• Müvəffəqiyyətlərdə qüruru məğlub etmək, fəlakətlərdə ümidsizliyə müqavimət göstərmək lazımdır. (Mustafa Kamal Atatürk)
  • Müsbət elmlərin təməllərinə söykənən, gözəl sənətləri sevən, fikir tərbiyəsində olduğu qədər bədən tərbiyəsində də qabiliyyəti artmış və yüksəlmiş olan fəzilətli, qüdrətli bir nəsil yetişdirmək ana siyasətimizin açıq diləyidir. (Mustafa Kamal Atatürk)
  • Müəllim bir şama bənzər, özünü istehlak edərək başqalarına işıq verər. (Mustafa Kamal Atatürk)
  • Məktəb sayəsində, məktəbin verəcəyi elm və fən sayəsindədir ki, Türk milləti, Türk sənəti, Türk iqtisadiyyatı, Türk şeir və ədəbiyyatı bütün gözəllikləriylə inkişaf edər. (Mustafa Kamal Atatürk)
  • Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. (Mustafa Kamal Atatürk)
  • Mənim Türk millətinə, Türk cəmiyyətinə, Türklüyün gələcəyinə aid tapşırıqlarım bitməmişdir, siz onları tamamlayacaqsınız. Siz də, sizdən sonrakılara mənim sözümü təkrar edin. (Mustafa Kamal Atatürk)
  • Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur. Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin. Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır. (Mustafa Kamal Atatürk)
  • Millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir. (Mustafa Kamal Atatürk)
  • Məhəbbət iki sevən arasında örtükdür. (Cübran)
  • Mən işığa çıxan zaman bədənimin kölgəsi arxamca sürünür. (Cübran)
  • Məhdud məhəbbət sevgiliyə sahiblənməni tələb edir. Sonsuz məhəbbət isə məhəbbətin özündən başqa heç nə istəmir. (Cübran)
  • Məhəbbət ayrılıq saatınadək öz dərinliyini tanıya bilmir. (Cübran)
  • Məhəbbətin uzunmüddətli tanışlıqdan və davamlı yoldaşlıqdan doğduğunu iddia edən insanlar necə də cahildirlər. Həqiqi məhəbbət ruhların qarşılıqlı anlaşmasından doğulur. Əgər o, ilk anda yaranmırsa, nə sonrakı, nə də daha sonrakı anlarda yaranır. (Cübran)
  • Mən sənin qarşında təmiz güzgü kimi dayananda, sən mənə baxdın və öz əksini gördün. Onda sən mənə dedin: Mən səni sevirəm. Əslində, sən məndə özünü sevdin. (Cübran)
  • Məlumatsızlıq yox edilə bilər, çünki bilmək istəmədiyimizdən bilmərik. (Oldos Haksli)
  • Məlumatın azı təhlükəli isə təhlükədən uzaq dayanacaq qədər çox şey bilən adam hardadır? (Oldos Haksli)
  • Məni sinəmdən vurun. (Benito Mussolini)
  • Mən, taleh öz istəyindən kənar sevməyə məcbur edilən bir kişinin nifrətindən daha güclü bir nifrət tanımıram. (Aqata Kristi)
  • Mən, dedektiv romanlarıma syujet xəttini, qab yuyanda düşünürəm. Çünki, bu o qədər pis işdir ki, insan cinayətdən başqa heçnə düşünmür. (Aqata Kristi)
  • Mübarizə olmasaydı insanlar arasında fərq olmazdı. Tanrı buna görə pulu yaratdı. (Ceyms Hetfild)
  • Mənəviyyat ürəyin ağlıdır. (Heyne)
  • Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyldir. (Qotfrid Leybnits)
  • Misallarla sübut olunan bir şeyi, tam olaraq sübut olunmuş hesab etmək olmaz. (Qotfrid Leybnits)
  • Müdriklik – ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir. (Rassel Akoff)
  • Məhəbbət elə güclüdür ki, bizim özümüzü də yenidən yaradır. (Fyodor Dostoyevski)
  • Məncə, şeytan deyə bir şey gerçəkdə yoxsa, insanoğlu onu uydurmuşsa, özünə baxaraq, özünü nümunə götürərək uydurmuşdur. (Fyodor Dostoyevski)
  • Mən insanın digər üzünü görəndə, ilkini xatırlamam! (Pol Oster)
  • Mən 4 adamam: 1 mən, 2 içimdəki, 3 aynadakı, 4 ürəyimdəki.. Məni keç, içimdəki onsuz da dəlidir, qır aynadakını.. Ya ürəyimdəki? (Pol Oster)
  • Makiyajın məqsədi, gözəlliyi göstərməkdir, amma çox makiyajın məqsədi, üzünü gizləməkdir. (Pol Oster)
  • Maddə 1: Hər şeyə baxmayaraq gül. Maddə 2: Ölümünə sev. Maddə 3: Onu aldatma. Maddə 4: O səni aldatsa maddə 1-i xatırla. (Pol Oster)
  • Məlumatsızlıq böyük bir xalqı məhbusluğa sürüyər. (Əhməd Midhət)
  • Məntiqli düşünüb məntiqsiz hərəkət etmək insan quruluşunun xüsusiyyətidir. (Anatol Frans)
  • Mömün iki halda diqqətli olmalidır: bir qəzəblənəndə gərəkdir ki, qəzəbi onu həqiqətdən sapdırmasın və ikinicisi qəzəbi soyuduqda isə bu onu yanlışlığa sövq etməsin. (Cəfər Sadiq)
  • Məsələlərə elmsiz yanaşan kəs sanki öz burnunu kəsmiş kimidir. (Cəfər Sadiq)
  • Mat qalmışam bu millətə,
    Daşdı dözür hər zillətə.
    Mən nə deyim bu qeyrətə?! (Rəşid Dağlaroğlu)
  • Mən növ rejissoruyam. Sindrellanı film etsəm, insanlar at arabasında cəsəd axtararlar. (Alfred Hiçkok)
  • Məqsəd vasitəyə haqq qazandırır. (Nikkolo Makiavelli)
  • Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur. (Stendal)
  • Məhəbbət kəsirsiz büdcədir: verdiyi qədər də götürür. (V.Müller)
  • Mən getdiyim zaman, kapitalistlər sizi kor pişik balaları kimi boğacaq. (İosif Stalin)
  • Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bes etdi. (Özdəmir Asaf)
  • Mən ölsəydim, o bəlkə ağlayardı.. Amma o ağlasaydı; Mən ölərdim.. (Özdəmir Asaf)
  • Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur. (Fransua de Laroşfuko)
  • Millətin əsasında ideya dayanır. (Şpenqler)
  • Mənə, oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır (Avraam Linkoln)
  • Mən inanıram ki, Müqəddəs Kitab Allahın insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir. (Avraam Linkoln)
  • Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız söyləyim; Anamdır. (Avraam Linkoln)
  • Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. Oğlunun müəlliminə (Avraam Linkoln)
  • Mən elə ancaq öz rəsmlərimi korlamaqla məşğulam. Və sonra deyirəm ki istədiyimi etdim. (Salvador Dali)
  • Mən həmişə başqalarının görmədiklərini görmüşəm, amma başqalarının gördüklərini heç vaxt görməmişəm. (Salvador Dali)
  • Mənimlə ağıldankəm arasında 1 fərq var: ağıldankəm düşünür ki ağlı başındadır, amma mən bilirəm ki ağlım başımda deyil. (Salvador Dali)
  • Mən bilirdim ki, böyük imtahan saatı yaxınlaşır, böyük sevgi imtahanı saatı... (Salvador Dali)
  • Mən narkotik qəbul etmirəm. Mən özüm narkotikəm. (Salvador Dali)
  • Mən axtarmıram, mən - tapıram. (Salvador Dali)
  • Mənim əsərlərim - həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də ki hiss axtarmayın. (Salvador Dali)
  • Müsbətlər, müsbət qaldıqca, mən mənfiyəm. (Mixail Bakunin)
  • Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar. (Uilyam Şekspir)
  • Mən sənin eşqinlə güclüyəm inan Bütün Yer üzünün krallarından. (Uilyam Şekspir)
  • Məhəbbətin yolundakı hər hansı bir maneə onu yalnız gücləndirə bilər. (Uilyam Şekspir)
  • Məhəbbət kamillikdir, kamilliyin isə hüdudu olmur. (Uilyam Şekspir)
  • Malik olduğun pul sənə azadlıq verir, alınca qaçdığın pul – səni kölə edir. (Jan Jak Russo)
  • Minnətdarlıq - verilməli borcdur, lakin onu heç kimi digərindən gözləməməlidir. (Jan Jak Russo)
  • Məhəbbət – ölməzlik cəhdidir. (Sokrat)
  • Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur. (Volter)
  • Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (Volter)
  • Mən həqiqətin dostuyam amma heç də onun məzlumu olmağı arzu etmirəm. (Volter)
  • Mərd oğlun qəhrini çəkən mərd ana,
    Mərd igid meydanda durar mərdana. (Aşıq Ələsgər)
  • Məzarıma nə şəkil, nə də heykəl, heç bir şey qoymayın. (Ejen Delakrua)
  • Mən yaşayarkən özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər. (Barış Manço)
  • Mən həmişə sizin mahnınızı söylədim. (Barış Manço)
  • Mən həyatı sevmişəm və onun gözəlliyi uğrunda döyüşmüşəm. (Yulius Fuçik)
  • Mahiyyət və tərz. İşin mahiyyəti — onun yarısıdır. İşin nə cür görülməsi az əhəmiyyət kəsb etmir. Kobudluq hər şeyə, hətta ədalət və düşüncəyə də ziyan vurur. Lütfkarlıq hər şeyi bəzəyir, yox sözünü yumşaldır, həqiqəti şirinləşdirir. Gülərüzlük müvəffəqiyyətin rəhnidir. (Baltazar Qrasian)
  • Müdriklik və mərdlik əzəmətin təməlidir. Ağıl insanın gözü, qüdrət isə əlləridir. Mərdlik olmasa, müdriklik faydasızdır. (Baltazar Qrasian)
  • Məhəbbət həmişə başqasına doğru yoldur. (N.A.Berdyayev)
  • Müvəffəqiyyətli olmaq üçün səy göstərsən şans səninlədir. Tənbəllər üçün şans deyilən bir şey yoxdur. (Şarl Lui Monteskyö)
  • Milli həyatın kamilliyi millətin bir fərd kimi mənlik hissini duyması ilə ölçülür. (Məhəmməd İqbal)
  • Mənə dayaq nöqtəsi verin, yeri yerindən oynadım. (Arximed)
  • Mənə bir dayaq nöqtəsi verin ki, Dünyanı yerindən oynadım. (Arximed)
  • Məhəbbət - elə teoremdir ki, onu hər gün isbat etmək lazımdır. (Arximed)
  • Mən ulduz olmayacağam, mən əfsanə olacağam. (Freddi Merkyuri)
  • Müsibət səbir edən üçün bir, dözümsüzlük edən üçün isə ikidir. (İmam Kazım)
  • Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-taala ilə görüşər. (İmam Kazım)
  • Müdriklik üçün tək açar davamlı sual soruşmaqdır. Şübhə edərək bir araşdırmaya başlayırıq. Araşdırmaqla da doğruya çatırıq. (Piter Abelard)
  • Məhəbbət elə bir şeydir ki, o hər şeyi unutdurur, birgə sevgilinizdən başqa. (Fəridəddin Əttar)
  • Müharibənin yaxşısı, sülhün də pisi yoxdur. (Bencamin Franklin)
  • Müvəqqəti təhlükəsizlik üçün azadlığını fəda edənlər nə azadlığı haqq edər, nə də təhlükəsizliyi. (Bencamin Franklin)
  • Müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə dağıda biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz. (Bencamin Franklin)
  • Macəra deyilən şey, bir şeyi pis planlamaqdan başqa bir şey deyil. (Rual Amundsen)
  • Möhtəşəm bir şey, bir yerlərdə kəşf edilməyi gözləyir. (Karl Saqan)
  • Mən sizi vicdan adlanan xülyadan azad edirəm. (Adolf Hitler)
  • Mən türk dillinin şairiyəm. Həyatımı buna həsr etdim. (Nazim Hikmət)
  • Məsələ əsir düşməkdə deyil, təslim olmamaqdır bütün məsələ. (Nazim Hikmət)
  • Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim? (Nazim Hikmət)
  • Mənim könülüm bir qartaldır. (Nazim Hikmət)
  • Məncə sən də indi hər kəs kimisən. (Nazim Hikmət)
  • Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar. (Aristotel)
  • Məhəbbət ehtiraslıdır, dostluq isə ruhani keyfiyyətdir. (Aristotel)
  • Məhəbbət ehtiraslıdır, dostluq isə ruhun keyfiyyətidir. (Aristotel)
  • Mən, əslində hər şeyi sonradan öyrəndim. Hər kəs, hər kəsi sonradan öyrənirmiş; bunu da sonradan öyrəndim. (Turqut Uyar)
  • Mən tək olan zaman fikirlərimin
    Hər biri yanımda bir adam olur. (B.Vahabzadə)
  • Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (Benedikt Spinoza)
  • Məlumatsızlıq bəhanə edilə bilməz. (Benedikt Spinoza)
  • Mən o acı dolu günlərin, o insanlıq faciəsi sürgünün uşağıyam. (Cövhər Dudayev)
  • Məhəbbət insanın özünü başqasında itirməsidir. (Sufi hikməti)
  • Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir. (Sufi hikməti)
  • Məlumat təcrübəylə başlar amma təcrübədən doğulmaz. (İmmanuel Kant)
  • Məqsədə yalnız o zaman çatmaq olar ki, vasitənin canına məqsədin öz təbiəti işləmiş olsun. (Lassal)
  • Məqsəd yoxdursa, heç nə edə bilməzsən.
    Məqsəd dəyərsizdirsə, böyük bir iş görə bilməzsən. (Deni Didro)
  • Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir. (Deni Didro)
  • Mənə bəzi şeylərin ağlımızı aşdığını söyləsələr də, bu, axmaqlıqlara inanmağa gətirib çıxarmaz. Şübhəsiz ki ağlımızı aşan şeylər var, amma ağılımıza zidd olan hər şeyi və ona zidd olan nə varsa, cəsurca rədd edirəm. (Deni Didro)
  • Müştərilərdən onların nə istədiyi barədə soruşmayın, çünki siz bunu edəndə, onlar artıq nəsə başqa bir şey istəyəcəklər. (Stiv Cobs)
  • Mən əminəm ki, uğurlu sahibkarlardan uğursuzları ayıranın yarısı - əzmkarlıqdır. (Stiv Cobs)
  • Mən illik vergimi, təxminən, bir il əvvəl vermişəm. (Homer Simpson)
  • Marg, sınamaq uğursuzluğa atılan ilk addımdır. (Homer Simpson)
  • Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. (Lev Tolstoy)
  • Məhəbbət – həyat yaradır. (Lev Tolstoy)
  • Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. (N.Q.Çernışevski)
  • Makintoj: Eybi yox mən onun əyri ayaqlarından raqatka düzəltməsəm atamın oğlu deyiləm (Yol Əhvalatı) (Yaşar Nuri)
  • Mən istər teatrda, istər televiziyada, istərsə də kinoda demək olar ki, bütün rejissorlarla işləmişəm. (Yaşar Nuri)
  • Mən muəlumatlıyam deyən kimsə əlimdən gəlir dediyi şeydə artıq məlumat əldə etmək istəməyəcək. (Platon)
  • Məhəbbət – sevilmək arzusudur. (Platon)
  • Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın təzahürüdür. (Platon)
  • Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)
  • Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. (Şah İsmayıl Xətai)
  • Musiqi səbəbsiz kədərləndirmək və sevindirmək sənətidir. (Tadeuş Kotarbinski)
  • Məni yemək istəməzsən ayı, mən yeyilmək üçün çox gözələm. (Coni Bravo)
  • Məndən kifayət qədər danışdıq, bir az da məndən danışaq. (Coni Bravo)
  • Mənə kimsə qorxaq deyə bilməz... Anasının quzusu deyə bilərsiniz bəzən, amma qorxaq əsla! (Coni Bravo)
  • Mən də Coni Bravo, kişi dünya gözəli (özünü dünya gözəli seçilmiş xanıma təqdim edərkən) (Coni Bravo)
  • Məlumatın məqsədi; insanı məlumatsızlıq və boş inanclardan Tanrı və ölüm qorxusundan qurtarmaqdır. Və bu olmadan xoşbəxt olmağa imkan yoxdur. (Epikür)
  • Möhür bal mumunda necə iz buraxsa, əşya da insanda elə iz buraxar. (Epikür)
  • Məhəbbət zaman ölçüsünü itirməkdir. (M.Svetayeva)
  • Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
  • Mənim başımı və sümüklərimi açmayın. Siz ancaq zəiflik görəcəksiniz. (Uilyam Qoldinq)
  • Meşədə qarşıma iki yol çıxdı. Mən ən az istifadə edilmiş olanı seçdim. (Robert Li Frost)
  • Müdrik adam, hər şeyə çaşan adamdır. (Andre Jid)
  • Müvəffəqiyyətin və pulun zamanı gənclikdir. (Oskar Uayld)
  • Moda deyilən şey o qədər çirkindir ki, onu hər 6 ayda bir dəyişdirirlər. (Oskar Uayld)
  • Məhəbbət bütün günahları bağışlaya bilər, məhəbbətin özünə qarşı günahdan başqa. (Oskar Uayld)
  • Mən heç bir ananın göz yaşlarına dözə bilmərəm. (Publiy)
  • Məlumatlı olan güclü olar. (Əbülqasım Firdovsi)
  • Mənim biliklərim bədbin, inamım – nikbindir. (A.Şveyser)
  • Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. (Qolda Meir)
  • Məsuliyyətini daşıya biləcəyin düşüncənin insanı ol. (Əhməd Hamdi Tanpınar)
  • Mən öyrənməyi çox sevirəm, ancaq başqa birisinin mənə nəsə öyrətməsinə dözə bilmirəm. (Uinston Çörçill)
  • Mən Tanrı ilə görüşə hazıram. Bəs Tanrı bu çətın sınağa hazırdırmı? (Uinston Çörçill)
  • Məhəbbət kimi desən tutub gizli yollarla Allaha aparar. (Cəlaləddin Rumi)
  • Məni bir mən bilərəm, bir də Yaradan.
    Mənə bir mən lazımam, bir də Anlayan... (Cəlaləddin Rumi)
  • Min bahar gəlsə də daş göyərməz. (Cəlaləddin Rumi)
  • Mavi şüşədən baxanda hətta Günəş də mavi görünür. (Cəlaləddin Rumi)
  • Meyvə çəyirdəyini daşıdığı kimi, insan da ölümü öz içində daşıyır. (Reyner Maria Rilke)
  • Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın. (Abbasqulu ağa Bakıxanov)
  • Məqsədə arzumu itirmiş gəldim... (Xudu Məmmədov)
  • Mürəkkəblik çətinlık olmasa belə, onu insanlar özləri üçün yaradırlar. (Xudu Məmmədov)
  • Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır. (Xudu Məmmədov)
  • Mən gözəllərdə gözəl ruh araram,
    Ruhu düşkünləri çirkin sanaram. (Hüseyn Cavid)
  • Mərifət nuru şübhədən parlar. (Hüseyn Cavid)
  • Mən riyaziyyata həyatımı həsr etdim, qarşılığında mənə həyatımı geri verdi. (Cahid Arf)
  • Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
  • Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. (Alber Kamyu)
  • Müvəffəqiyyət asan əldə edilir, çətin olan müvəffəqiyyətə layiq olmaqdır. (Alber Kamyu)
  • Müasir siyasi cəmiyyət, insanları bədbəxtliyə salma maşınıdır. (Alber Kamyu)
  • Mətbuat azadlığı bəlkə də azadlıq düşüncəsinin gedərək alçaldılmasından ən çox ağrılı çəkmiş azadlıqdır. (Alber Kamyu)
  • Mərhəmət faydasız olanda, insan ondan bezər. (Alber Kamyu)
  • Mənim məşğuliyyətim, kitablarımı yazmaq, insanlarım və xalqım təhdid edildiyində döyüşməkdir. Bu qədər. (Alber Kamyu)
  • Mən ümidsizliyi və bu dərdli dünyanı qəbul etməyərək, insanların birləşməsini və pis yazğılarına qarşı döyüşmələrini istəyirdim. (Alber Kamyu)
  • Möhkəm dağları yerindən qoparmaq bir-birinə nifrət edən qəlbləri bir-birinə bağlamaqdan daha asandır. (Əli bin Əbu Talib)
  • Məhəbbət qadının həyatında bir tarix, kişinin həyatında isə epizoddur. (Jan Pol)
  • Məndə şeytan tükü yoxdu, epilyasiyala aldırmışam. (Cem Yılmaz)
  • Madam ki dünya bir heç, gecə də iç, gündüz də iç. (Cem Yılmaz)
  • Məni iki uzaq dost əvəzinə, bir yaxının kimi gör. (Tupak Şakur)
  • Müharibə etmək lazım olanda pul tapılır, kasıbları doyurmaq lazım olanda isə tapılmır. (Tupak Şakur)
  • Mənim olan bir şey üçün döyüşmək, günahdır? (Tupak Şakur)
  • Maariflənmiş mütləqlik rejimi yaradın. (Ceyms Uotson)
  • Mühazirələrdə öz tədqiqatlarınızdan danışın. (Ceyms Uotson)
  • Mübahisəli məsələlərə aid təkliflər siyasi müdafiə tələb edir. (Ceyms Uotson)
  • Müvəffəqiyyəti mükafatlandırmaq lazımdır. (Ceyms Uotson)
  • Müəllimlərə münasibətdə hörmətsizlik etməyin. (Ceyms Uotson)
  • Məgər ruhunuzu oxşayan bu ud həmin o ağac deyilmi ki, əvvəlcə bıçaqla oyulub?! (Əmin ər-Reyhani)
  • Mənim fikir dünyam genişdir, arzularım isə daha genişdir. (Əmin ər-Reyhani)
  • Müdriklik təcrübənin qızıdır. (Leonardo da Vinçi)
  • Mənim bir qorxum var, o da ömrümün çox uzun sürəcəyi və cırıq bir xalça kimi daha heç nəyə yaramayacağı qorxusudur. (Tomas Cefferson)
  • Məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir. (Hacı Zeynalabdin Tağıyev)
  • Müəyyən qədər dəliliyi olmayan dahi dünyaya hələ gəlməmişdir. (Kiçik Seneka)
  • Mən həmişə Mühəmmədin dinin onun möhtəşəm canlılığı üçün yüksək qiymətləndirmişəm. Bu mənim üçün yeganə dindir ki varlığın dəyişən hər mərhələsinə uyğunlaşma qabiliyyətinə malikdir ... mən onu tədqiq etmişəm - gözəl insan, nəinki Anti-Məsih olmasından uzaq, hətta mənim fikrimcə, o insanlığın xilaskarı adlanırılmalıdır. (Corc Bernard Şou)
  • Mənə elə gəlir ki, nə istəsəm edə bilərəm, çünki artıq istədiyim heç bir şey yoxdur. (Corc Bernard Şou)
  • Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır. (Corc Bernard Şou)
  • Məni tərifləyə biləcək başqa birini niyə tapım, öz özümü tərifləyə bilirəmsə. (Corc Bernard Şou)
  • Məni bir əntiq əşya olaraq saxlamağa çalışırsan, amma işim bitdi. Öləcəyəm. (Corc Bernard Şou)
  • Məlumat pula bənzər, qazandıqca ehtirasa çevrilər, ancaq bu yaxşı bir ehtirasdır. (Corc Bernard Şou)
  • Moda qadınlara bənzər, onun da havası vardır. (Corc Bernard Şou)
  • Mütəxəssis, dar bir sahədə edilə biləcək bütün səhvləri etmiş adama deyilir. (Nils Bor)
  • Mənə yuxarıdan baxsanız axmağın birini görərsiniz. Mənə aşağıdan baxsanız tanrını görərsiniz. Mənə tam qarşıdan baxsanız, özünüzü görərsiniz. (Çarlz Menson)
  • Mən heç kimi öldürmədim, heç kimi öldürtmədim, bıçaqlarnan üzərinizə gələn uşaqlar, onlar sizin uşaqlarınızdır, onlara mən öyrətmədim. Siz öyrətdiniz. (Çarlz Menson)
  • Mənim arzu və qorxularım var idi. Arzularımın vasitəsilə qorxularıma qalib gəldim. (Robin Şarma)
  • Mənə yaxşı gələnlər, həmişə məndən gedənlər oldu. (Robin Şarma)
  • Məlumat xəzinələrinə çata bilən insanların sayı nə qədər artsa, dini inanclardan qopma da o qədər yayılar. (Ziqmund Freyd)
  • Mədəniyyətin qurucusu ilk dəfə mizraq atmaq yerinə küfr istifadə etmiş olan insandır. (Ziqmund Freyd)
  • Mədəniyyətin ilk şərti ədalətdir. (Ziqmund Freyd)
  • Məni məndə demə, məndə deyiləm,
    Bir mən vardır məndə, məndən içəri. (Yunus Əmrə)
  • Mal sahibi, mülk sahibi,
    Hanı bunun ilk sahibi.
    Mal da yalan, mülk də yalan,
    Al bir az da sən oyalan. (Yunus Əmrə)
  • Mən gəlmədim kavqa üçün,
    Mənim işim sevgi üçün! (Yunus Əmrə)
  • Məhəbbət birdir, amma iki ürəkdə yaşayır. (Assiriya hikməti)
  • Məhəbbət adamı öldürməz, şikəst edər. (Elman Həbib)
  • Məhəmməd peyğəmbər soruşdu: Siz necə fikirləşirsiniz, qadın öz uşağını odun içinə atarmı? Ona cavab verdilər: Yox. Onda peyğəmbər dedi: Axı, Allah öz yaratdıqlarına ananın öz övladına qarşı olduğundan daha mərhəmətlidir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Müdrik adamı dinləmək və başqalarını həqiqətə inandırmaq qanunun tələblərini yerinə yetirməkdən daha yaxşıdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Müharibə millətlər və xalqlar arasında elə bir dəhşətli mühakimə üsuludur ki, həm mühakimə edəni, həm də mühakimə ediləni məhv edir. (Pablo Pikasso)
  • Məşhur adam olmaq xoşbəxtlik, faydalı adam olmaq isə insanlıq borcudur. (Viktor Hüqo)
  • Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir. (Viktor Hüqo)
  • Məntiq heç bir mərhəmət bilmir. (Viktor Hüqo)
  • Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanmayacaq olmam. (Viktor Hüqo)
  • Mənə yağışı izah etmə, yağ! (Viktor Hüqo)
  • Mənə yalan danışmağını istəyərdim halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı. (Viktor Hüqo)
  • Mənəviyyat - çiçəkli bir haqqdır. (Viktor Hüqo)
  • Materialın xassəsi onda olan elektronların sayı ilə təyin olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır. (Frans Kafka)
  • Mən dostlarımı heç satmadım! Çünki; Ya beş qəpik etməz çıxdılar, ya da qiymətsiz.. (İlhan Bərk)
  • Mən dünyada ən tanınmış həkim ola bilərdim. Lakin dünyada ən tanınmış pasient oldum. (Ceki Çan)
  • Mən müharibəni elə diksinti verici və alçaldıcı görürəm ki,belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü parçalayıb yox etmək daha yaxşı. (Albert Eynşteyn)
  • Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil. (Albert Eynşteyn)
  • Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim. Onlar bomba edib bir-birlərini yox etdilər. (Albert Eynşteyn)
  • Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. (Albert Eynşteyn)
  • Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar. (Albert Eynşteyn)
  • Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. O, kifayət qədər tez gəlib çıxır. (Albert Eynşteyn)
  • Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət- dünyada ən gülünc şeydir. (Məhəmməd Əli)
  • Mən istərdim ki, insanlar məni sevdikləri kimi bir-birilərinidə sevsinlər.Həyat onda gözəl olardı. (Məhəmməd Əli)
  • Mən boksun Elvisiyəm. (Məhəmməd Əli)
  • Mən sevgililərimin sayını insanpərvərliyimdən artırıram. O, bircə dənə olsadı heç bir həftə dözməzdi. (Aleksandr Düma)
  • Mənə tolazlanan daşları yığmaq zəhmətini çəksəydim onlardan ucaldılan heykəl yazıçı şərəfinə qoyulmuş ən böyük abidə olardı. (Aleksandr Düma)
  • Məhəbbət haqqında gözəl danışan əsl aşiq deyil. (Petrarka)
  • Minlərlə kilometrlik bir səfər belə, tək bir addımla başlar. (Lao-tszı)
  • Mən sözümü səhnədə deyirəm. (Həsən Nail Canat)
  • Məhəbbət könül səslərinin harmoniyası, ürəklərin bir-birini anlamasıdır. (Corc Bayron)
  • Mənim atam onun atasını döyərmi bilmirəm; amma, bir qadının qəlbi kişinin qəlbini yerlə bir edər.. Həmişə də etmişdir. (Sunay Akın)
  • Mərd adam şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. (Ömər Xəyyam)
  • Məktəblər basdırılmış gəncliyin həbsxanalarıdır. (Mişel de Monten)
  • Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun meddət davam edir. (Mişel de Monten)
  • Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir. (Mişel de Monten)
  • Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir. (İ.S.Turgenev)
  • Məhəbbətin dərinliyi və hüdudu hətta təxəyyül üçün də əlçatmazdır. (Fridrix Şiller)
  • Müğənni ürəkdən oxuyanda, özünü oxuyur. (Mənsum İbrahimov)
  • Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır... (Qara Qarayev)
  • Məndə yumor duyğusu olmasa, çoxdan intihar edərdim. (Mahatma Qandi)
  • Məhəbbət axmağın müdrikliyi və müdrikin axmaqlığıdır. (Samuel Conson)
  • Mexanika riyazi elmlərin cənnətidir, çünki adam onunla riyaziyyatın meyvələrinə çatar. (Alfred Norz Vaythed)
  • Məhəbbət müəyyən mənada konfliktdir. (Jan Pol Sartr)
  • Məhəbbət və nifrət bəslənməyəndə ölürlər. (Jan Pol Sartr)
  • Müəllim ümumiyyətlə şagirdlərdən daha çox şey öyrənər. Bu doğru deyilmi? (Duqlas Noel Adams)
  • Maraqlıdır amma; qadınlar şüşə kimidir sanki. Və şüşənin ömürü qırılana qədərdir əslində… (Duqlas Noel Adams)
  • Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum? (Nəcib Fazil Qısakürək)
  • Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar! (Nəcib Fazil Qısakürək)
  • Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam. (Nəcib Fazil Qısakürək)
  • Məqsəd tək, ölməmək. (Nəcib Fazil Qısakürək)
  • Mən yenə də əvvəlki tək özümü tamahkar və eqoist insan hesab edirəm... Mənim ehtiyaclarım həddindən artıq böyükdür və mən yenə də öz maraqlarımı hər şeydən üstün tuturam. (Corc Soros)
  • Mənə dahi statusu vermələri məni çox əyləndirir. (Corc Soros)
  • Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim. (Corc Soros)
  • Mən maksimal dərəcədə nəzarət, lakin minimal dərəcədə tənzimlənmə tərəfdarıyam. (Corc Soros)
  • Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. (Corc Soros)
  • Məni həm minnətdarlıq, həm də yaltaqlıq eyni dərəcədə utandırır. (Corc Soros)
  • Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyllidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər. (Corc Soros)
  • Mən digər insanların irəli sürdüyü qaydaları qəbul etməmişəm. Əgər mən bunu etsəydim, bəlkə də artıq həyatda yox idim. (Corc Soros)
  • Mən qanuna riayət edən insanam, amma elə rejimlər var ki, onlara tabe olmaq deyil, müqavimət göstərmək lazımdır. (Corc Soros)
  • Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur. (Corc Soros)
  • Mən hesab edirəm ki, səhvlər və yanılmalar insanın həyatında mutasiya və biologiya qədər vacib rol oynayır. (Corc Soros)
  • Mənim prinsipim ondan ibarətdir ki, əvvəlcə sadəcə sağ qazanmaq uğrunda mübarizə aparmaq lazımdır, daha sonra qazanmaq. (Corc Soros)
  • Mən həmişə maliyyə vəziyyətimin mənə verdiyi imkanlardan daha sadə yaşamışam. (Corc Soros)
  • Mən bizneslə məşğul olduğumu düşünmürəm. Mən pullarımı digər insanların idarə etdiyi kompaniyalara qoyuram. Bu isə o deməkdir ki, mən əslində tənqidçiyəm. Sözün əsl mənasında mən bu baxımdan dünyada ən çox əməkhaqqı ödənilən tənqidçiyəm. (Corc Soros)
  • Mən işləməyi sevmirəm. Mən sadəcə qərar qəbul etmək üçün lazım olan mütləq minimumu edirəm. (Corc Soros)
  • Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram. (Corc Soros)
  • Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir. (Corc Soros)
  • Mənim özəlliyim ondadır ki, konkret bir investisiya tərzinə riayət etmirəm. (Corc Soros)
  • Mən maliyyə bazarlarını öz fəlsəfi nəzəriyyələrimi sınaqdan keçirmək üçün bir laboratoriya kimi istifadə etmişəm. (Corc Soros)
  • Mən kifayət qədər tənqidi ruhlu insanam və nöqsanları təkcə ətrafdakı insanlarda deyil, həm də özümdə axtarıram. (Corc Soros)
  • Mən heç zaman verilmiş qaydalar çərçivəsinə oynamır, həmişə oyunun qaydalarını dəyişməyə çalışıram. (Corc Soros)
  • Müharibə tapdığı ölkəni bir daha buraxmaz. (Edmund Bark)
  • Məndən nifrət etdiyini eşitdim. Əgər səni düşünəcək vaxtım olsa, mən də səndən nifrət edərdim. (Bob Dilan)
  • Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir. (Onore de Balzak)
  • Millət dili olan cəmiyyətdir. (Onore de Balzak)
  • Məhəbbət – bizim ikinci doğuluşumuzdur. (Onore de Balzak)
  • Məhəbbət – hisslərin poeziyasıdır. (Onore de Balzak)
  • Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır. (Onore de Balzak)
  • Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır. (Mopassan)
  • Müdrikliyin ilk addımı hər şeyi analiz etməkdir, son addımı da bunları olduğu kimi qəbul etməkdir. (Qeorq Kristof Lixtenberq)
  • Müxtəlif xalqlar eyni prosesləri müxtəlif zamanlarda yaşayırlar. (Tur Xander)
  • Müasir insan elmin qanadlarında elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür. (Tur Xander)
  • Mənəvi gücün mənbəyi ruhun ənginliyidir. Daxili mücadilə və ziddiyyətlərdən məhrum olanda insan inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. (Tur Xander)
  • Mən haradayamsa, dünyanın mərkəzi də oradır. (Molla Nəsrəddin)
  • Mən ölümsüzlüyə öz işlərimlə nail olmaq istəmirəm, mən ölümsüzlüyü öz ölümümlə əldə etmək istəmirəm. Mən öz həmvətənlərimin ürəklərində yaşamaq istəmirəm, mən öz evimdə yaşamaq istəyirəm. (Vudi Allen)
  • Mühakimə üç dövlət qüvvəti arasında ən zəifidir. (Aleksandr Hamilton)
  • Mühakimə içərisində məhkəmələrin tam müstəqilliyi konstitusiya içərisində zəmanət altına alınmalıdır. (Aleksandr Hamilton)
  • Məhşur adam olmaq xoşbəxtlikdir,
    faydalı adam olmaq hər kəsin borcudur. (Naməlum)
  • Mənə filosofların deyil, peyğəmbərlərin xəbər verdiyi Allah gərəkdir. (Blez Paskal)
  • Mən bu məktubu həmişəkindən daha uzun eləmişəm, çünki daha qısa etməyə vaxtım yoxdur. (Blez Paskal)
  • Məni bu dünyaya kimin göndərdiyini bilmirəm, mən bilmirəm dünya nədir, mən kiməm, mən dəhşətli bir tərzdə hər şeydən bixəbərəm... haradan gəldiyimi bilmədiyim kimi, haraya gedəcəyimi də bilmirəm... budur mənim vəziyyətim: o acizlik, zəiflik, qaranlıqla doludur (Blez Paskal)
  • Mən ancaq qəlblərinin acısı ilə yazanları təsdiq edirəm. (Blez Paskal)
  • Mənim bütün marağım gələcəkdədir, çünki həyatımın geri qalanını orada keçirəcəyəm. (Çarlz Katterinq)
  • Mən rədd edilmiş, itilib qaxılmış bir uşaq olmasaydım böyük ehtimalla bir rok ulduzuna çevrilib, bu duyğunu cəmiyyətə yönəltmək istəməzdim. Xristian məktəbinə getməmiş olsaydım bu qədər reaksiya göstərib bu gün inandığım şeylər mövzusunda bu qədər açıq fikirli olmaya bilərdim. Bunlar bu gün mənim səhnədəki performansıma çox qəti xəttlərlə təsir etdi. (Marilyn Manson)
  • Mənə görə kilsə tamamilə dar düşüncəlilər üçün ... (2007-ci ildə bir reportajı əsnasında) (Marilyn Manson)
  • Məhəbbət bütövlük yanğısı və ona cəhd etməkdir. (Aristofan)
  • Mömin dünyada, zahid axirətdə qəribədir. Arif isə Allahın xaricindəki hər yerdə qəribədir. (Əbdülqədir Geylani)
  • Möminin adəti əvvəl düşünüb sonra danışmaqdır. Münafiq isə əvvəl danışar, sonra düşünər. (Əbdülqədir Geylani)
  • Mömin kimsə kiçik günahları da böyük görər. Peyğəmbər əfəndimiz: "Mömin kimsə, günahını dağ kimi görüb, öz üzərinə düşəcəyindən qorxar. Münafiq isə, günahını burnu üzərinə qonan və dərhal uçan ağcaqanad kimi görər" buyurdu. (Əbdülqədir Geylani)
  • Mömin, insanlara qarşı üzündən sevincli olduğunu göstərər. Lakin özü qəmlidir. Peyğəmbər əfəndimiz; "Möminin sevinci üzündədir. Halbuki ürəyi qəmlidir" buyurmaqdadır. Möminin təfəkkürü, düşünməsi, ağlaması çox, gülməsi azdır. Təbəssümü ilə ürəyindəki hüznü gizləyər. Çöldə dolanaşacağını təmin etməklə məşğul olur kimi görünər, ürəyi Rəbbini xatırlamaqla məşğuldur. Uşaq-muşağı ilə məşğul olur kimi görünər, ürəyi Rəbbi ilədir. (Əbdülqədir Geylani)
  • Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar. (İlham Əliyev)
  • Mavi rəng türklüyün, yaşıl rəng islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi (Məhəmməd Əmin Rəsulzadə)
  • Mənim üçün ən əhəmiyyətli olan şey ən əhəmiyyətli şeyin nə olduğunu xatırlamağımdır. (Corc Uoker Buş)
  • Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. (Erix Fromm)
  • Mədəniyyətlər arası qarşıdurmadan danışanlar, təhlükəli gedişi dəstəkləməkdədir. (Bülənt Arınç)
  • Məhək daşıyla qızılı yoxlayırlar, qızılla isə adamı. (Xilon)
  • Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar. (Çarli Çaplin)
  • Məni anladıqları üçün, səni anlamadıqları üçün alqışlayırlar. Albert Eynşteynə söylədiyi söz (Çarli Çaplin)
  • Mənim həyatımdakı ən böyük düşmən zamandır. (Çarli Çaplin)
  • Mülkiyyəti olmayan vətəndaşın vətəni yoxdur! (Pifaqor)
  • Mərdlər ilə gəz ki, vəfadar olur,
    Nakəslərə yoldaş olan xar olur,
    Namərd olur yaxşı gündə yar olur,
    Yaman gündə baxmaz, ötən yan ilə. (M.V.Vidadi)
  • Məhəbbət göz yaşı kimidir: gözdən başlayıb ürəyə düşür. (Publiliy Sir)
  • Mənimlə sabaha gəlsəydin; Səni dünəndə buraxmazdım! (Tom Robbins)
  • Musiqinin ən əhəmiyyətli, ən çətin və özü tempdir. [1777, atasına bir məktubda] (Volfqanq Amadey Motsart)
  • Mannheimi sevdiyim kimi Mannheim də məni sevir. [12 noyabr 1778-dəki məktubunda] (Volfqanq Amadey Motsart)
  • Menim üçün poeziya məqsəd olmamışdır - ancaq ehtiras! (Edqar Allan Po)
  • Mənim hərəkətimin mənəvi dəyərə malik olması üçün onunla mənim inamım bağlanmış olmalıdır.Cəzadan öncə qorxunun insanı hansısa hərəkətə təhrik etməsi və ya hansısa insanın gözündə yaxşı görünmək üçün gorülən hərəkətlər-əxlaqsızlıqdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq – məhəbbətdir. (Georq Vilhelm Fridrix Hegel)
  • Məhəbbət insanın özünü başqasında tapmasıdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Mərhəmət əxlaqın təməlidir. (Artur Şopenhauer)
  • Məntiqlə bəslənməyən şey məntiqlə idarə oluna bilməz. (Artur Şopenhauer)
  • Mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər, abidələr həyatdakı ən böyük zövqüm. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım. (Artur Şopenhauer)
  • Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. (Heydər Əliyev)
  • Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. (Napoleon Bonapart)
  • Müdriklik çətin olanla qeyri-mümkün olanı fərqləndirmək qabiliyyətidir. (Napoleon Bonapart)
  • Mümkün deyil ifadəsi axmaqların lüğətindən götürülüb. (Napoleon Bonapart)
  • Müharibə əvvəlcədən nəzərə alınan hallardan ibarət olmur. (Napoleon Bonapart)
  • Mənim üçün yazarlığın sirri, haradan gələcəyi məlum olmayan ilham deyil, dəqiqlik və səbrdir. (Orxan Pamuk)
  • Mürəkkəb hadisələr dünyası yox, hadisələrin arxasında dayanan riyazi qanunlar daha vacibdir. (Verner Heyzenberq)
  • Mən xalq kütlələrini öz atam kimi sevirəm. Eyni zamanda onlardan atam kimi qorxuram. (Müəmmər əl-Qəzzafi)
  • Mən inqilabçıyam. Mən bədəviyəm. Mən çadırda yaşayan insanam. Mən burada əzabkeş kimi öləcəyəm. (Müəmmər əl-Qəzzafi)
  • Müasir dövrün bütün böyük peyğəmbərləri səhradan gəliblər - Məhəmməd, İsa və mən. (Müəmmər əl-Qəzzafi)
  • Mən nə Fələstin dövlətini, nə də İsrail dövlətini tanıya bilərəm. Fələstinlilər də, israillilər də idiotdur. (Müəmmər əl-Qəzzafi)
  • Mən beynəlxalq liderəm, ərəb rəhbərlərinin hökmdarı, Afrika krallarının kralı və müsəlmanların imamıyam. Və mənim beynəlxalq statusum mənə aşağı səviyyəyə enmək imkanı vermir. (Müəmmər əl-Qəzzafi)
  • Məlumdur ki, ABŞ-ın prezidenti dəlisov Reyqan olub. O, Altsgeymer xəstəliyinə tutuldu və ağlını itirdi. İndi isə iməkləyir. (Müəmmər əl-Qəzzafi)
  • Mən Facebooku bağlamaq gücündə olan diktator deyiləm. Mən sadəcə, bu sayta daxil olanların hamısını həbsxanaya ataram. (Müəmmər əl-Qəzzafi)
  • Mən xalq dirçəlişi dəstəkləyirəm, terrorizmi yox. Mən Nelson Mandellanı və sonra Namibiyanın prezedentı olan Sem Nuyomuyu dəstələyirdim. O Cümlədə Fələstin Azadlığın Təşkilatı dəstəkləyirəm. Bu gün bu adamları Ağ Evdə şərəfnən qarşılayırlar. Məni isə hələ də terrorist kimi sayırlar. Mənim Mandellanı və azadlıq təşkilatı dəstəkliyi səhv deyildi. Bu ölkələr yenə də kolonializmə qayıdarlarsa, mən yenə də onların azadlığın təşkilatları dəstəkləyərəm. (Müəmmər əl-Qəzzafi)
  • Məhəbbət odur ki, odu sönməsin
    İnsan yaşadıqca üzü dönməsin. (Nizami Gəncəvi)
  • Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq. (İmam Səccad)
  • Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır. (İmam Səccad)
  • Müharibəni və yaxud döyüşü başlamaq lazım deyil, əgər əminlik yoxdur ki, qalib gəldikdə daha çox şey əldə edəcəksən, nəyin ki, məğlub olduqda itirəcəksən. (Oktavian Avqust)
  • Mən duelleri ümumiyyətlə qəbul etmirəm. əgər hər-hansı kişi məni duelə çağırmağa cəhd edərsə sadəcə onun qolundan tutub, onu sakit yerə apararaq, sakitcə öldürərəm. (Mark Tven)
  • Mən həyatım boyu bir sıra təhlükəli pillələrdən keçə bildim, onların bir hissəsi həqiqətən həyatımda olmalı idi, mən özümü tapmış oldum. (Mark Tven)
  • Milli qüsurlara görə millətə nifrət edən alçaqdır. (Yusif Vəzir Çəmənzəminli)
  • Məğlubların məhvi qalibin sakitliyidir. (Çingiz xan)
  • Mən xəstə baxıcısı olmaq istəyirəm, heç kimi olmayan insanların kimisə olmaq istəyirəm. (Florens Naytinqeyl)
  • Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım... Yəni xülasə, sizi maraqlandırmaz. (Çarlz Bukovski)
  • Mənim də ürəyim boşdu artıq, Eynilə sizin beyniniz kimi. (Çarlz Bukovski)
  • Məni yaşayan amerikan əyyaşı ölü yunan tanrısından daha çox maraqlandırır. (Çarlz Bukovski)
  • Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam. (Çarlz Bukovski)
  • Mədəniyyətlər də öz aralarında məsafəyə ehtiyac duyur. (Levi-Stross)
  • Mükəmməl insanların axsayan tərəfləri daha çox gözə batar. (İohann Volfqanq Göte)
  • Məntiqli insan tez-tez gülünəcək bir şey olmadığı halda gülər. Onu hirsləndirən hər nə olursa olsun, verdiyi reaksiya öz iç hüzurunu ifadə edər. (İohann Volfqanq Göte)
  • Məlumat artdıqca narahatlıq da artar. (İohann Volfqanq Göte)
  • Malını itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cəsarətini itirən hər şeyini itirmişdir. (İohann Volfqanq Göte)
  • Məhəbbət – arzunun zirvəsidir. (İohann Volfqanq Göte)
  • Misir hadisələri ilə əlaqədar. (Paulo Koelyo)
  • Mübarizə mənim həyatımdır. (Nelson Mandela)
  • Məhəbbətin ən yaxın rəfiqəsi də, ən böyük düşməni də qısqanclıqdır. (Cordano Bruno)
  • Mərd bir düşmən, dırmıqlayan bir dostdan daha yaxşıdır. (Klemens Brentano)
  • Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam. (Jorj Sand)
  • Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi. (Jorj Sand)
  • Məhəbbət könüllü köləlikdir. (Jorj Sand)
  • Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir. (Jorj Sand)
  • Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. (Puankare)
  • Müdriklik – məsləhətlərin, tale – hadisələrin başında durur. (Helvetsi)
  • Mən işləməyi özüm üçün həm də əyləncə sayıram. (Tomas Edison)
  • Möhkəm bir işin yerini heç bir şey ala bilməz. Dahilik yüzdə bir ilham və yüzdə doxsan doqquz tərdir. (Tomas Edison)
  • Müxtəlif yollarla gedən insanlar bir yerdə işləyə bilməzlər. (Konfutsi)
  • Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. (Konfutsi)
  • Məntiqi ilahiləşdirənlər ilahi hissdən məhrum olurlar. (Əbu Turxan)
  • Məntiq hamı üçün eyni olmasaydı, vahid bəşəriyyətdən danışmaq mümkün olmazdı. (Əbu Turxan)
  • Məhəbbət ruhun günəşidir. (Əbu Turxan)
  • Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır. (Əbu Turxan)
  • Məhəbbət gerçəkliklə arzu dünyası arasında sərhədi götürür. (Əbu Turxan)
  • Müasirlik mənəviyyatın zamana uyğunlaşmış, amma hələ zamanın sınağından çıxmamış üst qatıdır. (Əbu Turxan)
  • Məhəbbət ruhun canlanmasıdır. (Əbu Turxan)
  • Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır. (Əbu Turxan)
  • Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. (Əbu Turxan)
  • Məhəbbət dünyası xəyal ilə gerçəkliyin birləşməsindən yaranır. (Əbu Turxan)
  • Məhəbbət digər duyğularla yanaşı, müstəqil şəkildə mövcud olan sadə duyğudur – altıncı duyğu! Kimdəsə var, kimdəsə – yox. (Əbu Turxan)
  • Məhəbbət həyatdan əlini üzənləri də yenidən həyata qaytarır. (Əbu Turxan)
  • Müdriklik ali məqsədi cari məqsədlərdən fərqləndirmək qabiliyyətidir. (Əbu Turxan)
  • Müdriklik insanın özünə kənardan baxa bilmək qabiliyyətidir. (Əbu Turxan)
  • Müdriklik öz maraqlarını qarşı tərəfin maraqları üzərində qurmaqdır. (Əbu Turxan)
  • Milli ruh məqamına tək sevgi qanadında yüksəlmək mümkün deyil.
    Bunun üçün sevginin ağılla birləşməsi lazımdır. (Əbu Turxan)
  • Məhəbbət fərqli tərəflərin dostluğudur.
    Fərq itdikcə məhəbbət keçir, dostluq qalır. (Əbu Turxan)
  • Milli ruh bizim ruhlarımızın toplanmasından yaranmır, əksinə, o hər birimizin ruhunda yer tutanda millət yaranmış olur. (Əbu Turxan)
  • Müharibədən fayda görənlər olmasaydı, müharibələr olmazdı. (Əbu Turxan)
  • Məsləhətin nəticəsi üçün məsuliyyət nəzərdə tutulsa idi, məsləhətçi tapmaq çətin olardı. (Əbu Turxan)
  • Milləti sevmək odur ki, onun hər üzvünün uğuruna öz uğurun kimi sevinəsən və günahı üçün öz günahın kimi xəcalət çəkəsən. (Əbu Turxan)
  • Məhrumiyyətlərsiz qələbə yoxdur. (Əbu Turxan)
  • Milli ruh özünü milli fəlsəfi fikirdə tanıyır. (Əbu Turxan)
  • Məhəbbətin ömrünü dostluq uzadır. (Əbu Turxan)
  • Müflisləşməyin ən ağır forması ruhun çökməsidir. (Əbu Turxan)
  • Məhəbbətin çiçəklənə bilməsi üçün münbit mühit lazımdır. (Əbu Turxan)
  • Miskinlər öz həndəvərində hansısa bir dahinin mövcudluğuna dözə bilmirlər. (Əbu Turxan)
  • Müxtəlif xalqların atalar sözləri eyni bir hikmət toxumunun müxtəlif torpaqlarda cücərməsidir. (Əbu Turxan)
  • Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etməyə mənəvi səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan tək-tək şəxsiyyətlərin fəlsəfi konsepsiyalarından ibarət olur. (Əbu Turxan)
  • Müdrik söz fikrin qönçəsidir.
    Açılanda fəlsəfəyə çevrilir. (Əbu Turxan)
  • Müdriklik sağlam düşüncə çərçivəsində fəlsəfədir. (Əbu Turxan)
  • Millət yalnız ruhun emosional halından fəlsəfi özünüdərk məqamına yüksəlirkən əsl böyük millət olur. (Əbu Turxan)
  • Məqsədə gedən yolda çox qurbanlar vermək olar; məqsədin özündən başqa! (Əbu Turxan)
  • Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir,
    Zülmətdə gördüklərin, sanma ki, bir həqiqətdir. (Əbu Turxan)
  • Məntiq ancaq strukturu açır, daxili məzmuna tətbiq oluna bilmir. (Əbu Turxan)
  • Məlum fəlsəfi metaforaya görə həqiqəti görə bilməyənlər kor hesab olurlar; amma əslində görənlərin də böyük əksəriyyəti daltonikdir. (Əbu Turxan)
  • Mən-ə gedən yolu göstər,
    Mən-dən gedən yolu özüm seçərəm. (Əbu Turxan)
  • Müdriklik həyat elminin mənimsənilməsidir. (Əbu Turxan)
  • Məmurun boyu oturduğu kürsünün dərəcəsi ilə ölçülür. (Əbu Turxan)
  • Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir. (Əbu Turxan)
  • Müxtəlif müdriklərin eyni mövzuda söylədiyi fikirləri bir araya gətirəndə həmin mövzunun bütöv mənzərəsi yaranır. (Əbu Turxan)
  • Müdriklik həlledici məsələlərdə israrlı ola bilmək üçün kiçik məsələlərdə geri çəkilmək qabiliyyətidir. (Əbu Turxan)
  • Məntiq duyğularım sərhədidir. (Əbu Turxan)
  • Musiqi ruhun qidasıdır. (Əbu Turxan)
  • Müəyyən mənanı ifadə etmək üçün dəvət olunan hər bir söz özü ilə neçə-neçə dəvət olunmamış qonaqlar gətirir. (Əbu Turxan)
  • Müxtəlif dilləri ortaq məxrəcə gətirən məntiqdir. (Əbu Turxan)
  • Məftunluq ürəyin yerində olduğuna, məftunluqdan xilas ola bilməmək əqlin yerində olmadığına dəlalət edir. (Əbu Turxan)
  • Müasirlik zəmanəyə bənzəməkdir. (Əbu Turxan)
  • Məndən uzaqlaşdıqca dünya genişlənir və genişləndikcə yadlaşır. (Əbu Turxan)
  • Münasibətlər o zaman dayanıqlı olur ki, səviyyələr uyğun gəlsin. Kimsə münasibətinin kəsilməyini istəmirsə, gərək üstünlüyünü biruzə verməsin. (Əbu Turxan)
  • Mədə çox dolanda ürəyi sıxışdırır. (Əbu Turxan)
  • Maddi dünyanın sifarişlərinə həddindən artıq aludə olanda insan öz ruhani başlanğıcını unudur. (Əbu Turxan)
  • Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər. (Əbu Turxan)
  • Müəyyən bir həddə çatanda pul öz sahibini də satın alır. (Əbu Turxan)
  • Məhəbbət mənəvi kamilliyin həm nəticəsi, həm də şərtidir. (Əbu Turxan)
  • Məhəbbət qəlbin şeiriyyətidir. (Əbu Turxan)
  • Məhəbbəti şəhvətdən fərqləndirən daha bir cəhət onun kəsilməzliyidir. (Əbu Turxan)
  • Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma. (Əbu Turxan)
  • Məkan zamanın bir anıdır. (Əbu Turxan)
  • Məhəbbət bir ruhun başqa bədəni istila etməsidir. (Əbu Turxan)
  • Məhəbbət qəlbin əql üzərində qələbə himnidir. (Əbu Turxan)
  • Möcüzələr normaya çevriləndə, normal həyat möcüzə kimi görünür. (Əbu Turxan)
  • Məhəbbət və intellekt hər biri ayrı-ayrılıqda gözəldir, amma yaxşı olar ki, qarşı-qarşıya durmaqdansa, bir-birini tamamlasınlar. (Əbu Turxan)
  • Müstəsna vəziyyətdən çıxış yolu ancaq müstəsna qərarla tapıla bilər. (Əbu Turxan)
  • Maneənin tamamilə aradan qaldırılması "qısa qapanma" yaradır və son başlanğıcla bilavasitə birləşmiş olur. (Əbu Turxan)
  • Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. (Əbu Turxan)
  • Mənəvi dünya iç aləmi sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır. (Əbu Turxan)
  • Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir. (Əbu Turxan)
  • Məhəbbət – ruhun tamamlanmaq əzmidir. (Əbu Turxan)
  • Məşuq bir güzgüdür ki, aşiqə öz içində yaratdığı idealı göstərir. (Əbu Turxan)
  • Məcnunlar yanmasa, dünya isinməz. (Əbu Turxan)
  • Məhəbbətin alçaldılması nifrət hissi yaradır. Amma nifrət onu tamamilə silə bilmədiyindən bir müddət onlar qoşa yaşamalı olurlar. (Əbu Turxan)
  • Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər. (Əbu Turxan)
  • Milləti ədəbiyyat yaradır. (Uilyam Folkner)
  • Mənim Samirrada qəbrim Fəratın hər iki tərəfinin sakinlərinin əmin-amanlığına səbəbdir. (İmam Həsən Əskəri)
  • Mənə aid nə varsa, səni qorxudur; sənə aid nə varsa, heç biri mənim deyil. (Attila İlhan)
  • Məmləkət bir qurdlar süfrəsinə döndümü, üsyan haqqdır. (Qurtlar Süfrəsindən) (Attila İlhan)
  • Mərdliyi az olanın bicliyi çox olar. (Bleyk)
  • Müəllifi tənqid etmək asan, dəyərləndirmək çətindir. (Vovenarq)
  • Məsləhətlərimizlə yardım etdiyimiz insanların xoşbəxtliyi bizi o qədər də
    maraqlandırmır. (Vovenarq)
  • Mən özümü bu dünyada, dünyanı məndə
    Dərk eləyib məna dolu hər şey olaydım. (Səməd Vurğun)
  • Musiqi can verir ruha əzəldən,
    Musiqi qəlb alır min bir gözəldən. (Səməd Vurğun)
  • Mübarizə həyat üçün şərtdir, mübarizə bitdikdə həyat yox olur. (Vissarion Belinski)
  • Məhəbbət nə qədər təmkinli və sakit olursa o qədər də çox davam edir.Adət onu möhkəmləndirib bütün həyat boyu saxlayır. (Vissarion Belinski)
  • Məhəbbət üçün ağıllı məzmun-şam üçün yağ qədər zəruridir. (Vissarion Belinski)
  • Mənim dostum o adamdır ki, ona hər şeyi deyə bilirəm. (Vissarion Belinski)
  • Məhəbbət əzmi... çox vaxt məhəbbətin özü kimi qəbul olunur; maneələr onu ehtirasa çevirir, vüsal isə yox edir. (Vissarion Belinski)
  • Müəyyən bir şeyə möhkəm meyl edəndə insanlar çox cazibədar olurlar. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar. (Maksim Qorki)
  • Müdrikliyin həddi var, axmaqlıq isə hüdudsuzdur. (Y.Raynis)
  • Mən Ağlarkən Yanımda Yoxsansa, Mən Gülərkən Kölgə Etmə. (Milan Kundera)
  • Müdriklik kitab oxumaqla deyil, insanı oxumaqla əldə edilir. (Hobbs)
  • Müdriklik çox olan yerdə kədər də çox olur. (Süleyman peyğəmbər)
  • Məmləkətlər qılıncla alınır, lakin ədalətlə mühafizə edilir. (Əmir Teymur)
  • Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır. (H.Şou)
  • Məhəbbət başqasının xoşbəxtliyini istəməkdir. (Devid Yum)
  • Mədəniyyət - qaynar xaos üzərində nazik alma qabığıdır (Fridrix Nitsşe)
  • Musiqi fikrə qanad verir. (Fridrix Nitsşe)
  • Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır. (Fridrix Nitsşe)
  • Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır. (Fridrix Nitsşe)
  • Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm. (Fridrix Nitsşe)
  • Məni öldürməyən şey məni gücləndirər. (Fridrix Nitsşe)
  • Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir. (Fridrix Nitsşe)
  • Mən istəyirəm ki, mənim "Etiraf"ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də "ona bağışlanacaq, çünki o sevirdi" deyəcəklər. (Edit Piaf)
  • Mən sevgidən ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən can verməyə hazıram. (Edit Piaf)
  • Mən hər gecə azı 500 dəfə sevgidən ölürəm. (Edit Piaf)
  • Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram. (Edit Piaf)
  • Məndə sənə çatacaq qədər mən qalmadı. (Yılmaz Ərdoğan)
  • Mən sənin, məni sevə bilmək ehtimalını sevdim. (Yılmaz Ərdoğan)
  • Mən də Bilirdim getmə deməyi; Amma meyitxanada yatan bir cəsədə, qalx gedirik demək kimi bir şey olardı bu. (Yılmaz Ərdoğan)
  • Mən gedərkən ən çox səni apardım. (Yılmaz Ərdoğan)
  • Mən kasıb yaşadım, zəngin ölürəm, ancaq əksinə daha yaxşı olardı. (Benjamin Dizraeli)
  • Mən rəssamam. Fikrimi, düşüncəmi yazmaqdan daha çox fırça işlətməyi sevirəm. Bütün yaradıcılığımı səni - doğma diyarı tərənnüm etməyə həsr etmişəm. Bunu böyük iftixar hissi ilə deyirəm. Bundan sonra yüz ömrüm olsa da yenə də səni vəsf etməyə həsr edərəm. (Səttar Bəhlulzadə)
  • Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım.
    Hansı çılğın mənə zəncir vuracaqmış, şaşarım!
    Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşarım.
    Yırtaram dağları, ənginlərə sığmam, daşarım. (Mehmet Akif Ərsoy)
  • Müslümanlıq deyilən ruhi-ilahi arasaq,
    Muslümanıq deyən insan yığınından nə uzaq! (Mehmet Akif Ərsoy)
  • Musiqimi 20 il əvvəl ya da sabah etmiş olmam əhəmiyyətli deyil. Modaya görə dəyişmir. Altı ayda bir şalvarlarım daralıb genişləmir. Musiqim həmişə olduğum kimi qalır, mən onu elə sevirəm. (Corc Harrison)
  • Məncə məşhur musiqi həqiqətən qəribələşdi. Ya o şirin şey ya da sərt, pis şeylər. Yenə gənclərlə həyat tapması gözəldir. (Corc Harrison)
  • Mənə görə aşiq elə olmalıdır ki, qalxınca hər tərəfdə atəşlər alovlansın hər tərəfdə qiyamətlər qopsun. (Şəms Təbrizi)
  • Musiqinin ritmində bir sirr gizlidir; əgər onu ifşa etsəydim dünya alt-üst olardı. (Şəms Təbrizi)
  • Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram. (Çarlz Darvin)
  • Məhəbbət melodiyadır. (Aleksandr Puşkin)
  • Məhəbbət böyük hisslərlə başlayıb xırda davalarla başa çatır. (Andre Morua)
  • Mən tarakan kimi bir şeyəm.Məndən asanlıqla canınızı qurtarmaq asan deyil. (Madonna)
Top