Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Fürsətlər çıxmaqıdca qabiliyyətlər çox az işə yarar.
(Fransız atalar sözləri)
-
Fürsət ağıllı adamlar üçün pilləkəndir.
(Yunan atalar sözləri)
-
-
Fəzilətə gedən qapını açmaq çətindir.
(Çin atalar sözləri)
-
Fələyin qaydasıdır, dağı çəkər dağ üstdən.
-
Fələyin çərxi dönər.
-
Faydalı yerə qaça - qaça get, zərərli yerdən qopa - qopa qaç.
-
Fikir dili basar, dildə gücü.
-
-
Fala inanma, suya dayanma.
-
Fürsəti fot eyləyən aqil deyil, divanədir.
-
Fürsət hər zaman ələ düşməz.
-
Fürsət əldə ikən yaxşılıq eylə.
-
Füzulu atdılar cəhənnəmə, dedi: - Odunu yaşdır!
-
Fırtdayıb burnundan düşüb.
-
Filin gücü xortumundadır, dəvənin gücü dizində.
-
Fikri nəysə, zikri də odur.
-
Fərsiz övlad altıncı barmaq kimidir, kəsərsən ağrıdar, saxlarsan – eybəcər göstərər.
-
Fərsiz oğuldan bir qara daş əfzəldir.
-
Fərə çıxdığı qabığı tanıyar.
-
Fənd nə bilir fel ilə fənddə nə var?
-
Fələk güclü – mən gücsüz.
-
Fələk birin qurar, birini dağıdar.
-
Fələyin işinə bax, ayıya qaval çaldırır.
-
Fələyin zoruna heç nə kar etməz.
-
Fələyin qaydasıdır, dağı dağ üstündən çəkər.
-
Fələkə bel bağlamaq olmaz.
-
Fəqirin cibi – boş, qəlbi doludur.
-
Fəqirin təsəllisi – ölümdür.
-
Fəqirə həmdən gəlməz.
-
Fəqirə axmaq deyərlər, kasıba gic.
-
Fəqir əlinə baxırsa, sən cibinə bax.
-
Farsın – qəzəli, türkün məsəli.
-
Falın faldır, fərmanın Allah.
-
Fal yox, yumurta da yox.
-
Faydasız qohumdan faydalı yad yaxşıdır.
-
Fayda zərərin qardaşıdır.
-
Fayda – zərər hesab başında məlum olar.
-
Fikirdən iti gedən şey yoxdur.
-
Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.
(Qırğız atalar sözləri)