Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Ağıllı düşmən nadan dostdan yaxşıdır.
-
Arxalı köpək qurd basar.
-
-
Atlı çapar, tayını tapar.
-
Bacar dost qazan, düşmən qapısında.
-
Baş-başa verməyincə daş yerindən qalxmaz.
-
Bir dəfə gəldin – yoldaş, iki dəfə gəldin – qardaş.
-
Bir gün düz yediyin yerə, qırx gün salam ver.
-
-
Bir su ki, girdi qaba, oldu içməli.
-
Birisi minə bağlıdır, mini də birə.
-
Birlik harada, dirilik orada.
-
Cəhənnəmə gedən özünə yoldaş axtarar.
-
Çörək itirən, çörək tapmaz.
-
Çox qarışqa bir şiri öldürər.
-
Dağ dağa qovuşmaz, insan insana qovuşar.
-
Dəli özünə bir dəli yoldaş tapdı, elə bildi ki, çox ağıllıdır.
-
Doğru dostluq qərəzsiz olar.
-
Dost başa baxar, düşmən ayağa.
-
Dost dar gündə sınanar.
-
Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
-
Dost dosta yaman gündə gərəkdir.
-
Dost min isə azdır, düşmən bir isə çoxdur.
-
Dost qazan, düşməni nənəm də doğar.
-
Dost yaman gündə tanınar.
-
Dost yolunda boran olar, qar olar.
-
Dost yolunda can qurban.
-
Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
-
Dosta borc pul vermə, hər ikisi əldən gedər.
-
Dostla dağı tez aşmaq olar.
-
Dostluqla tutub, düşmənliklə yıxma.
-
Dostun dostu da dostdur.
-
Dostun evini öz evin bil.
-
Dostun könlü xoş olsun, düşmən gözü kor olsun.
-
Dostun versə qum, Al ovcunda yum!
-
Dostunu göstər, sənin kim olduğunu deyim.
-
Dostunu mənə göstər deyim necə insansan.
-
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
-
Əli ələ vurarsan, səs çıxar.
-
Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
-
Ev alma, qonşu al.
-
Gedənə – yoldaş, gələnə qardaş.
-
Get özünə dost qazan, düşmən ocaq başında.
-
Həmnişinin bab ilə, Görən desin habelə.
-
Hər şeyin təzəsi, dostun köhnəsi.
-
Örtülü bazar dostluğu pozar.
-
Özgə atına minən tez düşər.
-
Özgə buzovunu güdənin çatısı əlində qalar.
-
Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
-
Özgəsinə göz qoyan özünkünü itirər.
-
Özgəyə quyu qazan özü düşər.
-
Özünü yorulmuş biləndə dostunu ölmüş bil.
-
Qanmazla yoldaş olma, səni də qanmaz eylər.
-
Qonşu iti qonşuya hürməz.
-
Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
-
Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
-
Qonşu payı dolu gələr, dolu gedər.
-
Qonşu qonşu olsa kor qız ərə gedər.
-
Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
-
Qonşu qonşuya baxar, Canını oda yaxar.
-
Qonşum sağ olsun, ocağından od verməsin.
-
Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
-
Qonşunun haqqı axirət haqqıdır.
-
Qoyun quzusunun ayağını basmaz.
-
Sidq ilə dost olan ürəkdən də bir gərək.
-
Soruşurlar: "qardaşını tanıyırsanmı", deyir, "yoldaşlıq etməmişəm".
-
Tək əldən səs çıxmaz.
-
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
-
Yaddan yoldaş olunca, yoldaş əldən gedər.
-
Yaxşı dost qardaşdan əzəldir.
-
Yaxşı dost yaman gündə məlum olar.
-
Yaxşı dostu yaman gündə sına.
-
Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
-
Yaxşı yoldaş gec tapılar.
-
Yaxşı yoldaş uzun yolu qısaldır.
-
Yaxşı yoldaş yaman gündə tanınar.
-
Yeməklə dost olan illərlə küsülü qalar.
-
Yıxılan yıxılana yoldaş olar.
-
Yol haramısı ol, yoldaş haramısı olma.
-
Yolda yoldaş, evdə qardaş.
-
Yoldan irəli – yoldaş, evdən irəli – qardaş.
-
Yoldaş yoldaş ilə tən gərək, tən olmasa gen gərək.
-
Yoldaşım - eldən,
uşağım - beldən,
dostum - ürəkdən.
-
Yoldaşını nişan ver, özünü tanıt.