• Ancaq bir sivilizasiya var; sadəcə onun sükanı əldən ələ keçir. (Tur Xander)
  • Bir gün gələcək, Günəş yenə də Şərqdən doğacaq. (Əbu Turxan)
  • Biz nəyi qururuqsa, öncə qurulmuşların üzərində qururuq. (Əbu Turxan)
  • Böyük tarixi hadisələrin təməli durğunluq illərində qoyulur. (Əbu Turxan)
  • Bu günü olmayan xalqın keçmişi də yoxdur. (Əbu Turxan)
  • Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın. (Henri Ceyms)
  • Əgər keçmişə atəş açsan, gələcək səni topa tutacaqdır. (Otto fon Bismark)
  • Ən gediş-gəlişli hərəkət çox vaxt tarixin dalanlıqlarında olur. (Toynbi)
  • Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır. (Əbu Turxan)
  • İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var. (Əbu Turxan)
  • İnsanların tarixdən aldıqları əsas dərs bundan ibarətdir ki, onlar ondan heç bir dərs ala bilmirlər. (Georq Vilhelm Fridrix Hegel)
  • Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. (Oljas Süleymenov)
  • Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. (Əbu Turxan)
  • O (Qərb), gül üzərində uçsa da, onun yalnız balını götürən arı kimidir. (Məhəmməd İqbal)
  • O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir. (Nüaymə)
  • Qərb cəmiyyəti ürək çatışmazlığından,
    Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir. (Tur Xander)
  • Qərb dünyanı dəyişib özünə uyğunlaşdırmaq, Şərq özünü dəyişib dünyaya uyğunlaşmaq yolunu seçmişdir. (Əbu Turxan)
  • Şərq doğru danışanda ona nadir hallarda inanırlar. Qərb isə yalan danışanda ona nadir hallarda şübhə ilə yanaşırlar. Birincinin sadəlövh doğruluğu heç bir məqsədə yönəlməyib, o birisinin saxta səmimiliyi nadir hallarda öz məqsədinə çata bilmir. (Əmin ər-Reyhani)
  • Şərq təfəkkürü təəssüratçılıqla,
    Qərb təfəkkürü təfərrüatçılıqla səciyyələnir. (Əbu Turxan)
  • Şərqdə cəmiyyət insanların toplusu,
    Qərbdə insanlar cəmiyyətin hissələridir. (Əbu Turxan)
  • Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir. (Əbu Turxan)
  • Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. (Oqtay Sinanoğlu)
  • Tarix – əsillərin az, surətlərinsə çox olduğu rəsm qalereyasıdır. (Aleksis de Tokvil)
  • Tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz fərasətinə görə pay götürür. (Əbu Turxan)
  • Tarix elm qiyafətinə girəndə yox, ancaq özünə oxşayanda həqiqətə daha çox yaxınlaşır. (Əbu Turxan)
  • Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır. (Tur Xander)
  • Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyətə gedir, fəlsəfə isə mahiyyətdən başlayır. (Əbu Turxan)
  • Tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir. (Helvetsi)
  • Tarix həmişə hər şeyi öz yerinə qoyur. (Heydər Əliyev)
  • Tarix iki halda təkrarlanır: ibrət götürəndə – yaxşı məqamlar, götürməyəndə – pis məqamlar təkrar olunur. (Əbu Turxan)
  • Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır. (Tur Xander)
  • Tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq və gələcəyə getməkdir. (Əbu Turxan)
  • Tarixi olmayan ölkə ölü ölkədir. (Sinkler Lyuis)
  • Tarixi tədqiqatın birinci şərti bu günlə keçmiş arasında mənəvi körpü salmaqdır. (Əbu Turxan)
  • Tarixşünaslar keçmişi, ideoloqlar gələcəyi saxtalaşdırırlar. (Jarko Petan)
  • Xalq gərək daim öz kökünü xatırlasın. (Heydər Əliyev)
Top