Fəlsəfi sistemlərin ən böyük naqisliyi daltonizmdir. Dünyanı ancaq ağ və qara rəngdə görənlər reallığa nə qədər yaxınlaşırlarsa, ancaq varlıq və yoxluqdan, xeyir və şərdən, həqiqət və yalandan çıxış edərək bu kənar hallar arasındakı rəngarəngliyi görməyənlər də reallığı o qədər mənimsəyirlər. (Əbu Turxan)
Görünməzlik şeyin yoxluğuna deyil, işığın azlığına dəlalət edir. (Əbu Turxan)
Gözü nur, nuru göz zinətləndirir. (Nizami Gəncəvi)
Gücü düzgün yönəldə bilmək üçün öncə həqiqətə yiyələnmək lazımdır. (Əbu Turxan)
Gur işıqlar özündən zəifləri qəhr edir. (Ş.Y. Sührəvərdi)
Hadisə ilə həqiqətin nisbəti ağlın ruha nisbəti kimidir. (Demokrit)
Hamı ağılla anlamağa çalışır. Həqiqət isə ancaq ürəklə anlayanda üzə çıxır. (Əbu Turxan)
Haqqa çatmağın yolu haqq aşiqliyindən keçir. (Əbu Turxan)
Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. (Frensis Bekon)
Həqiqət bidət kimi doğulur, ehkam kimi ölür. (Georq Vilhelm Fridrix Hegel)
Həqiqət eşqdə nazil olsa da, Hərf və məna libasına büründü. (Ənvar Qasimi)
Həqiqət və xeyir doğma tellərlə ancaq gözəllikdə birləşir. (Georq Vilhelm Fridrix Hegel)
Həqiqəti mənimsəyən də bu həqiqəti söyləyən kimi dəyərli insandır. (Cübran)
Həqiqəti ört-basdır etmək olar, amma o, gec-tez üzə çıxacaq. (Əbu Turxan)
Həqiqəti söyləmək yox, başa salmaq çətindir. (Cəlaləddin Rumi)
Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır. (Dante Aligyeri)
Həqiqətin bəzənməyə ehtiyacı yoxdur; onun öz çöhrəsi hər cür bəzəkdən daha gözəldir. (Əbu Turxan)
Həqiqətin də dadı və ləzzəti var. (Əli bəy Hüseynzadə)
Həqiqətin məkanı birdir. Amma bizim məkanlarımız fərqli olduğundan həqiqətə aparan yollar da fərqlidir. (Əbu Turxan)
Həqiqi olan sakitdir, süni olan isə dilli-dilavər. (Cübran)
Hər bir varlıq ətrafa öz zahiri, səthi ilə təqdim olunur. Təmələ yaxınlaşdıqca aydınlıq itir. (Əbu Turxan)
Hipotez tordur: kim onu atırsa, balığı da o tutur. (Novalis)
İki şəxs şablondan kənar eyni bir ideyanı bir-birindən asılı olmadan irəli sürürsə, deməli, bu ideya həqiqətdir. (Nils Bor)
İnsan həqiqətə qovuşanda mənən saflaşır. (Əbu Turxan)
İnsan öz fərziyyələrinin əsirinə çevrilməməlidir. (Əbu Turxan)
İnsan özünü həqiqətin zirvəsinə qaldırmaq əvəzinə, həqiqəti öz səviyyəsinə endirir. (Rene Qenon)
İstənilən elmi həqiqət üç mərhələdən keçir. Birinci mərhələdə – bu ola bilməz, ikinci mərhələdə – bu ola bilər, üçüncü mərhələdə bunu hamı bilir deyirlər. (Rezerford)
İti bucaq ona görə itidir ki, düz düzün daxilindədir. (Əbu Turxan)
Kor bucaq düzə çatdığı məqamı görməyib ondan o tərəfə keçir. (Əbu Turxan)
Kürənin görünən tərəfi onun səthidir, yəni mərkəzdən ən uzaq nöqtələrdir. Ən mərkəzi nöqtə isə onun həm də ən qaranlıq və məchul nöqtəsi olur. (Əbu Turxan)
Mavi şüşədən baxanda hətta Günəş də mavi görünür. (Cəlaləddin Rumi)
Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir, Zülmətdə gördüklərin, sanma ki, bir həqiqətdir. (Əbu Turxan)
Məlum fəlsəfi metaforaya görə həqiqəti görə bilməyənlər kor hesab olurlar; amma əslində görənlərin də böyük əksəriyyəti daltonikdir. (Əbu Turxan)
Mərifət nuru şübhədən parlar. (Hüseyn Cavid)
Nəzərlərini çox uzağa dikənlər yaxını görə bilmirlər. (Əbu Turxan)
Platon mənim üçün əzizdir, amma həqiqət ondan da əzizdir. (Aristotel)
Qalib gələcəkmi cahanda kamal?! (Səməd Vurğun)
Qaranlığa uyğunlaşan göz zəif işıqda da görür. (Əbu Turxan)
Qaranlığı qınamaq olmaz; o, işıqsızlıqdan xəcalət çəkdiyi üçün üzü qaradır. (Əbu Turxan)
Qaranlıq quru ağac kimidir, qığılcım ancaq onun hesabına oda çevrilir. (Əbu Turxan)
Qaranlıqların bətnində böyük güc potensialı var və o özünü ancaq işıqla təmasda biruzə verir. (Əbu Turxan)
Qılıncın öz daxili həqiqəti yoxdur. (N.Q.Çernışevski)
Səmimi adamlar həqiqət görüntüsünə aldanırlar. (Horatsi)
Sən arxası günəşə dayananda, ancaq öz kölgəni görürsən. (Cübran)
Tanrı həqiqəti görər, lakin gözləyər. (Aleksandr Puşkin)
Təbiət boşluqları sevmir: insanlar da həqiqəti bilməyəndə, boşluqları uydurmalarla doldururlar. (Corc Bernard Şou)
Təlimlər pəncərə şüşəsinə bənzəyir. Biz həqiqəti onun arxasından görürük və elə o da bizi həqiqətdən aralayır. (Cübran)
Tənqid həmişə işə kömək edir. (Heydər Əliyev)
Uşaqlar yeriməyi yıxıla-yıxıla öyrəndiyi kimi, adamlar da həqiqətin yolunu yanıla-yanıla tapırlar. (Əbu Turxan)
Üzə çıxan adətən nəticə olur, bu nəticəyə gətirən səbəblər isə yolun qaranlıqlarında qalır. (Əbu Turxan)
Yadda saxlayın: əsrin ən böyük var-dövlətini yığmış insanlar, pul onlara doğru axın etməzdən əvvəl uzun müddət ümid edib, istəyib, arzulayıb, plan qurublar. (Rövşən Abdullaoğlu)
Yaddaş ona görə lazımdır ki, işıqda gördüklərin qaranlıqda sənə yol göstərsin. (Əbu Turxan)
Yalana oxşayan həqiqət həqiqətə oxşayan yalandan daha təhlükəli ola bilər. (Qabusnamə)
Yanlış fikri aydın ifadə etsən, o, özü özünü təkzib edəcək. (Vovenarq)
Yanlışların üzünə qapı bağlananda həqiqət də bayırda qalır. (Rabindranat Taqor)
Yarımçığın üstünü doldurmaqla bütöv yaranmaz. Yarımhəqiqətdən imtina etmədən bütöv həqiqətə çatmaq mümkün deyil. (Əbu Turxan)
Yer üzündə ən uzunömürlü şey həqiqətdir. (Vovenarq)