• Xəmir yoğurmaq istəməyən, beş gün un ələyərmiş. (Yunan atalar sözləri)
  • Xoca vardır, dilin tıx, usta vardır, əlin tıx. (Türk atalar sözü)
  • Xoruzu çox olan kənddə səhər tez olar (İngilis atalar sözləri)
  • Xəncər kimi bir dilə, pambıq kimi bir ürəyə sahib ol (Çin atalar sözləri)
  • Xəncər kimi bir dilə, lakin pambıq kimi bir ürəyə sahib ol. (Çin atalar sözləri)
  • Xəbər almaq eyib deyil, öyrənməmək eyibdir.
  • Xörəyin dadı ağızdadır.
  • Xan vurur, xırman sovurur.
  • Xoruzsuz da sabah açılar.
  • Xain qorxaq olar.
  • Xala evinə dadanan, ər evində dayanmaz.
  • Xəsisdən alınan yumurtanın sarısı olmaz.
  • Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar.
  • Xoruzun quyruğuna inanım, tülkünün andına?
  • Xallı üz göyçək olar.
  • Xalq necə, biz də elə.
  • Xəstə dərd əlində, həkim para dərdində.
  • Xala evinə dadanan, ər evinə dayanmaz.
  • Xala evinə öyrəşən ər evində qalmaz, min qapıdan pay uman bir qapıdan doymaz.
  • Xan dilərsə açar, dilərsə qapar.
  • Xarab olsun o topraqki, məni özündə batırıb, itirir.
  • Xarabalıqdan qaçan, abad ev tikməmiş.
  • Xarabadan tüstü çıxmaz.
  • Xəbərçi yalançı olar, yalançı xəbərçi.
  • Xəmir yetişəndə qabarır.
  • Xeyir dilə qonşuna, xeyir gəlsin başına.
  • Xeyir bir qopar, şər onu min qovar.
  • Xeyir gəldi şər gedər.
  • Xəstəni buza, aşığı sözə yollama.
  • Xoş günün görən, pis günün izləyib qaçar.
  • Xəsisdən qışda buz, yayda köz almaq çətin.
  • xörək də üzər.
  • Xəstə tələsər, armud vaxtında dəyər.
  • Xalam bildi - aləm bildi.
  • Xoş gördüyün umduğun olsun.
  • Xeyir iş yerdə qalmaz.
  • Xəstənin işi qalar, astanın işi qalmaz.
  • Xoruz banlamasa səhər açılmaz?
  • Xal üzün bəzəyidir.
  • Xalqın sədası - haqqın nidasıdır.
  • Xalçalı gəl, xalçalı get.
  • Xan evi - bəla evi.
  • Xəncər yarası sağalar, namus yarası sağalmaz.
  • Xəsis acgöz olar.
  • Xəstəyə döşək, aca çörək lazımdır.
  • Xoruz silkələnsə bir çəngə tük olar.
    Dəvə silkələnsə bir ulağa yük olar.
  • Xoruzun altında yumurta axtarır.
  • Xoruzunu veriblər qoltuğuna.
  • Xalamdan bir dilək dilərəm, versə də xalamdır, verməsə də.
  • Xanım qız xalasına oxşar, yaxşı oğlan - dayısına.
  • Xanım xanım dedilər, var-yoxumu yedilər.
  • Xəstəni döşəkdə saxlarlar, uşağı - beşikdə.
  • Xəta məndən, əta səndən.
  • Xırçıya qarpız bağışlamazlar.
  • Xış kötüyə dayanıb.
  • Xoruz bir kərə bəzənər.
  • Xam dəridi, açılar.
  • Xara doydu, torba doymadı.
  • Xoca evində aş, kor gözündən yaş çıxmaz.
  • Xoca özü edər, hamıya 'eləmə' deyər.
  • Xoca qocanı bəyənməz, qoca xocanı, bəyim hər ikisini.
  • Xoca yalan diyər, özüdə inanar.
  • Xoruz çox olan yerin səhəri tez açılar.
  • Xəbəri çatmayan yerdə, hər şey xəbərsiz olar.
  • Xəstəlik atlı gəlir piyada gedir.
  • Xain xəyanətinin cəzasını mütləq çəkər.
  • Xınalı əl cibə qoyulmaz.
  • Xətakardan xəta əksik olmaz.
  • Xəsisə zəhər versən, pulsuzdur deyə içər.
  • Xəsis zalım olar.
  • Xoruz elə xoruzdur, nə qocası, nə cavanı.
  • Xəlbircən evi olanın, gözləri qədər dərdi var.
  • Xalça salan özü oturar.
  • Xalqın eybini söyləyən, özü eyibli olar.
  • Xəsis ilə comərdin xərci birdir.
  • Xam yer axtarır bostan atmağa.
  • Xəyalsız insan meyvəsiz ağaca bənzər.
  • Xəstəyə naz eləmək həkimə yaraşmaz.
  • Xanəndə məclisin bəzəyidir.
  • Xəcalət düşmənin olsun.
  • Xanım qırsa - qəza, nökər qırsa - cəza.
  • Xandan gələn nökərəm, dişlərini tökərəm.
  • Xəncər yarası gedər, dil yarası getməz.
  • Xeyir işə yaxın ol, şər işdən saqın.
  • Xeyir işi yubatmazlar.
    (Xeyir işi saxlamazlar.)
  • Xəsisdən qışda buz almaq olmaz.
  • Xəstə həkimdən dərman istəməzlər.
  • Xıdır çıxdı - qış çıxdı.
  • Xam dəmir döyülməz.
  • Xəncər çıxdı - qan çıxdı.
  • Xəta insandan baş verər.
  • Xalına bax, xalı toxu.
  • Xain dost, dəli düşmən, göz tikər ölən günə.
  • Xalqın qapısını el döyür, bizim qapımızı - yel.
  • Xan qapısında işləyənin ayağını daş aparar.
  • Xəstə yatmaq, xəstəyə baxmaqdan yaxşıdır.
  • Xalqa it hürəndə, bizə çaqqal ulayar.
  • Xalq kəsən barmaq qanamaz.
  • Xeyir de, xeyir taparsan.
  • Xan qulluğuna gedən, atlı gedər, piyada qayıdar.
  • Xörəyi doyunca yemə, gözün dalınca qalsın.
  • Xəşil bişirmək bilmir, aşbazlıq iddiası edir.
  • Xoruz getdi, dava bitdi.
  • Xoşrəftar ol, xoş gün görərsən.
  • Xalvar sənin evində, talvar sənin evində.
    Daş vurarsan toz çıxar, nə var sənin evində?!
  • Xan arıqlayanda rəiyyətin canı çıxar.
  • Xoş günüm qapılarda keçir.
  • Xoş günün sorağı uzaqlardan gələr.
  • Xalqa adətdir, bizə bidət?!
  • Xörəyin yaxşısı - hazır olanıdır.
  • Xoruz çox olan yerdə səhər tez açılar.
  • Xışa gedən öküzüm olsun, işə getməyən oğlum olmasın.
  • Xoruzun vəzifəsi banlamaqdır.
  • Xalq qız aldı quda qazandı, mən qız aldım qada qazandım.
  • Xanın gözü dörd olar.
  • Xırmanın axırı dərvişindir.
  • Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər.
  • Xain xoflu olar.
  • Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardılar.
  • Xacənin durduğu yerdə gül bitməz.
  • Xaltanı aslan boynuna vurmazlar.
  • Xəsm (düşmən) xəsmə qəzəl oxumaz.
  • Xala, xala, təndiri qala, aşı bişirib nimçəni yala.
  • Xeyri yoxdur çaxırın, içmə, açar paxırın.
  • Xain adam xoflu olar.
  • Xəzri gəldi - gilavar qaç!
  • Xəmiraşı - bəylər aşı, umac onun yoldaşı.
  • Xeyir ver, ta xeyir görəsən.
  • Xəbər xeyir gərək.
  • Xalqın ağzına qıfıl vurmaq olmaz.
    (Xalqın ağzını bağlamaq olmaz.)
  • Xəzinə xarabalıqda tapılar.
  • Xırman döymək kişi işidir.
  • Xanla plov yemirəm, bığlarım yağa batar.
  • Xəstənin qızıl taxt nəyinə gərək?
  • Xana yaradı, bəyə yaradı, keçəl Qənbərə yaramadı?!
  • Xırmanın tozu bərəkətli olar.
  • Xalının tozu tükənər, dəlinin sözü tükənməz.
  • Xanım sındıran qabın səsi çıxmaz.
  • Xoruza quyruğu yük olmaz.
  • Xeyirsöyləməzə dedilər: - Xeyir söylə, gedim gəlim, sənə don tikdirərəm.
    Dedi: - Əvvəl tikdir, bəlkə getdin gəlmədin?
  • Xahiş daim isti, təşəkkür daim soyuqdur. (Alman atalar sözləri)
  • Xoşbəxtlik ömürlük, əzab sonsuz deyil (Rus Atalar Sözləri)
  • Xəstəyə qızıl yataq belə kömək etməz (Rus Atalar Sözləri)
Top