• Bir il oğurluq edən, min il qazılıq edər.
  • Doğru tutulmayınca, oğru tutulmaz.
  • Kasıblıq eyib deyil, oğurluq eyibdir.
  • Malı yox oğru apara,
    imanı yox şeytanı apara.
  • Malını yaxşı saxla, qonşunu oğru tutma.
  • Oğru adam oğurluğu tez bilər.
  • Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
  • Oğru elə bilər hamı oğrudur.
  • Oğru həmişə doğruluqdan danışar.
  • Oğru it özünü bildirər.
  • Oğru it xoflu olar.
  • Oğru kölgəsindən qorxar.
  • Oğru nə istər? Qaranlıq gecə.
  • Oğru oğrunu tez tanıyar.
  • Oğru olan toxalmaz, doğru olan ac qalmaz.
  • Oğru özgənin malın yiyər, özünün - arın (namus).
  • Oğru qalana yanar, mal sahibi (yiyəsi) – gedənə.
  • Oğru, evə girdikdən sonra, qapıya açar salar.
  • Oğru, oğrudan gizlənər.
  • Oğrunu oğru ilə tutarlar.
  • Oğurluqdan əl üzərsən də, oğurluq adı qalar səndə.
  • Oğurluqla fahişəliyin qırx gün ömrü var.
  • Sadəlövhlük oğurluqdan pisdir.
  • Yay oğurluğu qışda deyilər.
Top