• Atana hörmət elə, oğlun sənə hörmət edər.
  • Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
  • Böyüyə hörmət vacibdir.
  • Eşşək başı ağırlıq (hörmət) götürməz.
  • Hamıya hörmət elə, hörmətin olar.
  • İstəyirsən qocalıqda hörmətin olsun cavanlıqda qocalara hörmət elə.
  • İtə hörmət edərlər – yiyəsi xatirinə.
  • Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.
  • Kişiyə hörmət, artırar minnət.
  • Loğma qarın doyurmaz, hörmət artırar.
  • Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
  • Qanmaza hörmət edərsən, deyər: - "Məndən qorxur".
  • Qocaya hörmət elə, sən də qocalacaqsan.
  • Tanrım, böyüklərdən ululuğu, qocalardan hörməti, cocuqlardan utancı qoparma.
  • Yaxşı hörmət dövlətdən yaxşıdır.
Top