Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Üzü şeyx, astarı kafir.
(Türk atalar sözü)
-
Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir.
(Afrika atalar sözü)
-
-
Üzüm oğrusu, güzdə bəllənir.
-
Üzüm üzümə, baxa-baxa qaralar.
-
Üzüm, çöpsüz olmaz.
-
Üzümünü yedə, bağın sorma.
-
Üzüntü bir dəniz, batdın geddin. ümüd bir qayıq, mindin, keçdin.
-
-
Üstümdən ağır bir daş götürüldü.
-
Ümid olmasaydı, ürək partlardı.
-
Ürək daş deyil.
-
Ürəkdə kin olanda dalaşmaq asan olur.
-
Ürəkdə gizlənən üzdə görsənər.
-
Ürəkdə nisgil olanda, deməyə söz çox olar.
-
Ürəkdən ürəyə yollar görünür.
-
Ürəyi dolu olanın dili uzun olar.
-
Üstümü (üst-başımı) unlu görüb, adımı dəyirmançı çağırma.
-
Üz ürəyin aynasıdır.
-
Üzdə gülür, dalda hürür.
(Üzdə gülür, ayaqdan çəkir.)
-
Üzdən bir şey deyil, amma bədəndən yaxşıdır.
-
Ümid üzülməsə, hər iş çözülər.
-
Ürəyə hökm etmək olmaz.
-
Üzə gülür, ayaqdan çəkir.
-
Üzdəki göz, içəri baxır.
-
Üzə baxma özə bax.
-
Üzü pırıldır, içi qırıldır.
-
Üz, ətəklə gizlənməz.
-
Ümid ilə keçinən, aclıqda ölər.
-
Ürək ağrısından kef olmaz.
-
Ürək sevənin ağıda olar, qarasıda.
-
Ürəyi əlində saxla.
-
Üstə bax düşün, alta bax öyün.
-
Üşüdüm üşüdüm, yerimə düşdüm (tərpəşdim yığışdım, yerimə düşdüm).
-
Üzü bəzək, içi təzək.
-
Üşüyən üşüyənə baxıb, qızışar.
-
Üzülmə yox olduğuna, sevin tapıldığına.
-
Üzük qaşı ilə tanınar.
-
Üz verəndə, astar istəməzlər.
(Üz verdikcə astar da istəyir.)
-
Üzü qərənin üzü yox, paxıl adamın gözü yox.
-
Üç tümənlik eşşəyin on beş qranlıq qoduğu olar.
-
Üç eşşək bir axurdan arpa yeməz.
-
Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
-
Üstü bəzək, altı təzək.
-
Ürəkdən ürəyə yol var.
-
Ürəyimin daşqınını ağız dəyər.
-
Ürəyimin dərdini təzələmə.
-
Ürəyim qana dönüb.
-
Ürək öz dostunu tanıyar.
-
Ürək ki var – şüşədir, sındırarsan kim yamar?
-
Ürək yanmasa gözdən yaş çıxmaz.
-
Ürək yanar, göz yaşarar.
-
Ürək dənizdən dərindir.
-
Ürək qulaq deyil ki, barmaqla qurdalayasan.
-
Ümidsiz yaşamazlar.
-
Ümid həyatın sərmayəsidir.
-
Ümid ilədir cahanda hər iş.
-
Üzü üstə gələni arxası üstə çevirməzlər.
-
Üzünü xalqa çevirənin arxası möhkəm olar.
-
Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır.
-
Üzümü əldə gör, çöpünü – yerdə.
-
Üzümə bax, halımı sor.
-
Üzüm üzümə baxar qaralar.
-
Üzüm qaradırsa, alnım açıqdır.
-
Üzüm ayağın altında!
-
Üzük-üzük oynayan gecələr yatmaz.
-
Üzük tanınar qaşı ilə, qız – qardaşı ilə.
-
Üzü şeyx, astarı kafər.
-
Üzü necədir, ürəyi də elədir.
-
Üzü ağ, qəlbi qara, mən belə dostu neylərəm?
-
Üzrü günahından artıq.
-
Üzdə gülür, dalda hürür.
-
Üz ürəyin güzgüsüdür.
-
Üz üzdən utanar.
-
Üz götürüb gedəni zəncir ilə saxlamaq olmaz.
-
Üz ki var – ətdəndir.
-
Üz döndü, göz döndü.
-
Üz göstərsən qohumluq iddiası eylər.
-
Üz vermə, astar da istər.
-
Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
-
Üz verən, astar da verər.
-
Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.
-
Ürək götürməyəni, əl götürməz.
-
Üstü bəzək - altı təzək.
-
Üç daşınma, bir yanğına əvəzdir.
(Yapon atalar sözləri)