Acizlik ürəyi ağrıdır, bilsən Bir alçaqlıq olar hər zülmə dözsən. (Nizami Gəncəvi)
Arif ol, söhbəti müxtəsər eylə, Uzun danışandan qaç, həzər eylə. Yüz əyri ox atsan olmaz dəyəri, Bir ox at hədəfdən getməsin əyri. (Sədi Şirazi)
Çox gözəl olsa da eybi gizlətmək Dost dostun eybini örtməsin gərək. (Nizami Gəncəvi)
Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm. (Əbdürrəhman Cami)
Dəmir işləməyəndə paslanır, su bir yerdə qalanda iylənir, insan ağlı isə tətbiq edilmədikdə kütləşir. (Leonardo da Vinçi)
Ədəb sayılsa da məclisdə susmaq Məsləhət zamanı danışmaq gərək İki şey ağıla nöqsan sayılır Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir. (Əbülhəsən Bəhmənyar)
Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir. (Albert Eynşteyn)
Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir. (Xaqani)
İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi. (Sədi Şirazi)
İnci tək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin. Az sözün inci tək mənası olmaz, Çox sözün kərpic tək qiyməti olmaz. (Nizami Gəncəvi)
İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır. (M. T. Sidqi)