Lazım olanı bilmək çox bilməkdən daha vacibdir. (Jan Jak Russo)
Lütfən dairələrimi pozmayın. (Arximed)
Lakin səbrin də bir dərəcəsi vardır. (Məmməd Səid Ordubadi)
Lok yalnız indi anladı: səndən çəkinən və diqqətlə qulaq asan adamlarla danışmaq çox asandır; dediyin sözlər görüntüsüz də olsa, olar. (Uilyam Qoldinq)
Laqeydlikdən irəli gələn tolerantlıq fəzilət deyil. (Əmin ər-Reyhani)
Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur. (Leonardo da Vinçi)
Ləyaqətlilərin qanunu - yaxşılıq edib və savaşmamaqdı. (Lao-tszı)
Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. (Ezop)
Lazım olan bir sənəti axtar sən Veyil-veyil dolanmaq çox yamandır. Lazım olan bir sənəti tapdınmı Möhkəm yapış, əldən vermə, amandır. (Əbdürrəhman Cami)
Liviyalılar Danimarkanı tanımır. Ona görə də Danimarkaya nifrət edə bilməzlər. Onlar İtaliyanı tanıyırlar və İtaliyaya nifrət edirlər. (Müəmmər əl-Qəzzafi)
Ləyaqət nədir? Hamının sənin xoşxasiyyət, tərbiyəli, ətrafındakılara sevgiylə dolu olduğunu düşünməsinə can atma? (Paulo Koelyo)
Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə sözləri itirməkdir. (Konfutsi)
Ləyaqətsiz adamdan dost olmaz. (Əbu Turxan)
Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. (Əbu Turxan)
Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil. (Əbu Turxan)