• Kim özündə yazıçılığa bir qabiliyyət hiss edirsə, deməli, söz musiqisinə, sadəlik sənətinə və sevgi sehrinə malikdir. (Cübran)
  • Kim deyib ki, ən böyük eşqlər nifrətlə başlar? Mənim ən böyük nifrətim eşqlə başladı. (Kiçik İsgəndər)
  • Kişi olmaq alın yazısı olsa da, adam olmaq hər kişiyə nəsib olmur. (Kiçik İsgəndər)
  • Kişini təhlükə hər yerdə gözləyir, qadını isə sevgidə. (Aqata Kristi)
  • Keyfiyyətli olan gitaralar deyil, onları istifadə edənlərdir. (Ceyms Hetfild)
  • Keçmiş – insan nəfsinin vətənidir. (Heyne)
  • Kişi ya da qadın, ikisi də birinin canını yandıra bilər, amma bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir. (Pol Oster)
  • Kim olursa olsun, əldə edə bilmədiyini pislər. Kişi ya da qadın; Çata bilmədiklərini ya qısqanar ya da sevər.. (Pol Oster)
  • Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar. (Cəfər Sadiq)
  • Kölgəyə girənin оlmaz kölgəsi,
    Оlsa da çörəyi, оlmaz süfrəsi. (Rəşid Dağlaroğlu)
  • Kişi arvadının söyləmədiyi hər sözcüyü anladığı andan etibarən həqiqətən evlidir. (Alfred Hiçkok)
  • Kütləni heyran etmək üçün onu həmişə müəyyən məsafədə saxlamaq lazımdır. (Q.Lebon)
  • Kapitalistləri asdığımızda, kəndirləri bizə onlar satacaqlar. (İosif Stalin)
  • Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. (Nəvai)
  • Korların ölkəsində, tək gözlü insan kral olur. (Rotterdamlı Erazm)
  • Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim.Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış. (Özdəmir Asaf)
  • Kimdi gedən, kimdi qalan? Əslində gedən deyil, qalandır tərk edən, gedən də buna görə getmişdir zatən. (Murathan Mungan)
  • Kiçik işlərdə həddən artıq canfəşanlıq edənlər böyük işlərə yaramırlar. (Fransua de Laroşfuko)
  • Kiçik qüsurlarımızı etiraf edişimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür. (Fransua de Laroşfuko)
  • Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik. (Fransua de Laroşfuko)
  • Kimsə kimsəni razılığı olmadan idarə edə bilməz. (Avraam Linkoln)
  • Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər. (Anton Çexov)
  • Keçilməsi mümkün olmayan heç bir divar yoxdur. (Anton Çexov)
  • Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur. (Uilyam Şekspir)
  • Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir. (Uilyam Şekspir)
  • Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla. (Jan Jak Russo)
  • Kitab insanları yalnız onların başa düşmədikləri şeylər haqqında danışmağı öyrədir. (Jan Jak Russo)
  • Kainatda təsadüfə rast gəlinməz. (Sokrat)
  • Kimsəyə heç bir şey öyrədə bilmərəm yalnız onların düşünmələrini təmin edə bilərəm. (Sokrat)
  • Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir.
    Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir. (Sokrat)
  • Kişi evin beyni, qadın isə ürəyidir. (Volter)
  • Kasıblıq yox, nifrətdir dözülməz olan. Mən heç nəsiz yaşaya bilərəm, amma bunun kiminsə bilməsini istəmərəm. (Volter)
  • Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz. (Barış Manço)
  • Kimdənsə xoşun gəlmədiyini gizlət. (Baltazar Qrasian)
  • Könülün hökmü altında olan ağıl – ilahi; hökmü altında olmayan ağıl isə – şeytanidir. (Məhəmməd İqbal)
  • Kimsə sənə azadlığını verməz. Kimsə sənə bərabərliyi, ədaləti və başqa heç bir şeyi verməz. Əgər həqiqətən adamsansa, bunları özün alarsan! (Malkolm X)
  • Kim səni özündən daha çox aldatdı? (Bencamin Franklin)
  • Kim Bilİr.. Nağılınızın qəhrəmanı, başqa bir hekayənin fiquranı olmağa getmişdir bəlkə də. (Nazim Hikmət)
  • Kəpənək misalıdır eşq; anlamayana ömürü günlük, anlayana bir ömürlük! (Nazim Hikmət)
  • Keçdim putların meşəsindən baltalayaraq, nə də asan yıxılırdılar. (Nazim Hikmət)
  • Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. (A.İ.Gertsen)
  • Kişilər şeir yazarkən qadınların gözəlliyindən ilham alarlar.qadınlar eşq şeiri yazacaqkən isə qarşılarında kişilər vardır. (Əbdülhaq Hamid Tərxan)
  • Kompüterlərin insanlara verə biləcəyi mənfi təsirlərdən qorxuram. (Ayzek Əzimov)
  • Kim isə demişdir: Ağılla idarə olunan məhəbbətdən yaxşılıq gözləmək olmaz. (İbn Ərəbi)
  • Kiçik div: Mən elə bildim ki, onlar qorxub qaçarlar, tərsinə oldu (Yaşar Nuri)
  • Könül xoşluğu bədənin daha yaxşı vəziyyəti üçün şərtdir. (Platon)
  • Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır. (Henri Ford)
  • Kişi adam ağlamaz deyilir, əsla inanma! Unutma ki, kişi adam ağlamayan deyil, bir qadını ağlatmayandır əslində. (Can Dündar)
  • Kişilər qadınların ilk sevgilisi, qadın isə kişilərin son sevgilisi olmaq istəyərlər. (Oskar Uayld)
  • Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyildir. (Oskar Uayld)
  • Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (Oskar Uayld)
  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər. (Oskar Uayld)
  • Kim əgər kömürçü yanından keçsə,
    Qayıtmaz üst-başı batmadan hisə.
    Ətirçi yanından keçərsə əgər,
    Üstündən – başından tökülər ənbər. (Əbülqasım Firdovsi)
  • Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. (Dhammapada)
  • Kainatın əfəndisi insan ruhudur. (Əhməd Hamdi Tanpınar)
  • Kim ana qəlbinin telini qırar
    Tanrının qəzəbi belini qırar.
    Sənin arsızlığın-xəyanət ona,
    Vüqarın, təmkinin dəyanət ona. (M. Bahar)
  • Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur. (Uinston Çörçill)
  • Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır. (İbn Sina)
  • Kainatın ruhu həqiqətdir. (İbn Sina)
  • Kişilər ağlamaz. Çünki heç bir qadın bir sevdiyini ağladacaq qədər heyvanlaşmaz. (Can Yücəl)
  • Kiçikkən anam, yerdə çörək görəndə: "yüksəyə qoy, quşlar yeyər" deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlar mı yedi? (Can Yücəl)
  • Kaş ki, özünü buraxıb gedə bilsə insan, amma olmur. (Can Yücəl)
  • Kasıblıq ayıb deyil, zənginlik də. (Kart Qoetz)
  • Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər. (Smayls)
  • Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün. (Cəlaləddin Rumi)
  • Könlü açıq olanların əlləri də açıq olur. (Cəlaləddin Rumi)
  • Kitablar bizi ötən əsrlərin varisi edir. (Nəcəf bəy Vəzirov)
  • Könül Allah evidir. (Xudu Məmmədov)
  • Kəssə hər kim tökülən qan izini,
    Qurtaran dahi odur yer üzünü. (Hüseyn Cavid)
  • Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır. (Alber Kamyu)
  • Kəlimələr torba kimidir, içinə qoyulan şeyin şəklini alar. (Alber Kamyu)
  • Kainat insan üçün uyğunlaşmasızdır və bilinə bilməz. (Alber Kamyu)
  • Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar. (Əli bin Əbu Talib)
  • Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd mənbəyi edər. (Əli bin Əbu Talib)
  • Kim həya libasına bürünsə, xalq onun ayıblarını görməz. (Əli bin Əbu Talib)
  • Kimi nə qədər düşünursən düşün. Düşüncələrin ən dərini, başına yastığa qoyduğun an başlar. (Qabriel Qarsia Markes)
  • Kollec tələbələrini elmi işə həvəsləndirin. (Ceyms Uotson)
  • Kollec lazımdır ki, düşünməyi öyrənəsən. (Ceyms Uotson)
  • Kiçik bir həqiqət, böyük bir yalandan yaxşıdır. (Leonardo da Vinçi)
  • Kiçik nöqsanlar böyük səhvlərə aparır. (Kiçik Seneka)
  • Kasıb o kəs deyil ki, onun az şeyi var.
    Kasıb o kəsdir ki, malik olduğundan artıq şey istəyir. (Kiçik Seneka)
  • Keçmiş nəsillər bizim üçün sualların hazır həllini deyil, özünü qoyub gediblər. (Kiçik Seneka)
  • Kimisə sevmək daim başqası ilə müqayisə etmək deməkdir. (Corc Bernard Şou)
  • Kişinin də, qadının da tərbiyəsi bir-birləriylə müzakirə etdikləri zaman müəyyən olar. (Corc Bernard Şou)
  • Kvant fizikasından şok olmamış bir fizikaçı, fizikanı anlamamışdır. (Nils Bor)
  • Kim səndən qorxursa, qıl ondan həzər
    Olsan da yüz elə şəxsə bərabər. (Sədi Şirazi)
  • Kim müsibət günü istər ona bir yar olsun
    De ki, xoş gündə özü xalqa havadar olsun. (Sədi Şirazi)
  • Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. (Sədi Şirazi)
  • Keylik hər şeydən daha ədəbsizdir. (Henri Miller)
  • Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz. (Mühəmməd peyğəmbər (SƏS))
  • Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. (Viktor Hüqo)
  • Kasıblıq, insanın sözdə Dostlarını uzaqlaşdırır. (Viktor Hüqo)
  • Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. (Qalileo Qaliley)
  • Kəpənək kimi uçaram, arı kimi soxaram. (Məhəmməd Əli)
  • Kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində bütün bu dünya ilahiləşir. (Plotin)
  • Kimin inamı zəifdirsə, o başqalarını da inandıra bilməz. (Lao-tszı)
  • Kim ki düşünür - o hər şeyi dərk edir, deməli, heç bir şeyi bilmir! (Lao-tszı)
  • Kədər ağıllı adamların müəllimidir. (Corc Bayron)
  • Kimsə bilsin istəmirəm ürəyimin qırıldığını. Və buna görə hər kəsdən gizləyirəm; Üzüm gülərkən içimin ağladığını. (Sunay Akın)
  • Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm 21. əsrdə nə gəzər?! (Sunay Akın)
  • Kəmiyyət o vaxt maksimum və ya minimum adlanır ki, o, bu anda nə irəliyə, nə də geriyə axır. (İsaak Nyuton)
  • Kral da, dilənçi də eyni iştahla acırlar. (Mişel de Monten)
  • Kim şöhrətpərəstlik xəstəliynə tutulmişsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir. (Mişel de Monten)
  • Kasıblıq içində ikən xoşbəxt günləri xatırlamaq qədər ağrılı bir şey yoxdur. (Dante Aligyeri)
  • Kainat Allahın fikridir. (Fridrix Şiller)
  • Kiməsə yaxşılıq etməyə çalış. Çox keçmədən onun məmnuniyyətlə parlayan üzündən necə iyrəndiyini görəcəksən. (Çezare Paveze)
  • Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. (Nəcib Fazil Qısakürək)
  • Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa! (Nəcib Fazil Qısakürək)
  • Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım! (Nəcib Fazil Qısakürək)
  • Kimnənsə ağıl alacaq qədər dəli deyiləm. Məncə sən ağıl vermədən əvvəl, geri qalanının sənə çatıb çatmayacağını hesabla. (Bob Dilan)
  • Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır. (Onore de Balzak)
  • Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm. (Lüdviq van Bethoven)
  • Külək od üçün nədirsə, ayrılıq da məhəbbət üçün odur: zəif hissləri söndürür, güclü hissləri isə üfürüb daha da alışdırır. (A.İ.Kuprin)
  • Kütlənin istəkləri tez bir zamanda həyata keçməyəndə inqilab öz ətaləti ilə yeni hakimiyyətə gələnləri vurub yıxır. (Tur Xander)
  • Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir. (Tur Xander)
  • Klassik qadınlar klassik poeziyaya, modern qadınlar isə modern poeziyaya bənzəyirlər. (Tur Xander)
  • Keçmiş indinin virtual məkanıdır. (Tur Xander)
  • Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir. (Tur Xander)
  • Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır. (Tur Xander)
  • Kim onu tanıyan adam qarşısında lovğalanırsa, özünün gülüş hədəfinə çevirir. (Ezop)
  • Kainat hədisdir. (Əbu Hamid əl-Qəzali)
  • Kainatda ən bol şey, hidrogen və axmaqlıqdır. (Frenk Zappa)
  • Kim nə deyirsə desə desin, tək bir gerçəyi vardır eşqin; Qarşındakının adam olub olmadığını, aşiqkən deyil ayrılarkən anlarsan. (Ece Ayhan)
  • Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir. (İmam Rza)
  • Kimdə olursa olsun, azca səmimiyyət bir müvəffəqiyyət üçün köməkçi ola bilər. (Fətullah Gülən)
  • Könülün öz qanunları var; ağıl onları bilmir. (Blez Paskal)
  • Kitablarım, onları yazarkən içdiyim tütünün belə pulunu qarşılamadı. (Karl Marks)
  • Kapitalist istehsalın ən böyük maneəsi, sərmayənin də özüdür. (Karl Marks)
  • Kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər. (Karl Marks)
  • Keçmiş haqqında söz salatı edənlər həmişə qəhrəman olur. Gələcək üçün döyüşənlər isə bir heç. Mənim bundan sonra heç olmağa niyyətim yoxdur. (Corc Uoker Buş)
  • Keçmişin təhlükəsi əsir olmaq idi, gələcəyin təhlükəsi isə robot olmaq. (Erix Fromm)
  • Kamalizm, keçmişin gözətçiliyi deyil gələcəyin liderliyidir. (Əhməd Tanər Qışlalı)
  • Kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq. (Çarli Çaplin)
  • Kütlənin duyğusu onun təxəyyülüdür. Bununla, istənilən vaxtda o sakitcə idarə edə bilər. (Edqar Allan Po)
  • Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır. (Artur Şopenhauer)
  • Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. (Heydər Əliyev)
  • Kiçikliyində, məktəb illərində yoldaşları tez-tez Napolyonun boyu balaca olduğu üçün ələ salardılar. (Napoleon Bonapart)
  • Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır. (Verner Heyzenberq)
  • Kasıba kömək edən, Tanrıya borc vermiş kimidir. (Alfred De Viqni)
  • Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq yüz papaqçıdan. (Nizami Gəncəvi)
  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. (Haruki Murakami)
  • Kişi bir sənəti bilər xalis,
    Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
  • Kədər gələndə özü-özünün qayğısına qalır.Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən. (Mark Tven)
  • Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil. (Mark Tven)
  • Kişini maraqlandıran başqalarının onun haqqında nə düşündükləri, qadını maraqlandıran isə – başqalarının onun haqqında nə söylədikləridir. (Hippel)
  • Kitablar beyinin uşaqlarıdır. (Conatan Svift)
  • Kral hökm edər, idarə etməz. (Otto fon Bismark)
  • Kifayət qədər diqqətli olub dostlarımızın yalnız bizə uyğun tərəfləri ilə maraqlansaq və geri qalan tərəfləri ilə maraqlanmasaq, dostluqlar daha dayanıqlı və daha davamlı olardı. (İohann Volfqanq Göte)
  • Kompasın sənə doğru yol göstərməsinimi istiyirsən, elə isə onu yanındakı maqnitlərdən qoru. (İohann Volfqanq Göte)
  • Kişilər qocalır, qadınlarsa dəyişir. (İohann Volfqanq Göte)
  • Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. (İohann Volfqanq Göte)
  • Köynəyin ilk düyməsi səhv düymələnsə digərləri də səhv gedər. (Cordano Bruno)
  • Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı. (Jorj Sand)
  • Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. (Santayana)
  • Kaş onlar məni olduğum kimi qəbul edələr. (Vinsent van Qoq)
  • Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan (Qautama Budda)
  • Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax. (Qautama Budda)
  • Kollektiv öz rəhbərinə oxşayır. (Deyl Karnegi)
  • Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. (Oljas Süleymenov)
  • Kamil insan gözəl söz söyləyə bilən insan deyil,
    söylədiyini edən və edə bildiyini söyləyən insandır. (Konfutsi)
  • Kainatda boşluqlar yox, gizlinlər var; nə vaxtsa işıqlansa, xəzinələr bəlli olacaq. (Əbu Turxan)
  • Kimsə deyib ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar. (Əbu Turxan)
  • Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. (Əbu Turxan)
  • Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. (Əbu Turxan)
  • Kim ki, yeni dostları köhnələri itirmək hesabına qazanır, onun həqiqi dostu heç vaxt olmayacaq. (Əbu Turxan)
  • Kol kola söykənibdir,
    Gülsə tikan üstədir.
    Yaxşılar ayrı düşüb,
    Yamanlarsa dəstədir. (Əbu Turxan)
  • Kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. (Əbu Turxan)
  • Kişilər elmi, qadınlar poeziyanı xatırladır. (Əbu Turxan)
  • Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. (Əbu Turxan)
  • Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. (Əbu Turxan)
  • Küləş tək alışıb yanmağın adəti yandırmaqdırsa, aqibəti – kül olmaqdır. (Əbu Turxan)
  • Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. (Əbu Turxan)
  • Kədər eşqin astarıdır. (Əbu Turxan)
  • Kitab ol, hamıya açılma;
    qoy səni ancaq anlayanlar oxusun! (Əbu Turxan)
  • Kürənin görünən tərəfi onun səthidir, yəni mərkəzdən ən uzaq nöqtələrdir.
    Ən mərkəzi nöqtə isə onun həm də ən qaranlıq və məchul nöqtəsi olur. (Əbu Turxan)
  • Kənardan qəbul etdirilən bir əhval uzunömürlü ola bilməz. Əsas olan real həyatın insana təlqin etdiyi əhvaldır. (Əbu Turxan)
  • Kütlə əvvəl ayağa qalxır, nə istədiyini sonra düşünür. (Əbu Turxan)
  • Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq. (Əbu Turxan)
  • Kütləni yönəldən ideya olmayanda onun inqilabçılığı dağıdıcı olur. (Əbu Turxan)
  • Kişi də, qadın da tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün qanadların qoşalaşması lazımdır. (Əbu Turxan)
  • Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir. (Əbu Turxan)
  • Kiçik işlər üçün kiçik adamlar var. (Əbu Turxan)
  • Kiminsə əllərində qalxmaq hələ yüksəlmək deyil; əsl yüksəliş ayağı yerdən üzülmədən yüksəlməkdir. (Əbu Turxan)
  • Klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunlarıdır. (Əbu Turxan)
  • Klassiklər keçmişlə bu gün arasında körpüdürlər. (Əbu Turxan)
  • Kor bucaq düzə çatdığı məqamı görməyib ondan o tərəfə keçir. (Əbu Turxan)
  • Könüllərin birləşmək əzmi insani mahiyyətin, bədənlərin birləşmək istəyi isə heyvani başlanğıcın əlamətidir. (Əbu Turxan)
  • Kəşfiyyat yaxşı işləməyəndə düşmən gücündən xəbərsiz olursan. Amma ən pisi öz gücünü düzgün dəyərləndirə bilməməkdir. (Əbu Turxan)
  • Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. (Əbu Turxan)
  • Kin adamı kifirləşdirir. (Əbu Turxan)
  • Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)
  • Kim güclüdürsə, o, haqlıdır fəlsəfəsi ilə kim haqlıdırsa, o, güclüdür fəlsəfəsi iki əks qütbdür. Gerçək həyat bu qütblərin arasındadır. (Əbu Turxan)
  • Kölgəni yox edə bilmək üçün Günəş öz zirvəsinə qalxmalıdır. (Əbu Turxan)
  • Kiçik planlar böyük planlardan kənarda yox, onların tərkib hissəsi kimi qurulmalıdır. (Əbu Turxan)
  • Kasıb insan. Kasıb bəşəriyyət. (Uilyam Folkner)
  • Kişi üçün hər şeyin əslində necə olduğu önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin necə təqdim olunması və zahirən uyğun gəlməsidir. (Uilyam Folkner)
  • Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib. (Demokrit)
  • Kitab dövrümüzün həyatıdır.Hamının-qocanın,cavanın,iş adamının,işi olmayanın da, habelə uşaqlrın da ona ehtiyacı var. (Vissarion Belinski)
  • Kitab insanda görmədiyim, bilmədiyim cəhətləri mənə sübut etmək qüdrətinə malikdir. (Maksim Qorki)
  • Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər. (Maksim Qorki)
  • Kiçik ikən anama qəbiristanlıqdan qorxuram deyəndə "ölüdən yox, diridən qorx" demişdi. Zamanla anladım ki; anam yenə haqlıydı. (Camal Sürəya)
  • Kaş uşaq olsam yenidən... Bir tək düşdüyüm üçün ağrısa içim... Və ürəyim; çox qaçdığım zaman döyünsə sadəcə. (Camal Sürəya)
  • Kaş ki belə etsəydim bəlkə sevərdi demə. O sənin üçün nə etdi də sevdin sanki? Ağıl işi deyil, könül sevdimi gerisi bəhanə. (Camal Sürəya)
  • Kim deyir ki, eşq uğruna ölmək çətindir? Uğruna ölünəcək eşq tapmaq çətindir. (Camal Sürəya)
  • Kölgənə bax, məni anlamaq istəyirsənsə; O qədər yaxın, amma sənə əsla toxuna bilməyən. (Camal Sürəya)
  • Kişi Hər Cür Yazılar, Qadın isə Pulu Görüncə Yazılar. (Milan Kundera)
  • Kişi Xoşlandıqdan Sonra Tanıyar, Qadın Tanıdıqca Xoşlanar. (Milan Kundera)
  • Kiminlə Güldüyünü Unuda bilərsən; Amma Kiminlə Ağladığını Əsla. (Milan Kundera)
  • Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər. (Fatimə Zəhra)
  • Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır (Fridrix Nitsşe)
  • Kim təhqirsiz dostundan ayrılırsa, ən zəhərli oxlara tuş gəlir (Fridrix Nitsşe)
  • Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər. (Yılmaz Ərdoğan)
  • Kədərlənmirəm.. Çünki həyatımdan çıxan heç kimin həyatımda yeri yoxdur. Düşünürəm də dəyərsizlərə bu sətirlər belə çoxdur. (Yılmaz Ərdoğan)
  • Keçirdim, xəyal qırıqlığına uğradım. (Yılmaz Ərdoğan)
  • Komaların bədbəxt olduğu yerdə saraylar təhlükəsizlikdə ola bilməz. (Benjamin Dizraeli)
  • Kişi ya da qadın ikisinin də bildikləri doğrudur; amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (Bob Marli)
  • Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
    Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
    Canı, cananı, bütün varımı alsın bu xuda,
    Etməsin tək vətənimdən məni dünyada cüda. (Mehmet Akif Ərsoy)
  • Kül təpəcik olmaz. (Dədə Qorqud)
  • Kədər, bəzən möhtəşəmdir... (Emi Li)
  • Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. (Nikola Şamfor)
  • Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir. (Jan de Labrüyer)
  • Kiçik işlərdə də böyük olmaq lazımdır. (Andre Morua)
Top