• Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin. (Çin atalar sözləri)
  • Çox savaşan rüşvət verər.
  • Çin sözün deyən, qurtulur, sözün çinin deyən, tutulur.
  • Çinin sözü, sözün çini: gerçəyin sözü, sözün gerçəyi.
  • Çox eşidəndən, bir görən yaxşı.
  • Çox guruldayan bulutdan, yağış umma.
  • Çox əli işdə gör, az əli aşda gör.
  • Çolaq kora baxıb şükr edər.
  • Çırt bu yandakı gözünə.
  • Çalışmayan ac qalar.
  • Çalışqan dəvə zınqrovlu olar.
  • Çalışqan atın boynu muncuqlu olar.
  • Çalışanı ac, tənbəli tox görən yoxdur.
  • Çalışan əli bıçaq kəsməz.
  • Çalışan qazanar.
  • Çalğısız toy olmaz.
  • Çalğı toyun yaraşığıdır.
  • Çalğı olan yerdə, oynamaq da olar.
  • Çalağan göydə dolanar, cücənin ürəyi bulanar.
  • Çala-çala havaya düşüb.
  • Çal belə, qurbanın olum, çal belə, gedər bu dövran, dəxi düşməz ələ.
  • Çayxana dolu - sahə boş.
  • Çayır yeddi il leylək yuvasında qaldı, yerə düşdü bitdi, atasının vəziyyətini unutmadı.
  • Çayın daşı – çölün quşu.
  • Çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsdi, dördü bəsdir, elə ki, keçdi beşə vur on beşə, çay nədir, say nədir?
  • Çayda balıq yan gəzər.
  • Çaya çat, sonra çırman.
  • Çay görməmiş çırmanır.
  • Çay ki, oldu dişləmə, sən də otur işləmə.
  • Çay yanında quyu qazımazlar.
  • Çay quşu çay daşı ilə vurular.
  • Çay quşu ayağından tutular.
  • Çay bir olar, çeşmə min.
  • Çay aşağı axıtdım, çay yuxarı axtardım.
  • Çadrasızlıqdan evdə oturub.
  • Çadra altında hər arvad gözəldir.
  • Çağrılmamış qonağı köpəklər qarşılar.
  • Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
  • Çağırılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
  • Çaqqalın yuxusuna toyuq gələr.
  • Çaqqaldan çox çarıq aparan olmaz, enə ayaqları yalındır.
  • Çaqqalın hayıfını (acığını) baqqallar çıxır.
  • Çaqqal yuvasında toyuq qaqqıldayır.
  • Çaqqal var ki, baş kəsər, qurdun adı bədnamdır.
  • Çömçə dedi: - İndi bulanıb çıxmışam!
  • Çox verdim, dedilər dəlidir, az verdim, dedilər xəsisdir.
  • Çox ver, az yalvar.
  • Çox varlanmaq və çox danışmaq, insanı məhv edər.
  • Çox bilmək istəyən, çox da çalışsın gərək!
  • Çox bilib, az danışmaq, igidin ləngəridir (yaraşığıdır).
  • Çox bilən çox çəkər.
  • Çox bilən, tez qocalar.
  • Çox bilən quş dimdiyindən tələyə düşər.
  • Çox aşıqlar yarı yolda qalıblar.
  • Çox arpa atı çattadar.
  • Çox and içənin andına inanmazlar.
  • Çox ağaclar kökündən doğranıb.
  • Çor deyənə can desəm, ya rəbb, nəyim əskilər?
  • Çomağın o biri başın çevirir.
  • Çolaq koru görəndə öz halına şükür eylər.
  • Çolaq at seyidə nəzirdir.
  • Çolaq ayağa daş dəyər.
  • Çobansız sürü olmaz.
  • Çobansız sürü yolu azar.
  • Çobansız qoyunu qurd yeyər.
  • Çobanın yasdığı yastı qayalardır.
  • Çobanı özündən olanın qoyunu dişi doğar.
  • Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu.
  • Çoban corabını özü toxuyar.
  • Çoban çox olanda qoyunu qurd yeyər.
  • Çoban dayağı ilə, gəlin duvağı ilə.
  • Çiçək çox olan yerdə, arı da olar, bal da.
  • Çıxan qan damarda qalmaz.
  • Çırtıq vursan, qanı çıxar.
  • Çırağına yağ töküblər.
  • Çıraq öz dibinə işıq salmaz.
  • Çiçəyi burnunda gəzdirər.
  • Çirkin özünü gizlədər, gözəl aşkara gəzər.
  • Çirkin yuyunmaqla gözəl olmaz.
  • Çirkin dövlətli qızını atası adına alarlar.
  • Çirkaba daş atma, üstünə sıçrayar.
  • Çinara nə qədər su versən, meyvə verməz.
  • Çiy süd əmənə etibar yoxdur.
  • Çiy noxud ağızda islanmaz.
  • Çiy ət ət gətirər, çiy çörək – dərd.
  • Çiy ət dərd gətirər.
  • Çibin mundar deyil – ürək bulandırır.
  • Çətini ölənəcəndir.
  • Çərşənbə yemişidir.
  • Çərçinin nəğməsi yox, nərəsi çox.
  • Çərçinin ana-atası, ayaqları altındadır.
  • Çərçinin yüz andı, öz eşşəyinə qənim olar.
  • Çərçi kisəsindəkini sanar.
  • Çərçi qızı munculu olar.
  • Çənginin qazandığı ənlik-kirşana gedər.
  • Çənəsi sallaq qarıdır.
  • Çənənə çox yol vermə.
  • Çənə yumruqdan qorxar.
  • Çənə yorulmasaydı, adam hey yeyərdi.
  • Çəkməyən nə bilir sevda dərdini?
  • Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi.
  • Çəkmə namərd minnətin, get səhrada dolan gəz.
  • Çəkic ol – üstdə ol, zindan olub altda qalma!
  • Çəkilən zəhmət hədər getməz.
  • Çeşmə ümman yaradar.
  • Çevir tatı, vur tatı.
  • Çaş biri iki görər.
  • Çahar atdım şeş gəldi, yenə fələk uddu məni.
  • Çaxmağını çax, papağımı tapım.
  • Çaxmaq məndən, qov səndən.
  • Çaxırı töksən siçanın boğazına pişikdən pasport istər.
  • Çaxırı lala versən, lal dil açar.
  • Çaxırı keçinin boğazına töksən varıb dağları aşar.
  • Çaxırı iç şir böyrü yırtmağa, içmə qarğalar gözünü dəlsin.
  • Çaxır paxır açandır.
  • Çaxır içən malın itirər, bəng çəkən – ağlın.
  • Çarşab-corab eyləyib gəlir.
  • Çarığında itirən, patavasında tapar.
  • Çarığına baxma, ürəyinə bax.
  • Çarıq tapan dolağın da tapar.
  • Çarəsiz dərdə loğman da acizdir.
  • Çarəsiz dərd olmaz.
  • Çarvadara yol göstərməzlər.
  • Çapqınçı olsan da insafı əldən vermə.
  • Çanağında bal olsun, arısı gələr Bağdaddan.
  • Çobanın meyli olsa, təkədən pendir tutar.
  • Çıxmayan cana ümid çoxdur.
  • Çarx dolanır, gün keçir.
  • Çox bilən quş, dimdiyindən cələyə düşər.
  • Çox bilib az danışmaq igidin ləngəridir.
  • Çox bilirsən, az danış.
  • Çörək itirən çörək tapmaz.
  • Çörəyini özü öz ayağı ilə tapdaladı.
  • Çatana çatır, çatmayana bir daş atır.
  • Çanax öz başında sınar.
  • Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
  • Çalışqan əl nəyə dəysə qızıl olar.
  • Çala-çala çalağan olar.
  • Çörək itirən, çörək tapmaz.
  • Çox qarışqa bir şiri öldürər.
  • Çağrılan yerdə bit, çağrılmayan yerdən it.
  • Çalışanın çörəyi dadlı, ərincəyin canı.
  • Çalışqanın biri iki olsa, ərincəyin ikisi bir olar.
  • Çamurdan çıxdıq, palçığa batdıq.
  • Çağrılan yerə ar etmə, çağrılmayan yeri dar etmə.
  • Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
  • Çağrılan yerə var, çağrılmayan yerdə nəyin var.
  • Çağrılmayan yerə, pişiklə it gedər.
  • Çağsız çiçək açılmaz.
  • Çalındıqca tikildi, dadındıqca bitindi, qırıldıqca düzüldü, düzən qalmır düzməyə, tabım yoxdur dözməyə.
  • Çalan çoxdu, oynayan yoxdu.
  • Çalış qızı ucuz al.
  • Çalqını çalana, sözü danışana, işi bilənə, yolu gedənə, atı sürənə, malı alana, qızı sevənə, biçini əkənə ver deyiplər.
  • Çaşqın oldun bayıldın, daşqın oldun asıldın.
  • Çirkin bürünər, gözəl görünər.
  • Çox gurlayan bulut, az verir yağış.
  • Çörək ağacın əlində olsun, çörəyin ağac başında olmasın.
  • Çörək nə qədər şişədə, xəmirdən qaçağı yox.
  • Çörəyin ağacı var, ağacında çörəyi var.
  • Çörəksiz ol, ürəksiz yox.
  • Çüçük hürə-hürə, it olar.
  • Çürük paxlavanın, kor alıcısı olar.
  • Çürük taxta çüv (mıx) tutmaz, dəlik tava yağ tutmaz.
  • Çürük nərdivan, uca dam, çürük ip, dərin quyu.
  • Çəkinmək, əyri yolun, düzə olan borcudur.
  • Çirkin olsun qız olsun, əyri olsun yol olsun.
  • Çox bilən çox yanılır.
  • Çox danışıb iş görməməkdənsə, susup işləmək yaxşi.
  • Çox daşar, az dolar, az daşsa, çox dolabilməz.
  • Çox danışma, ağzın böyüyər.
  • Çox yaş olma – sıxılarsan, çoxda quru olma qırılarsan.
  • Çörəyi qurudur, ayranı duru.
  • Çuvalın boşu, dik durmaz, ağlı olan, tək durmaz.
  • Çox yemək insanı az yeməkdən də qoyar.
  • Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.
  • Çıxış yolu olmayanın çıxış yolu səbrdir. (Ərəb atalar sözü)
Top