• Adın nədir ? Dərviş. Pul ilə olur hər iş.
    Pulun var giriş, pulun yox sürüş.
  • Ağıl çox - pul yox, ağıl yox - pul çox.
  • Ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.
  • Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
  • Cavanlıqda pul qazan, qocalıqda – qur qazan.
  • Daşdan pul çıxardar.
  • Davanı qılınc kəsər, sevdanı – pul.
  • Dəllək dəlləyin başını qırxanda pul almaz.
  • Dosta borc pul vermə, hər ikisi əldən gedər.
  • Dostam səninlə, pulun qurtaranacan!
  • Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.
  • İmam əzizdir, qara pul imamdan da əzizdir.
  • Kasıb pul tapdı, qoymağa yer tapmadı.
  • Malını qiymətindən ucuz satana pul gərəkdi,
    Malı qiymətindən baha alana, mal gərəkdi.
    Malını qiymətindən baha satana da pul gərəkdi.
  • Ölü cəhənnəmə, təki mollaya pul olsun.
  • Özgə kisəsindən pul bağışlamazlar.
  • Pul kimi qızarmaq.
  • Pul pulu gətirər.
  • Pul verməz, can verər.
  • Pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
  • Pulun çoxu yük olmaz, əyri bitən, düz olmaz.
  • Pulun gərək sayını biləsən.
  • Pulun varsa dinclik, dilin varsa elçilik.
  • Pulun, üzü olmaz.
  • Sanılı pul durumsuz olar.
  • Sayılı gün, sayılı pul, ötər tez, bitər tez.
  • Sevdanı pul kəsər.
  • Söz məndə, pul ingilisdə.
  • Su çuxurda durar, pul qıtmırda.
  • Tərləməmiş pul qazanmağ olmaz.
  • Vardır pulun – hamı qulun, yoxdur pulun açıqdır yolun.
  • Vardır pulun, yetən qulun.
    Yoxdur pulun, dardır yolun.
  • Zaman pul deyil, onu qaytarmaq olmaz.
Top