Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Atın yaman - sat,
Qardaşın yaman - qaç,
arvadın yaman - at.
-
Dadlını çox çeynəsən, ardı acı olar. yaxşını döydükcə yaman olar.
-
-
El yaxşı, biz yaman, el buğda, biz saman.
-
Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.
-
Ha uzaq ola - yol yaxşı, ha yaman ola - el yaxşı.
-
Hər zərərdə bir xeyir var.
-
Köhnə tap təzəsində, yaman tap yaxşısında.
-
-
Nə qədər uzaq olsa, yol yaxşıdır,
Nə qədər yaman olsa, el yaxşıdır.
-
Oğlun yaman olsa - vurub tanrı. yaxşı olsa – verib tanrı.
-
Pisi görməsən, yaxşının qədrini bilməzsən.
-
Şər deməsən, xeyir gəlməz.
-
Şər həmişə xeyrin dalınca gəzər.
-
Şər kəsən barmaq ağrımaz.
-
Şər zahirə hökm eylər.
-
Xeyir bir qopar, şər onu min qovar.
-
Xeyir dilə qonşuna, xeyir gəlsin başına.
-
Xeyir gəldi şər gedər.
-
Yaman adamın başına daş salsan, çiyninə düşər.
-
Yaman arvad, tez kişini qocaldar, əsil arvad dərdlərini azaldar.
-
Yaman dirilikdən ölüm yaxşıdır.
-
Yaman günə səbr edən, yaxşı günə tez çatar.
-
Yaman külahduzdan yaxşı palanduz yaxşıdır.
-
Yaman olmasa, yaxşılığın qiyməti bilinməz.
-
Yaman qonşu adamı rüsvay eylər.
-
Yaman yeyənin olsun, yaman deyənin olmasın.
-
Yaxşı - yaxşılığın deyilir, yaman - sənin nəyin deyilir?
-
Yaxşı adam yavan çörəyə dözər, yaman adamı yağlı xörək də üzər.
-
Yaxşı adamın yaxşılığı dəyər dar gündə,
Yaman adamın yamanlığı, dəyər hər gündə!
-
Yaxşı arvad ərini bəy eylər, yaman arvad – zay.
-
Yaxşı at yemini artırar, yaman at qamçısını.
-
Yaxşı ata bir qamçı, yaman ata - min qamçı.
-
Yaxşı dost yaman gündə məlum olar.
-
Yaxşı gəlin gülümdür, yaman olsa ölümdür.
-
Yaxşı gəlməyincə, yaman gedməsin.
-
Yaxşı gün cənnətdir, yaman gün cəhənnəm.
-
Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər.
-
Yaxşı günə dözməyən yaman günə heç dözməz.
-
Yaxşı günün döş ağrısı, yaman günün diş ağrısı?
-
Yaxşı günün yoldaşı, yaman günə düşdüm, gəl!
-
Yaxşı ilə dost olsan səni əzizlər, yaman ilə dost olsan dalınca pislər.
-
Yaxşı işə gələr. yaman - aşa.
-
Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.
-
Yaxşı qadın ömür balı, yaman qadın can zuvalı.
-
Yaxşı yaman, keçdi karvan.
-
Yaxşı yoldaş yaman gündə tanınar.
-
Yaxşıya gün yox, yamana ölüm.
-
Yaxşıya yaxşı desən çəkinər, yamana yaxşı desən öyünər.
-
Yaxşıya yaxşı deyərlər, yamana – yaman.
-
Yaxşıyla yaxşı - yarışqan at, yamanla yaman - qudurğan it.
-
Yetim malı oddan yaman yandırar.