Saytımızda yerləşən aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
- Aforizm – fikrin iki nöqtəsi arasında ən qısa məsafədir. (Norbert Hinske)
- Aforizm bir sətirlik romandır. (Leonid Suxorukov)
-
- Aforizm düşüncələrin cəbridir. (Q.Aleksandrov)
- Aforizm universal həqiqətlərin insan həyatına proyeksiyasıdır. (Tur Xander)
- Aforizmlər fəlsəfi mühakimələri ifadə etməyin bəlkə də ən yaxşı formasıdır. (Lev Tolstoy)
- Aforizmlər fikir dünyasının suvenirləridir. (Tur Xander)
- Əgər aforizm izah tələb edirsə, onda o, pis aforizmdir. (Vovenarq)
-
- Müdrik söz fikrin qönçəsidir.
Açılanda fəlsəfəyə çevrilir. (Əbu Turxan)
- Qısa yazıda fikrin variasiyaları oxucunun öz öhdəsinə buraxılır. (Tur Xander)
- Uzun yazmaq üçün – yazmağa çox vaxt sərf edilir, qısa yazmaq üçün – düşünməyə. (Əbu Turxan)