• Nə mutlu türkəm deyənə! (Mustafa Kamal Atatürk)
  • Namusla sürmüşəm öz dövranımı;
    Verərəm haqq üçün şirin canımı. (Məmməd Rahim)
  • Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik. (Xaqani)
  • Neyə ehtiyacınız olduğu nə qədər zəngin olduğunuzu göstərər. (Əhməd Şərif İzgörən)
  • Nəyisə bildiyini görsətməyə çalışmaq, nəyisə bilməkdən daha çətindir. (Aqata Kristi)
  • Nöqtə, hər zaman bir son demək deyil. Bəzən özündən sonrakı hərfin böyük olacağını göstərir. (Adam Faver)
  • Nə qədər sevsən sev, əsla bildirmə sevgini. Çünki sevdiyin adam, sevildiyi qədər üzəcək səni. (Pol Oster)
  • Nə xoş bir gözəlliyi vardır, asta addımlarla dünyadan köçənlərin. (Virciniya Vulf)
  • Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir. (Virciniya Vulf)
  • Nə etməliyik? Qibtə etməliyik! (İosif Stalin)
  • Nəyinə bağlandım ki bu qədər; mənə baxmayan gözlərinəmi, yoxsa mənim olmayan ürəyinəmi? (Özdəmir Asaf)
  • Nəsihət vermək asan, nümunə olmaq çətindir. (Fransua de Laroşfuko)
  • Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar. (Fransua de Laroşfuko)
  • Nə günəşə, nə də ki, olümə gözlərini zilləyib baxmaq olmaz. (Fransua de Laroşfuko)
  • Nə qədər xoşbəxt olmağa qərar vermişsinizsə o qədər xoşbəxt olarsınız. (Avraam Linkoln)
  • Nə yediyimi bilirəm, amma nə etdiyimi bilmirəm. (Salvador Dali)
  • Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər. (Uilyam Şekspir)
  • Nadanın qulaqlarında ən canlı nitq də yuxuya gedir. (Uilyam Şekspir)
  • Narahatlıqlarınızdan xilas olmaq istəyirsinizsə yaşamaqdan ən çox qorxduğunuz şeyin bir gün başınıza gələcəyini qəbul edin. (Sokrat)
  • Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyir-adi xoş bir dərs olsun. Dostlarına müəllim kimi bax, dərsdən aldığın faydanı, söhbətdən aldığın ləzzət ilə tamamla. (Baltazar Qrasian)
  • Niyyətini bildirmədən hərəkət et. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir. Belə halda onun qüsurları qabaqcadan aşkar edilər və müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar. (Baltazar Qrasian)
  • Nəzakətlilik qədər ucuz başa gəlib yüksək dəyərləndirilən heç bir şey yoxdur. (Migel de Servantes)
  • Nəhəng olacağımı düşünmüşdüm - və oldum. (Freddi Merkyuri)
  • Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir. (İmam Kazım)
  • Nə gəlir əlimizdən insan olmaqdan başqa? (Edip Cansevər)
  • Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır. (Adolf Hitler)
  • Nəbzini boşluqda sayan bir gecə. (Nazim Hikmət)
  • Nə pisdir insanın ağılıyla ürəyi arasında çarəsiz qalmağı. Nə pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olmağı. (Nazim Hikmət)
  • Nə mən sənə hirslənərəm, nə də şəxsin zəhmət edib mənə küssün. Artıq səninlə biz, düşmən belə deyilik. (Nazim Hikmət)
  • Nə acıdır insanın bildiyini izah edə bilməməsi. 'Mən' deyib susması, 'Sən' deyib ağlamaqlı qalması. (Nazim Hikmət)
  • Ne qədər ki, xalq şairi xalqa yaddır,
    Ne qədər ki, rütbəlilər mütləq dahi iste'daddır,
    Ne qədər ki, yallananlar harda aşdır, orda başdır.
    Ne qədər ki, ərkən duran, axşamacan getmən vuran
    Anaların döşü südsüz, gözü yaşdır,
    Davam edir otuz yeddi... (Xəlil Rza Ulutürk)
  • Nadanlıq qürurla birləşdikdə təhlükəli olur. (Aristotel)
  • Nə edək?! Heç olmazsa, bağışlayaq bir-birimizi. (Turqut Uyar)
  • Necə səmaya iki günəş sığmazsa, yer üzünə də iki öndər sığmaz. (Makedoniyalı İsgəndər)
  • Nə qədər zirvəyə qalxıb ucalsan,
    Sən qalxan zirvəyə enən deyiləm... (B.Vahabzadə)
  • Nəhəng işlər nəhəng vasitələrlə həyata keçirilir. (A.İ.Gertsen)
  • Namusuna toxunulmuş, şərəfi alçaldılmış və qan çanağına dönmüş toplum. Bax budur burjua toplumu (Roza Lüksemburq)
  • Nə qədər biz avamıq, bizi aldadacaqlar. (Həsən bəy Zərdabi )
  • Nöqsansız dost axtaran dostsuz qalar. (Həsən bəy Zərdabi )
  • Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var... (Lev Tolstoy)
  • Nə qədər insan varsa, o qədər də fikir var. Nə qədər ürək varsa, o qədər sevgi növü var. (Lev Tolstoy)
  • Nəsib: Əgər o fərli arvad olsaydı indiyə qədər onu bir kişi alardı. (Yaşar Nuri)
  • Nə haqda isə heç nə bilməmək qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir. (Platon)
  • Nəfsinin müəllimi vicdanının şagirdi ol. (Platon)
  • Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində və faktın meşəsində asanlıqla azmaq olar. (D.İ. Mendeleyev)
  • Ninja döydüyümdən heç danışmışdım? (Coni Bravo)
  • Nursuz göz kimidir elmsiz ürək,
    Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
  • Nursuz göz kimidir elmsiz ürək. (Əvhədi Marağayi)
  • Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir. (İmam Həsən)
  • Nə qəribə deyil mi? İnsanın həyatı sualla başlar və sualla bitər: 'Adını nə qoydunuz?' 'Mərhumu necə bilərdiniz?'. (Can Dündar)
  • Necədə qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşüyürük. (Can Dündar)
  • Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)
  • Nə sahib olduğundur həyat, nə də ümid etdiklərin bu qədər zaman. Ürəyin qədərdir həyat! Sevilirsənsə rəngli, sevirsənsə qara ağ. (Can Yücəl)
  • Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. (Cəlaləddin Rumi)
  • Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə! (Xudu Məmmədov)
  • Neçə dostun varsa, o qədər də evin var. (El hikməti)
  • Nəfəs kəsən bir roman yazdım. Bütün oxucularım öldü. (Cem Yılmaz)
  • Nə qədər mümkündürsə adla müraciət etməyə tez başlayın. (Ceyms Uotson)
  • Nəyə isə əlavə etmək mümkündürsə, kamil deyil, nədənsə bir şeyi götürmək mümkündürsə, əbədi deyil. (Kiçik Seneka)
  • Nə xoşbəxtdik ki, paradoksla üzləşdik. Bax indi uğura ümid edə bilərik. (Nils Bor)
  • Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana. (Sədi Şirazi)
  • Nəfsdir səni yarı yolda qoyan, yolda qalır nəfsə uyan. (Yunus Əmrə)
  • Nə qədər ki, siyasət mədəniyyətə müxalifdir, yazıçı da siyasətə müxalif olacaq. (M.A.Bulqakov)
  • Nifrət mənfi emosiya olsa da adamı diri saxlayır. (Elman Həbib)
  • Nə vaxt ki dinlədiyiniz mahnılar sizə onu xatırlatmaz, ancaq o zaman həyatdan bir dad ala bilərsiniz. (İlhan Bərk)
  • Namaza mane olan işdə xeyr yoxdur. (Hüseyn Hilmi İşıq)
  • Nə qədər ağıllı danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə bitəcək. (Aleksandr Düma)
  • Niyə uşaqlar belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem təhsildədir. (Aleksandr Düma)
  • Nə qəribə şeydir bu xoşbəxtlik! Getdimi gedər, çağırsan da gəlməz, gəlsə də qalmaz, qalsa belə bəs etməz. (Sunay Akın)
  • Nə qədər az bilsəniz, onu o qədər şiddətlə müdafiə edərsiniz. (Bertran Rassel)
  • Neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları nəzarət altına alarsan.
    Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir! (Henri Kissincer)
  • Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. (C.Oppenheym)
  • Nikahın qarşıya qoyduğu ideal – cismani yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır. (Mahatma Qandi)
  • Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur. (Mahatma Qandi)
  • Namuslu bir adam, Tanrının ən soylu əsəridir. (Aleksandr Pop)
  • Narkotikin həzzini yaşarkən, daha gözəl mahnılar yazır və oxuyuram (Emi Vaynhauz)
  • Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır. (Nəcib Fazil Qısakürək)
  • Nə var ki bazarlığa girişəcək əcəllə, sərmayəm tək söz Allah Azze və Celle. (Nəcib Fazil Qısakürək)
  • Nə gəlirsə başımıza haqqdandır; lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdır. (Nəcib Fazil Qısakürək)
  • Nə edirsən et,necə yaşayırsan yaşa:amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma. (Onore de Balzak)
  • Niyə qadınlar kişilərdə olanları istəyirlər? Axı biz də kişilər sahib olmayana sahibik - Kişilərə. (Koko Şanel)
  • Nə zaman ki, zəifliklərimizi bilirik, artıq bizə onlardan ziyan gəlməz. (Qeorq Kristof Lixtenberq)
  • Nədir axı dostluq? Bizi heyrətə gətirən bir söz, ilüziya. Xoşbəxt olduqda dalıyca qaçan , pis anlarında sadəcə itən bir kölgədir dostluq. (O.Qoldsmit)
  • Nəfs instinktdən başlayır, əqldə bitir. (Tur Xander)
  • Neçə-neçə yazıçı öz dövrlərində və mühitlərində böyük tənqidçinin olmaması üzündən əks əlaqəyə girib təkan ala bilməmiş, potensialı açılmamışdır. (Tur Xander)
  • Nə olardı, bir il də insanlıq dəbdə olsa? (Ece Ayhan)
  • Nəfs bədənin sükanıdır. (Ş.Y. Sührəvərdi)
  • Nadan adamın dostu əziyyətdədir. (İmam Rza)
  • Nəfsinin hakimi olan dünyanın ağası olar. (Naməlum)
  • Necə də gözəldir varlıların kasıbların qarşısında alçalması, və necə də eybəcərdi kasıbın varlı qarşısında alçalması. (Sufyan əs-Səuri)
  • Nəsibin olanı itirməzsən, onu səndən başqası yeyə bilməz. O başqasının nəsibi olmaz. Nəsibini ona ehtiras göstərməklə əldə edə bilməzsən. (Əbdülqədir Geylani)
  • Nə cür xoşbəxtliyə düçar olsan belə, göz yaşı axıtma. Gözünün yaşını insanların bədbəxtliyi üçün saxla. (Pifaqor)
  • Nitq - heyranedici güclü vasitədir.Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Namus anlayışı, zaman, din, iqlim, ənənə və xüsusilə geyim şəklinə görə dəyişən qərarsız bir ərdəmdir. (Əhməd Haşim)
  • Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. (Napoleon Bonapart)
  • Napoleon gəncikən leytenantlıq dövründə içinə qapalı bir insan idi. Olduğu mühitin ətrafında partilər verilər insanlar dayanmadan əylənərkən Napoleon heç qatılmazdı. O passiv duruşu və solğun çöhrəli halını görənlərə belə deyərdi. "Tarix nümunələriylə doludur, gün gəlir nəfəs çöhrəli amma ehtiraslı olan adamlar önə çıxarlar və zəngin modabazların, ağıllanmaz gözəl fahişələrin və onların başçılarının hakimiyyətini əllərinə keçirərlər". (Napoleon Bonapart)
  • Napoleonun ordusu çətin vəziyyətdədir, general gəlir və belə deyir: "İmparator döyüşə bilmərik, düşmən 3 qat artıq gücdədir, onlar 150.000 biz isə 50.000 nəfərik." Napoleon ona belə cavab verir: "Onlar 150.000, biz isə 50.000. Bir də məni qat, etdi 150.000! Bərabərik, döyüşərik!" (Napoleon Bonapart)
  • Nə qədər çox söyləsən qarşındakı o qədər az xatırlayar. Az söylə də qazancın çox olsun. (Fransua Fenelon)
  • Nəsrdə poeziya xörəyin duzu kimidir. (Rəsul Həmzətov)
  • Nəsr uzağa, poeziya isə zirvələrə uçur. (Rəsul Həmzətov)
  • Nifrətə nifrətlə cavab verməyin. Bosniya üçün nifrət çıxmaz küçədir. Nifrət yalnız bizim ruhlarımızı zədələmir, Bosniyanın özünü də zədələyir. (Aliya İzzetbeqoviç)
  • Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın insanların sayı o qədər azalacaq. (Lüdviq Feyerbax)
  • Nə qədər çətindir əslində sevib də sevirəm deyə bilməmək. Görüb, görməməzlikdən gəlmək. Yaşadığını bilib də mənim üçün öldü demək... (Çarlz Bukovski)
  • Niyə ki bu bitmək bilməz yaradılış, yox olacaqsa bir gün hər yaradılmış! (İohann Volfqanq Göte)
  • Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulmaq asmaq lazımdır. O, sehirli anlara çatmağa səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq - əsla. (Paulo Koelyo)
  • Nə edirsən et, ağılın həmişə seçə bilmədiyində qalar. Və olmasını istədiyin bir şey ancaq ondan imtina edəndə reallaşar. (Paulo Koelyo)
  • Nə ana, nə ata nə də hər hansı bir qohum insana yaxşı idarə olunan bir ağıldan daha çox faydalı ola bilər. (Qautama Budda)
  • Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər. (Qautama Budda)
  • Nə qədər yavaş getdiyiniz önəmli deyil,
    əsas odur ki dayanmayasınız. (Konfutsi)
  • Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. (Frensis Bekon)
  • Nəzərlərini çox uzağa dikənlər yaxını görə bilmirlər. (Əbu Turxan)
  • Nə haqda fikirləşməkdə diqqətli olun; bu günün düşüncələri şüuraltına keçir və sabahkı həyata yön verir. (Əbu Turxan)
  • Nəqli cümlə yer hadisələrini, əqli cümlə göy hadisələrini ifadə edir. (Əbu Turxan)
  • Nizamın işıqlı və qaranlıq tərəfləri olduğu kimi, xaosun da qaranlıqları arxasında bir işıq vardır. (Əbu Turxan)
  • Natiqliyin əsas şərti nitqi vaxtında və nida ilə bitirməkdir. (Əbu Turxan)
  • Naşı ox dosta dəyər. (Əbu Turxan)
  • Nəfsi bir dəfə boğmaq asandır, amma o, səni zəif məqamda yaxalayana qədər hər dəfə yenidən qayıdır. (Əbu Turxan)
  • Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz. (Əbu Turxan)
  • Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz. (Əbu Turxan)
  • Neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın dağıdıcı təsirlərindən qorunub saxlanması üçüncü minillikdə ən böyük tarixi vəzifə olacaqdır. (Əbu Turxan)
  • Nura qovuşa bilməyənlərin qisməti nardır. (Əbu Turxan)
  • Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik. (Əbu Turxan)
  • Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir. (Korneli Tasit)
  • Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması. (İmam Həsən Əskəri)
  • Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz. (İmam Həsən Əskəri)
  • Nadanlıq insanın düşmənidir. (İmam Həsən Əskəri)
  • Nə qadınlar sevdim onsuz da yoxuydular. (Attila İlhan)
  • Niyyət elm ilə əməl arasında bir vasitədir. (Nəsirəddin Tusi)
  • Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?! (F. Ranevskaya)
  • Nə olur ki hər fürsətdə özümlə danışıramsa? Baxma sən səhv deyib köhnələr, öz-özünə danışana dəli deyil, tək deyərlər. (Camal Sürəya)
  • Necə bilirdiniz? sualına, tanıya bilməmişəm deyib keçdim... (Camal Sürəya)
  • Niyə yorğunsan sualına cavab axtarmaqdan və bunu soruşmasınlar deyə gülümsəməkdən yoruldum. (Camal Sürəya)
  • Necə qəribədir ki, bir cəmiyyət olaraq, ağlı yavaş olana deyil, ayağı yavaş olana; ürəyi kor olana deyil, gözü kor olana yazığımız gəlir. (Xəlil Cibran)
  • Nəaliyyətin sonu yalnızlıqdır. (Fridrix Nitsşe)
  • Niyə amerikalıların törətdikləri dağıntılar azadlıq və demokratiya, onlara qarşı müqavimət isə terrorizm və fanatik dözümsüzlükdür? (Üsamə bin Laden)
  • Nəymiş? Birini seviriksə sərbəst buraxacaqmışıq. Dönsə bizimmiş. Dönməzsə heç bizim olmayacaqmış. Göyərçin bəsləyirik elə bil. (Yılmaz Ərdoğan)
Top