• Cavanlıqda məhəbbət daha çılğın olsa da, sonralar daha güclü və daha qüdrətli olur. (Heyne)
  • Cinayət və Cəza (Fyodor Dostoyevski)
  • Canlı Allah görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə insan sevgisində tapacaq. (Fyodor Dostoyevski)
  • Cahilin bəzi əlamətləri: sualı sona qədər dinləmədən ona cavab verməyə çalışması, başa düşmədən müxaliflik etməsi və bilmədiyi şeyə əsaslanıb mühakimə yürütməsi. (Cəfər Sadiq)
  • Ciddilik, zehin əskikliklərini örtmək üçün icad edilmiş bir rəftardır. (Fransua de Laroşfuko)
  • Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır. (Uilyam Şekspir)
  • Cahil insan özünün belə düşməni ikən başqasına dost olması necə gözlənilər (Sokrat)
  • Ciddi olmaq gözəldir - lakin biganə olmaq lazım deyil. (Volter)
  • Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər. (Bencamin Franklin)
  • Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. (Məmməd Səid Ordubadi)
  • Cibimdə yoxuydu! Ürəyimdən verdim. (Nazim Hikmət)
  • Cəsarət qüvvətlə birləşəndə biraz artar. (Aristotel)
  • Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmədiyindən məhv olurlar. (Deni Didro)
  • Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır. (Platon)
  • Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. (Platon)
  • Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək. (Düklo)
  • Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. (Uinston Çörçill)
  • Cahilin sonda görəcəyi şeyi ağıllılar öncədən görür. (Cəlaləddin Rumi)
  • Cahillər çoxalan zaman ariflər qərib olur. (Əli bin Əbu Talib)
  • Cənnətə girmək təəccüb ediləcək bir hünər deyildir; Mərifət – dünyada Cənnətə çata bilməkdir. (Əli bin Əbu Talib)
  • Cavanlar xəyal edirlər, qocalar xatırlayırlar. (Lui Araqon)
  • Cavan olanda bəzi səhvlər etdik, daha etmək lazım deyil. (Tupak Şakur)
  • Cavanlıqda biz sevmək üçün yaşayırıq; yetkin dövrdə yaşamaq üçün sevirik. (Sent Evremon)
  • Cürət edə bilməməyimizin səbəbi işlərin çətinliyi deyil. Sadəcə, cürət edə bilmədiyimiz üçün işlər çətin olur. (Kiçik Seneka)
  • Cənnət, cənnət dedikləri, bir neçə mələk, bir neçə huri, istəyənə ver onları, mənə sən gərəksən, sən... (Yunus Əmrə)
  • Cəsarətin ölçüsü ölmək deyil, yaşamaqdır. (Vittorio Alfieri)
  • Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar. (Mühəmməd peyğəmbər (SƏS))
  • Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Cənnət anaların ayaqları altındadır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı. (Pablo Pikasso)
  • Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri. (Viktor Hüqo)
  • Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır. (Viktor Hüqo)
  • Cavanlıq artıq cavan olmayan üçün böyük çatışmazlıqdır. (Aleksandr Düma)
  • Cavab, cavabın yoxluğudur. (Çak Palanik)
  • Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir. (Mahatma Qandi)
  • Cəhənnəm başqalarıdır. (Jan Pol Sartr)
  • Cavabımın şiddətindən susuram! (Nəcib Fazil Qısakürək)
  • Corc Sorosun biznes prinsipləri (Corc Soros)
  • Cəmiyyətin gələcəyi – anaların əlindədir. (Onore de Balzak)
  • Ciddilik xarakterin əsasıdır. (Onore de Balzak)
  • Canlı olan çirkin ola bilməz. (Koko Şanel)
  • Cəmiyyət məntiqin universallığı sayəsində mümkün olmuşdur. (Tur Xander)
  • Ceyranı ovçu yaralayır, amma ceyran qaçıb canını qurtara bilir. Gəlib bir gölün kənarında su içmək istəyəndə, daşın üstündə oturmuş qurbağa onun bu halətini görüb deyir: "Ceyran, səni kim vurub , niyə qana boyanmısan?" Ceyran cavabında deyir ki, onu ovçu öldürmək istəyirdi, qaçıb canını qurtarıb. Qurbağa: " bu ovçu sən gözəllə mən gözəldən nə istəyir axı"? Ceyran yerə yıxılır və deyir: bəlkə də mən yaşayacaqdım , məni öldürən sənin bu sözün oldu (Naməlum)
  • Cəmiyyətlər öhdəsindən gələ bilməyəcəkləri problemləri gündəmə gətirməzlər. (Karl Marks)
  • Cəhənnəmə gedən yollar yaxşı niyyət daşlarıyla döşənmişdir. (Karl Marks)
  • Cəhalət, imtiyazlı sinfin ustaca istifadə etdiyi bir silahdır. (Karl Marks)
  • Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. (Artur Şopenhauer)
  • Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. (Heydər Əliyev)
  • Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir. (Mark Tven)
  • Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm çünki hər ikisində də dostlarım var. (Mark Tven)
  • Cahan ağıl, can sənin sərmayəndir,
    Yerlə göylər hamısı bəzəyindir. (Şəbüstəri)
  • Cinsi əlaqə; mahnı oxuyarkən ölümün qıçına ayağını basmaqdır. (Çarlz Bukovski)
  • Cəsur insanın təxəyyülü məhduddur. Qorxaqlıq pis bəslənmənin bir nəticəsidir. (Çarlz Bukovski)
  • Comərdlik edən ucalar, xəsislik edən isə alçalar. (İmam Hüseyn)
  • Cəsur fikirlər ön cəbhədəki piyadalar kimidir, onlar ölür, amma qələbəni təmin edirlər. (İohann Volfqanq Göte)
  • Cismani həyatın dalğalarında feyz alan fikir dəryasına baş vurunca qərq olar. (Əbu Turxan)
  • Cavabı ümidsiz görünən suallardan hamı qaçmağa çalışır – məqsədə ən inadkar olanlar çatır. (Əbu Turxan)
  • Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun. (Əbu Turxan)
  • Cismin nəyə ehtiyacı varsa, onu da götürür; bundan artığı da, əskiyi də ziyandır. (Əbu Turxan)
  • Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir. (İmam Həsən Əskəri)
  • Canını qurtarım deyərkən vətənindən olarsan. (Attila İlhan)
  • Cahanda hər hökmü bir zaman verir,
    Dünən fərman verən bu gün can verir. (Səməd Vurğun)
  • Cəmiyyət üzərində sözlər yox, yalnız ideyalar hökmranlığa malikdir. (Vissarion Belinski)
  • Cavab verirəm "zamanla hər şey keçər" deyən ağıllılara; Keçən tək şey zamandır.. Anlayan, izah etsin anlamayanlara. (Camal Sürəya)
  • Cənnətə Duyulan Həsrət İnsanın İnsan Olmamağa Duyduğu Həsrətdir. (Milan Kundera)
  • Cəsuru qorxudan boş güllə ən böyük qorxağı qorxutmaya da bilər. (Fridrix Nitsşe)
  • Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın. (Şəms Təbrizi)
  • Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır. (Delbryuk)
  • Cavanlıqda bilik ağacı əkməsək, qocalanda kölgəsinə sığınası ağacımız olmaz. (Nikola Şamfor)
Top