Gözəllik qəlbimizlə duyduğumuz sirdir, qəlbimiz ona tabe olaraq şadlanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və rənglərinə belə çevrilir. (Cübran)
Gözəllik varsa, onu qoruyan güc də olmalıdır. (Əbu Turxan)
Gözəlliyə xidmət edən güc də nəcibləşir. (Əbu Turxan)
Gözəlliyi görə bilənlərin öz yaratdıqları da gözəl olur. (Əbu Turxan)
Gözəlliyi onu vəsf edənlər şöhrətləndirirlər. (Cübran)
Gözəlliyin isbata ehtiyacı yoxdur. (Volter)
Gözəlliyin meyarı bütöv təbiətdir. (Emerson)
Həp sevgidir gözəlliyi insana sevdirən, Məhrumi-eşq olunca gözəllik də can sıxar. (Hüseyn Cavid)
Həqiqət və fayda doğma tellərlə ancaq gözəllikdə birləşir. (Georq Vilhelm Fridrix Hegel)
Həqiqi gözəllik ali nəfsin saçdığı elə bir nurdur ki, cismin zahirini işığa qərq edir. (Cübran)
Hər bir insanın ilahi ruhdan payı və deməli, özünəməxsus gözəlliyi var. Sadəcə olaraq, cismani yetkinlik dövründəki ideyadan sapmalar bu ilkin gözəlliyi pərdələdiyindən, onu adi gözlə görmək mümkün olmur. (Əbu Turxan)
Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına uyğunluğu ilə ölçülür. (Əbu Turxan)
Hər kəs öz zövqünə görə görür. (Ş.Y. Sührəvərdi)
Hər rəngi gözəlləşdirən bir fon var. Rəngin gözəlliyini üzə çıxarmaq üçün fonu düzgün seçmək lazımdır. (Əbu Turxan)
Hər şey öz yerində və məqamında gözəldir. (Əbu Turxan)
Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə. (Cübran)
Hikmət və gözəllik qarşısında diz çökməyənlər zor və hiylə qarşısında diz çökürlər. (Əbu Turxan)
İnsanlar gözəlliyin təsirindən daha xeyirxah olurlar. (M.M.Prişvin)
Kimlərsə yaşadığı yeri gözəlləşdirmək üçün tər tökür, kimlərsə sadəcə gözəl yerə köçür. (Əbu Turxan)
Kin adamı kifirləşdirir. (Əbu Turxan)
Mən gözəllərdə gözəl ruh araram, Ruhu düşkünləri çirkin sanaram. (Hüseyn Cavid)
Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir. (Əbu Turxan)
Özünüdərk məqamında insan təbiətin və dünyanın gözəlliyini də əxz edir. (Əbu Turxan)
Süni gözəlliyin yolu əzab-əziyyətdən keçir. Parlamaq üçün öncə pardaqlanmaq, hamar olmaq üçün öncə yonulmaq tələb olunur. (Əbu Turxan)
Təbiətində gözəllik olmayan heç nə yoxdur. (Əbu Turxan)
Tovuz quşunun qanadı özünə düşməndir. (Cəlaləddin Rumi)
Xeyirxahlıq fəaliyyətdə olan gözəllikdir. (Jan Jak Russo)
Yalnız həqiqət gözəldir; sevilməyə də bir tək o layiqdir. (Nikola Bualo)
Yaradanın əlindən çıxan nə varsa gözəldir. Hər şey insanın əlində pozulur. (Jan Jak Russo)
Yer üzündə hər şey gözəl olsaydı, onda gözəl heç nə olmazdı. (Deni Didro)
Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır. (Əbu Turxan)
Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur. (Əbu Turxan)