• Ağıl əmr edəni dil bəyan edər. (Xaqani)
  • Ağıllı danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir. (Kristian Bouvi)
  • Arif ol, söhbəti müxtəsər eylə,
    Uzun danışandan qaç, həzər eylə.
    Yüz əyri ox atsan olmaz dəyəri,
    Bir ox at hədəfdən getməsin əyri. (Sədi Şirazi)
  • Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır. (Napoleon Bonapart)
  • Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil. (Cəlaləddin Rumi)
  • Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit. (Cübran)
  • Bəzən sükut – güclü haraydan daha təsirlidir. (Mark Tulli Siseron)
  • Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. (Şarl Lui Monteskyö)
  • Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün;
    bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;
    bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;
    bəzən anmaq lazım gəlir, anılmaq üçün;
    bəzən de susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)
  • Biz danışırıq, eyni vaxtda dinləyirik.
    Biz dinləyirik, amma bu susmaq üçün deyil. (Mahatma Qandi)
  • Böyük fəlsəfələr ancaq böyük dillərin çanağında yoğrulub yapıla bilər. (Əbu Turxan)
  • Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. (Məmməd Səid Ordubadi)
  • Çox danışana ancaq lal həsəd aparır. (Cübran)
  • Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində.
    Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana. (Qabriel Qarsia Markes)
  • Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. (İohann Volfqanq Göte)
  • Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir. (Cəlaləddin Rumi)
  • Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm. (Əbdürrəhman Cami)
  • Deməyə sözü olmayan hamıdan çox danışar. (Lev Tolstoy)
  • Deyilişin bənzərliyi fikrin də bənzərliyinə dəlalət etmir. (Əbu Turxan)
  • Dil – insanlar arasında, elm – insanla təbiət arasında ünsiyyət vasitəsidir. (Əbu Turxan)
  • Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz. (Əbu Turxan)
  • Dil heç nədən utanmayanda, hamı utanmış olur. (Jan Jak Russo)
  • Dil oddan da pis yandırır. (Ogüst Kont)
  • Dil təfəkkürün qəlibidir. (Əbu Turxan)
  • Dilin bəlasıdır uzunçu olmaq
    Ariflər işidir sükuta dalmaq. (Nizami Gəncəvi)
  • Dilin imkanları məhdud olanda təfəkkürə də çəpər çəkir. (Əbu Turxan)
  • Dolaşıq danışmağı hamı, aydın danışmağı isə çox az adam bacarır. (Qalileo Qaliley)
  • Düşünmədən danışanın cəzası sonradan düşünməyə məhkum olmaqdır. (Əbdülhaq Şinasi Hisar)
  • Ədəb sayılsa da məclisdə susmaq
    Məsləhət zamanı danışmaq gərək
    İki şey ağıla nöqsan sayılır
    Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
  • Elə danış ki, başa düşməyə bilməsinlər. (Kvintilian)
  • Ən çox da üç şey yorar insanı...
    Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. (Çak Palanik)
  • Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir. (Volter)
  • Ən gözəl nitq ən qısa nitqdir. (Əbu Turxan)
  • Ən mahir müəllif də yetkin olmayan bir dildə yetkin əsər yaza bilməz. (Əbu Turxan)
  • Əsl siyasətçi susaraq nə isə deməyi və danışaraq heç nə deməməyi bacarmalıdır. (Əbu Turxan)
  • Fani sözlərlə əbədi şeyləri ifadə et! (Lukretsi)
  • Fəlsəfi yaradıcılıqda iki tərəf iştirak edir: filosof və dil; ikisindən biri zəif olanda, yeni fikir doğula bilmir. (Əbu Turxan)
  • Fikrin aydınlığı ilə ifadənin aydınlığı adətən bir yerdə olur. (T.Makoley)
  • Gərək söz meydanı gen olsun, müdam,
    Atını dördnala səyirtsin ilham. (Nizami Gəncəvi)
  • Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar. (Əbül Fərəc)
  • Gözəl danışan natiqin çox danışdığı hiss olunmur. (J.Renar)
  • Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır. (Viktor Hüqo)
  • Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. (Ezop)
  • Heç vaxt demə ki, bilirsən, amma nə danışdığını həmişə bil. (Klavdiy)
  • Heç vaxt fikirləşmədən danışma. (Protaqor)
  • Hər dilin yaddaşında bir fəlsəfə yatır; buna milli-fəlsəfi fikir deyilir. (Əbu Turxan)
  • Hər kəs yalnız başa düşdüyünü eşidir. (Plavt)
  • Hikmətin kökü qəlbdə, meyvəsi dildədir. (Ptolemey)
  • İçimizdə söz dalğası qalxanda da, dərinliklərimiz sükut içində olur. (Cübran)
  • İdrak edə bilən üçün bu yerlərin-göylərin hamısı sözdür. (Cəlaləddin Rumi)
  • İnci tək sözlər seç, az danış, az din,
    Qoy az sözlərinlə dünya bəzənsin.
    Az sözün inci tək mənası olmaz,
    Çox sözün kərpic tək qiyməti olmaz. (Nizami Gəncəvi)
  • İnsan vardır ki söylədiyi sözlərlə böyüyər, söz vardır ki, söyləyən insan üzündən böyük görünər. (Naməlum)
  • İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq elmidir. (Lev Tolstoy)
  • Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə sözləri itirməkdir. (Konfutsi)
  • Müəyyən mənanı ifadə etmək üçün dəvət olunan hər bir söz özü ilə neçə-neçə dəvət olunmamış qonaqlar gətirir. (Əbu Turxan)
  • Müxtəlif dilləri ortaq məxrəcə gətirən məntiqdir. (Əbu Turxan)
  • Natiqliyin əsas şərti nitqi vaxtında və nida ilə bitirməkdir. (Əbu Turxan)
  • Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. (Cəlaləddin Rumi)
  • Oxuduğum türkülərin kölgəsidir övladım; Mənə məxsus vərəqlər var hər kitabda, hər dildə. (Mikayıl Müşfiq)
  • Pozğun qulaqla eşidiləndə ən gözəl sözlər də masqara ilə qarşılanır. (İohann Volfqanq Göte)
  • Qəlb nə ilə doluysa, dodaqlardan süzülüb gələn də odur. (İohann Volfqanq Göte)
  • Şairin sözü insan qüvvəsinin sərkərdəsidir. (Səməd Vurğun)
  • Şöhrətpərəst adamlardan diplomat çıxmaz: onlar susmağı bacarmırlar. (Vovenarq)
  • Söz gözəl olursa-olsun nə qədər,
    Pis əda o sözü tamam məhv edər. (Nizami Gəncəvi)
  • Söz gücsüz olduğu yerdə musiqi başlayır. (Vaqner)
  • Söz sədəfdir, fikir – mirvari. (Əbu Turxan)
  • Sözlər fikirlərimizin qiyafətləridir. (El hikməti)
  • Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. (Aleksandr Pop)
  • Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. (Frensis Bekon)
  • Sözü kütlənin səviyyəsinə endirənlər daha tez populyarlaşırlar. (Əbu Turxan)
  • Sözün də su kimi lətafəti var
    Hər sözü az desən daha xoş olar
    Bir inci saflığı varsa da suda
    Artıq içiləndə dərd verir su da. (Nizami Gəncəvi)
  • Sözün formasına aludə olanda məna kölgədə qalır. (Əbu Turxan)
  • Sözün qanadları var, quş kimi incə-incə,
    Dünyada söz olmasa nəyə gərək düşüncə. (Nizami Gəncəvi)
  • Sözün şeriyyəti fikrin şeriyyətinə xidmət etməlidir. (Əbu Turxan)
  • Sus, ya da susmaqdan da qiymətli söz söylə! (Lev Tolstoy)
  • Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. (Pyer Büast)
  • Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır. (Viktor Hüqo)
  • Susmaq dözülməsi çox ağır olan bir cavabdır. (Çesterton)
  • Tək özün danışsan həmişə haqlı olacaqsan. (Onore de Balzak)
  • Təzə bir söz demək artıq deyilmiş sözləri bir-biri ilə uzlaşdırmaqdan daha asandır. (Vovenarq)
  • Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar. (Pol Klodel)
  • Ürək hisslərlə dolu olanda söhbət də maraqlı olur. (Vovenarq)
  • Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər. (Bencamin Franklin)
  • Xəlqə ağzın sirrini hərdəm qılır izhar-i söz
    Bu nə sirdir ki olur hər ləhzə yoxdan var söz. (Füzuli)
  • Yaxşı yorumçu bəzən müəllifin demək istədiklərindən daha dərin mənalar üzə çıxara bilir. (Əbu Turxan)
  • Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir. (Sokrat)
  • Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır. (Sədi Şirazi)
Top