Ancaq azadlığın bir qismindən könüllü imtina edənlər azad ola bilərlər. (Əbu Turxan)
Ancaq hansı isə bir ideya işığında nizamlananda, bu həyatdan baş çıxarmaq və azad yaşamaq mümkün olur. Əks təqdirdə insanı qaranlıqda vurnuxmaq aqibəti gözləyir. (Əbu Turxan)
Artıq yükdən azad olmadan yüksəlmək mümkün deyil. (Əbu Turxan)
Arzularına sərhəd qoymayan insan azad ola bilməz. (Epiktet)
Azad olmaq – özün kimi olmaq deməkdir. (Jan Pol Sartr)
Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar. (Əbülfəz Elçibəy)
Azadlığa təzyiq göstərməklə ona meyli daha da gücləndirmiş oluruq. (Lev Tolstoy)
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi İstəyirəm SƏMA kimi! GÜNƏŞ kimi! CAHAN kimi! (Xəlil Rza Ulutürk)
Azadlığın ən böyük düşməni beyindən çıxmayan fikirdir, çünki o, insana daxildən hakim olur. (Əbu Turxan)
Azadlıq dərk olunmuş zərurətdir. (Benedikt Spinoza)
Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (Abbasqulu ağa Bakıxanov)
Azadlıq sevgilimiz kimidir; bir dəfə aldatdınmı, bir də çətin dönər ... (Nazim Hikmət)
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. (Heydər Əliyev)
Bəzən insan özünün qoyduğu qaydaların da quluna çevrilir. (Əbu Turxan)
Birinin tam azad olması üçün hamının kölə olması lazım gəlir. (Əbu Turxan)
Bu dünyada yalnız dünyanın bir hissəsindən imtina etməklə yaşamaq mümkündür. (Alber Kamyu)
Dünyada insan düşüncəsi qədər azad olan ikinci bir şey yoxdur. (Devid Yum)
Dünyanın içində ola-ola dünyadan azad olmaq ən böyük məharətdir. (Məhəmməd İqbal)
Düzdür, yerindədir əlim-ayağım, Vardır bədənimdə canım da hətta, Ancaq bir iş var ki, yox azadlığım, Ağrıdır yaşamaq əsarət altda. (Cəlil Məmmədquluzadə)
Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır. (Əbu Turxan)
Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. (Volter)
Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. (Mirzə Fətəli Axundov)
Hamı azad olanda heç kim azad olmur. (Əbu Turxan)
Həddini özü məhdudlaşdıranın imkanı böyük olar. (Əbu Turxan)
Həqiqi azad adam həmişə ölməyə hazır olan adamdır. (Sinoplu Diogen)
Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. (Əli bəy Hüseynzadə)
İddialı adam azad ola bilməz, çünki o, öz iddialarının əsiridir. (Əbu Turxan)
İddiası böyük olanların nəyə nail olacaqları hələ bəlli deyil, amma bəri başdan azadlıqlarını iddialarına qurban verirlər. (Əbu Turxan)
İki azad adam bir yerdə azad ola bilməz. (Əbu Turxan)
İnsan dünya ilə tərəf-müqabil ola bilmək üçün öncə bu dünyanın təsirlərindən azad olmalıdır. (Əbu Turxan)
İnsan həmişə yeniliyə can atır. Lakin yeniliyə qarşı ənənəçilikdən doğan daxili müqavimət hissi də olur. Müqavimət həddindən artıq olanda – durğunluq, zəif olanda – özbaşınalıq yaranır. (Əbu Turxan)
İnsan öz istəkləri ilə buxovlanır, bilikləri ilə azad olur. (Əbu Turxan)
İnsanın simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir. (Əbu Turxan)
İnsanlıq olan yerdə hürriyyət olur. (Mirzə Ələkbər Sabir)
İstəkləri məhdudlaşdırmağın ən böyük bəhrəsi azadlıqdır. (Epikür)
Məhrumiyyətlərsiz qələbə yoxdur. (Əbu Turxan)
Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. (Heydər Əliyev)
Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. (Əbu Turxan)
Özünü tapa bilmək üçün əvvəlcə kənar təsirlərdən azad olmaq lazımdır. (Əbu Turxan)
Ruhu azad olanlar əbədiyyətin bir parçalarıdır. (Əbu Turxan)
Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar. (İmmanuel Kant)
Verilmiş azadlıq dərəcəsindən yetərincə faydalana bilməyəndə məcburiyyət ortaya çıxır. (Əbu Turxan)
Xarakter insanın azadlığı üçün təbii qəfəsdir; hər bir insan ancaq bu qəfəs çərçivəsində yaşaya bilər. (Əbu Turxan)
Zərurət alt qatda incə quruluşla yazılanların üst qatdakı həyata daxildən müdaxiləsidir. (Əbu Turxan)
Zərurət bizi seçim etmək çətinliyindən azad edir. (Vovenarq)