Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
Böyük zəkalar birlikdə düşünürlər.
(Fransız atalar sözləri)
Bütün sərvətini itirən insan önəmli bir şey itirmişdir, sağlığını itirən çox şey itirmişdir, qürurunu itirən lap çox itirmişdir, ümidini itirən isə hər şeyini itirmişdir.
(Fransız atalar sözləri)
Bir atı suya apara bilərsiniz, amma ona zorla su içirdə bilməzsiniz.
(Fransız atalar sözləri)
Başqalarının arzuları üçün yox, sırf özünüz üçün düşünün.
(Fransız atalar sözləri)
Bir yanlışı haqlı çıxarmağa çalışmaq onu ikiqat daha böyüdür.
(Fransız atalar sözləri)
Balıq suda ikən sövdə olmaz.
(İraq-Kərkük atalar sözləri)
Biz ondan, yoğurt umarız, o bizdən ayran.
(Türk atalar sözü)
Bütün yaxşı şeylər qurtarmalıdır. All good things must come to an end.
(İngilis atalar sözləri)
Biri digəri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər.
(Afrika atalar sözü)
Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu çatıb keçər.
(Afrika atalar sözü)
Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq.
(Afrika atalar sözü)
Biri o biri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər.
(Uqanda atalar sözləri)
Bir adamdan şübhələnirsinizsə onu vecinizə almayın, vecinizə alırsınızsa ondan şübhələnməyin
(Çin atalar sözləri)
Böyük insanların iradələri, zəiflərin ümidləri vardır
(Çin atalar sözləri)
Bir dəfə pələng belinə mindinsə, enmək çətindir
(Çin atalar sözləri)
Bir oyun oynayacaqsansa, oyunun qaydalarını, hissələrini və bitmə vaxtını əvvəlcədən təyin et
(Çin atalar sözləri)
Böyük insanların iradələri, zəiflərin isə ümidləri vardır.
(Çin atalar sözləri)
Birinin ağlından keçəni bilmək istəsən, söylədiklərini dinlə.
(Çin atalar sözləri)
Bir nəfərdən şübhələnirsənsə onu işə götürmə, işə götürürsənsə ondan şübhələnmə.
(Çin atalar sözləri)
Bir dəfə aslanın belinə mindinsə enmək çətindir.
(Çin atalar sözləri)
Bəla sürüsüylə gəlir
(Çin atalar sözləri)
Başqalarını danlayar kimi özünü danla, özünü bağışlayar kimi başqalarını bağışla.
(Çin atalar sözləri)
Borclunun üzü qara, aclığın gözü qara.
Borc yaxşı günə gəlməz.
Borc çıxıbdır xirtdəyəcən.
Borc alan bicdir, borc verən gic.
Borc verənin dili uzun olar.
Borc əsarətdir.
Borc almaq asandır, qaytarmaq çətin.
Borc yaddan çıxmaz.
Borclunun duaçısı borc verəndir.
Borc durar, xərc durmaz.
Borc verməklə tükənər, yol getməklə. (Borc verməklə, yol yeriməklə bitər.)
Borc ki oldu yüz – kir içində üz.
Borc almaq başlanan yerdə dostluq pozular.
Borc ödəməklə, yol yeriməklə tükənər.
Borc altında qalan deyil.
Borc ilə çaxır içən, iki dəfə keflənər.
Borc alan, salam da var.
Borc mini aşdı, hər axşam paxlava ye.
Borc qaldıqca uzanar.
Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
Borcunu verməyən, bir də borc ala bilməz.
Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
Borc köməyə bənzər, qaldıqca böyüyər.
Borc alan ağlar gələr, gülər gedər.
Bəlaya səbir gərək.
Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax, Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.
Bir də gəlin olaram, oturub durmağımı bilərəm.
Böyüyə hörmət vacibdir.
Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
Bala dadı, bal dadı, Bala adamı aldadır. Şirini şirin olur, Acısı da bal dadır.
Başa düşəni göz görər.
Başın başı var, başında başı.
Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
Bir böhtan min ziyana bərabərdir.
Bir ziyandan min böhtan doğar.
Bostan əkənin yiyəsi mərd olar.
Bir dəfə görmək iki dəfə eşitməkdən yaxşıdır.
Bir görmək, min eşidi basar.
Balam mənə əzizdir, tərbiyyəsi özündən də əzizdir.
Bir işi başlamağa çalış, özü qurtarar.
Bəylə bostan əkənin tağı çiynində bitər.
Bu əlin rənci, o ələ haramdır.
Başını keçəl eləmə, Hər keçəlin taleyi bir olmaz.
Bülbülü saldılar qəfəsə dedi: "Ay vətən, ay vətən", buraxdılar, qondu tikan koluna, dedi: "Can vətən, can vətən"
Bağ alma bağlanarsan, dağ alma dağlanarsan, qoyun al, yağlanarsan.
Bitmiş işdən gül iyi gələr.
Bağ bağbansız olmaz, dəvə sarbansız.
Bir işi qurtarmamış, o biri işdən yapışma.
Bablı baba ilə, su qullabı ilə.
Bablı babın tapmasa, işi ah-vayla keçər.
Bikarlıq korluq (aclıq) gətirər.
Bir əldə iki qarpız tutmaq olmaz.
Bir ac qudurar, bir yavalac.
Baba olmadı, vəba oldu.
Bənnasız divar hörülməz.
Bu günün işini sabaha qoymazlar.
Bitməyincə, çıxmaz.
Boğaz gecə, açar səhər. (boğaz: hamilə).
Boş boşuna yel olmaz, bəsləmədsən el olmaz.
Boş çuval, ayaqda durmaz.
Boş kəllənin yükün, ayağlar çəkər.
Boş qaşıq ağız yırtar, boş söz qulaq.
Bu il izi, gələnil, özü.
Budala qadının nallar, ağıllı atın.
Buğda qatında, sarqaç sulanır.
Buğda yanında otda sulanır.
Bulut ağlar, çimən gülər.
Buynuzlu olmaqdansa, başqalarına buynuz qoy.
Buz üstə bina salsan, günə gedər, Dağ üstə bina salsan, yelə gedər.
Buz üstə bina tutmaz.
Buz üstə yaz, yazı yazar.
Buza inanma, ona dayanma.
Buzdan su damlar.
Bağ alırsan qışda al, bağ satırsan yazda sat.
Bağban qocalır tikən uzanır.
Balaban çalanındı, at minənin.
Balasız qadın, gəlincik, parasız igid, ərincik.
Barmağından bal damır, çanağından yağ.
Basqısız taxtanı, yel alır, yel almazsa, sel alır.
Baş baş olsa, səhvidə başa düşər.
Baş daşa aşlandı, aşda qaldı, yaşlandı.
Baş gedməyincə, ayaq gəlməz.
Baş hara, ayağda ora.
Baş sağlığı, dünya varlığı.
Baba paltarı geyərsən, baba olarsan.
Bir daş altda, bir daş üstə.
Baqqal daşdan kəsər, siçan baqqaldan.
Baş-başa verməyincə, daş yerindən qalxmaz.
Boş çəllək danqıldayar.
Boş oturmaqdansa, boşuna işləmək yaxşıdır.
Balıq vermə, balıq tutmağı öyrət.
Balıq olmayan yerdə xərçəng də balıqdır.
Bir dana naxırın adını korlayır.
Bir versən bir də istər, Yatmağa yer də istər.
Böyük dağa qar yağmadıqca, kiçik dağa sıra gəlməz.
Baş, dil ilə asılar.
Bir vurmaqla ağac yıxılmaz.
Böyüklə böyü, başın göyə dəysin, kiçiklə kiçil, başın yerə dəysin.
Bu beşikdən nə başlar çıxdı.
Başqasına quyu qazan özü düşər.
Bulmadığın, olmadığın nəyə sevinmə.
Baş yazısın, əl yazısı pozamaz.
Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur.
Bax bu qaşa, bax bu közə, ciyər kabab oldu közə.
Bilən olda, birindən sor.
Bilən söyləmir, söyləyən bilmir.
Bilərək yanan, ağlamasın.
Biləyi zor, birini yıxar, bilimi olan, minini.
Biləyin on olunca, biliyin bir olsun.
Bilirəm dedin, dilləndin, bilməm dedin, dinləndin.
Bilməsədə, çox danışır, tox kimi.
Bir çörək, doqquz ac, orda durma, ordan qaç.
Bir it hürməgilən, bir kərvan geri dönməz.
Bir yalıncağı, min kişi soyamaz.
Boyunduruğu görüncə, öküz canlanır.
Böyük arzular kiçik şeylərə insanı həsrət qoyar.
Böyük dağa çıx, yekə yerlər gör.
Bu dünya başsız bir dünyadı, buna baş qoymaq isdəsən, ayaqların yerdən üzülər.
Bu günlərin qızları, kəbin kəsən özləri.
Başında çatışmayan şeyləri bilmək üçün, bilənlərin biliklərin öyrən.
Başlar beşikdən çıxar.
Başsız baş, ha vur, başdan başa vur.
Başsıza baş olunca, başlı, başın olsun.
Baxma qayasına, baxma daşına, yerisən, çıxarsan dağın başına.
Baxt olmasa başda, nə quruda bitər, nə yaşda.
Baxtsızın ağzı aşa, başı daşa.
Bayram aşı, qara, qarşı.
Behişdən ummur, cəhənnəmdən qorxmur.
Behişdin ləzzətin cəhənnəmdəkindən sor.
Bəla, gəlirəm-gəldim deməz.
Bəlası balına dəyməz.
Bəy olub sevinmə, yoxsul olub yerinmə.
Bəy, istəyin geyər, yoxsul, tapdığın.
Beş barmağın biri kəsilər, beşi ağrıyar.
Beşikdə qalan başın, əli aşa çatmaz.
Beşiksiz, baş olmaz, bəslənmədən aş olmaz.
Bəy dövlətsiz olmaz, dövlət çomaqsız olmaz.
Beşin başı olunca, altının ayağı ol.
Bəyi atdan endir, bəy qalır, gədəni ata mindir, özün bəy sanır.
Bəy, toxluğundan acıyar, yoxsul, aclığından (acıyar).
Bəy, tanışa - qohuma, al - ver, dostluğa baxmaz.
Biçilmiş taxıl, oraq pasladar, qurtulmuş döyüş, igid xamladar.
Bildiyin bir doqquz, bilmədiyin doqsan doqquz.
Bildiyin sığsa çanağa, bilmədiyin sığmaz qazana.
Biləkdəndə var, ürəkdəndə.
Biləkli olduğundan, bilikli ol.
Bəyin atın al, yoxsulun qızın.
Bəylər çomaqla gəzər, qulların yazığın keçər.
Bir ağac kölgəsində, yüz qoyun yatar.
Bir ağızdan çıxar, min dilə yayılar.
Bir almanın qurdu, bir anbar alma çürüdür.
Bir bilənin bildiyi, min qanmazın, bildiyindən çoxdu.
Bir çıraq ışığına yüzlər oturur.
Bir daşdan duvar olmaz, bir qoyundan sürü.
Bir əlində od olsa, bir əlində su olsun.
Bir əllə vurur, bir əllə tutur.
Bir görüş, bir kor biliş.
Bir kündəyə dözən, qalanına dözər.
Bir olmadan, yoxdu millət. iş olmazsa, hər şey zillət.
Bir mıx, bir nalı, bir nal, bir atı, bir at, bir əri, bir ər, bir eli qutarar.
Bir sürüyə, bir qurd yetər (bəsdi).
Bir qadının hiyləsi, qırx eşşəyə yük olar.
Bir qarış yaxşılığı, bir çimdik yamanlıq pozar.
Bir qorxaq, bir ordunu pozar.
Bir salı yetər bilənə, çomaq nədir kürkü geyənə.
Boyu hündür, boynu kürtül, donu qalba, əli balta, gövdə salta.
Boy çatmayan yer olar, fikir çatmaz yer olmaz.
Bitikdə yazılan, qazılar bir gün.
Birisi toxmaq, birisi çüy, birisin alda birisin döğ.
Biri ortadı, sağda kəsir, solda.
Biri gəzir, biri yazır.
Biri itdi, biri bitdi.
Biri boşuna çənə çalar, biri söyləmədən işin yapar.
Birəyə acıqlanıb, donun yaxma.
Biri var qılıncdan qan silir, biri var qılıncla qan selir (tökür)
Biri yiyər, biri baxar, qiyamət onda qopar.
Birinin adı var, birinin dadı.
Bitə bitə bitən bitər: yaza - yaza yazıçı yazar olur.
Birisi köprü salar, min biri keçər.
Bir il oğurluq edən, min il qazılıq edər.
Bərəkət hərəkətdədir.
Bərəkət ondur, onu da düzlük.
Bacar dost qazan, düşmən qapısında.
Bir dəfə gəldin – yoldaş, iki dəfə gəldin – qardaş.
Buzdan dayağ olmaz.
Bu bir diyardıki – quş gəlir qanad tökür, qatır gəlir, dırnaq tökür.
Beşiklər başsız, başlar beşiksiz qalmasın.
Beş barmaq, biləyə bağlı, biləkdə, ürəyə bağlı.
Bəslə qarğanı, oysun gözünü.
Bazarda badam tapmayanlar, qoz alarlar.
Baş - başa gəlməyincə, iş - iş olmaz.
Bağdan dağ olmaz, dağdan bağ olmaz.
Bir parça çörək olub, itib.
Bir papaqlı bir evi bəslər.
Bir ölkədə iki hökmdar olmaz.
Bir özündən böyüyə, bir özündən kiçiyə qulaq as.
Bir nəfər işlər, on biri dişlər.
Bir naxırın adını bir dana batırar.
Bir nəğd yüz nisyəyə dəyər.
Bir müştəri üçün dükan açılmaz.
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər bir eli qurtarır.
Bir misqal ət yüz eybi örtər.
Bir meşəyə od düşsə, quru da yanar, yaş da.
Bir meşədə ki, əsir alanı tülkü ola, azad edəni çaqqal, orada şir, pələng dolana bilməz.
Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar.
Bir loğma bir dağ aşırar.
Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör.
Bir günlük bəylik də bəylikdir.
Bir gün yaranan bir gün öləcək.
Bir gün duz yediyin yerə, qırx gün salam ver.
Bir gül ilə bahar olmaz.
Bir görür, iki istəyir.
Bir gördün namərdi, bir də görsən namərdsən.
Bir gözünü ağladır, bir gözünü güldürür.
Bir gözü yatır, bir gözü baxır.
Bir gözü alça dərir, biri səbətə tökür.
Bir gözə bir dünya sığışar.
Bir göz iki gözün gördüyünü görə bilməz.
Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar.
Bir kənddə iki darğa olmaz.
Bir gəmini iki rəis batırar.
Bir gəmidə iki pişgah olmaz.
Bir gəmi dolanar, bir qız dolanmaz.
Bir gələn bir də gələr.
Bir gecəlik söhbətin doqquz ay mabədi var.
Bir gecənin oğrusu on illik molladan çox bilər.
Bir "yeyirəm" deyəndən qorx, bir "yemirəm" deyəndən.
Bir ye, bir Allah yolunda ver.
Bir yastıqda iki baş, il başında üç baş.
Bir yara vur, karlı vur.
Bir yandan bağlayan, bir yandan acar.
Bir yanda ağlaşma, bir yanda çalğı.
Bir yanda ağlayır, bir yanda gözünün yaşını silir.
Bir işin əvvəlinə bax, bir də axırına.
Bir iş bitməyincə, o biri işə başlama.
Bir işi başlayandan əvvəl axırını fikir eylə.
Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.
Bir iş tut ki, aqibəti xeyir olsun.
Bir iş var, iki əməl.
Bir iş başlamayınca qurtarmaz.
Bir iti iki daşla vurur.
Bir it hürməklə karvan qayıtmaz.
Bir inad, bir murad.
Bir ilana, bir də xana bel bağlama.
Bir idi oldu iki, ovhala qurbanın olum, ovhala.
Bir ziyan min öyüddən artıqdır.
Bir ziyan, min böhtana səbəb olar.
Bir ət ki girdi qazana, oldu yeməli.
Bir əllə düyün düyünlənməz.
Bir əlində od, bir əlində su.
Bir əlin nəyi var?
Bir əlimdə canım, bir əlimdə cananım.
Bir əli yağda, bir əli balda.
Bir əli imanında, bir əli tumanında.
Bir əli ilə verir, bir əli ilə alır.
Bir əli bağda, bir əli dağda.
Bir əldən səs çıxmaz.
Bir əl ilə iki qarpız tutmaq olmaz.
Bir əl əkər, iki əl biçər.
Bir eşitmisən, bir də eşit.
Bir evdə şadlıq, bir evdə - şivən.
Bir evdə iki qız – biri biz, biri çuvalduz.
Bir dostum var, bir postum.
Bir dost min ildə qazanılar.
Bir dirhəm min eybi örtər.
Bir dəridir, bir sümük.
Bir dəmirdən nal da olar, nizə də.
Bir dəlidən yeddi məhəlləyə zərər dəyər.
Bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi.
Bir də cavan olsaydım sahibi-təcrübə olardım.
Bir də uşaqlığa qayıtsaydım qırx il iməkləməyə razı olardım.
Bir deyərsən, beş deyərəm.
Bir de, beş eşit.
Bir daşla iki sərçə vurmaq olmaz.
Bir daşla divar olmaz.
Bir dadan peşman, bir – dadmayan.
Bir dana iki dana olsa bəslərəm.
Bir dana bir naxırın adını batırar.
Bir dağarcıq unum var, yeddi qara günüm var.
Bir dağarcıq dəni var, boş dəyirman axtarır.
Bir qulağından girər, o biri qulağından çıxar.
Bir qulağın dar eylə, bir qulağın darvaza.
Bir qoca yeddi oğula əvəzdir.
Bir qorxan bir ordunu pozar.
Bir qoyundan sürü olmaz.
Bir qoyundan iki dəri çıxmaz.
Bir qoz üçün daş atmazlar.
Bir qıza qurban olsun – doqquz qoca, min qarı.
Bir qız bir oğlanındır.
Bir qəpik xəsisin bir dişidir.
Bir qəpik verin – canını alın.
Bir qəlbi ki, tikə bilməyəcəksən, niyə sındırırsan?
Bir qaşıq ilə doqquz abdal keçinər.
Bir qaşıq ilə doqquz abdal yemiş, birini ağzı boş qalmamış.
Bir qatı nazik, min qatı yoğun, qatyarımı haradan tapım?
Bir qarnı ac, bir qarını tox.
Bir qarı ilə bir qoca dığ-dığ edər hər gecə.
Bir dedilər, on eylə.
Bir qapıda iki dilənçi olmaz.
Bir qazanda iki kəllə qaynamaz.
Bir vuran min "vur" deyəndən yaxşıdır.
Bir vermə, bir də istər, yatmağa yer də istər.
Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
Bir bu gün iki sabahdan yaxşıdır.
Bir buğda əkməsən, min buğda biçməzsən.
Bir-birinin bəhsinə, qılınc yolur tərsinə.
Bir birədən ötrü yorğanı yandırmazlar.
Bir-bir dənlə, həmişə dənlə.
Bir başımdır – min bir xəyalım.
Bir bulud ilə qış olmaz.
Bir başa iki qapaz cəfadır.
Bir başa bir qoz yetər.
Bir baş haraya olsa sığışar.
Bir baş bir dəriyə sığmaz.
Bir barmaq qatıqdan ötrü tuluğu yırtma.
Bir acıyanda özünü saxla, bir giciyəndə.
Bir axurdan at da yeyər, eşşək də.
Bir arşın quyunun dibinə düşüb.
Bir arxa ki, su gəlib, güman var yenə gəlsin.
Bir atım barıtı var imiş.
Bir atıb iki vurur.
Bir ata doqquz oğul bəslər, doqquz oğul bir atanı bəsləyə bilməz.
Bir at, beş götür.
Bir anaya bir qız, bir kəlləyə iki göz.
Bir almağın bir də qaytarmağı var.
Bir al, iki ver, hardadır bu bolluq?
Bir ayağı burda, bir ayağı gorda.
Bir arxdan min at su içər.
Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
Bacarırsan aslan ol, tülkü olmaq asandır.
Bir adamın payın özgəsi yeyə bilməz.
Bir adamın payı iki adamı ac qoyar.
Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx.
Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
Bir ağıllı baş min başı saxlar.
Bir ağacdan bel də olur, kürək də.
Bir ağaca çıxanda hamı budaqları silkələmə.
Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik.
Bir abam var ataram, harda olsa yataram.
Bilsəydim, dərdim olmazdı.
Bilsəydim atımın ölümünü, qulağı dolusu darıya satardım.
Bilməsən bir biləndən sor.
Bilmək olmaz – kəsilməmiş qarpızdır.
Bilmədiyin işə başını soxma.
Bilirəm nə yuvanın quşusan!
Bilik insanın bəzəyidir.
Bilik daşı ülgüc altda bilinər.
Bilik ağlın aynasıdır.
Biliyini atasına verməz.
Bilərək yanan ağlamaz.
Bilənə bir tikə, bilməyənə iki tikə?
Bilənə bilməyən tay deyil.
Bilən söyləməz, söyləyən bilməz.
Bilən ilə bilməyən bir deyil.
Bildirçinin bəyliyi darı sovrulanacandır.
Bildir yedim bir əncir indi də qarnım incir.
Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
Bildir gedən bildirçin, hanı sənin bir qıçın?
Bildiyinlə çəkəsən.
Bildiyini soruşma.
Bildiyini əlindən vermə.
Basılanı kəsməyin!
Bitib hər yarağı, qalıb saqqal darağı
Bütünü kəsmə, paraya dəymə, doğra, doyunca ye.
Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.
Bülbülün çəkdiyi dil bəlasıdır.
Bülbülü qızıl qəfəsə salmışlar, "Vay Vətən!
Bülbül gülü sevər, insan – Vətənini.
Bülbül viranədən ötməz, bayquş viranədən getməz.
Buxarının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
Burun çirkli olanda kəsib atmazlar.
Burun-qulaq başa sadağadır.
Burnunu sıxsalar – canı çıxar.
Burnunu hər deşiyə soxar.
Burnu çirk quzu buynuzu burma qoç olar.
Burada üləma diz yerə qoyub.
Burada oturma, orada otur, cəhənnəmdə, gorda otur!
Burada oturma – his olar, orada oturma – pis olar.
Burada oturma – atamındır, orada oturma – anamındır.
Burada dəvə yükü ilə itər.
Burada vurur, qılıncı, fələkdə oynar ucu.
Burada ala qarğa balalamaz.
Bundan Fatıya tuman olmaz.
Bundan sonra əlini öz cibinə sal.
Bulutdan nəm çəkir.
Buludu külək oynadır, ağlı kəm olanı fışdırıq.
Bulud altından çıxan gün, yaşmaq altından çıxan üz.
Bulanlıq suda balıq tutulmaz.
Bulamanı bulama, buladıqca yalama.
Bulamac dəliyə qaldı.
Bulağa susuz aparar, susuz gətirər.
Bulaq özü tərpənməz, el-obanı ayağına gətirər.
Bulaq öz gözünü kor istəməz.
Bulaq gərək yerindən bulaq ola.
Bugünün sabahı da var.
Bugünkü ye, sabaha ya qismət.
Bugünkü uşaq – sabahkı qoçaq.
Bugünkü toyuq sabahkı qazdan yaxşıdır.
Bugünkü söz dünənki sözün körpüsüdür.
Bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır.
Bugünkü qız, sabah anadır.
Bu günkü qazma sabahkı neftdir.
Bu gündən sabahı gör.
Bu gün sən deyərsən, sabah sənə deyərlər.
Bu gün nəğd, sabah nisyə.
Bu gün mənədirsə, sabah sənədir.
Bu gün gəlib keçdi, sən sabaha bax.
Bu gün ye, sabaha qismət nə olsa.
Bu gün düşənbədir, meylinə düşən nədir?
Bu gün dünyadır, sabah axirət.
Bu gün qızını döyməyən sabah dizini döyər.
Bu gün var, sabah yox.
Bu gün belədir, sabah elə.
Bu gün ala dağda, sabah qara dağda.
Buyurduğu qulluğa bax, verdiyi haqqa.
Buyuran bilməz, hazırlayan bilər.
Buyur-buyurla iş keçməz.
Buyruq sizinkidir, adil hökmdar!
Buyruq sənin, qulluq mənim!
Buyruq allahdandır.
Buynuzlu bir quzu kəlləsilə canavara meydan qurar.
Buynuz sonra çıxar, amma qulağı keçər.
Buzu gün əridər, insanı xəcalət.
Buz üstə çıxan danaya dönüb.
Budaqdan qopan alma ağacın dibinə düşər.
Buğdasını sütül yeyən xırmanda ac qalar.
Buğdanın ucbatından acı otlar da su içər.
Buğdam var demə – anbara tökməyincə, övladım var demə – evlənməyincə.
Buğdadan əlim üzüldü, gümanım sənə gəlir, ay arpa çörəyi!
Buğda çörəyin yoxdur, buğda dilində nə gəlib?
Buğda olmayan yerdə, darını gözə təpərlər.
Bu cibindən çıxarıb o cibinə qoyur.
Bu can sənindir, əzizim, mənə nə minnəti.
Bu hələ hərbəsidir, zərbəsi daldadır.
Bu fərə o fərələrə bənzəməz!
Bu uşaqlıq deyil – dəcəllikdir.
Bu təpiyə at dözər.
Bu səsi bir daxmaya yerləşdirmək olmaz.
Bu sənə dərs olsun.
Bu necə bostançıdır, dəymişini qoyar, kalın dərər?
Bu pəhriz nə, bu lahıc turşusu nə?
Bu mənim üzüm, o sənin üzün.
Bu meydan bədoy meydanıdır, burda yabılar quyruq bular.
Bu mey meyxanasıdır, zurna-qavalı hələ
Bu köhnə sözdür, təzəsini də gəlsin.
Bu yerişlə hara çatarsan?
Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir.
Bu zaman bax – öyrən zamanıdır.
Bu əli verəni o əli bilməz.
Bu əl o ələ köməkdir.
Bu dünyanın adamı deyil.
Bu dünyada maldan, mülkdən bir ağıllı baş yaxşıdır, anlamayan bir əllədən bir qara daş yaxşıdır.
Bu dünyaya etibar yoxdur.
Bu dünyadan xəbəri yox, o dünyadan danışır.
Bu dünyada keyf çəkim, o dünyada işim yox.
Bu dünya fanidir, fani!
Bu dünya genişdir, sənə də yer var, mənə də.
Bu dünya vəfasız dünyadır.
Bu dünya bir dəyirmandır, udar bir gün bizi.
Bu dünya arsızla qəmsizindir.
Bu dərə mənim, o dərə sənin.
Bu dərdi gora aparmaq olmaz.
Bu qılınc, bu meydan.
Bu boynum, bu da qılınc.
Bu arşına bez verməzlər.
Bu ağıl məndə, o dua səndə.
Böhtana düşən odsuz yanar.
Börkçünün börkü olmaz.
Börkünü qoy qabağına – fikir elə.
Böyüyünü tanımayanı heç kim tanımaz.
Böyüyün üzünə ağ olanı torpaq götürməz.
Böyüyün sözünə baxmayan gəzə-gəzə qalar.
Böyüyün böyük dərdi var, kiçiyin kiçik.
Böyüyü – axmaq, kiçiyi – toxmaq.
Böyüksüz evdə xeyir-bərəkət olmaz.
Böyüklərlə böyük ol, kiçiklərə göstər yol.
Böyükdən də böyük var.
Böyüyə böyük deyiblər, kiçiyə kiçik.
Böyük hər nə çalsa kiçik gərək oynasın.
Böyük tikə boğaz yırtar.
Böyük tənqid – böyük ədəbiyyat yaradır.
Böyük sənətkarlar yaranar az-az hər yerdə, hər zaman inci tapılmaz.
Böyük sözünə baxmayan, böyürə-böyürə qalar.
Böyük olarsan – bilərsən.
Böyük olanın qursağı gen gərək.
Böyük olan yerdə kiçik danışmaz.
Böyük gözün nuru olmaz.
Böyük insan işindən tanınar.
Böyük – evin qibləsidir.
Böyük dərd böyüyün yoldan azmasıdır.
Böyük daş götürmək vurmamaq əlamətidir.
Böyük dağın dumanı da böyük olar.
Böyük qapının böyük də halqası olar.
Böyük böyüklüyün bilməsə, kiçik kiçikliyin bilməz.
Böyüklə – böyük, kiçiklə – kiçik.
Böyük-böyük danışma, başına gələr.
Böyük başını kiçik işə qatma.
Böyük başın böyük də ağrısı olar.
Böyük ağacın kölgəsində min qoyun yatar.
Böyük ağacın kölgəsi böyük olar.
Böylə qəm, böylə kədər, böylə gələr, böylə gedər.
Boş çuval, boş anbar, ha doldur, doldur!
Boş çanağı dolu çanağa vurmaq istəyir.
Boş tüfəngdən iki adam qorxar.
Boş torba ilə at tutulmaz.
Boş torbaya at gəlməz.
Boş süfrəyə nə bismillah?
Boş sözdən fayda yoxdur.
Boş sözlə qarın doymaz.
Boş eşşək dəyirmana getməz.
Boş evə qız verməzlər.
Boş durunca düşməninə daş daşı.
Boş durana şeytan gülər.
Boş damardan qan çıxmaz.
Boş qazan qaynamaz.
Boş qab cingildər.
Boş boşuna danışır.
Boş anbar, boş dağarcıq, ha ölç – doldur!
Bostançının sovqatı əyri xiyar olar.
Bostançının kar vaxtıdır.
Bostançıya kəlik satmazlar.
Bostana girən porsuq yabanı qəbul elər.
Bostana girən qoduğun qulağı, quyruğu olmaz.
Bostan peyini kimi şişmə.
Borcu həmişə kəm ver, qaytarmasa peşman olmazsan.
Borcu almaq asandır, qaytarmaq çətin.
Borcsuz adam yoxsul bəydən yaxşıdır.
Borcsuz adam – bəyzadədir.
Borclunu çox darıxdırma, danar.
Borcunu verən varlanar.
Borcludan bir lax yumurta da olsa al, vur divara.
Borcludan bir güvəc al, vur yerə sınsın.
Borclu ölməz, bənizi saralar.
Borclu borclunun sağlığın istər.
Borcdan qorxan qapısını gen açmaz.
Borca elə giriş ki, tez qaytara biləsən.
Bol-bol yeyən, bəl-bəl baxar.
Böyük nə eyləsə, kiçik onu götürər.
Boyunu böyütdükcə, ağlını böyüt.
Boynunu bitlər yeyir, çörəyini itlər.
Boynun qıldan nazikdir.
Boyunduruqdan qaçan öküzü kəsərlər.
Boyuna baxma, bacarığına bax.
Boyun olsun, boyunduruq qapılar.
Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz.
Başı böyükdür, beyni yox.
Başı bədəninə ağırlıq eləyir.
Başı başına, başmağı da ayağına.
Başı baş edən – ayaq, ayağı ayaq edən – dayaq.
Başı ağ, ürəyi qara!
Başlı başın saxlasın, mən başımdan bezaram.
Başdan papaq apardır.
Başda tük olsun, daramağa nə var?
Başda oturan baş olmaz.
Başbilənsiz iş olmaz.
Başaçığın qaçan yeri – papaqçı dükanı.
Başa düşənə can qurban.
Başa düşənə milçək səsi düşməyənə zurna- qaval.
Başa düş, başımı yar.
Baş ürəkdən su içər.
Baş hara gedərsə, ayaq da ora gedər.
Baş sınar bel içində, qol sınar kürk içində.
Baş olsun, börk tapılar.
Baş olmayan gövdə leşdir.
Baş ol, istərsən lap soğan başı ol.
Baş namərd əlindədir, nə kəsir, nə bağışlayır.
Baş yoldaşı azdır, aş yoldaşı çox.
Baş əyməklə baş ağrımaz.
Baş vermək olar, sirr vermək olmaz.
Baş bostanda bitməz.
Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
Baş ağrıyanda Allah yada düşər.
Baş ağır, papaq yüngül gərək.
Bacı oğlunu dayısı tanıdar bacı qızını xalası.
Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı.
Bacı bacı deyil, qız qardaşdır.
Bacasının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
Bacarsan hamının yükünü sən daşı.
Bacarıq ağlın nişanəsidir.
Bacarmadığın bir işi "bacararam" demə.
Bacarana can qurban!
Bacaran bal yeyər.
Bahalıqda çörəyin əsirgəyən ucuzluqda yalqız qalar.
Bahalıqda aldığımı,ucuzluqda sataram.
Baxmaqla qarın doymaz.
Baxmaq kirayə istəməz.
Baxma deyənə, bax dediyinə.
Bax mənə bir gözlə, baxım sənə iki gözlə.
Bax mənə, baxım sənə.
Batman qara daşdan, yaxşılıq iki başdan.
Batırmayan ocaq başı qoymayıb.
Basılanı əzməzlər.
Barıtı qurtarıb.
Barıt ilə odun dostluğu olmaz.
Barmağımın onunu da şam eləyib gözünə soxsam, deyər: - Görmürəm!
Barmağımın beşini də bal eləyib ağzına soxsam, deyər: - Zəhərdir.
Barmağın hansını kəssən, ağrısı birdir.
Barmağı işin içindədir.
Barmaq hesabı verir.
Barlı ağacın başına dolanarlar.
Barsız ağaca daş atmazlar.
Bar verən ağaca daş atarlar.
Bar vaxtı bağbana salam verən çox olar.
Banlayan toyuq mollaya düşər.
Balta öz sapını kəsməz.
Balta görməyən bağ meşə olar.
Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
Balığın böyüyü tabaq altındadır.
Balığı nə vaxt tutsan təzədir.
Balığı ya öldür, ya sudan çıxart.
Balıq tutan suyu bulanıq istər.
Balıq tutan islanmaqdan qorxmaz.
Balıq tora düşəndən sonra ağlı başına gələr.
Balıq sudan çıxdı – öldü.
Balıq suda ikən bazarlıq olmaz.
Balıq kimi qulağı şır-şırdadır.
Balıq istəyənin quyruğu buzda gərək.
Balıq istəyən – özünü suya vurar.
Balıq başından iylənər, camış ayağından.
Balıq balığı udmasa – dəryanı balıq tutar.
Balıq balasını da ovlar.
Baldız – çuvalduz hərdən gələr sancar, gedər.
Baldız elə baldızdır, bacısı sağ olsun.
Baldızıma Quran qənim olaydı, qaynanamı bağda ilan çalaydı, qaynatama Məkkə qismət olaydı.
Balacanın dərdi də balacadır.
Balaca ağaca çıxıb, böyük budaq silkələyir.
Bala baldan şirindir.
Bala bağır ətidir.
Balağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
Balçının var bal tası, odunçunun baltası.
Balçı qızı – daha şirin.
Balsız şanda arı durmaz.
Balını ye, arısını soruşma.
Balın yoxdur, bal kimi dilin olsun.
Balı olana doşab satmazlar.
Balı əli uzun olan yeməz, qismət olan yeyər.
Balı dibindən, yağı üzündən.
Balı da sənin, bəlası da.
Bala quşun ağzı böyük olar.
Bal tutanın arısı Şamdan gələr.
Bal dedim, bəlaya düşdüm.
Bal verən çiçəyi arı tanıyar.
Bakılı cüt danışar, şəkili – qaş-gözlə, dərbəndli – kəllə ilə.
Bakıda işlə – Gəncədə dişlə.
Bakıda qazan – Tiflisdə xərclə.
Bakı Şərqin qapısıdır.
Bakı yetim-yesir məskənidir.
Bayırı kaşi-çini, içərisi toyuq hini.
Bayraməlisiz toy olmaz.
Bayram sümüyü ilə köpək kökəlməz.
Bayram bəyi olub.
Bayquşun ruzisi ayağında gedər.
Bayquşun da dar olmasın qəfəsi.
Bayquş xarabalığı gülüstana deyişməz.
Bayquş gündə üç sərçə yeyər.
Bazarın gözün çıxarıb.
Bazara gəldi qul alan kül başına dul alan,yerin cənnətdə olsun, qız əlindən gül alan.
Bazarın əvvəl!
Bazarın bazar, qadam sənə, mərdimazar.
Bazarı kasad olan mərdanə gərək olsun.
Bazarda bez ucuz olanda adam özünü öldürməz.
Bazara gedər yağış yağar, dəyirmana gedər qırğın olar.
Bazar şeytan yuvasıdır.
Bazar çörəyi çox olsun, bazarda olsun.
Bazar olsun bazarın!
Bazar yansın, amma, mənə bir manat qazanc olsun.
Bazar içində it qulağı kəsməzlər.
Bazar quruldu, hesab duruldu.
Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
Bazar ata-ana tanımaz.
Bədnan gələn, bədnan gedər.
Bağçalar sarı, heyvası narı, hamı dinsə də, sən dinmə barı.
Bağça məndə, bar məndə, heyva məndə, nar məndə, könlüm əttar dükanı, nə istəsən var məndə!
Bağlı qapıya xəta dəyməz.
Bağça bağın qıydı, bağban salxım da qıymadı.
Bağında gül var ikən gül üzünə, bağında gül qurtardı kül üzünə.
Bağım var, bağım var, - tuman bağı!
Bağda gülə baxarlar.
Bağda ərik var idi, salam-əleyk var idi, bağdan ərik qurtardı, salam-əleyk qurtardı.
Bağda əlləşənin qurşağı qığ olar.
Bağbanın bar vaxtı, qulağı ağır eşidər.
Bağban tələsər, armud vaxtında yetişər.
Bağa yol gedə bilməz, evini dalında gəzdirər.
Bağban bir gül üçün, min xara xidmətkar olar.
Bağanı ya öldür, ya dalısı üstə qoy.
Bağa çanağından çıxdı, çanağını bəyənmədi.
Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
Bağa bax, barını gör.
Bağa bağban lazımdır, qoyuna çoban.
Badə ki, bir şərabdır hər kəs ondan içməlidir, ölmək ki, bir körpüdür, hər kim ordan keçməlidir.
Bağa bağ deməyiblər, bax deyiblər.
Bağ satıb, dağ alıb.
Bağ salan barın yeyər.
Bağ kəsmək eşşəkdən qalıb.
Bağ belə, bostan belə, tənəkləri şələ-şələ!
Bağ bağbansız olmaz, dəvə sarbansız.
Bağ alma bağlanarsan, dağ alma dağlanarsan, qoyun al, yağlanarsan.
Baqqal ölülərin borcun dirilərə yüklər.
Baqqal daşdan kəsər, siçan baqqaldan.
Baqqal, qəssab – hər ikisi bir hesab.
Bablı babın tapmasa, işi ah-vayla keçər.
Bablı baba ilə, su qullabı ilə.
Babanın üzünü ağardan nəvəsi olar.
Babanın əlindən nəvə tutar.
Babadan hümmət – nəvədən xidmət.
Baba paltarı geyərsən, baba olarsan.
Boynu uzun – beyni boş.
Boyaqçı küpü deyil ki, salıb çıxardasan.
Boz tula gedər, boynuyoğun gələr.
Boz üzüm var, doğru sözüm.
Boz at da öldü, Murtuzalı bəy də.
Boğuşan köpəyin yarası əksik olmaz.
Boğazında qalar, asta ye!
Boğazında başmaq tayı qalıb?
Boğazı böyük olanın dostu olmaz.
Boğaz yediyini istəməz, göz gördüyünü istər.
Bişmiş aşına soyuq su qatma.
Bişirdik qoyduq dəmə, yeyənə nuş olsun.
Bıçaq sümüyə dayanıb.
Bıçaq öz dəstəsin kəsməz.
Bıçaq vursan qanı çıxmaz.
Bıçaq yarası sağalar, söz yarası sağalmaz.
Bığın yağlayıblar.
Bığının altından keçiblər.
Bığı buraxmısan, saqqala salam vermirsən?
Bığ saqqaldan qabaq çıxıb.
Bişmiş aşın darğası.
Biçməmiş tikmək olmaz.
Biçinçi haqqını yerdən götürər.
Biçimsiz bir libası biçimli geymək hünərdir.
Bihudə hərəkət bel sındırar.
Bitdi hər yarağımız, qaldı saqqal darağımız.
Birlikdən qüvvət doğar.
Birlik olmayan yerdə dirilik olmaz.
Birisi mənə bağlıdır, mini də birisinə.
Birisi atlas geyinmiş damaqlı, birisi tapmayır tuman yamaqlı.
Birinci addımda lovğalanan ikinci addımda yıxılar.
Birinin əli, o birinin dili işləyir.
Birini minir, birini yedəyə çəkir.
Birini gör fikir eylə, birini gör şükür eylə.
Birini yeyir, birini də başı altında qoyur.
Birini ye, birini yemə, birini de, birini demə.
Birini evə qoyan yox idi, soruşdu: - Çuxamı hardan asım?
Birini bilirsən, birinə bilmirsən.
Birini yandırır, birin qandırır.
Biri çalır, biri züy tutur.
Biri ölməyincə, biri dirilməz.
Biri od olanda o biri su olar.
Birə min demiş, bir-bir vermiş yenə bazar pozulmamış.
Biri mənim, biri bəndənin, birini də nazlı yara göndərim.
Biri yıxıldı, biri dikəldi.
Biri yeyər, on biri baxar, qiyamət onda qopar.
Biri yanır, biri batır, biri yatır.
Biri yazar, biri pozar.
Biri işlər, on biri dişlər.
Biri itər, yüz biri bitər.
Biri ərə gedər, biri gora.
Biri əkər, biri biçər.
Biri dörd görür.
Biri acından şalvarını satırdı, dedilər: - Nisyə verərsənmi?
Birəsinin beş batman yağı var.
Birənin qanını aldın – canını aldın.
Birə şıllaq atdı, dəvənin gözünü çıxartdı.
Birə dözən, minə yetər.
Bir şeyi verib pis olunca, verməyib pis ol.
Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər.
Bir həsirdir, bir də Məmmədnəsir.
Bir çustumdur, bir postum, hamı da mənim dostum.
Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.
Bir çetvər dilini qoyub, bir batman başı ilə danışır.
Bir çörək özün ye, birin də Allah yolunda ver.
Bir çörək bir çörəyə borcludur.
Bir çırağın işığına qırx adam əyləşər.
Bir çılpağı yüz cəbbəli soya bilməz.
Bir çiçəkdir, iynəyənin burnu düşər.
Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına.
Bir həsir, bir yesir.
Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər.
Bir uşağın ağlı gördüyü işlərdən məlum olmaz.
Bir ürəkdə iki məhəbbət olmaz.
Bir utanma, bir inanma.
Bir tövlədə at da olar, eşşək də.
Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
Bir toyuq ki, yumurta üstündə oturdu, ona bıçaq yoxdur.
Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər.
Bir tikənin qırx il haqqı var.
Bir tikə çörək on il yadda qalar.
Bir tikə çörək daşdan çıxır.
Bir taxtda iki padşah divan etməz.
Bir tək arı bir yığın çibindən yaxşıdır.
Bir tay düyünü dalında gəzdirir.
Bir sürüyə bir qurd yetər.
Bir su ki, səni aparır, deynən Arazdır.
Bir subay oğlan, bir mitil yorğan!
Bir söylə, iki dinlə.
Bir sərəncam, qırx nəsihətdən yaxşıdır.
Bir səbət yumurtaya, bir qəpik bəsdir.
Bir saman çöpü dəvənin belini əzər.
Bayquş yaranandan bəri viranə üçündür.
Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz.
Bir saat yarı görməsəm, yandırram dağı Şeydalı.
Bac istərəm bacımdan, bacım ölür acından.
Bikardan hamı bezar olar.
Bikar oturmaqdan, bikara işləmək yaxşıdır.
Bikar sözü ilə arvad alma.
Biyara get, bekar qalma.
Bizim eşşək əvvəldən quyruqsuz idi.
Bizə gələn keçəlin saçı dabanından olar.
Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki, çörəkli olaq.
Biz ümid olduq daza, daz özün qoydu naza.
Biz ondan yoğurt umuruq, o bizdən ayran istəyir.
Biz gülünü dərdik, siz gülabını çəkərsiz.
Biz evləndik – gülüşü dərdik, sən evləndin – barmağın bala batdı.
Biz də adəm övladıyıq.
Biz qane olduq qaza, qaz özün qoydu naza.
Biz bu saqqalı dəyirmanda ağartmışıq.
Bəşər şeytansız olmaz.
Bəhslə Həccə gedən yollarda sərgərdan olar.
Bəhanəçiyə bəhanə əskik olmaz.
Bəxşiş var xalvarla, hesab var dinarla.
Bəxşiş atın dişinə baxmazlar.
Bəxtini buzda sına oğulda, qızda sına!
Bəxtin gətirəndə bədbəxtliyini yadan çıxartma.
Bəxtin yatdı, sən də yat.
Bəxtim olsaydı anadan qız doğulardım.
Bəxtim bəxtindən küsüb.
Bəxti yox idi, bədbəxtliyi kömək elədi.
Bəxti yar olanın yar sarar yarasını.
Bəxt dönəndə burunun suyu gözə damar.
Bəsləsən atlas olar tut yarpağından.
Bəslə qarğanı – ovsun gözünü.
Bərkdən-boşdan çıxmış adamdır.
Bərkdən bir çıxar, boşdan iki.
Bərkdə-boşda əli yoxdur.
Bərəkətin bir yanı xırmandır, bir yanı nənənin ətəyi.
Bərdə Qarabağın darvazasıdır.
Bəndə bəndəyə neylər, tanrı gözdən salmasa?
Bəlkəni əkiblər – bitməyib.
Bəlkəyə heç nə vermirlər.
Bəlkə getdin gəlmədin?
Bəlkə də qaytardılar.
Bəlin şəkər, nazın kim çəkər?
Bəlin də yandırdı məni, hərin də yandırdı məni.
Bələdçiliyə gedən yorulmaz.
Bələdçiyə yol göstərməzlər.
Bələdsiz yola çıxan yolun azar.
Bəlasını mən çəkdim, səfasını ellər.
Bəladan qaçmaq olmaz.
Bəladan qaçan bəlaya düşər.
Bəla cana gələcəksə, mala gəlsin.
Bəla həmişə yaxşı adamı tapar.
Bəla gələndə "gəlirəm" deməz.
Bəla bəla üstündən gələr.
Bəla bəla gətirər.
Bəla başının üstünü alıb.
Bəkməz satana da lənət, bəhməz alana da!
Bəy evindən küt gəldi, dalınca da it gəldi.
Bəyin çeşməsindən su içmə.
Bəyin kölgəsindən it kölgəsi yaxşıdır.
Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.
Bəyə inanma, suya dayanma.
Bəyə bel bağlayanın heybəsi çiynində gərək.
Bəydən gəlmiş nökərəm, dişlərini tökərəm!
Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş.
Bəy ilə bəy dalaşdı, nökərin başı yarıldı.
Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər.
Bəy ilə bostan əkənin tağı belində bitər.
Bəy dediyin nədir, bəyənmədiyin nədir?
Bəy verən atın dişinə baxmazlar.
Bəzənmisən bu kündəsən, bəzənməsən nə gündəsən?
Bəzənirəm ağadan qorxuram, bəzənmirəm – xanımdan.
Bəzən tanrıya da ağ olur insan.
Bəzən düz yerdə də insan büdrəyir.
Bəzən dirilər ölülərə həsəd aparır.
Bəzən dəli də ağıllı söz deyir.
Bəzən az tamah çox ziyan verər.
Bədəsildən əsil olmaz, qaçan qızdan – xanım!
Bədəsildən əsil olmaz, doyunca qızıl qala.
Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər.
Bədrəng özü də bir rəngdir.
Bədənini təmiz saxla, qəfil əcəl gələr.
Bədən başa deyir: - Saxla məni, saxlayım səni.
Bədbəxtin atı çox getməz.
Bədbəxt ova çıxdı, dağları duman aldı.
Bəd at özün gözlər, yaxşı at igidi.
Bəd övlad xətaya ürcah olar.
Beşdə alacağım yox, üçdə verəcəyim.
Beş gün yaraq, bir gün gərək.
Beş ilin öküzü, qırx ilin qazısın aldadır.
Beş barmağım kimi bilirəm.
Belə malın var, apar Cəfərabad bazarına.
Belə yatan öküz Yük götürməz.
Belə də qalmaz, belə də getməz, bir gün olar bəxt oyanar.
Belə ağzın var, çoxlu saqqız çeynə.
Bez istəyirsən – Zəncana get, ölüm istəyirsən - Gilana.
Başqasının əli ilə aş yeyənin qarnı doymaz.
Başqasına pislik edən özünə etmiş olar.
Başqasına köynək oldun, mənə barı xiştək ol.
Başmaqçının başmağı olmaz.
Başmaqçının başmağı yırtıq olar.
Başmağından xeyir görən, patavasından çəkər.
Başmağını cütlədilər.
Başmağını geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
Başmaq cütlənəndə məlum olar.
Başmaq palçıqsız olmaz.
Başlı başın saxlasın.
Başlanmış iş yarı olmaq deməkdir.
Başını yarıb ətəyinə qoz tökür.
Başını itirən tükü üçün ağlamaz.
Başını divara vurur.
Başını daz eyləmə, hər daz bir taledə olmaz.
Başını qatlayıb it qabağına qoyma.
Başında köhnə hava qalıb.
Başına tənbəki oyunu açıb!
Başına gələn bilər.
Başına dəyirman daşı qoysalar xəbəri olmaz.
Başın tükü ayağına salama gəlib.
Başın böyüklüyü dövlətdir, ayağın böyüklüyü möhnət.
Başın bədəninə ağırlıq eləyir?
Başımı sındır, məzənnəmi sındırma.
Başımı kəs, xatirimə dəymə.
Başımı yarır, ətəyimə qoz tökür.
Başımı qaşımağa vaxtım yoxdur.
Başına quş qonmayıb ki?
Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?
Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz.
Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
Böyüyün sözündən çıxmazlar.
Böyük tökəni kiçik yığar.
Böyük sözünə baxmayan, baxımsız qalar.
Böyük danışanı kiçik götürər.
Böyük danışanda kiçik danışmaz.
Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
Bu arxa bir su gəlib, ümid var bir də gələ.
Boyunduruq bilir, öküz nə çəkir.
Boş çanağı vurur dolu çanağa.
Bizim evdə də bir gün bayram olar.
Başını keçəl eləmə, Hər keçəlin taleyi bir olmaz.
Başına gələn başmaqçı olar.
Balıq istəyən özünü suya vurar.
Bal tutan barmaq yalar.
Bağbanın könlü olsa, nə gəlib bağda bara.
Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
Başa dil gətirəni, el gətirə bilməz.
Bir qorxaq bir ordunu bada verər.
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
Bir igid qırx ildə meydana gələr.
Beş günün yarağı, bir günün gərəyi.
Bığdan götürüb, saqqala qoyur.
Burnun girməyən yerə başını soxma.
Burda mənəm, Bağdadda kor xəlifə.
Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
Buğda göstərir, arpa satır.
Bu uşaqlıq deyil, şıltaqlıqdır.
Boyaqxana küpünü azdırma.
Boşdan bir çıxar, bərkdən iki.
Birə bir deyiblər, birə iki deməyiblər.
Bir tikəni bilməyən, min tikəni də bilməz.
Bir napakdan qorun, bir də köpəkdən.
Bir gözü alça dərir, bir gözü gavalı.
Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.
Bir qəpiklik qutab kimi özünü ortaya soxma.
Bir versən bir də istər, Yatmağa yer də istər.
Bir dadanandan qorx, bir qudurandan.
Bir ac qudurar, bir yalavac.
Bildiyini babasına da verməz...
Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.
Bədəsil əsil olmaz, boyunca qızıl qala.
Beşdə alacağın yox, üçdə verəcəyin.
Belə otlayan idin, niyə arıq düşdün?
Başı daşa dəyməyincə ağlı başına gəlməz.
Başından böyük danışma.
Başını yarıb, ətəyinə qoz tökür.
Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
Bazarın bazar, qadam sənə mərdumazar!
Bağa qınından çıxdı, qının bəyənmədi.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
Bilmədiyini biləndən sor.
Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
Bacarıq ağılın nişanəsidir.
Bir daş altda, bir daş üstdə.
Bir ağızdan çıxan min ağıza yayılar.
Bir su ki, girdi qaba, oldu içməli.
Birlik harada, dirilik orada.
Bir gün düz yediyin yerə, qırx gün salam ver.
Birisi minə bağlıdır, mini də birə.
Baş-başa verməyincə daş yerindən qalxmaz.
Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər.
(İrland atalar sözləri)
Bütün adamların qanı qırmızı, bacarıqları fərqlidir.
(Alman atalar sözləri)
Borc alan, azadlığını satar.
(Alman atalar sözləri)
Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.
(Alman atalar sözləri)
Balıq başdan iy verər.
(Alman atalar sözləri)
Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir.
(Türkmən atalar sözləri)
Başqasından üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmağımızdır.
(Hind atalar sözləri)
Bəxtin ömrü sobanın üstündəki qar topunun ömrü qədərdir.
(İsveç atalar sözləri)
Bir adam körpü qurar, min adam keçər.
(Özbək atalar sözləri)
Biləyi güclü birini yıxar, biliyi güclü minini.
(Özbək atalar sözləri)
Bağa bülbül, adama ağıl yaraşar.
(Özbək atalar sözləri)
Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir.
(Amerika atalar sözü)
Bir adam hər şeyi öyrənə bilməz
(Rus Atalar Sözləri)
Bir ürək acı çəkər, digərinin xəbəri olmaz
(Rus Atalar Sözləri)
Bu gün mənə, sabah sənə
(Rus Atalar Sözləri)
Bilən danışmır, danışan bilmir. (知る者言わず、言う者知らず shiru mono iwazu, iu mono shirazu)
(Yapon atalar sözləri)
Bir dostunuz yemiş baxçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir.
(Yapon atalar sözləri)