• Çox səbir lazımdır ki, səbirli olmağı öyrənərsən. (Yakob Mixael Reynqold Lents)
  • Çox vaxt gücsüzlüyü və süstlüyü səbir zənn edirlər. (L.Habbard)
  • Dözümə əsaslanan səbir tükənə bilər, ümidə əsaslanan səbir – tükənməz. (Əbu Turxan)
  • İnsan öz səbir və dözümüylə tauna da qalib gələ bilər. (Napoleon Bonapart)
  • İnsan ruhunun ən az səbir edə biləcəyi şey xoşbəxtlikdir. (Əhməd Hamdi Tanpınar)
  • Lakin səbrin də bir dərəcəsi vardır. (Məmməd Səid Ordubadi)
  • Müsibət səbir edən üçün bir, dözümsüzlük edən üçün isə ikidir. (İmam Kazım)
  • Səbir acı olsa da, meyvəsi şirindir. (Aristotel)
  • Səbir ağlın xəzinəsidir. (Zeynalabdin Şirvani)
  • Səbir iki cürdür: istəmədiyin, xoşlamadığın şeyə səbir etmək; sevdiyin, dilədiyin şeyə səbir etmək. (Əli bin Əbu Talib)
  • Səbir ilə yaranar hər böyük zəfər. (Səməd Vurğun)
  • Səbir insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. (Uilyam Şekspir)
  • Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. (Əbu Turxan)
  • Səbir və zaman güc və ehtirasdan daha böyük işlər görür. (Lafonten)
  • Səbir zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. (Çarez Kaleb Kolton)
  • Səbri olmayanlar nə qədər də yoxsuldurlar. (Uilyam Şekspir)
  • Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbir etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür. (İmam Kazım)
  • Uğurun iki səbəbi var: səbir və ümid. (Aleksandr Düma)
  • Uğurun sirri səbirli olmaqdır. (Benjamin Dizraeli)
  • Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbir etməkdir. (İmam Kazım)
  • Zaman geciksə də, nəticə geciksə də, səbir edən mütləq zəfər çalar. (Əli bin Əbu Talib)
Top