Saytımızda yerləşən aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
- Bir anlıq səadət bir qərinədir. (Səməd Vurğun)
- Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. (Əbu Turxan)
-
- Biz gələcəyə getməsək də, gələcək bizi çəkib aparır. (Əbu Turxan)
- Bizim mövcudluğumuz fasiləsiz olaraq keçmişə doğru gedişdir. (Fridrix Nitsşe)
- Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir. (Səməd Vurğun)
- Dua: Vaxtın bərəkətli olsun. (Əbu Turxan)
- Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir. (Eleonora Ruzvelt)
-
- Əgər asudəlik istəyirsənsə,
vaxtını hədər yerə itirmə. (Bencamin Franklin)
- Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt ayrılmamışdır. (Əbu Turxan)
- Ən təhlükəli oğru vaxt oğrusudur. (C.Kolenso)
- Gələcək keçmişə bənzəyir. (İbn Xəldun)
- Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır. (Əbu Turxan)
- Gözləyə bilənə hər şey öz vaxtında gəlir. (Onore de Balzak)
- Heç kim əbədi qalib ola bilməz. (Heydər Əliyev)
- Heç nə nə gec olur, nə də tez...
Hər şey vaxtında olur. (Konfutsi)
- Heç şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir. (A.Koyre)
- Hər bir qənaət nəticə etibarı ilə vaxta qənaətdir. (Karl Marks)
- Hər dövranın bir hökmü var,
Hər zamanın bir qələmi... (Səməd Vurğun)
- Hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır. (Kristian Bouvi)
- Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir. (Əbu Turxan)
- İndi geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir. (Tur Xander)
- İnsan gələcəyə öz keçmişinin çiynində gedir. (Əbu Turxan)
- İnsan gələcəyini də bu gün yaşayır. (Əbu Turxan)
- İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır. (Əbu Turxan)
- İnsanın itirdiyi ən böyük şey zaman ola bilər. (Teofrast)
- Keçmiş – insan nəfsinin vətənidir. (Heyne)
- Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır. (Əbu Turxan)
- Keçmiş indinin virtual məkanıdır. (Tur Xander)
- Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir. (Tur Xander)
- Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar. (Əbu Turxan)
- Keçmişi dəyişmək olmaz, deyirlər; amma biz dəyişdikcə keçmiş sanki dəyişir və qarşımızda hər dəfə yeni bir keçmiş canlanır. (Əbu Turxan)
- Məkan zamanın bir anıdır. (Əbu Turxan)
- Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. O, kifayət qədər tez gəlib çıxır. (Albert Eynşteyn)
- Müasirlik zəmanəyə bənzəməkdir. (Əbu Turxan)
- Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir. (Korneli Tasit)
- Təxəyyül hadisələri zaman və məkan məhdudiyyətindən azad edir. (Əbu Turxan)
- Vaxtı öldürmək özünü öldürməkdir. (D.Pekk)
- Vaxtsız çiçək açan arzular bar verməz. (Əbu Turxan)
- Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər. (Əbu Turxan)
- Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür. (Sofokl)
- Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar. (Konfutsi)
- Zaman təbib deyil, o sadəcə insanı kədərlə yaşamağa vərdiş etdirir. (Rövşən Abdullaoğlu)
- Zəmanə ancaq dayazda olanları dəyişir; dərin qatlara nüfuz edə bilmir. (Əbu Turxan)