Ağıllı adam axmaqlıq edərsə, onda bu, hər halda çox böyük axmaqlıq olar. (İohann Volfqanq Göte)
Ağlı gödək olanın dili uzun olar. (Aristofan)
Axmağa məsləhət vermək kora güzgü vermək kimi bir şeydir. (İ.Müller)
Axmaq öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı həmişə arxada dayanır ki, hamını görə bilsin. (S.Karmen)
Axmaqlar özlərini ağıllılar sırasına aid etməsəydilər, ağıllı adamlar tənha olardılar. (Vovenarq)
Ayağı yerdə olmaq ayıb deyil, ayıb – başını yerdə qoyub ayağı ilə göyə çıxmaq cəhdidir. (Əbu Turxan)
Bəziləri Günəşin işığında dünyaya baxmaq əvəzinə, gözlərini Günəşin özünə zilləyib kor olur. (Əbu Turxan)
Bu dünyada sevinc və pərişanlıq iç-içədir. Sadəlövh adamlar bunların gah birini, gah da o birini görürlər. Aqillər isə həyatın hər iki üzünü görürlər. (Əbu Turxan)
Cahilin sonda görəcəyi şeyi ağıllılar öncədən görür. (Cəlaləddin Rumi)
Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər. (Viktor Hüqo)
Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. (Fransua de Laroşfuko)
Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir. (Monteqyu)
Nadanın qulaqlarında ən canlı nitq də yuxuya gedir. (Uilyam Şekspir)
Nadanlıq qürurla birləşdikdə təhlükəli olur. (Aristotel)
Naşı ox dosta dəyər. (Əbu Turxan)
Olmasaydı sarsaqlar, ac qalardı yaltaqlar. (Mirzə Ələkbər Sabir)