Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Zəmanə kötü oldu, halal yeyilməz, haram qiymətli oldu.
(Türk atalar sözü)
-
Zərərin harasından qayıtsanda, qazancdır
(İngilis atalar sözləri)
-
-
Zülmət daşıdır:
götürən də peşmandır, götürməyən də.
-
Zəhməti sevən işdən doymaz.
-
Zər əhlində kərəm yoxdur, kərəm əhlində - zər.
-
Zorla gözəllik olmaz.
-
Zor qapıdan girincə, şər bacadan çıxar.
-
-
Zəhməti bülbül çəkər, gülü qucar xar.
-
Zəhmət çəkməyən bal yeməz.
-
Zəhmət olan yerdə qeybət olmaz.
-
Zindana səbir eyləyən, axır taxta çıxar.
-
Zaman pul deyil, onu qaytarmaq olmaz.
-
Zəfəranın sarılığını görəndən sor, dadını - qoxlayandan.
-
Zorla it sürüyə getməz.
-
Zurnaçının göz nəyinə gərəkdir.
-
Zor olsada başlaması, xoş olsunda qurtulması.
-
Zor - zoru, kor – koru görür.
-
Zərgər dükanın tozuda qızıldır.
-
Zər ilə zor iş aparar.
-
Zınqırovu pişiyin boynuna kim asacaq?
-
Zınqırovlu dəvə itmək.
-
Zülmün axırı olmaz.
-
Zülmət daşıdır: götürən də peşmandır, götürməyən də.
-
Zülm ilə bərbad olan, ədl ilə abad olar.
-
Zülm ilə abad olan, bir gün gələr bərbad olar.
-
Zülm yerdə qalmaz.
-
Zülm ərşə dayanıb!
-
Zurnaçının göz nəyinə gərək?
-
Zurnaçı oğlu zurnaçı olar.
-
Zurnaçı zorunu püfünə verər.
-
Zurnaçı dəfli olar.
-
Zurnanın səsi uzaqdan xoş gələr.
-
Zurnanı versən naşı əlinə, gen tərəfdən püfləyər.
-
Zurnada pişro olmaz, bəxtinə nə çıxsa çal.
-
Zehnim kor olub.
-
Zorla gedən köpək qoyuna fayda verməz.
-
Zorən təbib olmaz.
-
Zorlu-zorlu, çaxmaqdı, qozdu, əvvəldən eşqi vardı indi vurdu soyudu.
-
Zora xanların da borcu var.
-
Zora dağlar dayanmaz.
-
Zor oyunu pozur.
-
Zor gələndə qanun qaçar.
-
Zor ilə gözəllik olmaz.
-
Zor ilə köpək sürüyə getməz.
-
Zor qapıdan girəndə, dad bacadan çıxar.
-
Zopa doğrusunu dedirdər.
-
Zirəni Kirmana aparır.
-
Zirəm sənə su verrəm, bu gün verrəm, sabah verrəm, özüm billəm.
-
Zirəklik comərdlik gətirər.
-
Zirək quş dimdiyindən tələyə düşər.
-
Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür.
-
Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
-
Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
-
Ziyan ağudan acıdır.
-
Zəhmətsiz iş olmaz.
-
Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
-
Zəhməti məşşatə çəkər, ləzzəti damad aparar.
-
Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
-
Zəhmət çəkən bal yeyər.
-
Zəhmət yemək istəmir, amma özü yedirdir.
-
Zəhər gələndə acı qaçar.
-
Zəxirəsin (ərzağın) fikr eyləyən peşiman olmaz.
-
Zəhər zəhəri öldürər.
-
Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
-
Zərurət insana hər şeyi öyrədər.
-
Zərrə qədər iman, dünya qədər günah.
-
Zərlə gözəllik almaq olmaz.
-
Zərgər dükanının tozu da qızıl olar.
-
Zərərin yarısından qayıtmaq da xeyirdir.
-
Zərərin bir başı var.
-
Zərərdən qorxan xeyr görməz.
-
Zərərdən qorxan dükan açmaq.
-
Zərər oddan yamandır.
-
Zərər zəhərdən acı olar.
-
Zərd bəzərəkdən (kətan toxumundan) yağ çıxardar.
-
Zər qədrini zərgər bilər.
-
Zəngbar talanı deyil ki?
-
Zənburun dəvəsidir.
-
Zəmanəyə uymaq gərək.
-
Zəmanə ilə hesablaşmaq gərəkdir.
-
Zəmanə dəyişdikcə adamlar da dəyişir.
-
Zəmanə adamı öyrədir.
-
Zəmanə adamı deyil.
-
Zəlzələni görən yanğına razı olar.
-
Zahiri gözəllik müvəqqətidir.
-
Zahirdən batinə yol var.
-
Zahidin bir barmağın kəssən, dönər haqqdan qaçar!
-
Zahid məni aldatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu burdan aparırlar.
-
Zatına da, südünə də bələdəm.
-
Zatı qırıqdır.
-
Zaman səbirlidir.
-
Zaman keçər, söz qalar.
-
Zaman ilə hesablaşmaq gərək.
-
Zaman zamana uymaz.
-
Zaman bir nəhrdir axar, durmaz.
-
Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
-
Zalımın ömrü az olar.
-
Zalımın zülmü yadında qalmaz.
-
Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
-
Zəri də var, zoru da.
-
Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
-
Zər ilə olan, zor ilə olmaz.
-
Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir.
(Qırğız atalar sözləri)
-
Zorla boyuna qoyulan vəzifə layiqincə yerinə yetirilə bilməz.
(Qırğız atalar sözləri)