• Aydın yazanların oxucuları, qaranlıq yazanların şərhçiləri var. (Alber Kamyu)
  • Bədii obraz ölçü, kəmiyyət hüdudları ilə məhdudlaşmır. (Əbu Turxan)
  • Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir. (Holley)
  • Bütün sənətkarlar ictimaiyyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar. (Əbu Turxan)
  • Demək istədiyini çoxları deyə bilir. Ən böyük sənətkarlıq demək istədiyindən başqa bir şey deməməkdir. (Əbu Turxan)
  • Duyğular sənətdə, ağıl – elmdə, ruh – fəlsəfədə özünü ifadə edir. (Əbu Turxan)
  • Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. (Əbu Turxan)
  • Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı. (Rabindranat Taqor)
  • Ədəbiyyat millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. (Hüseyn Cavid)
  • Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır. (Uilyam Folkner)
  • Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. (Viktor Hüqo)
  • Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. (V.Solouxin)
  • Elm və sənət qoşa qanaddır. (Xudu Məmmədov)
  • Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. (Xudu Məmmədov)
  • Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir. (N.Q.Çernışevski)
  • Əsl sənət hiss və duyğunu necə yaranıbsa, eləcə – hələ öz təravətini itirmədən, öz bakirəliyində təqdim edir. (Əbu Turxan)
  • Əsl sənətkar ancaq demək istədiyini deyə biləndir. Amma əksər hallarda əsərdə müəllifin iradəsindən asılı olmayan çoxlu sayda yan-yörə var. (Əbu Turxan)
  • Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. (Əbu Turxan)
  • Əsl yazıçı xalqı qaranlıq dünyadan aydınlığa aparan insan olmalıdır. (Ömər Xəyyam)
  • Həqiqi sənət əsəri qarşısında zaman acizdir. (A.Serov)
  • Həqiqi sənətkar təkcə başının ağlı ilə deyil, həm də ürəyin ağlı ilə yaşayır. (Lev Tolstoy)
  • Hər bir bilik sahəsində sonsuz poeziya aləmi vardır. (K.Q.Paustovski)
  • Hər bir sənət abidəsi canlıdır. Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz. (Əbu Turxan)
  • Hər bir sənət əsəri bütövlüyün və vahidin təcəssümüdür. İki əsər yanaşı olanda bir-birinə kölgə salır. (Əbu Turxan)
  • Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. (Əbu Turxan)
  • Həyatın bütün sevinci yaradıcılıqdadır. (R.Rollan)
  • Həyəcanlanmış atom öz artıq enerjisini şüalandıraraq yenidən normal vəziyyətə keçdiyi kimi, ilhamlanmış sənətkar da bu ilhamın, hiss-həyəcanın daşıdığı enerjini öz yaradıcılığı ilə şüalandıraraq normal vəziyyətə keçir. (Tur Xander)
  • İncəsənət bütövdür, o yalnız Şərqə, yaxud yalnız Qərbə aid ola bilməz. (Uitmen)
  • İncəsənət Məndirsə, elm Bizik. (Bernar)
  • İnsan beyni yaradıcılıq aktını həyata keçirən kimi artıq heç kimə və heç nəyə bu prosesin qarşısını almağa imkan verməz. (Toynbi)
  • İnsan cisimlərin özündə olmayan yeni bir şey yarada bilməz. (Əbu Turxan)
  • İnsan yaradıcılığı təbiətin təqlididir. (Hobbs)
  • İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan yaradıcılıqdır. (Əbu Turxan)
  • Kim özündə yazıçılığa bir qabiliyyət hiss edirsə, deməli, söz musiqisinə, sadəlik sənətinə və sevgi sehrinə malikdir. (Cübran)
  • Milləti ədəbiyyat yaradır. (Uilyam Folkner)
  • Neçə-neçə yazıçı öz dövrlərində və mühitlərində böyük tənqidçinin olmaması üzündən əks əlaqəyə girib təkan ala bilməmiş, potensialı açılmamışdır. (Tur Xander)
  • Poetik təb də bir atım barıt kimidir. Tez alışır, tez sönür. (Tur Xander)
  • Poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil. O qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. (Cübran)
  • Poeziya – sevinc, ağrı, təəccüb və bir az da lüğətdən götürülmüş sözlərin axınıdır. (Cübran)
  • Poeziya – ürəkləri məftun edən müdriklikdir. Müdriklik isə fikir himnini ifa edən poeziyadır. (Cübran)
  • Poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin ali mövcudluq formasıdır. (İosif Brodski)
  • Poeziya fəlsəfəyə tarixdən daha yaxındır. (Aristotel)
  • Poeziya göylərin ab-havasını yerə ərmağan gətirmək, yeri qanadlandırmaq, canlandırmaq, ona uçuş əzmi vermək üçündür. (Əbu Turxan)
  • Poeziya qanadlarında yüksəyə qalxmaq olar, amma uzağa getmək olmaz. (Əbu Turxan)
  • Poeziya quş kimidir: tərlan kimi süzənlər; qartal kimi zirvəyə qalxanlar; hətta çəyirtkə kimi tullananlar da var. (Əbu Turxan)
  • Poeziya varlığın sözlə yaradılmasıdır. (Haydegger)
  • Poeziyada sözün çalarları olar, elmdə – yox. (Əbu Turxan)
  • Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir. (Cübran)
  • Şair uzaq fəlsəfə dağından camaata sovqat gətirən Simurq quşudur. (Əbu Turxan)
  • Şairə ilham sözün közünü üfürmək üçün lazımdır. (Əbu Turxan)
  • Şairin qabiliyyəti və istedadı Aforizmlər: seçilmişlərdən seçilmişlər xaosdan harmoniya yaratmaqdır. (A.Blok)
  • Şairlər öz dövrünün sərvətindən gələcəyə ərməğanı durna qatarı ilə, alimlər – elm qatarı ilə göndərirlər. (Əbu Turxan)
  • Səhifəni axıra qədər doldurmağa çalışmayın, oxucu üçün də boşluqlar qalmalıdır. (Əbu Turxan)
  • Şeir bir ürəyin döyüntüsü, bir ruh həyəcanı və göz yaşıdır. (Əbdülfəttah Şahin)
  • Şeir gizli sözlərin bəyan edilməsinin bir növüdür. (Viktor Hüqo)
  • Sənət ehtiyacdan yaranır və var-dövlət içində boğulub ölür. (Jorj Sand)
  • Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında virtual rabitə yaradır. (Tur Xander)
  • Sənət həmsöhbətin susduğu dialoqdur. (Qriqori Landau)
  • Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur. (Xudu Məmmədov)
  • Sənət insanın təbiəti, təbiət – Allahın sənətidir. (Beyli)
  • Sənət məmləkətində bütün məbədlər unikaldır; onlar heç vaxt bir-birinin üzərinə toplanmır. (Əbu Turxan)
  • Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi, həyəcani-bədii təmin etməkdir. (Cəfər Cabbarlı)
  • Sənət təbiətdən sonsuzluğa atılan addımdır. (Cübran)
  • Sənət xeyirlə şəri fərqləndirmək, yaxşını tanımaq vasitəsidir. (Lev Tolstoy)
  • Sənətdə təsvir olunan səma deyil, çay deyil, dəniz deyil… Təsvir olunan qəlbin ənginliyidir. (Əbu Turxan)
  • Sənətdə yaradıcılıq prosesi o dərəcədə fərdidir ki, həmmüəllif olmaq mümkün deyil. (Əbu Turxan)
  • Sənətin missiyası ilahi gözəlliyi onun təzahürlərində görə bilməkdir. (Əbu Turxan)
  • Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. (Əbu Turxan)
  • Sənətkar həmişə öz ailəsi və dostları üçün yaddır, öz vətənində yaddır, ümumiyyətlə bütün bu dünyada yaddır. (Cübran)
  • Sənətkar həqiqətlə gözəlliyi birləşdirməyi bacarmalıdır. (Feyxtvanqer)
  • Sənətkar insanları öz daxilinə yönəldir və qəlbin hamı üçün ümumi olan sirlərini insanlara açıb göstərir. (Lev Tolstoy)
  • Sənətkarın öz əsərində iştirakı Tanrının kainatda mövcudluğu kimi olmalıdır – o, hər şeyi görməli və gözə görünməməlidir. (Flober)
  • Şerlə romanın nisbəti bulaqla dənizin nisbəti kimidir. Birinin hikməti səmimiliyində, o birinin hikməti ənginliyindədir. (Əbu Turxan)
  • Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar. (Lev Tolstoy)
  • Sınaq-səhv metodu elm üçündür. Sənət əsərləri sınaq-səhv metodu ilə yaradıla bilməz, çünki qəlblərə ünvanlanmışdır. (Əbu Turxan)
  • Tarixdə qalacaq yalnız yaradan. (Səməd Vurğun)
  • Təbiət incəsənəti onun əzəli yaratdıqlarının gözəlliklərindən vəcdə gəlmiş insanın iradəsi ilə yaradır. (Emerson)
  • Ürəkdə doğulan bir hiss şeir libasına bürünməklə üzə çıxmağa çalışır. (Rabindranat Taqor)
  • Ürəksiz yaranan hansı bir əsər
    Yadigar qalmışdır sabahkı günə. (Səməd Vurğun)
  • Xəyal insan yaradıcılığının müqəddiməsi, yaradıcı aktın başlanğıcıdır. (Mejelaytis)
  • Yaradıcı əql məhəbbət kontekstində ortaya çıxır. (Əbu Turxan)
  • Yaradıcı fəaliyyət valideynlikdən daha uca, daha şərəflidir. Belə ki, bu halda passiv ideyanın bölünməsi deyil, canlı ideyanın təcəssümü ilə rastlaşırıq. (Əbu Turxan)
  • Yaradıcılıq prosesi bu dünyada öncə gizli şəkildə olanların aşkarlanmasıdır. (Əbu Turxan)
  • Yaradıcılıq sənətkardan, sənətkar isə yaradıcılıqdan qaynaqlanır. (Haydegger)
  • Yazılan əsəri hamı oxuya bilər – başa düşən də, düşməyən də. Əsər kimlə danışmağın lazım olduğunu, kimlə danışmağın lazım olmadığını bilmir. Ona qarşı etinasızlıq və ya haqsızlıq edəndə atasının köməyinə ehtiyacı olur, özü isə nə müdafiə olunmağı, nə də özünə köməklik etməyi bacarmır. (Sokrat)
Top