• Eşq üçün tökülən göz yaşı və müharibədə tökülən qanın əvəzi olmaz. (Fransız atalar sözləri)
  • Eşq hətta eşşəyi rəqs etdirər. (Fransız atalar sözləri)
  • Eşq üçün tökülən göz yaşı ilə savaşda axan qanı heç bir şey əvəz edə bilməz. (Fransız atalar sözləri)
  • Eyni çayda iki dəfə yuyunulmaz. (Yunan atalar sözləri)
  • Eşqin yumruğu üzüm kimi şirindir. (Afrika atalar sözü)
  • Evində dinc olmaq istəyirsənsə, yoldaşının bütün istədiklərini et. (Afrika atalar sözü)
  • Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmağa məşğul olarlar. (Çin atalar sözləri)
  • Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən at qapında varsa qaldır at. (Çin atalar sözləri)
  • Elə arxalananın kürəyi yerə dəyməz
  • El sevəni el sevər
  • El bir olsa – dağ oynadar yerindən,
    söz bir olsa, zərbi kərən sındırar.
  • Elçidən söz alarlar, düşmandan göz.
  • Eli dağlamaq olmaz,
    Ağzın bağlamaq olmaz.
  • Elmin gücü,
    Yıxar bürcü.
  • El tutanı ər tutar,
    Ər atanı el atar.
  • Eyni güldən ilan zəhər, arı bal çəkər.
  • El elə dayanıb, tənbəl indi oyanıb.
  • El gözü tərəzidir.
  • Elnən gələn toy-bayramdır.
  • Eşşəyə min ata çatana qədər.
  • Eşqin gözü kordur.
  • El üçün ağlayan gözdən olar
  • Edən qurtuldu, diyən tutuldu.
  • Ev alma, qonşu al.
  • El gözünü dil açar.
  • Eşəyə quyruq, öküzə buynuz, ağır olmaz.
  • Eşq ağladır, dərd söylədir.
  • Eşşək qaçdı, ip uzandı.
  • Eşşəyin hesabı başqa, eşşəkçinin ki başqa.
  • Evdəki qızın gözü qapıda, doymamış itin qulağı.
  • El dediyin kimindir, dil dediyin elindi.
  • El elə sığar, ev evə sığmaz.
  • El qazanı ilə, aşın qaynamaz.
  • El qulağı, su tutmaz.
  • Eşqin gözü kor olur, qulağı kar.
  • Eşşəyin qədrin atdan düşəndən sor.
  • Ev almadan, qonşunu tap (tanı).
  • Evi quran balta, dışarda qalar.
  • Evi daraldan qonaq olsun, qonağı daraldan, dilin olmasın.
  • Evin aşağısıda olur yuxarısıda.
  • Evi yığanda arvaddı, yıxanda.
  • El çarəsız olmaz, mərd yarasız olmaz.
  • El ağzı, çuval ağzı, yel ağzı.
  • El ağzına baxan, qadının tez boşar.
  • El ağzına "ələk" tutulmaz.
  • El ağzında, bir söz əkən, yüzün dəyər.
  • El alır qız, "quda" qazanır, mən aldım qız, "qada" qazandım.
  • El atı tez yorular.
  • Eldən gəlsə məlamət, qalanmazsan səlamət.
  • Eldən qalan dil olsun, seldən qalan iz olsun. oddan qalan kül olsun.
  • Elə fırıldaq gəlib ki, fırlana fırlana qalmışıq.
  • Elə günə düşüb ki burnun ucu titrəyir.
  • Elin ağzı torba deyil ki büzəsən.
  • Elinə ağlayan qalmır, elindən yazan qalır.
  • Erkən qalxan, erkən çatar evinə.
  • Ertə namaz gec namaz, ağılda qoyun qalmaz.
  • Ertə qanmayan gec qanmaz, gec qanmayan, heç qanmaz.
  • Ehsan verin, rəhmət aparın
  • El yaxşı, biz yaman, el buğda, biz saman.
  • El içində – əmioğlu; əmioğlu içində – qardaş.
  • El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş.
  • Evli evdə yatar, qərib harda axşamlar?
  • Eşşək başı ağırlıq (hörmət) götürməz.
  • El bir olsa zərbi kərən sındırar.
  • Eşşək nə eşşək - tükü məxmər, incə kəmər, üzü qəmər, yerişi at, üstündə yat, belinə min, evinə çat.
  • Eşitmək hara, görmək hara.
  • Eşşək nə bilir zəfəran nədir?
  • El çalışar, yer sevinər.
    Yer barlanar, el sevinər.
  • El qapısı – həkim qapısı.
  • El qapısı gec açılar, güc açılar.
  • Eşşəyin üzünü yuyanda külək qopar.
  • Elə yerdə otur ki, altına su çıxmasın.
  • Elə yerdə ev salmışam ki, yıxılanda vay deyəm.
  • Elə yeməyin belə də qusmağı olar.
  • Elə ye ki, həmişə yeyəsən.
  • Elə ye ki, dişlərinə zərər eləməsin.
  • Elə iş tut ki, içindən qənbərqulu çıxmasın.
  • Elə zılxın (çuğundurun) belə qazanı olar.
  • Elə elə ki, nə şiş yansın, nə kabab.
  • Elə elə ki, bir də bazara şor satan gəlsin.
  • Elə don geymək gərək ki, yamağı evdə tapıla.
  • Elə qırmızıdır ki, toxum xoruzuna oxşayır.
  • Elə qazanın belə də aşı olar.
  • Elə qazana, belə çuğundur gərək.
  • Elə vurram beş gedərsən.
  • Elə bir daşdır ki, götürən də peşmandır, götürməyən də.
  • Elə bilirsən qara gözünə aşiq olub?
  • Elə bilir yuxa arasında halvadır.
  • Elə bil daşdan talaşa qopub.
  • Elə bil üstümdən dağ götürüldü.
  • Elə bil tükün oda tutdular.
  • Elə bil kilsəyə bir daş atdım.
  • Elə bil ölü qəbirdən xortdayıb.
  • Elə bil odun üstə su töküblər.
  • Elə bil malakan xəncər bağlayıb.
  • Elə bil yumurta üstə oturub.
  • Elə bil dənizdə üzən gəmidir.
  • Elə bil dədəsini mən öldürmüşəm.
  • Elə bil dalınca atlı salıblar.
  • Elə bil qurbağa gölünə daş atdılar.
  • Elə bil buz baltasıdır.
  • Elə bil balıq ağzıdır.
  • Elə bağın belə də meyvəsi olar.
  • Elə atadan belə oğul?
  • Elə allam, eşşəkdən palan alan kimi!
  • Elin tutduğu quşun quyruğu qısa olar.
  • Elin tərəzisi yoxdur.
  • Elin sözünə baxan ac qalmaz.
  • Elin sözü əvvəl-axır düz olar.
  • Elin sözü daşı yeridər.
  • Elin gücü, yelin gücü, selin gücü – güclü olar.
  • Elin gücü – tufan gücü.
  • Elin gözü daşı əridər.
  • Elin atdığı daş uzaq gedər.
  • Eli olmayanın dili də olmaz.
  • Elə gedən əliboş qayıtmaz.
  • Elə kor deyən özü badamgözlüdür?
  • Elə iynə sancmaq istəyən əvvəlcə özünə sancar.
  • Elə edən, sənə də edər.
  • Elə arxalanan igid başa çatar.
  • Eldən-elə, dildən-dilə, kim gülə, kim gülməyə.
  • Eldən dərs alan Loğman olar.
  • Eldə xəbər çox olar.
  • Eldə olan bəydə olmaz.
  • El şamı daim yanar.
  • El çalan zurnanın səsi uzaqdan gələr.
  • El hümmətlə, quş qanadla.
  • El hər qalın bostan qırağına gəlməz.
  • El hara, sən də ora.
  • El sözü – atalar sözüdür.
  • El sözü – ata nəsihətidir.
  • El səsi – haqq səsi.
  • El sevəni aləm sevər.
  • El salan körpüdən hamı keçər.
  • El sağolunu qazandın, el sağolundan özünü gözlə.
  • El öz dəlisini yaxşı tanıyar.
  • El od başına yığılar.
  • El oğlu yumurtaya qulp qoyar.
  • El nəğməsini eldən öyrənərlər.
  • El namusu elə düşər.
  • El mahnısı – yallı səsi.
  • El malını qoru öz malın kimi.
  • El malına göz tikmə, özün qazan, özün ye.
  • El malına göz tikən, gözsüz qalar.
  • El malına kəm baxan, malsız-davarsız qalar.
  • El malı ilə dost qazanılmaz.
  • El gücü güclü olar.
  • El gözüylə dünya görünməz.
  • El gözü aydın görər.
  • El köçdü, sən də köç.
  • El kisəsindən dəvələr sənə qurban.
  • El keçən körpüdən sən də keç.
  • El yumruğunu görməyən, öz yumruğunu batman sanar.
  • El yaxşılığın unutma.
  • El el üstə sığınar.
  • El ağzı – çuval ağzı.
  • El içində ol, el içində öl.
  • El ipilə quyuya düşən, quyuda qalar.
  • El ilə qara gün bayramdır.
  • El ilə bir ağla, el ilə bir gül.
  • El ilə allahu-əkbər.
  • El igidləri ilə tanınar.
  • El elin itgisini bayatı oxuya-oxuya axtarar.
  • El elin aynası – batmanı, tarazısı.
  • El el ilə, dəyirman yel ilə.
  • El eybini sənə deyən, sənin də eybini elə deyər.
  • El dəlisin çölə atmaz.
  • El dəli olanda mollaya gedər, molla dəli olanda hara gedər?
  • El dağlara dayanıb, çıraqlı indi oyanıb.
  • El qızına inanmaq olmaz.
  • El qalxdı, sən də qalx.
  • El qazanı ilə aş qaynamaz.
  • El qabağı – yel qabağı.
  • El bərəkallahı qarın cırar.
  • El atanı haqq da atar.
  • El atanı – ər atar, el tutanı – ər tutar.
  • El atan daşa güc çatmaz.
  • El arasında it quyruğu kəsməzlər.
  • El ayranı yanğını soyutmaz.
  • El adamı igid deyə candan edər, comərd deyə maldan edər.
  • El ağzında bir sözün yüz rəngi var.
  • El ağzına baxan, qarısını tez boşar.
  • El ağzı ilə şorba içilməz.
  • El oğzı – çuval ağzı.
  • El ağzı torba deyil ki, büzəsən!
  • El ağzı kəramətdir.
  • El ağzı – yel ağzı.
  • El ağzı ilə quş tutulmaz.
  • Eyməçiyə (qatıqçıya) doşab göstərməzlər.
  • Eyibsiz gözəl olmaz, ay üzündə də ləkə var.
  • Eyibsiz yar axtaran, yarsız qalar.
  • Eyibsiz dost axtaran, dostsuz qalar.
  • Eyibli söz danışma.
  • Eyibli eybini bilsə, başına kilim örtər.
  • Eybini bilən, özgəyə eyib eyləməz.
  • Eyib tapır özgəyə, bir baxmayır güzgüyə.
  • Eyibi eylər eybəcər, soğanı yeyər dərdəcər.
  • Eyib eləmə eybəcərin eybinə, eyib edirsən öz- eybinə eybi yox.
  • Ey cüt yatan bəxtəvər, demirsən bir tək də var?
  • Ey fələk, batmanı eylədin çərək, hamıya verdin qovun, qarpız, mənə erdin yelpənək.
  • Ey özü-özünü bəyənmiş, qoy səni el bəyənsin.
  • Ey yar, gəl bağrımı yar, gör içində nələr var.
  • Ey əmmamə, gör qayış nə çəkir?
  • Evsizə qız verməzlər.
  • Evli evində gərək.
  • Evlərə gedən qızın dili altında qənd gərək.
  • Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək.
  • Evlərə gedən qızın başı qovğalı olar.
  • Evlər damı isti sacdır, davam gətirən oturar.
  • Evlər ayrı, qayğılar ayrı.
  • Evlənmək su içmək deyil.
  • Evlənənlə ev tikənin köməkçisi çox olar.
  • Evlənən göz-qulaqda olar.
  • Evlənən evdar olar.
  • Evində tapmaz bir çürük darı, bardaş qurub oturar hamıdan yuxarı.
  • Evində yatır, yuxuda Həzrəti Suleymanı görür.
  • Evində dəlik, belində yara, yar sirrini ellərdə ara.
  • Evin olsun avardan, od düşsün gilavardan!
  • Evin minarə dibində olsa da, qulağın səs eşitməz.
  • Evin yıxılsın Müşküllü Məmməd, ayının böyüyünü burada qoyub gedib meşədə axtarır.
  • Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı – qonaq.
  • Evin yaraşığı gəlindir.
  • Evin iti ol, kiçiyi olma.
  • Evin bəzəyi ocaqdır.
  • Evimizə gəldi qonaq vay dədəm vay, dədəm vay, olaydı yumurta, bişirəydim qayqanaq, vay tava dərdi, yağ da yoxdur !
  • Evi odlanan mən əli kösövlü sən.
  • Evi yoxdur, qapı axtarır.
  • Evi abad edən arvaddır.
  • Evi abad al, bağı – bərbad.
  • Evə girirəm qarı döyür, bayıra çıxıram – tanrı.
  • Evdir, aşağısı da olar, yuxarısı da.
  • Evdən qabaq qonşu axtar.
  • Evdəki hesab bayıra çıxmaz.
  • Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır.
  • Evdə gəlinim olsun, bayırda – yeznəm.
  • Evdə div olur, çöldə divanə, Evdə xoruz olur, bayırda toyuq.
  • Evdə qonaq olanda uşağa acıqlanmazlar.
  • Evdə bişməyib, qonşudan gəlməyib.
  • Ev şamdan işıqlanar, baş – bilikdən.
  • Ev xoruzudur(pəhləvanıdır).
  • Ev tikən balta çöldə qalar.
  • Ev təzə, divar təzə, ələyim, səni hardan asım?
  • Ev süpürürəm, yer salaram, kimin qızından dala qalaram?
  • Ev sözsüz olmaz, meşə çaqqalsız.
  • Ev dağılsa tiri qalar, kalafa uçsa – yeri.
  • Ev buzovundan öküz olmaz.
  • Ev böyüksüz olmasın.
  • Ev bizə qaldı desənə, halva bişibdir – yesənə.
  • Ev bağda , bağ dağda.
  • Ev ayranı acı olar.
  • Eşşəyin canı yananda atdan bərk qaçar.
  • Eşşəyin hesabı başqa, eşşəkçininki başqa.
  • Eşşəyin palanı eşşəyə yük olmaz.
  • Eşşəyin yükü yüngül olanda oynamağı gələr.
  • Eşşəyin yükü ağır olanda yiyəsi aparar.
  • Eşşəyin yaşından çərçinin daşından baş çıxartmaq olmaz.
  • Eşşəyin duası müstəcab olsaydı çarvadar yolda ölərdi.
  • Eşşəyin qulağını uzadan uzadıb.
  • Eşşəyin qulağını kəsməklə köhlən olmaz.
  • Eşşəyin quyruğu kimi, nə uzanır, nə qısalır.
  • Eşşəyin qarqışı töylədədir.
  • Eşşəyin anqırması artıq düşəndə, yiyəsinə şıllaq atar.
  • Eşşəyin anqırması özünə xoş gələr.
  • Eşşəyin anqırmayanı olmaz.
  • Eşşəyimin qurd dayısı.
  • Eşşəyə qızıldan noxta taxsan yenə adı eşşəkdir!
  • Eşşəyə qızıl yükləsən, qiyməti artmaz.
  • Eşşəyə buynuz versən, vurar ölkəni dağıdar.
  • Eşşəklər evdə oturub, qoduqlar sahəyə çıxıb.
  • Eşşəkqulaq – qabanbaş, heç görmüsən yeriyə daş?
  • Eşşək üstə qəmə bağlayana gülərlər.
  • Eşşək üstən düşən olmuşdu, heç bunun kimisi olmamışdı.
  • Eşşək tapılanda yük vuran çox olar.
  • Eşşək palçığa batandan sonra yol göstərən çox olar.
  • Eşşək palçığa batan, yiyəsindən qeyrətlisi tapılmaz.
  • Eşşək olasan, çulun bu qədər nazik?
  • Eşşək olan qulaqların sallasın, nalbənd gəlib ayaqların nallasın.
  • Eşşək olsa da özümüzünküdür.
  • Eşşək nədir, döşək nədir.
  • Eşşək nə bilir xurmanın dadını?
  • Eşşək Məkkəyə getməklə hacı olmaz.
  • Eşşək yük altında anqırmaz.
  • Eşşək ya oduna gedər, ya suya.
  • Eşşək eşşəyə uzunqullaq deyər.
  • Eşşək dağda ölər, sorağı evə gələr.
  • Eşşək qaçıb, palanı qalıb.
  • Eşşək böyük, palanı kiçik.
  • Eşşək bozdur, dəyirmana getməz.
  • Eşşək at yerini verməz, ciyər – ət yerini.
  • Eşşək anqıranda itin başı ağrıyar.
  • Eşşəyə minib, eşşəyi axtarır.
  • Eşşəyə min, piyada qalma.
  • Eşşəyə min, baxtın açılsın.
  • Eşşək aldım qatır çıxdı.
  • Eşitmişəm, görməmişəm.
  • Eşitmək görməyə bənzəməz.
  • Eşitmək istəmədiyini özgəsinə eşitdirmə.
  • Eşitdiyini unut, gördüyünü demə.
  • Eşik qar, içəri dar.
  • Eşidən görənə xəbər verir.
  • Eşqin tərs-avandı olmaz.
  • Eşqi topuğuna vurub.
  • Eşq bir dəryadır, üzmək bilməyən bu dəryada boğular.
  • Eşq ağladar, dərd göynədər.
  • Ehtiyatı əldən vermə.
  • Ehtiyatlı qoyunu qurd yeməz.
  • Ehtiyat şərtdəndir.
  • Ehtiyat ən böyük qoçaqlıqdır.
  • Ertəykən əkən, erkən də biçər.
  • Ertəyə qalan, arxaya qalar.
  • Erkək itin qarnı tox gərək.
  • Erkək eşşək, yanı qoduqlu?
  • Erkək eşşəyin altında bala axtarır.
  • Erkək quşun yuvası olmaz.
  • Erkək quş ötər, dişi quş yuva tikər.
  • Erkək balıqdan da yaşınır.
  • Erkək atın yəhəri yırtıq olar.
  • Erkək aslan şirdir, dişi aslan şir deyil?
  • Enişin yoxuşu, yoxuşun da enişi var.
  • Elçiyə yox cavabı verməzlər.
  • Elçiyə zaval yoxdur.
  • Elçi çox olar, qismət bir.
  • Elmsiz adam – ruhsuz cəsəd.
  • Elmsiz adam meyvəsiz ağac kimidir.
  • Elmli qazıya şahid lazım deyil.
  • Elmli adam cürətli olar.
  • Elminə əməl etməyən alim, əlində çıraq gəzdirən kora bənzər.
  • Elm öyrən beşikdən qəbrəcən.
  • Elm sahibinə böyük zinətdir.
  • Elm para ilə yox, çalışmaq ilə ələ gələr.
  • Elm oxumaq – iynə ilə gor qazımaq deməkdir.
  • Elm mərtəbəsi uca olar.
  • Elm var ki, - rəndədir, adamı hamarlayır.
  • Elm insana böyük mirasdır.
  • Elm zəhmət ilə ələ gələr.
  • Elm bir xəzinədir, nə qədər sərf edərsən, o qədər artar.
  • Elm adama zinətdir.
  • Elm ağlın çırağıdır.
  • Ellərə gülən canım, indi olmuşam el gülüncü.
  • Ellərə gülən canım, el mənə gülən oldu.
  • Ellər nə gözəl məsəl demişlər: Dünyanı mürur ilə yemişlər!
  • Ellər köçər, dağlar qalar.
  • Ellər bizə, biz ellərə.
  • Elə tikə götür ki, uda biləsən.
  • Elə çömçənin belə də qazanı olar.
  • Elə çobanın belə də sürüsü olar.
  • Elə hürəyən itdən, belə zınqıldayan tula olar.
  • Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
  • Elə söz de ki, kalı tökülsün, dəymişi qalsın.
  • Evlənərkən qulaqlarına yox, gözlərinə inan.
  • El çalan zurnanın səsi uzağa gedər.
  • El harda, sən də orda.
  • El tikəni yel yıxa bilməz.
  • Elsiz dağ viranədir.
  • El öz dəlisini tanıyar.
  • El oğrusuz, çöl qurdsuz olmaz.
  • Ellərə gülən canım - indi olub el gülüncü.
  • El gücü, yel gücü, sel gücü.
  • El gücü, sel gücü.
  • El gözündən düşən gözsüz qalar.
  • El gözündən düşən boy atmaz.
  • El köçdü, oba qaldı.
  • El keçən körpüdən qorxma, sən də keç.
  • Elin oğlu yumurtaya qulp taxar.
  • Elin gücü bir olsa, düşməni dara çəkər.
  • Elin gözü sərraf olar.
  • Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
  • Elimə qalsın, günümə qalmasın.
  • Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
  • Elə arxalanan igidin, arxası yerə dəyməz.
  • El elin aynasıdır.
  • El elə sığışar, ev evə sığışmaz.
  • El dəlisini çölə atmaz.
  • El qapısı həm gec, həm güc açılar.
  • El tutanı ər tutar, Ər atanı el atar.
  • El atan daşa güc düşməz.
  • El atan daş dağdan aşar.
  • El arxası çəmən olar.
  • El ağzı faldır.
  • El ağzını bağlamaq olmaz.
  • Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
  • Eşit, inanma.
  • Elə bil biyara gedir.
  • Eşşək palçığa bir dəfə batar.
  • Elə elə ki, nə şiş yansın, nə kəbab.
  • Elə yerdə otur, altına su çıxmasın.
  • Elə bilir yuxa arasında halva var.
  • Eyibli öz eybini bilsə, başına kilim örtər.
  • Elmin gücü, Yıxar bürcü.
  • Elm ağılın çırağıdır.
  • Eşitdiyinə inanma, gördüyünə inan.
  • Ehtiyatlı oğulun anası ağlamaz.
  • Ehtiyat igidin yaraşığıdır.
  • Ev bizim, sirr bizim.
  • Evlilik, bir qala kimidir. Çöldəkilər oraya girmək üçün,içindəkilər də çölə çıxmaq üçün məşğul olar dayanarlar. (Tay atalar sözləri)
  • Etimad idarəyə mane deyil. (Alman atalar sözləri)
  • Eşqdə və döyüşdə hər şey mübahdır. (Alman atalar sözləri)
  • Eşq gözlərdən başlar (Rus Atalar Sözləri)
Top