• Övlad atsan atılmıyor, satsan satılmıyor. (Türk atalar sözü)
  • Önündən atılan nizədən qorunmaq asandır, nəinki arxandan atılan oxdan qorunmaq. (Çin atalar sözləri)
  • Ölməkdə incimək yox, yaşamaqda incimək çox.
  • Ölməzi tanrı yaratmaz, qırılmazı - çanaxçı.
  • Ölmüş atın nalı sökülər, dilsiz elin - başı.
  • Ölünü dirildincə, diridə can qalmaz.
  • Öləcəklə olacağa, çarə yox.
  • Öləni boşla, gələni xoşla.
  • Ölü aslan, çaqqal toparı.
  • Ölü var söz ölüsü, ölü var göz ölüsü.
  • Ölümə güvənən, dirliyin yaxşı yaşar.
  • Öncə düşün, sonra danış.
  • Öndəkinin səhvini arxadaki bilər.
  • Ördək balası, üzəgən olur.
  • Öyrənməklə bir iş bitər, biri başlar.
  • Ötəri gələn, oturub keçər.
  • Öz kölgəsindən qorxan, oğruya yem olar.
  • Öz atına qulluqdan qalan, piyada qalar.
  • Öz tarazından, daş götürmə.
  • Öz yağında qal, öz yağınla piş.
  • Öz yerini tap otur.
  • Özü ellər mələyi, evim tülkü dələyi.
  • Özü üçün yatır, başqalar üçün yuxu görür.
  • Öküz böyüyüb dəvə olsa, dəvə böyüyüb dağ olar.
  • Öyrənmək baxmaq ilə olsaydı, it qəssab olardı.
  • Öz gözünə, tikan əkir.
  • Özgə gözlə qız alma, gecə gözlə bez alma.
  • Özgəsinə göz qoyan özününkünü itirər.
  • Ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər.
  • Özgə evində qonaqdan borc istəməzlər.
  • Öküzü olana borc gön verərlər.
  • Öküzü soyub, qumuzunda bıçağı sındırdı.
    (Soyub-soyub quyruğunda bıçağı sındırdı)
  • Öz anasını sevməyən, özgə anasını sevməz.
  • Ölü cəhənnəmə, təki mollaya pul olsun.
  • Özgə kisəsindən pul bağışlamazlar.
  • Özünə hörmət et ki, başqaları da sənə hörmət etsinlər.
  • Özün bişirmisən, özün də dad.
  • Özü doğub, özü də göbəyini kəssin!
  • Özgənin sirrini sənə söyləyən, sənin sirrini də özgəyə söylər.
  • Özgənin qəlbi qaranlıq gecədir.
  • Özgənin atına minən tez düşər.
  • Övlad atadan yetim qalmaz, anadan yetim olar.
  • Öz günahını başqasında axtarma.
  • Özgə malına göz tikən malsız, davarsız qalar.
  • Ölünün nəyinəki, dirilər halva yeyir.
  • Ördək gəlib qaz olmaz,
    Gəlin gəlib qız olmaz.
  • Öncə ovla sonra seç.
  • Önün anlamayan sonun danlar.
  • Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
  • Öz pişiyini aslan görən, özgənin aslanını pişik görər.
  • Özünü yorulmuş biləndə dostunu ölmüş bil.
  • Özüm yedim yox oldu, özgə yedi çox oldu.
  • Özgəni boşla özündən danış.
  • Ötüb keçən ömürdür, qocalan insan!
  • Örüşündə otla.
  • Örəpə qoyunun nə əti olar, nə yunu.
  • Örkən üstə darı sərib.
  • Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək.
  • Ördəkdən qaz yerişi tələb eləmək olmaz.
  • Ördək öldü – qaz qaldı, sim qırıldı – saz qaldı.
  • Ördəyi su ilə qorxutmazlar.
  • Ördəyi bağlamağa, ipək gərək, yar ilə oynamağa ürək gərək.
  • Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin.
  • Öpürsən öz əlini öp.
  • Ömürlər örtülüdür, həm qocaya həm cavana.
  • Ömür edən yaşa dolar.
  • Ömür deyir qocalmışam, ürək deyir: - Yaşa hələ!
  • Ömür qarısa da, könül qarımaz.
  • Ömür vəfasızdır, bizi tərk edir.
  • Ömür boyu lampa qayırdım, hələ də qaranlıqda qalmışam!
  • Ömrünə qəbalə alıb.
  • Ömrün bərəkəti yaxşı əməl ilədir.
  • Ölçməmiş biçmə.
  • Ölüsü ölən bir gün ağlar, dəlisi olan hər gün.
  • Ölüsü olan kiridi, yasa gələn kirimədi.
  • Ölüsü bir gün, şivəni min gün.
  • Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
  • Ölünün dalınca salat çəkir.
  • Ölünün vəsiyyəti özü ilə gedər.
  • Ölünü özbaşına qoysan, şıllaq atar kəfəni cırar.
  • Ölünü vaxtında ağla, el gələr tünlük olar.
  • Ölümə çarə yoxdur.
  • Ölümə gedən gəldi, pula gedən gəlmədi.
  • Ölümdən başqa hər şeyə çarə var.
  • Ölüm haqdır.
  • Ölüm haqdan, kəfən Məmməd Cəfər bəydən.
  • Ölüm-dirim bizim üçündür.
  • Ölüm qaş ilə göz arasındadır.
  • Ölüm var ölüm kimi, ölüm var zülüm kimi.
  • Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də bədtərdir.
  • Ölülər elə bilir ki, dirilər halva yeyir.
  • Ölüyə də yiyə lazımdır, diriyə də.
  • Ölüdən şeytan da əl çəkib.
  • Ölüdən pay umur.
  • Ölüb ölümdən qayıdıb.
  • Ölüb ağlayanı yoxdur.
  • Ölü gör necə ölüdür, Əzrail də halına ağlayır.
  • Ölü kimi yatır.
  • Ölü kimdir ki, gorun söyən kim ola?
  • Ölü yerdə qalmaz.
  • Ölü dağı çəkilər, diri dağı çəkilməz.
  • Ölü qəbristandan qayıtmaz.
  • Ölü bit deyiləm ki, dırnaq altında qalım.
  • Ölü bit deyil ki!
  • Ölü aslanın saqqalını yolarlar.
  • Ölmüş aslandan diri köpək yaxşıdır.
  • Ölmüş eşşək axtarır ki, nalını çəksin.
  • Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür.
  • Ölmüş ata yük çatmazlar.
  • Ölmüş aslana dovşanlar da hücum eylər.
  • Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?
  • Ölmək istəyirsən köç Mazandarana.
  • Ölmək var, dönmək yoxdur.
  • Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
  • Ölmə, itmə, qapımızdan getmə.
  • Ölkə sahibsiz olmaz.
  • Ölkə ki var, onun qabağında şah da acizdir, gəda da.
  • Ölkə yansa, canı yanmaz.
  • Ölkə abad ikən dəyirman xaraba idi.
  • Öləcəksən əgərçi şah olasan.
  • Ölər Koroğlu, getməz vətəndən.
  • Ölənin cibindən gedər.
  • Ölənin borcunu baqqal dirilərə yüklər.
  • Ölən üçün qəm yemə, beş bükümdən az yemə.
  • Ölən canını qurtarır, vay qalanın halına.
  • Ölən öldü diriyə dirilik gərək.
  • Ölən öldü, vay qalanın halına.
  • Ölən onlardan olsun, bel-kürək bizdən.
  • Ölən görməyəcək, qalan görəcək.
  • Ölən kim, öldürən kim?
  • Öldürsələr qanı axmaz.
  • Öldürən ox, günahkar ox atan.
  • Öldü var, döndü yoxdur.
  • Ögeyin adı bədnam olur.
  • Öküzün cütə getməyənini ətlik adına satarlar.
  • Öküzün qocalanı dana-buzova qoşular.
  • Öküzün qaşqasına dəyərlər.
  • Öküzün böyüyü pəyədə qalıbdır.
  • Öküzü ölənə yol göstərən çox olar.
  • Öküzü öləndən danışma.
  • Öküzü öldürüb, qumuzunda bıçağı sındırdı.
  • Öküzü yorulana çox söz deyərlər.
  • Öküzü buynuzundan, adamı sözündən tutarlar.
  • Öküz ölməyincə inəyə qiymət olmaz.
  • Öküz ölər, gönü qalar, igid ölər, ünü qalar.
  • Öküz öldürüb adını üstümdən götürə bilmirəm.
  • Öküz öldü, ortaq ayrıldı.
  • Öküz özünə yonca əkəndə başı ağrıyar.
  • Öküz olacaq dana bugündən bilinər.
  • Öküz gərək cüt ola!
  • Öküz kimi yeyir, dana kimi yatır.
  • Öküz əhildəməkdən boyunduruq əhildəyir.
  • Öküz dəvəcən olanda, dəvə dağcan olar.
  • Öküz deyər: - Mən ağama nökərəm.
  • Öküz altında buzov axtarır.
  • Öyüdü anlayana verərlər.
  • Öyrənməyə ar olmaz.
  • Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır.
  • Özünü xəstə (yorulmuş) bilsən, yoldaşını ölmüş bil.
  • Özünü günə verir.
  • Özünü gözə soxur.
  • Özünə qələmə verən axmaqdır.
  • Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir.
  • Özünü başqasından gözləmə, öz ocağının pişiyindən gözlə.
  • Özünü başqasına nərdivan eləmə.
  • Özünü atan dizinə döyər.
  • Özünü atan da birdir, özünü dartan da.
  • Özünü alim istəyən cahildən uzaq olar.
  • Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir.
  • Özünə düşmən öz dostunu itirəndir.
  • Özünə qıymadığını, özgəyə qıyma.
  • Özündən güclü ilə vuruşma.
  • Özündən yuxarı baxanda, özündən aşağı da bax.
  • Özündən dövlətli ilə ayaq çəkmə.
  • Özündən qolu güclüyə rast gəlməmisən!
  • Özündən böyüyə qabarma, bəlkə atandır.
  • Özündə olmayanda qonşuya gedərsən, qonşuda olmayanda hara gedərsən?
  • Özün fil olsan da, qarışqanı yaddan çıxartma.
  • Özün bişirdin, özün də dad.
  • Özün bilən yaxşıdır.
  • Özümüz bir şey deyilik, adımız təbildə döyülür.
  • Özümüz evdə, sözümüz çöllərdə.
  • Öz-özünü bəyənən ağam vay!
  • Özüm yer eylərəm, gör sənə nə eylərəm.
  • Özüm özümə elədim, külü gözümə elədim.
  • Özüm öz ağamam.
  • Özüm qürbətdəyəm, gözüm vətəndə.
  • Özüm qoturam, keçim ki, qotur deyil?
  • Özü üçün yeyir, özgəsinə minnət qoyur.
  • Özü üçün yatır, özgələrə yuxu görür.
  • Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur.
  • Özü ölçür, özü biçir.
  • Özü özünə eyləyəni el yığılsa eyləyə bilməz.
  • Özü özünə eyləyənə-çarə yoxdur.
  • Özü özünə qəbir qazıyır.
  • Özü öz ağasıdır.
  • Özü getdi, sözü qaldı.
  • Özü kəsir, özü tikir.
  • Özü yıxılan özü də qalxar.
  • Özü yıxılan ağlamaz.
  • Özü yəhər qaşında, gözü ocaq başında.
  • Özü yeməz, özgəyə də verməz.
  • Özü yazır, özü oxuyur.
  • Özü əkir, özü də biçir.
  • Özü ədalətli olanın, qazıya ehtiyacı olmaz.
  • Özü eşşək, tükü məxmər.
  • Özü etdi özünə külü tökdü gözünə.
  • Özü deyir, özü də gülür.
  • Özü danışar, özü də qulaq asar.
  • Özü qoca isə, könlü cavandır.
  • Özü qazanmayan mal qədri bilməz.
  • Özü bişirib, özü yeyir.
  • Özü balaca, sözü böyük.
  • Özgəninki get-gedə ipək olur, bizimki köpək.
  • Özgənin sözünü özgənin evində danışma.
  • Özgənin kaşanəsindən bizim viranəmiz yaxşıdır.
  • Özgənin yaxşısından öz pisimiz yaxşıdır.
  • Özgənin yaman gününə gülən öz gününə ağlayar.
  • Özgənin qırğısı var, bizim də qarğamız.
  • Özgənin qarğası özgəyə qırğı görünər.
  • Özgəyə kömək et, sənə də kömək edərlər.
  • Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
  • Özgəyə bel bağlama.
  • Özgə uşağından oğul olmaz.
  • Özgə malına göz tikən, malsız-davarsız qalar.
  • Özgə gözü yaxşı görər.
  • Özgə yerin halvasını hövla ilə çalarlar.
  • Özgə əlində kömbə böyük görünər.
  • Özgə əli ilə ilan tutur.
  • Özgə bağından gül dərməzlər.
  • Özgə ağzına baxan ac qalar.
  • Öz çulunu sudan çıxarda bilmir.
  • Öz çörəyini özgə süfrəsində yemə.
  • Öz sözünü özgənin ağzından danışma.
  • Öz sözünü eşit özgə sözünü danışanda.
  • Öz sözü ilə tutulur.
  • Öz səsi özünə xoş gəlir.
  • Öz rahatlığını istə, özgənin narahatlığın istəmə.
  • Öz rahatlığını istə.
  • Öz örüşündə Muradalı da bəydir.
  • Öz oduna da məni yandırma.
  • Öz gözündə tiri görmür, özgə gözündə qılı seçir.
  • Öz gözünə bayquşun balası tovuz quşundan da gözəldir.
  • Öz burnundan uzağı görmür.
  • Öz kölgəsindən uzağı görmür.
  • Öz kövşənində otlayan mal ac qalmaz.
  • Öz kövşənində otla.
  • Özgənin malı-mülkü, bizim də Qənbərimiz.
  • Özgə malına dəymə, özünkünü bərk saxla.
  • Öz yağı öz başına.
  • Öz işini özün gör.
  • Öz əlim, öz başım.
  • Öz əli ilə öz ayağına balta çalır.
  • Öz eşşəyimizdir.
  • Öz eybini bilməmiş, özgəyə rişxənd eləmə.
  • Öz evimdir!
  • Öz evində öz başını bağlaya bilmir, özgə evində
  • Öz evimin nökəriyəm, özgə evinin – ağası.
  • Öz duzunuzla yeyin!
  • Öz daş-tərəzisi ilə çəkir.
  • Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
  • Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
  • Öz qabağından ye!
  • Öz bəxtindən küs.
  • Öz atının noxtasından yapış.
  • Öz arşını ilə ölçür.
  • Öz anasını sevən, özgə anasını söyməz.
  • Öz adını özgələrə qoyma.
  • Öz ağlını özgə ağlına vermə.
  • Öz ağam, öz qulum.
  • Övladda atadan nişanə olmalıdır.
  • Övlad can yanğısıdır.
  • Övlad tapılar, ata-ana tapılmaz.
  • Övlad sərmayədir.
  • Övlad pəncərədən düşən işıqdır.
  • Övlad könül meyvəsidir.
  • Övlad ki, var, badamdır, nəvə – məğzbadamdır.
  • Övlad insanın məbədidir.
  • Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.
  • ölmək yaxşıdır.
  • Ölər Koroğlu getməz bu yurddan.
  • Övlad ya ataya oxşar, ya anaya.
  • Övlad ata-ananın ürəyidir.
  • Ölmə eşşəyim, yaz gələr yonca bitər.
  • Öz-özünü bəyənən ağam vay.
  • Öz-özünü oda yaxır.
  • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
  • Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
  • Ölünün dalınca danışmazlar.
  • Ölüdən də pay istəyir.
  • Özgə evində koxalıq eləməzlər.
  • Öz ağlını özgəyə vermə.
  • Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
  • Özgəsinə göz qoyan özünkünü itirər.
  • Özgəyə quyu qazan özü düşər.
  • Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
  • Özgə buzovunu güdənin çatısı əlində qalar.
  • Özgə atına minən tez düşər.
  • Örtülü bazar dostluğu pozar.
  • Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır. (Alman atalar sözləri)
Top