Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar. (Konfutsi)
Zərif ağ ipək qara işlərdən (toxunuşdan) yaranır. (Mənsur Həllac)
Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun. (Frensis Bekon)
Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir. (Rövşən Abdullaoğlu)
Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır. (Əbu Turxan)
Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır. (Əbu Turxan)
Zoru düzgün dəyərləndirəndə, onu zərərsizləşdirmək də asan olur. (Əbu Turxan)
Zəif iradələr güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir. (Əbu Turxan)
Zərurət alt qatda incə quruluşla yazılanların üst qatdakı həyata daxildən müdaxiləsidir. (Əbu Turxan)
Zirvədən o yana ancaq eniş var. (Əbu Turxan)
Zirvə zahirdə yox, batindədir. (Əbu Turxan)
Ziyalısız kütlə kordur. (Əbu Turxan)
Zəmanə özündən müştəbeh olanda, dahilərə dözə bilmir. (Əbu Turxan)
Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. (Əbu Turxan)
Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır. (Əbu Turxan)
Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar. (Əbu Turxan)
Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. (Əbu Turxan)
Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. (Əbu Turxan)
Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır. (Əbu Turxan)
Zirvədə – vəhy məqamında din elmlə birləşir. (Əbu Turxan)
Zülmət çoxaldıqca ömrü qısalar. (Əbu Turxan)
Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur. (Əbu Turxan)
Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin. (İmam Həsən Əskəri)
Zərurət bizi seçim etmək çətinliyindən azad edir. (Vovenarq)
Zaman-sakit həyatı sevən insanların düşmənidir. (Maksim Qorki)
Zalım adamı asan tanıya bilərsən. Kinoda ağlıyar. (Qrem Qrin)
Zəmanə çox dəyişdi.. Artıq qatillər öldürmədən əvvəl "özünə yaxşı bax" deyirlər. (Yılmaz Ərdoğan)
Zənginlik xəsislik və həyasızlıq doğurur. (Benjamin Dizraeli)
Zulmü alkışlayamam, zalimi asla sevemem; Gelenin keyfi için geçmişe kalkıp sövemem. Biri ecdadıma saldırdımı, hatta boğarım… Boğamazsam da, hiç olmazsa yanımdan kovarım. Üçbuçuk soysuzun ardından zağarlık yapamam Hele hak namına haksızlığa ölsem tapamam. (Mehmet Akif Ərsoy)
Zaman dostluğu gücləşdirər, sevgini isə zəiflədər. (Jan de Labrüyer)
Zövqləri başqasının icazəsinə bağlı olan insan yazıqdır. (Madonna)