• Ağa və qul arasında heç zaman dostluq ola bilməz. (Kursiy)
  • Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. (Əbdürrəhman Cami)
  • Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər. (Jan de Labrüyer)
  • Ancaq riyakarlar hamı ilə dostluq edə bilər. (Əbu Turxan)
  • Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir. (Cübran)
  • Arxalıya arxa olma ki, sənə yamaq desinlər, arxasıza arxa ol ki, sənə dayaq desinlər. (El hikməti)
  • Başqaları ilə dost olmazdan öncə, insan öz daxilində ruh ilə bədəninin ittifaqına nail olmalıdır. (Əbu Turxan)
  • Bəlkə də əsil dostluğun qiymətini bilmək üçün, əvvəl sevgini yaşamış olmalıyıq. (N.Şamfor)
  • Bir düşmən çox, min dost azdır. (Rudəki)
  • Bir olsa yoldaşın, dostun əməli
    Daşdan su çıxarar onların əli.
    Nifaq olan yerdə fəlakət də var,
    Səadət günəşi birlikdə doğar. (Nizami Gəncəvi)
  • Bir qırıq qəlb digər qırıq qəlbə təskinlik verə bilməz. (Cübran)
  • Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. (Sokrat)
  • Boşboğaza sirr vermək çatlaq qaba su tökmək kimi bir şeydir. (El hikməti)
  • Bütün ləyaqətli adamları, hətta heç vaxt yaxın münasibətdə olmasan da, özünə dost hesab edə bilərsən. (Əbu Turxan)
  • Dağ da tək olanda qəribsəyir.
    Ona görə də çox vaxt silsilə şəklində olur. (Əbu Turxan)
  • Dar günün dostları gen gündə gendə durur. (Əbu Turxan)
  • Doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən. (Əbu Turxan)
  • Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin. (Sokrat)
  • Dost qazanmağın tək yolu dost ola bilməkdir. (Emerson)
  • Dost, sevgili. Getmə, getmə, görüm kimin yarısan; Hansı bəxtəvərin vəfadarısan? (Qurbani)
  • Dostluğa görə təşəkkür etməzlər, çünki o xidmət sayılmaz. (Q.Derjavin)
  • Dostluq – bir gəmidir. Yaxşı havada iki nəfərə dənizin gözəlliyini göstərə bilər, pis havada isə – yalnız bir nəfərə. (A.Birs)
  • Dostluq – özünə arzuladığının digərinə arzuladığındır; Sevgi – özünə arzuladığından digərinə daha çox arzuladığındır. (I.Şevelev)
  • Dostluq – qanadsız sevgidir. (D.Bayron)
  • Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. (Əbu Turxan)
  • Dostluq çox vaxt dostluqla da bitir,
    Sevgi isə nadir halda dostluqla bitə bilər. (Ç.Kolton)
  • Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır. (Əbu Turxan)
  • Dostluq iki bədəndə yaşayan bir nəfsdir. (Aristotel)
  • Dostluq qanadsız məhəbbətdir. (Corc Bayron)
  • Dostluq sevinci ikiqat edir, dərdi isə yarı bölür. (Frensis Bekon)
  • Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. (Aristotel)
  • Dostluq vaxt aparır, sevinc gətirir. (Nərmin Xəlil)
  • Düşməni bağışlamaq dostu bağışlamaqdan asandır. (Fridrix Nitsşe)
  • Düşməninə etinasız olma: səhvlərini birinci o görür. (Antisfen)
  • Düşmənlərinizi bağışlayın, amma adlarını unutmayın. (Con Kennedi)
  • Əgər dostun səndən aşağıdırsa, sən həqiqi dost deyilsən; əgər yuxarıdırsa, – o həqiqi dost deyil. (Əbu Turxan)
  • Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. (Uilyam Şekspir)
  • Ən qəddar düşmənin yalnız keçmiş dostun ola bilər. (Andre Morua)
  • Əsil dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. (Fransua de Laroşfuko)
  • Əsil sevgini tapmaq çox çətindir, amma əsil dostluğu əldə etmək ondan da çətindir. (Fransua de Laroşfuko)
  • Əslində tənha ikən tənha olmuram. (Fridrix Şiller)
  • Güvən itdiyi yerdə, dostluq da itir. (Kiçik Seneka)
  • Hamı ilə dost olanlar heç kimin dostu ola bilməzlər. (Əbu Turxan)
  • Heç kimlə dostluq etməyən adam dostluğun nə olduğunu bilə bilməz. (Cəlaləddin Rumi)
  • Hər kəs ancaq özünü sevir. Dost da ona görə sevilir ki, o bizim ikinci Mənimizdir. (Mark Tulli Siseron)
  • Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. (Çarlz Darvin)
  • İki insanın kiməsə qarşı ən böyük nifrəti, ən güclü dostluğa gətirib çixardır. (Tacit)
  • İki qism adamların dostu olmur: Birincilər insanlığın elə yüksək mərtəbəsində olanlardır ki, bu mərtəbədə başqaları sadəcə yox dərəcəsindədir.
    İkincilər insanlığın elə aşağı mərtəbəsində olanlardır ki, orada dostluq məfhumunun özü yoxdur. (Əbu Turxan)
  • İnamsızlıq başlanan yerdə dostluq qurtarır. (Kiçik Seneka)
  • İnsanın pulu artdıqca düşməni, elmi artdıqca dostu çoxalar. (Mühəmməd peyğəmbər (SƏS))
  • İnsanlar bir-biri üçündürlər. (Mark Avreli)
  • İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar. (İsaak Nyuton)
  • Insanlarla elə yaşa ki, gələcəkdə dostun düşmanın olmasın, düşmanın isə dostun olsun. (Pifaqor)
  • Kim ki, yeni dostları köhnələri itirmək hesabına qazanır, onun həqiqi dostu heç vaxt olmayacaq. (Əbu Turxan)
  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. (Oskar Uayld)
  • Ləyaqətsiz adamdan dost olmaz. (Əbu Turxan)
  • Məhəbbət ehtiraslıdır, dostluq isə ruhani keyfiyyətdir. (Aristotel)
  • Məhəbbət fərqli tərəflərin dostluğudur.
    Fərq itdikcə məhəbbət keçir, dostluq qalır. (Əbu Turxan)
  • Məhəbbətin ömrünü dostluq uzadır. (Əbu Turxan)
  • Mən tək olan zaman fikirlərimin
    Hər biri yanımda bir adam olur. (B.Vahabzadə)
  • Mərdlər ilə gəz ki, vəfadar olur,
    Nakəslərə yoldaş olan xar olur,
    Namərd olur yaxşı gündə yar olur,
    Yaman gündə baxmaz, ötən yan ilə. (M.V.Vidadi)
  • Neçə dostun varsa, o qədər də evin var. (El hikməti)
  • Nədir axı dostluq? Bizi heyrətə gətirən bir söz, ilüziya. Xoşbəxt olduqda dalıyca qaçan , pis anlarında sadəcə itən bir kölgədir dostluq. (O.Qoldsmit)
  • Nöqsansız dost axtaran dostsuz qalar. (Həsən bəy Zərdabi )
  • O dost əsl dostdur ki, qüsurunu sənə çəkinmədən bildirər. (Nikola Bualo)
  • O dostluq ki, artıq bitib, deməli heç dostluq da deyildi. (Publiy)
  • O insan ki, hər kəslə dostluq edə bilir, heç kəs üçün əsil dost ola bilməz (O.Bartelemi)
  • Qapımızdan hər kəsin çıxdıgı zaman, həmən qapını döyüb içəri keçmək istəyən insan – bizim əsil dostumuzdur. (E.Jounz)
  • Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır. (Bencamin Franklin)
  • Qarşılıqlı olmayan məhəbbətlər çox olur, qarşılıqlı olmayan dostluq isə yoxdur. (Əbu Turxan)
  • Qorxaq dost düşməndən qorxuludur, çünki düşməndən ehtiyat edirsən, dostuna isə arxayın olursan. (Lev Tolstoy)
  • Quş ancaq öz cinsindən olan quşlarla uçar. (Cəlaləddin Rumi)
  • Səmimiyyət dostluğun məhək daşıdır. (Əbu Turxan)
  • Sən yüksələndə dostların bilir sən kimsən,
    Sən düşəndə sən bilirsən dostların kimdi (Naməlum)
  • Sevgi və dostluq bir birlərini istisna edirlər. (Jan de Labrüyer)
  • Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızdır. (Jorj Sand)
  • Sirrini bilməsin evdə divarlar,
    Divar dalında da çünki qulaq var. (Nizami Gəncəvi)
  • Sizə sirr vermək istəyəndən uzaq olun, çünki o, daşıya bilmədiyi ağır bir yükü sizə daşıtmaq istəyir. (Qottlib Leytner)
  • Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz. (Sədi Şirazi)
  • Tək bir xətt məna kəsb edə bilməz, ikincisi də olmalıdır ki, nəyi isə ifadə etmək mümkün olsun. (Ejen Delakrua)
  • Təklikdə xoşbəxt ola bilməzsən: xoşbəxtlik iki adamın qismətidir. (Pifaqor)
  • Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. (Fəridəddin Əttar)
  • Tənhalıq təkcə kədərin yox, bütün mənəvi halların həmdəmidir. (Cübran)
  • Təxəyyülü olan özünü heç vaxt tək hiss etməz. (Əbu Turxan)
  • Yadlar doğmalaşanda, doğmalar yadlaşır. (Əbu Turxan)
  • Yalnız ağıllı insanlarla dostluq edin, çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. (Cəlaləddin Rumi)
  • Yalnız kişi və qadın arasında əsil dostluq ola bilər, çünki bu yeganə bağlılıqdır ki, hansında paxıllıq ve rəqabət yoxdur. (O.Kant)
  • Yalnız yaxşı insanlar arasında dostluq mümkündür. (Mark Tulli Siseron)
  • Yanıb-yaxılmayana kimsə acımaz. (Jan Austin)
  • Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər. (Əbu Turxan)
  • Zaman dostluğu gücləşdirər, sevgini isə zəiflədər. (Jan de Labrüyer)
Top