaza çıxarsan – tərə yesəndə, kərə yesəndə.
-
Yazı varsa, azı yox.
-
Yazılı gora girməz, görməyincə yazısın.
-
Yazıdan, azı yox.
-
Yazılı yazısın gördü, gora girdi.
-
Yazıya, əyri oxuyanlar girir.
-
Yazmadan yazar olmaz, gəzmədən gəzər olmaz, qazmadan qazar olmaq.
-
Yeddi dərə qoxuların, tülkü bilir.
-
Yəhərsiz ata, yük çatılmaz.
-
Yelinən yetər, odunan itər.
-
Yıxılmağın bilməyən, ayaq üstdə qalamaz.
-
Yetdim dedin, yıxılma, doldum dedin, tökülmə.
-
Yiyəsinə baxıb, mıxını çalır.
-
Yiyəsiz mal, ya elə gedər, ya yelə.
-
Yiyəsiz qarqış yerin tapar.
-
Yol uzaq, eşşək çolaq.
-
Yüngülü yel alar, ağır yerində qalar.
-
Yüz beynin olsada, birgə bilənlə danış.
-
Yuxlayan yuxudakını haçan oyaldar (uyur uyuru haçan uyara?).
-
Yat qara öküzüm, yat, borc verən gələr, ya səni aparar, ya məni.
-
Yağlı dilə alışma tez, acı sözə qabarma, döz.
-
Yağlı gözə piy dürtürlər.
-
Yağmasan da bir gurulda.
-
Yağın aşa nə zərəri.
-
Yağışdan sonra gün çıxar.
-
Yağını aşaqlasan, başa çıxar.
-
Yağış yağa toprağa, heyvan qaçar otlağa.
-
Yağış yağsa toz qopmaz.
-
Yağsa yağış, bitər qamış.
-
Yağsız malı, qurd yesin.
-
Yalançı, iki üzlü.
-
Yalançılığı bilməyən, doğrunu itirər.
-
Yalançının doğrusunada inanma !.
-
Yalançının evi yanmış, kimsə inanmamış.
-
Yalançının gözü çıxsın.
-
Yalançının şahidi çox, arasanda heç biri yox.
-
Yalavacın, elçisin, başcısın yalanlayan eldən, el olmaz.
-
Yalnız qalan özü danışar özü eşidər.
-
Yalnız qaz ötməz.
-
Yalnız yatan öz yerini özü yığar.
-
Yamağı tapılmayan geyimi, geymə.
-
Yamalı ata min, yamalı ada yox.
-
Yaman qohum: - varın olsa, görə bilməz, yoxun olsa verə bilməz.
-
Yamana aş versəndə, iş vermə.
-
Yamana verdin aşın, o yerdən daşın.
-
Yamanı pullu deyib yaxın durma, yabını yallı deyib satın alma.
-
Yamanın sözü gəlsin, özü yox.
-
Yamanın yaxşıya verəsi nə, axmağın, ağıllıdan alası nə.
-
Yansın çıraqı, gəlsin sorağı.
-
Yan gedən yardan yar olmaz.
-
Yanığın nəyi varki yoluğa verə.
-
Yaz bir gül ilə başlayar, mini ilə bitər.
-
Yatma tülkü daldasında qoy yesin aslan səni.
-
Yerlərdir haman yerlər,
Görünməz oldu ellər.
-
Yaxşı igid dayısına çəkər, xatın qız xalasına.
-
Yaxşı demişlər, vardan etmişlər, igid demişlər, candan etmişlər.
-
Yaxşı yaxşıya pay verər. Dilənçi dilənçidən pay güdər. Yaxşı yaxşıdan pay güdməz.
-
Yox yerdən əzrəyildə can ala bilməz.
-
Ya dövlət başa, ya quzğun leşə.
-
Yaza çıxardı danasın, bəyənməz oldu anasın.
-
Yeddi lələ baxtığı çocuğun, gözü çıxmış.
-
Yeni yenidi, yamalı yeni.
-
Yol azabı, gör azabı.
-
Yolqa güdən yola çıxar: qazaş güdən qazana girər.
-
Yolun açıq, düşmanın basıq (olsun).
-
Yoxsul qızına, qızıl demiş, kor itinə (itirdiyinə) gümüş.
-
Yüz bələnin başını bir bələn kəsər.
-
Yanan də mən, yaman də mən.
-
Yel aparan yelinki,
Yerdə qalan mənimki.
-
Yalançını mənzilinədək qov!
-
Yellə gələn sellə gedər.
-
Yaxşı oğul ata malını neylər,
pis oğul ata malını neylər!
-
Yaş olma, – sıxarlar, quru olma, - sındırarlar.
-
Yalanla dünyanı dolaşmaq olar, amma geri dönmək olmaz.
-
Yaş odun tüstüləyir.
-
Yavaş atın təpiyi bərk olar.
-
Ya unçu ölər, yada dəyirmançı.
-
Ya ki qılıncı tut, yada qələmi.
-
Ya al təzələ, ya yama təzələ.
-
Yağdırmadan göl olmaz, uydurmadan ev.
-
Ya adın çıxsın ya "od"un çıxsın.
-
Yara var bağlayasan, yara var dağlayasan.
-
Yaşamda seçənlər, zirəklərdən irəli gedir.
-
Yaşın yanında, quruda yanar.
-
Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın.
-
Yayın yanqısı qışa qalmaz.
-
Yaxşının sözü dilində, yamanın kini ürəkdə.
-
Yoxpulun (yoxsulun) yoxsulluq, bəyin toxluq dərdi var.
-
Yüksüz eşşək yorğa gedər.
-
Yazı ayrandan, qışı yorqandan olduq.
-
Yiyəsinə baxıb atın nallayarlar.
-
Yiyəli itin, quyruğu dik durar.
-
Yəhər ata yük olmaz, arvad - ərə.
-
Yaşamaq gözəl şeydir.
-
Yaşın çevirərlər, qurusun yığarlar.
-
Yatar yatar başı şişər, duranda bitin arar, əti verər pişiyə, qonşunun itin arar.
-
Yay görməyən ox bilməz.
Qış görməyən qar bilməz.
Qar görməyən ağ bilməz.
Ağ görməyən gün bilməz.
Gün görməyən tün bilməz.
Tün görməyən dan bilməz.
-
Yazılan çəkilir, əkilən biçilir.
-
Yazın ayransız, qışın yorqansız olmasın.
-
Yəhər, gah atın belində gəzər, gah yiyəsinin.
-
Yel aparan yelindi, yerdə qalan elindi.
-
Yelə qayadan pay düşməz.
-
Yelin önünə düşən, yanılır.
-
Yeriyən çatmış, yatan qalmış.
-
Yolun ucu məndən, ayağın gücü səndən.
-
Yumurtadan yun qırxan.
-
Yurdun yekəliyin, sən bilməsəndə, qar bilər.
-
Yuvarlaq daşda yosun bitməz. (yosun: ot)
-
Yük götürən dəvə, qamış belə götürür.
-
Yolun azana, ulduz ay kimi görünür.
-
Yaxşı olur qızların hamısı, hardan çıxır arvadın pisi.
-
Yaxşılarla vuruşma, yamanlarla duruşma.
-
Yaylıq örtən kişidənsə, papaq qoyan qadın yaxşı.
-
Yaman külahduzdan yaxşı palanduz yaxşıdır.
-
Yaxşı gün cənnətdir, yaman gün cəhənnəm.
-
Yaxşı adamın yaxşılığı dəyər dar gündə,
Yaman adamın yamanlığı, dəyər hər gündə!
-
Yaxşıya yaxşı deyərlər, yamana – yaman.
-
Yaman olmasa, yaxşılığın qiyməti bilinməz.
-
Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş!
-
Yaxşı dost qardaşdan əzəldir.
-
Yaxşı işə gələr. yaman - aşa.
-
Yaxşı adam yavan çörəyə dözər, yaman adamı yağlı xörək də üzər.
-
Yaxşı at yemini artırar, yaman at qamçısını.
-
Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər.
-
Yaman arvad çox danışar, danışmasa savaşar.
-
Yaman olan arvad, ev-eşiyini qoyar gedər.
-
Yaman dirilikdən ölüm yaxşıdır.
-
Yetim malı oddan yaman yandırar.
-
Yaxşı günün yoldaşı, yaman günə düşdüm, gəl!
-
Yaman günə səbr edən, yaxşı günə tez çatar.
-
Yaxşı dost yaman gündə məlum olar.
-
Yaman qonşu adamı rüsvay eylər.
-
Yaxşı ata bir qamçı, yaman ata - min qamçı.
-
Yaman adamın başına daş salsan, çiyninə düşər.
-
Yaxşı - yaxşılığın deyilir, yaman - sənin nəyin deyilir?
-
Yaxşı günün döş ağrısı, yaman günün diş ağrısı?
-
Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.
-
Yaxşı günə dözməyən yaman günə heç dözməz.
-
Yaxşı arvad ərini bəy eylər, yaman arvad – zay.
-
Yaman arvadın evi cəhənnəmdir.
-
Yaxşıyla yaxşı - yarışqan at, yamanla yaman - qudurğan it.
-
Yaman arvad, tez kişini qocaldar, əsil arvad dərdlərini azaldar.
-
Yaxşı gəlməyincə, yaman gedməsin.
-
Yaxşı qadın ömür balı, yaman qadın can zuvalı.
-
Yaxşı yaman, keçdi karvan.
-
Yaxşı yoldaş yaman gündə tanınar.
-
Yaxşı gəlin gülümdür, yaman olsa ölümdür.
-
Yaxşı ilə dost olsan səni əzizlər, yaman ilə dost olsan dalınca pislər.
-
Yaxşıya gün yox, yamana ölüm.
-
Yaxşıya yaxşı desən çəkinər, yamana yaxşı desən öyünər.
-
Yaxşılıq bilməyən, yamanlıqdan qalmaz.
-
Yanan anadır, yeyən qayınana.
-
Yanan da (qayınana) ana, yaman da (qayınana) ana.
-
Yaman oğul – yaman gəlin.
-
Yaxadakın yalayan, əlindəkin qaçırar.
-
Yaxşı qızdan yaxşı gəlin olar.
-
Yarasaya gecə gündüz aydın.
-
Yavana yaxşı dözər, yağlı yavanı üzər.
-
Yavaşdan, yoğun çıxar.
-
Yaxşı atın dişinə baxma.
-
Yay oğurluğu qışda deyilər.
-
Yaydan çıxan ox dönməz.
-
Yay var qış var, nə tələsik iş var.
-
Yaya gəlib, yel kimi əsib, quş kimi uçub.
-
Yayda ilandan qorxan, qışda çatıdan qorxar.
-
Yeməyin dadı duzdur, sevginin dadı düzdür !
-
Yellənmə yel ilə, yolda qalarsan.
-
Yeddi oğul - bir dədənin yerin, yüz tülkü bir aslanın yerin verməz.
-
Yaz gəlmədən, qar getməz, ot bitməz.
-
Yaz gətirər, qış götürər.
-
Yazda yaz, qışda qıs.
-
Yazın yazlardı yaylağını, qışın qışlardı qışlağını.
-
Yazıqların biridə elə, yazıçıdır.
-
Yellə yelişdim yolda qaldım.
-
Yerə düşən göydəndir.
-
Yerişin bilməyən tez gec yıxılar.
-
Yanan ürək deyil. qanan içim deyil, yanmamış ölürəm, sönürəm.
-
Yaşlıya gücünü yox, işini sor.
-
Yersiz qərib olmaz, qəribsiz yer olmaz.
-
Yaxşı hörmət dövlətdən yaxşıdır.
-
Yatağan aslandan gəzəyən pişik yaxşıdır.
-
Yəhər at belində, həmişə qalmaz.
-
Yəhərin ağır yüngülün, at bilir.
-
Yemsiz torba, at gətirməz.
-
Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar.
-
Yüz eşitməkdənsə bir görmək yaxşıdır.
-
Yatıb ölmə, qalxıb öl.
-
Yaz bitirir, yay yetirir, güz gətirir, qış itirir.
-
Yalançını sözündən yox gözündən bil.
-
Yıxıl dünya bas məni, gözüm görməsin səni.
-
Yoldaş yoldaş ilə tən gərək, tən olmasa gen gərək.
-
Yoldan irəli – yoldaş, evdən irəli – qardaş.
-
Yaxşı yoldaş uzun yolu qısaldır.
-
Yıxılan yıxılana yoldaş olar.
-
Yolda yoldaş, evdə qardaş.
-
Yaddan yoldaş olunca, yoldaş əldən gedər.
-
Yol haramısı ol, yoldaş haramısı olma.
-
Yaxşı yoldaş gec tapılar.
-
Yoldaşım - eldən,
uşağım - beldən,
dostum - ürəkdən.
-
Yersiz - el yetim,
Elsiz - yer yetim.
-
Yoxsulluqda varından demə,
Qocalıqda zorundan demə.
-
Yoxsulluqdan - vara nə,
qocalıqdan - zora nə?
-
Yüz 'vur' deyəndənsə, bir vuran yaxşıdır.
-
Yorğun ata şallaq vursan, şıllaq atar.
-
Yükü çəkən atdı, atı çəkən arpa.
-
Yuvanı ərkək tikər, dişi saxlar.
-
Yoxun, dərdi yox.
-
Yoxsulluğun nə olduğun bilməyən vara da çatar, varsıza da.
-
Yoxsulluğun yolun bilən, varlılardan xoş gülər.
-
Yolun yaxın, yükün yüngül.
-
Yoldaşın içi ağlar, üzü gülər, yağının içi gülər, üzü ağlar.
-
Yol bilən, kərvana qatılmaz.
-
Yoğrulmamış xəmirdən, çörək çıxmaz.
-
Yiyəsinə bax atın nalla.
-
Yıxılsan ucadan yıxıl, otursan alçaqda otur.
-
Yıxılsan dizindən gör, əzilsən dilindən gör.
-
Yetimin hamamda, atası çox olar.
-
Yetimə çörək verən az olar, hamamda can-can deyən çox olar.
-
Yersiz söz, ağızdan çıxar, yersiz yeriş, adamı yıxar.
-
Yerli söz yerin tapar, yersiz söz, yiyəsin.
-
Yeriyən, öz dabanın güdməz.
-
Yeriyən, büdürər.
-
Yeməyin yalqız yeyən, yükün özü qaldırar.
-
Yeməyin qoyun olsun, gördüyün düyün olsun.
-
Yelkən oldu, yel gərək.
-
Yeli oda ver, suyu şora ver,
-
Yelə tüpürən, üzündə yığar.
-
Yel üfürər, sel süpürər.
-
Yel görür yellənir, yol görür yollanır.
-
Yayın kölgəsin güdən, qışın qarına düşər.
-
Yatmış, yatmışı oyatmaz.
-
Yatan qalar. gedən çatar.
-
Yaşın ağlı, başın ağlı.
-
Yar ilə vardı yolu doğru varan, yarı əldən qoymadı kirtü ərən.
-
Yalana inanmayan, doğru yol tapmaz.
-
Ya dəvə ölər – ya dəvəçi – ya üstündəki haci.
-
Yuxarı tüpürürəm – bığ, aşağı tüpürürəm – saqqal.
-
Yuxarı başda yer yoxdur, aşağı başda oturmur.
-
Yuxarı baxıb qəm eyləyincə, aşağı baxıb dəm eylə.
-
Yusif bazarıdır, hər kəsin mətahı varsa, gətirsin.
-
Yurdumun, millətimin ağ gününü görməyənin, başqa bir söz demirəm - gözlərinə qan gəlsin.
-
Yunu var, unu yox.
-
Yun darayaram kələf olar, qız doğaram xələf olar.
-
Yumşaq döşək salan, axırda quru yerdə yatar.
-
Yumurtası tərs düşüb.
-
Yumurtlamadı, falını da yedi?
-
Yumurtanı halqadan keçirdir.
-
Yumurtana görə qaqqılda.
-
Yumurtadan yun qırxır.
-
Yumurtada tük bitməz.
-
Yumurta toyuğun cəriməsidir.
-
Yumurta gətirmir, qayğanaq istəyir.
-
Yumru qaya, yumru daş, keçəl baş.
-
Yuyucu deyər: - Mürdəşirəm, yuyuram, istər ölü cənnətə getsin, istər cəhənnəmə.
-
Yuvanı erkək quş tikər.
-
Yoxsulun (yoxun) üzü qaradır.
-
Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar.
-
Yoxsulun dili gödək olar.
-
Yoxsulluğa düşməyən varlılığın qədrini bilməz.
-
Yoxsulluq ilə qocalıq düşüb bir yerə.
-
Yoxsulluq varlılıqdan yaxşıdır.
-
Yoxsul öz vilayətində qəribdir.
-
Yoxsul, oduna da yoxsul, suya da yoxsul?
-
Yoxsul arpa tapar, saxlamağa yer tapmaz.
-
Yoxdur, canım rahatdır.
-
Yoxdan bir şey çıxmaz.
-
Yoxa çarə yoxdur.
-
Yoxa qələm işləməz.
-
Yox olsun yoxsulluq, varlığa – nə darlıq?
-
Yox yerdən istəməzlər.
-
Yox yerdən Əzrail də can ala bilməz.
-
Yorulmuş öküz "oho"nu allahdan istər.
-
Yorulmuş eşşək mənzili yaxın istər.
-
Yorulmuş ata qamçı vurarsan, şıllaq atar.
-
Yorğunluğu o dünyada alacaqsan.
-
Yorğun eşşəyə "hoşa" xoş gələr.
-
Yorğanına bax (görə) ayağını uzat.
-
Yorğan-döşək sözü, yorğan-döşəkdə qalar.
-
Yorğa at da hərdən büdrər.
-
Yolçunu yoldan eləməzlər.
-
Yolçuluğa (dilənçiliyə) gedən torbasının çiyninə atar.
-
Yolçuya yol gərək, qurbağaya – göl.
-
Yolçudan yolçuya pay düşməz.
-
Yolçu yolda gərək.
-
Yoluxda nə var, qırığa nə versin.
-
Yolunu su ilə başlar.
-
Yolun boş olmasın.
-
Yolu qardaşla kəsərlər, meşəni – mişarla.
-
Yolu yaxın – yükü yüngül.
-
Yolsuzu yola tapşır.
-
Yollar-yamaclar sürülərin dırnağıdır.
-
Yoldan çıxsan, eldən çıxma.
-
Yoldan çıxmaq eyib deyil, yola gəlməmək eyibdir.
-
Yoldan çıxır, yolunu azmır.
-
Yoldan keçənə yumaq sarıtdırır.
-
Yoldan qal, yoldaşdan qalma.
-
Yola çıxan yolda qalmaz.
-
Yola körpü sal.
-
Yola bələd olan büdrəməz.
-
Yol yeriməklə alınar.
-
Yol ilə gedən yorulmaz.
-
Yoldaşını mənə de, sənin kim olduğunu deyim.
-
Yoldaşın yaxşı olsa, uzun yol yaxın olar.
-
Yoldaşın qarğa olsa, yediyin nə olar?
-
Yoldaşın sözünə inan, özünkündə dayan.
-
Yoldaşı yoldaşdan soruşarlar.
-
Yoldaşı yolda tanı.
-
Yoldaşı evdən götür, quşu – yuvadan.
-
Yol həmişə bostan kənarından düşməz.
-
Yol böyüyündür, su kiçiyin.
-
Yol bilmirsən, yola gəl.
-
Yol üstə oturmazlar.
-
Yovşan bəsləməklə çəmənzar olmaz.
-
Yovşan olub arxanda dovşan yatınca, palıd ol kölgəndə sürü yatsın.
-
Yıxılmasa dikəlməz.
-
Yıxılanın dostu olmaz.
-
Yıxılanın qanlısıdır.
-
Yıxılana xəncər qaldırmaq namərdlikdir.
-
Yıxılan yıxıldığı yerdən qalxar.
-
Yırtıcı quşun ömrü az olar.
-
Yırtıcı quşun ətin yeməzlər.
-
Yırtıcı quş dimdiyindən bəllidir.
-
Yırtıcı aslan zülmkar şahdan yaxşıdır.
-
Yırtıq böyük, yamaq kiçik.
-
Yığılaq biz araya, məlhəm qoyaq yaraya.
-
Yığma dən üçün xırman açılmaz.
-
Yiyəsini sevən itinə çörək verər.
-
Yiyəsinə baxıb, mıxını çalıb.
-
Yiyəsi olan eşşəyi qurd yeyər.
-
Yəhər gah atın belində gəzər, gah at yiyəsinin.
-
Yəhər atın belində həmişə qalmaz.
-
Yəhər ata yük olmaz.
-
Yetmiş iki dərədən su gətirər.
-
Yetmiş qabdan su içib.
-
Yetimin hamamda anası çox olar.
-
Yetimin ağzı aşa çatanda, başı daşa dəyər.
-
Yetimi doydur, nə olacağını düşünmə.
-
Yetimə öyüd verən çox olar, çörək verən az.
-
Yetim yerə baxar, ürək yaxar.
-
Yetim qızsan, qıvrıl yat.
-
Yetim ağlağan olar.
-
Yetənə yetir, yetməyənə daş atır.
-
Yerli, yersiz – sizdən yeyirik.
-
Yerlər o yerlər, görünməz oldu ellər.
-
Yerişinə haram qatma.
-
Yerin yeddi qatından keçir.
-
Yerim dardır, oynaya bilmirəm.
-
Yerin altını da bilir, üstünü də.
-
Yeriyən at yemini özü artırar.
-
Yerə düşməklə gövhər qiymətdən düşməz.
-
Yerə vurdun, başıma vurdun!
-
Yerdən göyə küp düzsələr, bir-birinə bənd etsələr, altdan birini çəksələr, gəl onda gupbultuya bax.
-
Yerdən göbələk çıxmayıb ki?
-
Yerdə yatan yumurta, göydə uçan quş olar.
-
Yer oturan kişi ilə şərəflənər.
-
Yer yiyəsiz olanda, donuz təpəyə çıxar.
-
Yer yarılsa, yerə girərəm.
-
Yerin qulağı var.
-
Yer qulaqlı olar.
-
Yer qatı, göy qatı, hardan oldu, avandı?
-
Yer var danışarlar, yer var sözü udarlar.
-
Yer bəyin, yurd xanın, işlə ha çıxsın canın.
-
Yer altından yasa gedənlərdəndir.
-
Yer ayrılsaydı, yerə girərdim!
-
Yemsiz torbaya at gəlməz.
-
Yemlik imiş, duz imiş, sən də batır, sən də ye.
-
Yemiş vaxtı xırçının qulaqları kar olar.
-
Yeməsə əlli il bəsdir.
-
Yeməmisən qaz ətini, nə bilərsən ləzzətini?
-
Yeməlidir saxla, yeməli deyil tulla.
-
Yeməyini yalnız yeyən, yükünü özü qaldırar.
-
Yeməyin ustası, işləməyin xəstəsi.
-
Yeməyin dadı duzdadır, dünyanın dadı gözdə.
-
Yeməyin qulu, işləməyin xəstəsi olma.
-
Yeməklə doymadın, yalamaqla doyacaqsan?
-
Yeməyənin malını yeyərlər, ölüsünü də söyərlər.
-
Yelə tüpürən üzünə tüpürər.
-
Yel üfürdü, su köpürdü.
-
Yel ilə gələn, sel ilə gedər.
-
Yel əsib, qoz tökülüb.
-
Yel əsəndə yellənər, yol görəndə yollanar.
-
Yel qayadan nə aparar?
-
Yel vurur, çalır, yengələr oynayır.
-
Yel belə əssə, balta belə kəssə, vay mənim halıma.
-
Yekə başın faydası yoxdur, içində beyin gərək.
-
Yeyilənim yeyilir, qonağım küsülü gedir!
-
Yeyin at özünə qamçı vurdurmaz.
-
Yeyin gedən yol kəsməz.
-
Yeyib-içib, əzizləri yadına düşüb.
-
Yeyib-içib, dünyadan kəm köçüb.
-
yeyərsən ətdən–mətdən, işlərsən bərkdən- bərkdən.
-
Yeyərsən şordan-mordan, işlərsən ordan- burdan,
-
Yeyərsən qismətindir yeməzsən – özün bilərsən.
-
Yeyərsən qüvvətin artar, verərsən hörmətin.
-
Yeyərsən qaz ətini, görərsən ləzzətini.
-
Yeyəndə çeynə, danışanda fikirləş.
-
Yeyən qurtardı, yalayan qurtarmadı.
-
Yeyən bilməz, doğrayan bilər.
-
Yezidin Şamə getməsi doğru oldu.
-
Yediyin özün üçün qalsın, gördüyündən danış.
-
Yeddisində nə idi isə, yetmişində də odur.
-
Yeddisinə "Gülüstan"ı oxuyan, yetmişində başa düşər.
-
Yeddi fərsiz oğuldan bir fərli qız yaxşıdır.
-
Yeddi molla, bir əmmamə!
-
Yeddi məhəlləyə çörək verir.
-
Yeddi məhəllədən qovulmuş it kimidir.
-
Yeddi göydə bir ulduzu yoxdur.
-
Yeddi qurda bir çarıq neyləsin?
-
Yeddi qonşu bir qazana möhtacdır.
-
Yeddi arxın suyunu bir arxa calayır.
-
Yaşına-yaşına çıxdı ocaq başına.
-
Yaşı çox, ağlı yox.
-
Yaşılbaş göllərdə üzər.
-
Yaşına baxma, başına bax.
-
Yaşını çevirərlər, qurusunu yığarlar.
-
Yaşından qabaq danışma.
-
Yaş da quru oduna yanar.
-
Yaş odun satmayıbsan ki, niyə qorxursan?
-
Yaş yaşadıqca, ağıl başa gələr.
-
Yaşa-yaşa – gör tamaşa.
-
Yaxşı nə, başı nə!
-
Yaşayarıq, görərik!
-
Yaxşı işə Allah zamindir.
-
Yaxşı işçi səliqəsindən bilinər.
-
Yaxşı igidin adını eşit, üzünü görmə.
-
Yaxşı igid dalı gözlər, yaxşı at qabağı.
-
Yaxşı it ələ düşməz.
-
Yaxşı atadan pis oğul?
-
Yaxşı iş heykəl kimidir, hər yerdən görünər.
-
Yaxşı qəssab ətin yaxşısını axıra saxlar.
-
Yaxşı demişlər: hər şeyin xiridarı gərəkdir!
-
Yaxşı arvadlı ev cənnətdir.
-
Yaxşı atları, yaxşı kişilər minib getdilər.
-
Yaxşı at köhnə çulun altında da bilinər.
-
yağlı çökər də üzər.
-
Yaxını qoyub uzaqdan danışma.
-
Yaxşı ad dövlətdir.
-
Yatmağa qaya kölgəsi, əgər ki marı olmasa.
-
Yatma kudu, bostana dovşan girib!
-
Yatmışı yatmış oyada bilməz.
-
Yatıb yuxuda halva görüb.
-
Yatsan yuxuna da girməz.
-
Yatar-yatar, başı şişər, duranda bitin axtarar, Əti verər pişiyə, qonşunun itin axtarar.
-
Yatanın ayıqdan xəbəri olmaz.
-
Yatan öküzə yem yoxdur.
-
Yatan iti oyatma (dindirmə).
-
Yatan ilanın quyruğunu basma.
-
Yatan daşın altına su keçməz.
-
Yatan aslan olsa da, fürsət oyağındır.
-
Yarpaq altda gəzəndir.
-
Yarın yara sovqatı, bir dəstə bulaq otu.
-
Yarın qədrini yar bilər, nə bilər hər divanə.
-
Yarımçıq bilməkdən, heç bilməmək yaxşıdır.
-
Yarası avand olanın təbibi qabağına çıxar.
-
Yarımadıq yarıtmazdan.
-
Yarımadıq odundan, kor olduq tüstüsüdən.
-
Yarı gör, özün danış, ev yıxar ara sözü.
-
Yaralı quşa daş atmazlar.
-
Yaraqsız igid, buynuzsuz qoç kimidir.
-
Yara sağalar, yeri qalar.
-
Yara var bağlarlar, yara var dağlarlar.
-
Yar mənimlə yar olsun, kol dibi diyar olsun.
-
Yanşağı cəhənnəmə atdılar, dedi: - Odunun yaşdır.
-
Yar yarı görər, ürəyi odlanar.
-
Yar getdi, yeri qaldı.
-
Yar bizdən gecə getdi, bilmədim necə getdi.
-
Yar dərdini yar çəkər.
-
Yar qadasın yar alar.
-
Yandırdığın yovşan, ovladığın dovşan.
-
Yanığın nəyi var ki, yoluğa nə versin?
-
Yanında yatdı, palçığa batdı.
-
Yanmayanda yanmaz, ha yellə, ha ətəklə Yanlış hesab Bağdaddan qayıdar.
-
Yansın çırağı, gəlsin işığı.
-
Yanmış xırmanın buğdasıdır.
-
Yandırdığın şamı söndürmə.
-
Yanğına körüklə getməzlər.
-
Yanğından çıxdıq, alova düşdük.
-
Yanan öz dərdinə yanar.
-
Yan mənə, yanım sənə, qurban edim, canım sənə.
-
Yamanı yaman gündə.
-
Yamanlıq kimə lazım?
-
Yamanlığa yamanlıq eləmə.
-
Yamanı yada salma.
-
Yaman günün ömrü az olar.
-
Yaman yerdə axşamladıq!
-
Yaman adama heç nə olmaz.
-
Yaman arvad, deyingən olar.
-
Yaman arvadlı evə daş düşsün.
-
Yaman baş yiyəsinə donuz güddürər.
-
Yaldan tuta bilməyən quyruqdan heç tuta bilməz.
-
Yalqız evin pişiyidir.
-
Yalqız evin söhbəti.
-
Yalqız yeyən süfrəsini özü yığar.
-
Yalqız quş yuva salmaz.
-
Yalqız qazıya gedən razı gələr.
-
Yalvarmaqla donuz darıdan çıxmaz.
-
Yalançının sözünə inanma.
-
Yalançının mənzili olmaz.
-
Yalançının yaddaşı olmaz.
-
Yalançının işığı yarıyacan yanar.
-
Yalançının ipiylə quyuya düşən quyuda qalar.
-
Yalançının ipi qısa olar.
-
Yalançının evi yandı, heç kəs inanmadı.
-
Yalançının biridir.
-
Yalançılıq üz qızardar.
-
Yalanınçını evinəcən qovarlar.
-
Yalançının adına ad inanma.
-
Yalançı çox and içər.
-
Yalançı özünün düşmənidir.
-
Yalançı kimdir: - Hər eşitdiyini danışan.
-
Yalanın axırı yoxdur.
-
Yalanın da əndazəsi var.
-
Yalan cücərər, amma bitməz.
-
Yalan üz qaraldar.
-
Yalan olmasa doğru yeriməz.
-
Yalan ilə dünyanı, gəzmək olar, amma qayıtmaq olmaz.
-
Yalan danışan yanındakını qanmaz yerinə qoyar.
-
Yalan ayaq tutar, amma yeriməz.
-
Yalan ayaq tutar, doğru bir yanda qalar.
-
Yayın tör-töküntüsü qışın azuqəsidir.
-
Yayın öz sözü var, qışın öz sözü.
-
Yaylağın dağı sağ olsun, qarlı da olar, qarsız da,
igidin canı sağ olsun, varlı da olar, varsız da.
-
Yayı çox çəkmə qırılar.
-
Yayda hər divarın diri bir evdir.
-
Yayda kölgədə oturan, qışda ocaq axtarar.
-
Yayda səfərə çıxanda kürk görür.
-
Yayda başı bişənin qışda aşı bişər.
-
Yayda ayran tapmayan qışda yorğan tapmaz.
-
Yayda işləyən, qışda dişlər.
-
Yayda yanan qışda dilənçilik eylər.
-
Yayda kölgə xoş, qışda çuval boş.
-
Yayda kölgədə yatan qışda qar üstə yatar.
-
Yay gününün yağışı, qış gününün yavanlığıdır.
-
Yay kasıbın həm atasıdır, həm də anası.
-
Yay qarı kimi nə yarıyıbsan hamıya?
-
Yay var, qış var, hələ çox iş var.
-
Yay altında ox gizlədər.
-
Yay işini qışda gör, qış işini yayda.
-
Yazın hərəkəti, payızın bərəkəti.
-
Yazılmayan kitabı vərəqləməzlər.
-
Yazılan pozulmaz.
-
Yazıdan qaçmaq olmaz.
-
Yazıq o adamdır ki, yaxşılıq etmir.
-
Yazdan qışa hazır ol.
-
Yazda oynayar, gülər, qışda acından ölər.
-
Yazda yatan, qışda üşüyər.
-
Yazda işləməyənin qışı sərt gələr.
-
Yazda buza yerikləyən, qışda göbələyə yeriklər.
-
Yazda başı bişənin qışda aşı bişər.
-
Yazda ayransız olma, qışda yorğansız.
-
Yazda arpa yeyən at, qışda ətini tökməz.
-
Yazana baxma, yazdığına bax.
-
Yazanı özündən, pozanı özündən.
-
Yazan da sən, pozan da sən, heç bilmirəm nəsən sən?
-
Yaza çıxartdıq dananı, bəyənməz oldu ananı.
-
Yaz günü – pendir çörək yarpıznan.
-
Yaz günündə tərləməyən qış günündə titrəyər.
-
Yaz günündə yola çıxsan, qış gününü gözünün qabağına al.
-
Yaz gətirər, qış aparar.
-
Yaz gələr, qış gedər, ördək gələr, qaz gedər, hamı birləşib gəlsə, Balaxanım yalqız gələr.
-
Yaz gələr, qış gedər Ağaqulu, dəyirmana boş gələr Ağaqulu, dul arvada xoş gələr Ağaqulu.
-
Yaz getdi, qış gəldi, vay titrəmək dərdi.
-
Yaz kasıbın yorğan-döşəyidir.
-
Yaz yağışından bəlli, qız qardaşından.
-
Yaz yağışı tez keçər.
-
Yaz əkinçi, qış dilənçi.
-
Yaz var, qış var, nə tükənməz iş var.
-
Yaz bitirir, yay yetirir, payız gətirir, qış itirir.
-
Yad qohum, ölənəcən yad olar.
-
Yad gəlib qohum olunca, qohum yad olur.
-
Yad qızına güvənmə, xətakar olar.
-
Yad qızına uymazlar, yad qızı zavallı olar.
-
Yağmasa da guruldar.
-
Yağmadı yağış, bitmədi qamış.
-
Yağla yarma qovuşar, arada soğan büzüşər.
-
Yağla yovşan da yeyilər.
-
Yağışın yağması, evin damması, gəlinin doğması.
-
Yağışda düşmənin qoyunu, dostun atı satılsın.
-
Yağışdan qalanı yağmur apardı.
-
Yağışdan qaçan doluya düşər.
-
Yağış yağar, yer doymaz.
-
Yağış yağanda toyuğa su verməzlər.
-
Yağış yağa-yağa küpünü doldur.
-
Yağış vurmuşun damcıdan nə qorxusu?
-
Yağış altından götürür, boran altına qoyur.
-
Yağış isladar, gün qurudar.
-
Yağış ilə yer göyərər, alqış ilə ər öyünər.
-
Yağın şorunu çıxardır, sözün şəkərini.
-
Yağı od əridir, qarı – gün.
-
Yağı yağ üstündən tökür, yarmanı yavan qoyur.
-
Yağ ye, yaxada gəz.
-
Yağ yaxşı yağdır, hayıf ki, it dərisindədir.
-
Yağ yağ ilə qovuşar, yarmalar yavan qalar.
-
Yağ tapsa, başına yaxar.
-
Yağ içində böyrək kimi üzür.
-
Yağ da yesə dirilməz, bal da yesə dirilməz.
-
Yağ acı olanda, plov da acı olar.
-
Yavan ətin şorbası olmaz.
-
Yava itin yava da küçüyü olar.
-
Yabıya rəhm etməyən piyada qalar.
-
ya lələ şələni basar, ya şələ lələni) Yaba ilə dovğa içdim.
-
Ya şələ lələni, ya lələ şələni.
-
Ya cin, ya şeytan.
-
Ya hə, ya yox.
-
Ya üz, ya düz.
-
Ya unçu ölər, ya dəyirmançı.
-
Ya torba yırtılar, ya dağarcıq.
-
Ya tələf ollam, ya xələf.
-
Ya taxt, ya bəxt.
-
Ya ölüm, ya dirim.
-
Ya ölləm, ya qallam.
-
Ya mən deyən, ya sən deyən.
-
Ya Museyi Kazım, sənə demək nə lazım?
-
Ya keçəl Həsən, ya Həsən keçəl.
-
Ya zor, ya zər, ya şəhərdən səfər.
-
Ya əlimi kəs, ya ətəyimi.
-
Ya dəli, ya divanə, Bəhlul danəndə, Bəhlul divanə.
-
Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı.
-
Ya dalına min, ya dalına mindir.
-
Ya vəlvələdən, ya zəlzələdən.
-
Ya bu dəvəni güdməli, ya bu dünyadan getməli.
-
Ya bil, ya bir biləndən soruş.
-
Ya bağayarpağı, ya quzuqulağı.
-
Ya bağətəyi, ya dağətəyi.
-
Yüyürən yıxılmağına baxmaz.
-
Yüyürən – büdrər.
-
Yüz xəlbirlənib bir əldən çıxacaq.
-
Yüz soraqdan birinə hay vermir.
-
Yüz olsun, düz olsun.
-
Yüz namərdin çörəyin doğrasan, kasa dolmaz.
-
Yüz namərd bir mərdi əvəz etməz.
-
Yüz namərd bir mərdə qurban olsun!
-
Yüz mamaça yığılsa, gün doğana düşər.
-
Yüz ilin ibadətindən bir günün səxavəti.
-
Yüz il sel gəlsə ovmaz, bir gün dərd gəlsə – ovar.
-
Yüz il gərək qanqal otlayasan ki, ağzın dəvə ağzına oxşasın.
-
Yüz iynə yığsan, bir çuvalduz olmaz.
-
Yüz qayğı bir borcu ödəməz.
-
Yüz "vur" deyəndən bir vuran yaxşıdır.
-
Yüz birə qoşulmaz, bir yüzə qoşular.
-
Yüz biliyin olsa da, bir bilənlə danış.
-
Yuxusunda da görsə xeyrə calamaz.
-
Yuxusu ağır adamdır.
-
Yuxuya etibar yoxdur.
-
Yuxuda gözəl görmək yaxşıdır, oyanmaq olmasaydı.
-
Yuxuda balıq görən, yastığının altını yoxlar.
-
Yuxu ölümün qardaşıdır.
-
Yaxın yerə yük daşıyır.
-
Yaxına ərinir, uzağa yüyürür.
-
Yanındakı ələf, uzaqdakı arpadan yaxşıdır.
-
Yaxşını yada vermə – hayıfdır, yamanı yada vermə – ayıbdır.
-
Yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama bərabərdir.
-
Yaxşılıq yerdə qalmaz.
-
Yaxşılığa yamanlıq olmasaydı, qara öküzə bıçaq olmazdı.
-
Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə.
-
Yaxşılığa yaxşılıq – kor eşşəyə samanlıq.
-
Yamanlığa yaxşılıq mərd kişinin işidir.
-
Yaxşılığa yaxşılıq hər kişinin işidir.
-
Yaxşıları yer tanıyar.
-
Yaxşılığın əcri (əvəzi) gələr.
-
Yaxşılığı bilməyənə yaxşılıq etmə.
-
Yaxşılıq eləyib bir şey umursansa etməsən yaxşıdır.
-
Yaxşılıq edən yaxşılıq görər.
-
Yaxşılıq elə, minnət qoyma.
-
Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər.
-
Yaxşılıq elə ki, başına gəlsin.
-
Yaxşılıq iki tərəfli olar.
-
Yaxşılıq istəyən qabaqca behin verər.
-
Yaxşılıq itməz.
-
Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir?
-
Yaxşılıq ayaq açıb gəzəndir.
-
Yaxşılıq bilməyən adam adam sayılmaz.
-
Yaxşılıq və doğruluq, hər ikisi birdir.
-
Yaxşılıq qapı açar, məhəbbət bu qapıdan içəri girər.
-
Yaxşılıq qəribdir – tanınmaz.
-
Yaxşıya qoşulan çuvalına un doldurar.
-
Yaxşı söylə, yaxşı eşit.
-
Yaxşı tacir malın hamısını birdən bazara çıxartmaz.
-
Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır.
-
Yaxşı elə yaxşıdır.
-
Yaxşı xörək qalınca, pis qarın yırtılsın.
-
Yaxşı şeyə gül ki, başına gəlsin.
-
Yaxşı şeylərin yolu tapdaq olar.
-
Yaxşı məsləhət hər şeydən yaxşıdır.
-
Yaxşı oğul neylər ata malını?
-
Yaxşı ovçunun toruna ov öz ayağı ilə gələr.
-
Yaxşı olanda – xanımdan, pis olanda – kənizdən.
-
Yaxşı olarsa - allahdan, pis olarsa – şeytandandır deyərlər.
-
Yaxşı övlad ata-ananın fərəhidir.
-
Yaxşı saxla adını, bədnamçılıq el gəzər.
-
Yaxşı mal yerdə qalmaz.
-
Yaxşı mal öz-özünü işə verər.
-
Yaxşı məsəl gözə girər.
-
Yaxşı yalan, lap yalan, fili uddu bir ilan.
-
Yaxşı-yaman, qoy cibinə, bərk saxla.
-
Yaxşı-yaman, keçdi karvan.
-
Yaxşı yarağı var idi, Həmzəlidə qaldı.
-
Yaxşı ki, var yavan çörəyə dözər, yamanı yağlı
-
Yaxşılığa yaxşılıq hər kişinin işidir
Yamanlığa yaxşılıq nər kişinin işidir.
-
Yurddan çıxsan da, eldən çıxma.
-
Yersiz gəldi, yerli qaç.
-
Yer, oturan adamla şərəflənər.
-
Yerlərdir haman yerlər, Görünməz oldu illər.
-
Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
-
Yanan yerdən tüstü çıxar.
-
Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.
-
Yıxılan ağaca balta çalan çox olar.
-
Yeməkdən ümid yaxşıdır.
-
Yel aparan yelinki, Yerdə qalan mənimki.
-
Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.
-
Yazıya pozu yoxdur.
-
Yağışdan çıxdıq, yağmura düşdük.
-
Yağ yağa qarışdı, yarmalar yavan qaldı.
-
Yalançı tamahkarı aldadar.
-
Yalançının hafizəsi olmaz.
-
Yalançının üzü qara olar.
-
Yalançının evinə od düşdü, heç kəs inanmadı.
-
Yalançını mənzilənədək qov!
-
Yalan söz üz qizardar.
-
Yalan ki var, doğrunun quludur.
-
Yaman yeyənin olsun, yaman deyənin olmasın.
-
Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.
-
Yaman dil başa bəladır.
-
Yalan danışan hamını qanmaz bilər.
-
Yalan ayaq tutar, yeriməz.
-
Yağmasan da gurulda.
-
Yaxşı at nalı gözlər, yaxşı igid dalı.
-
Yanında igid olsun, kol dibi evin olsun.
-
Yalançının evi yandı, heç kəs ona inanmadı
-
Yorğanına bax, ayağını uzat.
-
Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
-
Yüyürək at özünə qamçı vurdurmaz.
-
Yeməyin qulu, işləməyin xəstəsi.
-
Yeməyə kömək, işləməyə də kömək.
-
Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
-
Yazda çalan qışda oynar.
-
Yuxarı evə baxıb, aşağı evi yıxma.
-
Yıxılanı vurmazlar.
-
Yükünü yığdı təpəyə, elə arxa çevirdi.
-
Yemə namərd çörəyini, axırda başına vurar.
-
Yiyəsinə baxıb atın nallayırlar.
-
Yanan da mən - yaman da mən.
-
Yüz ölç, bir biç.
-
Yoldan çıxanı yol vurar.
-
Yerin də qulağı var.
-
Yatan itləri oyatma.
-
Yoldaşını nişan ver, özünü tanıt.
-
Yeməklə dost olan illərlə küsülü qalar.
-
Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
-
Yaxşı dostu yaman gündə sına.
-
Yemək bişirmək köhnə tavalar ilə öyrənilər.
(Alman atalar sözləri)
-
Yaxalanmamışsa oğru deyil
(Rus Atalar Sözləri)
-
Yalanla dünyanı gəzərsən amma geri dönə bilməzsən
(Rus Atalar Sözləri)
-
Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.
(Yapon atalar sözləri)