Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Ən düzgün işləyən saat mədədir.
(Fransız atalar sözləri)
-
Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir.
(Fransız atalar sözləri)
-
-
Ədalət topaldır.
(Fransız atalar sözləri)
-
Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol.
(İspan atalar sözü)
-
Ən pis yaxşı gün həmişə ən yaxşı pis gündən daha yaxşıdır.
(İngilis atalar sözləri)
-
Əsl dostu iki əlinizlə birdən tutun.
(Afrika atalar sözü)
-
Əsəbi ikən heç vaxt məktub yazma.
(Çin atalar sözləri)
-
-
Əsəbi vaxtı bir an səbirli olsan, yüz günlük peşmanlıqdan qurtararsan.
(Çin atalar sözləri)
-
Əgər Tanrı yağış yağdırmaq və anan ikinci dəfə evlənmək istəsə, buna kimsə mane ola bilməz.
(Çin atalar sözləri)
-
Əsəbi ikən əsla məktub yazma
(Çin atalar sözləri)
-
Əkiblər yemişik, əkərik yeyərlər.
-
Əvvəl zəhmət çəkən, sonra rahat olar.
-
Əməksiz yemək olmaz.
-
Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.
-
Ətə pul verməz, küftənini böyüyündən yapışar.
-
Ədəbi kimdən öyrəndin? Ədəbsizdən.
-
Ərlə arvadın torpağı bir yerdən götürülər.
-
Əvvəl evin içi, sonra çölü.
-
Əldən qalan əlli il qalar.
-
Ən böyük biclik – düzlükdür.
-
Əl əli yuyar, əl də üzü.
-
Əyridə tox, doğruda ac görmədim.
-
Əziziyəm dilim-dilim, kəs qarpızı dilim-dilim, əlçəkmərəm dilimdən, kəssən dilim, dilim-dilim.
-
Əkəndə əkməyən xırmanda ağlar
-
Ərsək ərə dəyməz,
ivsək evə dəyməz,
oynaş ərdə qalmaz,
tələsən evə çatmaz.
-
Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub.
-
Ər-arvad ipəkdir, araya girən köpək.
-
Ərkəsöyün böyüyən oğul avara olar.
-
Əli aşından da oldu, Vəli aşından da...
-
Əvvəl düşün, sonra danış.
-
Əvvəl danış, sonra gül.
-
Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.
-
Əsli, nəcabəti olmayana qamçı neylər?
-
Əlindən bir iş gəlməyən on danışar.
-
Əl qatma harama.
-
Əzizim əziz, tərbiyəsi ondan əziz.
-
Ədəbi kimdən öyrəndin, ədəbsizsən.
-
Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.
-
Əvvəl arxı tullan, sonra bərəkallah de.
-
Ədəb bazarda satılmaz...
-
Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
-
Əli ələ vurarsan, səs çıxar.
-
Əl əlin örtüyüdü.
-
Əl tutunca od tut: zəmanət, oddan pis yandırar.
-
Əldən gəlməz iş olmaz, ayaq gedməz yol olmaz.
-
Ər çöldə olar, çörəyi evdə.
-
Ər qocalar, könül ki yox.
-
Əringənə, əlli qarı bezdən yum olmaz: subaya əlli qarış parçadan, don çıxmaz. (subaydan ev olmaz).
-
Əsil itməz, yağ iylənməz.
-
Ət qanlı, iyid canlı olmalı.
-
Ətin yeyir, sümüyünə göz tikir.
-
Əklənən bəklənir, özlənən gözlənir, sərilən dərilir.
-
Əl əli yumadı, əl üzü yumadı, qolu əlsiz qaldı, əli qolsuz qaldı, suyu üzsüz qaldı, üzü susuz qaldı, yaşı külsüz qaldı, külü odsuz qaldı.
-
Əl iş görər, göz qorxar.
-
Ər-arvadın savaşı, yaz gününün yağışı.
-
Ərə getmək asandır, ər donu tikmək çətin.
-
Ərə ver atın, elə ver aşın.
-
Ətsiz olsun, atsız yox, adsız olsun, dadsız yox.
-
Əyri ağaca yayım demə, hər görənə yarım demə (dayım demə).
-
Əyri ağız bəy olsa, yalan sözü düz çıxar.
-
Əcəl gəlirkən cana, baş ağrısı bəhana.
-
Əcəl gəlməz, vax çatmasa.
-
Əkdiyin biçən, ağlamaz.
-
Əkin əksən, yerə bax, eli sevsən, elə bax.
-
Əkin olsa, əkmək olar.
-
Əkməmiş bitməz, dəlməmiş keçməz.
-
Əl çatmayan aş, ya qarın ağrıdar, ya baş.
-
Əldən tutulan qurtulur, dildən tutulan dürtülür.
-
Əlli ilin eşşəyinə, dəyirman yolu göstərir.
-
Ən böyük yalançı odurki, diri ikən ölümdən danışır.
-
Ərinə görə bağla başını, qabına görə qaynad aşını.
-
Əsgi düşman dost olmaz, əsgi pambığ bez olmaz.
-
Ələyi ələnib qəlbiri göydən asılıb.
-
Əli bağlı olanı yetən döyər, yetməyən söyər.
-
Əli tutanın, əli qopar, od tutanın əli yanar.
-
Əli əyrinin, dili düz olmaz.
-
Əlifin hicəsı var, gündüzün gecəsi var.
-
Əlinlə xəmir ovar, gözü ilə dənə qovar.
-
Əllə ver, ayaqla izlə.
-
Ən yaxşı dost odur ki, qarşı durmaya.
-
Əngəl ilə tikan, biri yardan, biri güldən (olur).
-
Ər ağacı gül ağacı, taqsırım var, vur ağacı.
-
Ər arvad arası ipəkdir, araya girən köpəkdir.
-
Ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz.
-
Ərinməsən, usta olarsan.
-
Ərkək quş havanı, dişi quş yuvanı güdər.
-
Ərkəkdə söz, aşda duz gərəkdi.
-
Ərkəyə ürək gərək, qadına dirək.
-
Əsgi düşman, eli pozar.
-
Əsgi yenini saxlar.
-
Əsgi, yamaq götürməz.
-
Ər altında at olur, qeyrət altında ər olur.
-
Əkən bilməz, biçən bilər.
-
Əkinçi yerdən umar. balıqçı göldən umar.
-
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
-
Əcəb yadıma saldın!
-
Əlisi dəli, Vəlisi dəli qırılmışın hamısı dəli?
-
Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır.
(Alman atalar sözləri)
-
Əşyanın qiymətini itirincə anlarsan
(Rus Atalar Sözləri)
-
Ətin dadını bilən çoban itindən xeyr gəlməz.
(Bolqar atalar sözləri)