Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Parıltılı göy qurşağını görmək üçün öncə yağmuru yaşamaq lazımdır.
(Fransız atalar sözləri)
-
Planınız 1 illikdirsə – düyü əkin, 10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin.
(Çin atalar sözləri)
-
-
Pis bir şey etmədinsə şeytanların qapını döyməsindən qorxma.
(Çin atalar sözləri)
-
Pis iş mərdə ar olar,
Namərd gözü dar olar.
-
Pul əl çirkidir.
-
Pul pul gətirər.
-
Palçıqdan, toz çıxmaz.
-
-
Pis iş görən şeytanın şagirdidir, doğrunu bilib danan şeytan özüdür.
-
Pulluya bazar, pulsuza məzar.
-
Paltarı geyib öyrəş, pulu sayıb öyrəş.
-
Parasız, bazara gedən, gora, imansız gedər.
-
Pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.
-
Pişik yerə öyrənər, it adama.
-
Pişiyə ət, keçiyə ot yeməyi, öyrətməzlər.
-
Pişiyə oyun, siçana qıyın.
-
Pişiyi arabaya qoşsan, durub, kürsüyə çəkər.
-
Pitiyin bilən, qazığın bilər.
-
Pozuğu yazan, yazını pozan.
-
Pullu evin bülbülü, kasıb evin bayquşu.
-
Pulluya bə'li, pulsuza dəli, diyərlər.
-
Para ilə, inamın, kimdə olduğu bilinməz.
-
Payız günü - peynir çörək qarpız ilə, yaz günü - qatıq çörək yarpız ilə.
-
Peşman olma keçmişinə, yox demə gəlməmiş gəlmişinə.
-
Parası əziz olan, özü zəlil olar.
-
Pul verməz, can verər.
-
Pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
-
Pulun çoxu yük olmaz, əyri bitən, düz olmaz.
-
Pulun gərək sayını biləsən.
-
Pul kimi qızarmaq.
-
Pulun, üzü olmaz.
-
Pulun varsa dinclik, dilin varsa elçilik.
-
Pul pulu gətirər.
-
Pişiyin ağzı ətə çatmaz, deyər: iylənib!
-
Pişik yaxşı bilir kimin ətini yeyib.
-
Pisi görməsən, yaxşının qədrini bilməzsən.
-
Papaqçının papağı yırtıq olar.
-
Paltarını boyuna görə biç.
-
Palaza bürün, elnən sürün.
-
Padşahın bir də dilənçinin dostu olmaz.
-
Paxıla tanrı verməz, versə də qarnı doymaz.
-
Paxıl olma, qüssən olmasın.
-
Paxıl artmaz.
-
Paxıl olmasan dərdin olmaz.
-
Paxıl artsa, qurd artar.
-
Paxıl adam ac canavardan pisdir.
-
Paxılın axırı olmaz.
-
Paxılın goru cəhənnəmdir.
-
Paxılın gözü doymaz.
-
Paxılın bağı göyərməz.
-
Pişik atası xeyrinə siçan tutmaz.
-
Pişik arxasını yerə vurmaz.
-
Pişik miyoldamasın, toyuq taqqıldamasın.
-
Pişik yeyəni, aslan qusdura bilməz.
-
Pişik ölüb, siçanların bayramıdır.
-
Pişiyi bağlayıb süfrə açır.
-
Pişiyi bağlayıb çörək yeyənlərdəndir.
-
Pişiyi bir vursan – dinməz, iki vursan – dinməz, axırda üz-gözünü cırmaqlar.
-
Pişiyi çox sıxışdırma, pələngə dönər.
-
Pisi öymə, düzü döymə.
Pisi sevmə, düzü söymə.
-
Pişiyin dərdi, iti öldürməz.
-
Pişik evdən çıxanda, siçanlar baş qaldırar.
-
Pişik bəsləməyən – siçan bəslər.
-
Pişik bərkə düşəndə, dırnağı ilə pələng gözü çıxardar.
-
Pişik balasını istədiyindən yeyər.
-
Pişik balası özünü anasının döşündə gizlədər.
-
Pir mənimdir, kəramətini bilirəm.
-
Piyadanın atlı ilə nə yoldaşlığı?
-
Piyada gedəndən at almağı öyrənmə.
-
Piyada züvvardır.
-
Piyada atlıya gülər.
-
Pöşəngin axırı torbakeş olar.
-
Pəhrizini gözləməyən azarını uzadar.
-
Pəncşənbənin gəlişi, çərşənbədən bəllidir.
-
Pələngə ət yeməyi, keçiyə ot yeməyi öyrətməzlər.
-
Pəzəvəngin axırı dərviş olar.
-
Peşkəşin axırı dərvişə çatar.
-
Peşiman şeytandır.
-
Pendir-çörək səlamətdir.
-
Pendir yeyən su axtarar.
-
Peyininə bax – bostan at.
-
Peyinin adı "Çəməngül".
-
Peyğəmbər əvvəl öz canına dua edib.
-
Paslı dəmirdən qılınc olmaz.
-
Paran ucuz isə, özün bahalı ol.
-
Paran vardır – cümlə aləm qulundur, paran yoxdur – dar küçələr yolundur.
-
Para istəmə məndən, buz kimi soyuyuaram səndən.
-
Para qurtardı, dükan bağlandı.
-
Papağının zağarası gedib.
-
Papağını məscidə atsalar, gedib götürməz.
-
Papağını qoy qabağına, fikirləş.
-
Papağın yerə girsin!
-
Papağımız günə yandı.
-
Papağı tülkü dərisindən, xəbəri yox gerisindən.
-
Papaqçının papağı olmaz.
-
Papaqçının könlü olsa, bir dəridən doqquz papaq tikər.
-
Papaq altında igidlər yaşar.
-
Papaq isti soyuq üçün deyil, namus üçündür.
-
Papaq elə – işimizi bilək.
-
Palçığa batan arabanı öküz çıxardar.
-
Palan –palan, mənə də palan?
-
Payızın suyu kasıbın boğazına təngdir.
-
Payız camışı qaçağan olar.
-
Payını payımın üstə qoy, ya altından ye, ya üstündən.
-
Payını yalqız yeyən payını dişi ilə tutar.
-
Payın cənnətdə.
-
Payın qabağı pay olar.
-
Paydan uman pay verməz.
-
Paydan pay ummazlar.
-
Pay paylayan payından olar.
-
Pay payı döyər, çıxardar.
-
Pay dolu gələr, dolu gedər.
-
Pay verdi, dalınca gəldi.
-
Pay bölənin yüzdə biri cənnətə gedər.
-
Pay bölənə pay qalmaz.
-
Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm.
-
Padşahın da rəiyyətə işi düşər.
-
Padşahın da dalınca danışarlar.
-
Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.
-
Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır.
-
Padşah uzaqda, Allah yuxarıda, kimə deyəsən dərdini?
-
Pinəçinin mayası iynə ilə sapıdır.
-
Pirimizə daş atmayın.
-
Pirini tanımayanın aqibəti pis olar.
-
Pişiyiniz nərdivanımızı aparıb.
-
Pişiyini ağaca dırmaşdıraram.
-
Pişiyin könlü samanlıqda idi, tazı da qovdu, samanlığa saldı.
-
Pişiyin gözü siçan deşiyində olar.
-
Pişiyin yüyürməyi samanlığa qədərdir.
-
Pişiyin yatan yeri isti kürsü dibindədir.
-
Pişiyin dərdi iti öldürər.
-
Pişiyin qanadı olsaydı sərçələrdən əlamət qalmazdı.
-
Pişiyin ağzı ətə çatmaz, deyər: - İy verir!
-
Pişiyin ağzı birə salanda, dönər üzünü cırmaqlar.
-
Pişik siçanı marıtdayan kimi marıtdayır.
-
Pişik miyo-miyonu anasından öyrənər.
-
Pis övlad altıncı barmaq kimidir - kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər.
-
Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
-
Pis günün ömrü az olar.
-
Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
-
Pay verdi, dalınca xəbər göndərdi.
-
Pusquda oturan yatmaz.
-
Parlayan hər şey qızıl deyil.
(Alman atalar sözləri)
-
Paylaşılan sevinc iki qatına çıxar.
(Alman atalar sözləri)
-
Paylaşılan bir acı yarıya enər.
(Alman atalar sözləri)
-
Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir.
(İndoneziya atalar sözləri)
-
Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır.
(İndoneziya atalar sözləri)
-
Pulsuz atın dişinə baxmazlar
(Rus Atalar Sözləri)