• At gücünü karvanda gör, mərd gücünü meydanda.
  • At verməyin nə, "yavaş get" deməyin nə?
  • Dəvəni yel aparsa, keçini göydə gör.
  • Dostuna at vermə, verdinsə "yavaş get" demə
  • Ər altında at olur, qeyrət altında ər olur.
  • Eşşək nə bilir zəfəran nədir?
  • Eşşək nə eşşək - tükü məxmər, incə kəmər, üzü qəmər, yerişi at, üstündə yat, belinə min, evinə çat.
  • İt hürsə, bülbül susar.
  • İt ilə yatan, bit ilə qalxar.
  • İt qapmaz, at təpməz demə.
  • İtə səlam, dəliyə sual olmaz.
  • Məscid şamını yeyən pişik kor olar.
  • Meydansız at sürülməz, sınaqsız ər bilinməz.
  • Pişik arxasını yerə vurmaz.
  • Pişik atası xeyrinə siçan tutmaz.
  • Pişik miyoldamasın, toyuq taqqıldamasın.
  • Pişik ölüb, siçanların bayramıdır.
  • Pişik yaxşı bilir kimin ətini yeyib.
  • Pişik yeyəni, aslan qusdura bilməz.
  • Pişiyi bağlayıb çörək yeyənlərdəndir.
  • Pişiyi bağlayıb süfrə açır.
  • Pişiyi bir vursan – dinməz, iki vursan – dinməz, axırda üz-gözünü cırmaqlar.
  • Pişiyi çox sıxışdırma, pələngə dönər.
  • Pişiyin ağzı ətə çatmaz, deyər: iylənib!
  • Qartal yuvasın gəzər, at sürüsün.
  • Quru torba ilə tutulmaz at.
  • Sahibinin yanında pişik də it basar.
  • Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər.
  • Yatağan aslandan gəzəyən pişik yaxşıdır.
  • Yaxşı ata bir qamçı, yaman ata - min qamçı.
  • Yəhər at belində, həmişə qalmaz.
  • Yəhərin ağır yüngülün, at bilir.
  • Yemsiz torba, at gətirməz.
Top