Saytımızda yerləşən aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
- Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır. (Frensis Bekon)
- Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər. (Əbu Turxan)
-
- Həqiqət dayağını itirəndə yalan ayaq tapıb yeriyər. (Əbu Turxan)
- Hər bir yalan daha məntiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmişdir. (Cəfər Cabbarlı)
- Onda ki, yalan taxta çıxır,
Saf almaz saxta çıxır. (Əbu Turxan)
- Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək. (Fyodor Dostoyevski)
- Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır. (Anton Çexov)
-
- Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər. (Uilyam Porter)
- Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır. (Corc Bernard Şou)
- Yalanın üstü açılanda insan utanırsa, deməli, o hələ tam yalançı deyil. (Əbu Turxan)
- Yer var ki, lal-dinməz olan yaxşıdı,
Yer var ki, doğru yox, yalan yaxşıdı,
Səxavət ölçüsü ismət olanda –
Hamıdan axırda qalan yaxşıdı. (Əbu Turxan)