• Sizlər, yəni yeni Türkiyənin gənc övladları! Yorulsanız da belə məni izləyəcəksiniz... İstirahət etməmək üzrə getməyə qərar verənlər, əsla və əsla yorulmazlar. Türk Gəncliyi məqsədə, bizim yüksək idealımıza dayanmadan, yorulmadan gedəcək. (Mustafa Kamal Atatürk)
  • Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. (Cübran)
  • Sən arxası günəşə dayananda, ancaq öz kölgəni görürsən. (Cübran)
  • Sənətkar həmişə öz ailəsi və dostları üçün yaddır, öz vətənində yaddır, ümumiyyətlə bütün bu dünyada yaddır. (Cübran)
  • Sənət təbiətdən sonsuzluğa atılan addımdır. (Cübran)
  • Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir. (Cübran)
  • Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. (Cübran)
  • Sənə sümük yox, eşq verdim. İndi itlik etməyin mənası yoxdu. Getmə deyirəmsə, getmə. (Kiçik İsgəndər)
  • Sosialistlər bizə proqramımızın nə olduğunu soruşur? Bizim proqramımız sosialistlərin başını əzməkdir. (Benito Mussolini)
  • Sevgi haqqında söz olduqda, qadınlar qürur haqqında düşünmürlər. Qürur-qadınların dilindən düşməyən, amma hərəkət və işlərində heç vaxt görsənməyən bir şeydir. (Aqata Kristi)
  • Söhbət ona görə yaradılıb ki, insanların düşünməsinə mane olsun. (Aqata Kristi)
  • Sev ki, görülməyəni görə biləsən,
    İşıq saç ki, istədiyin yerə gedə biləsən. (Nüaymə)
  • Sümük, ət və qan ancaq fövqəladə duyğular onları hərəkətə gətirəndə fövqəladə qəhrəmanlıq göstərə bilir. (Nüaymə)
  • Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır. (Qotfrid Leybnits)
  • Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır. (Qotfrid Leybnits)
  • Sevgi o qədər qüdrətlidir ki, insanları yenidən doğulmağa məcbur eləyir. (Fyodor Dostoyevski)
  • Sadə bir adam, anlaşılmaz bir adamdan daha da qorxuludur. (Fyodor Dostoyevski)
  • Sevgini təqdim edərsən insanlara, nifrətləriyə uzaqlaşdırarlar əllərini. İlk əvvəl ürəyini qırarlar sonra xəyallarını. (Pol Oster)
  • Sağlam olmaq, həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir. (Əhməd Midhət)
  • Siyasətdə eləməli olmadığın şeyləri eləməli olursan. (Teodor Ruzvelt)
  • Savadsızlıq üç şeylə ölçülər: təkəbbürlük, əsassiz mübahisə aparma və Allahın varlığına şəkk etmə. (Cəfər Sadiq)
  • Sovet ordusunda geri çəkilmək irəli getməkdən daha çox ürək istər. (İosif Stalin)
  • Sonsuza qədər yaşamaq istəyirik və buna yaxınlaşırıq. (Bill Klinton)
  • Sus bə ürəyim! Mən də bilirəm darıxdığımı; Sus da bilməsin darıxıldığını. (Özdəmir Asaf)
  • Sənin tərəfində olanların da, sənə qarşı olanların da heç bir dəyəri yoxdur; səni anlamadıqca. (Özdəmir Asaf)
  • Səni tapmaqdan əvvəl axtarmaq istəyərəm. Səni sevməkdən əvvəl anlamaq istəyərəm. Səni bir həyat bitirmək deyil də, Sənə həmişə yenidən başlamaq istəyərəm. (Özdəmir Asaf)
  • Səni, sənsiz də sevə bilirəm.. (Özdəmir Asaf)
  • Sən mənə baxma mən sənin baxdığın yerdə olaram. (Özdəmir Asaf)
  • Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim? (Özdəmir Asaf)
  • Sevilənin səhvi görünməz, sevilməyənin görünüşü səhvdir. (Özdəmir Asaf)
  • Səninlə aramızda bir şey varsa əgər, o da məsafədir artıq. (Murathan Mungan)
  • Sən bildiyim kimi qalmadın, amma mən unutduğun kimiyəm hələ. (Murathan Mungan)
  • Sevməkdən usandığımız zamanlar, sevgilimizin sədaqətsizliyi bizi sədaqət zəruriliyindən qurtardığı üçün, xoşumuza gedər. (Fransua de Laroşfuko)
  • Sevmək , evməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır. (Fransua de Laroşfuko)
  • Sinoplu Diogendən soruşanda ki "ən təhlükəli heyvanlar hansılardır?", o belə cavab vermişdi: "Vəhşi heyvanlardan böhtançılar, ev heyvanlarından isə yaltaqlar." (Sinoplu Diogen)
  • Sabah geridə qalan ömürümüzün ilk günüdür. (Avraam Linkoln)
  • Siz içkini müdafiə edə bilərsiniz amma içki sizi əsla müdafiə etməz. (Avraam Linkoln)
  • Səhvdən qorxan bir insan heç bir şey edə bilməz. (Avraam Linkoln)
  • Siyasətçilər xalqın mənfəətlərindən fərqli çıxarlara sahib olan insanlar birliyidir. (Avraam Linkoln)
  • Siz mənə axmaq xəyallar arxasında qaçmayan bir ürək göstərin, mən də sizə xoşbəxt bir insan göstərim. (Anton Çexov)
  • Sənə bir yaxşı bir də pis xəbərim var. Yaxşı xəbər; hələ ölmədik, pis xəbər...hələ yaşayırıq. (Anton Çexov)
  • Sən sevdiyin üçün əsla utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir əslində. (Anton Çexov)
  • Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaqca bir işdir. (Anton Çexov)
  • Sadə qadın gözəl olmağı ağıllı olmağa seçər. Çünki sadə kişidə zəkanı anlayacaq baş deyil, gözəlliyi görəcək göz vardır. (Anton Çexov)
  • Sevinc səmimiyyət olan evlərdə yaşayır. (Uilyam Şekspir)
  • Solan çiçəklərin təravətini
    Qönçə çiçəklərin hüsnü yaşadır. (Uilyam Şekspir)
  • Səbri olmayanlar nə qədər də yoxsuldurlar. (Uilyam Şekspir)
  • Səbir insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. (Uilyam Şekspir)
  • Söyüş-haqsızların əlamətidir. (Jan Jak Russo)
  • Siyasət və əxlaqı fərqli ələ alanlar, hər ikisini də əsla anlaya bilməzlər (Jan Jak Russo)
  • Siyasi orqanizm insan orqanizmi kimi dağılmağa elə qurulduğu vaxtdan başlayır və mövcudluğu dövründə özünün ölüm səbəbini özündə daşıyır. (Jan Jak Russo)
  • Səbir ağrıdır amma meyvəsi şirindir. (Jan Jak Russo)
  • Sağalmaq ümidi - sağalmağın yarısıdır. (Volter)
  • Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı admadan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz. (Baltazar Qrasian)
  • Səndən yuxarıda duran adam üzərində qələbədən çəkin. Qələbə kin, ədavət oyatmaq deməkdir. Öz ağana qalib gəlmək isə ağılsızlıqdır, bəzən isə təhlükəlidir. Üstünlüyünü nümayiş etdirmək hamıda, xüsusən də, zat-alilərində nifrət oyadır. Gözəlliyi səliqəsiz geyimlə gizlətmək olduğu kimi, cəh etsən öz üstünlüyünü də gizlədə bilərsən. Çoxları, xüsusən də başçılar ağıldan başqa hər hansı qabiliyyətdə başqalarına güzəştə gedə bilərlər, çünki ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. Yüksək mərtəbədə duranlar köməyi qəbul edirlər, amma üstünlüyü yox. Ona görə də onlar istəyirlər ki, verilən məsləhət yalnız unutduqları nəyi isə yada salmaq məqsədi daha başa düşmədikləri bir şey haqqında izahat olmasın. (Baltazar Qrasian)
  • Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (Alfons Dode)
  • Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kimi görünür. (Migel de Servantes)
  • Sizə sirr vermək istəyəndən uzaq olun, çünki o, daşıya bilmədiyi ağır bir yükü sizə daşıtmaq istəyir. (Qottlib Leytner)
  • Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbir etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür. (İmam Kazım)
  • Səbir zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. (Çarez Kaleb Kolton)
  • Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir. (Cövdət Anday)
  • Sülh belə, böyük pulla alınır. (Bencamin Franklin)
  • Sərçə kimisən qardaşım. (Nazim Hikmət)
  • Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa? (Nazim Hikmət)
  • Sən mənim sərxoşluğumsan, nə ayıldım, nə ayıla bilərəm, nə ayılmaq istəyirəm! (Nazim Hikmət)
  • Səmanı başımın üstündə görmək mənə qadağandır. (Nazim Hikmət)
  • Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olur. (Nazim Hikmət)
  • Sərmayəsi sevgi olanın, qazancı xoşbəxtlikdir. (Ergün Gülər)
  • Sayılı gün tez keçər. Lakin, sayılan gün üçün eyni şeyi söyləmək mümkün deyil! (Ergün Gülər)
  • Sən nəyə hazırsansa, o da sənin üçün hazırdır. (Ergün Gülər)
  • Sizə istədiyim şeyi etdirməmin tək yolu, sizə istədiyiniz şeyi verməkdir. (Ergün Gülər)
  • Saf niyyətlə gələni mərasimlə, bəd niyyətlə gələni isə cinayət qanunları ilə qarşılamaq lazımdır. (Aristotel)
  • Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir. (Aristotel)
  • Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür. (Aristotel)
  • Səbir acı olsa da, meyvəsi şirindir. (Aristotel)
  • Sentyabr yığışıb getdi. Oktyabr filan da gedər bu gedişlə. (Turqut Uyar)
  • Sən hara, mən də ora; addım-addım. İnsan sevdikcə yaxşılaşır, artıq anladım. (Turqut Uyar)
  • Sevgi nə qədər böyük olsa, kədəri də bir o qədər böyük olacaq. (Benedikt Spinoza)
  • Son Çeçen canını vermədən Ruslar ölkəmizə hakim ola bilməz. (Cövhər Dudayev)
  • Sevmək sevilməkdən daha böyük fəzilətdir. (Sufi hikməti)
  • Səhv yola girdiyində, sürətləndikcə daha da itərsən. (Deni Didro)
  • Son hökmdar, son din xadiminin bağırsaqlarıyla boğulana qədər insanlar əsla azad olmayacaq. (Deni Didro)
  • Sənət sənət üçündür!. (Əbdülhaq Hamid Tərxan)
  • Sus, ya da susmaqdan da qiymətli söz söylə! (Lev Tolstoy)
  • Sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir. (Lev Tolstoy)
  • Sadəlik - mənəvi gözəlliyin əsas şərtidir. (Lev Tolstoy)
  • Sənət xeyirlə şəri fərqləndirmək, yaxşını tanımaq vasitəsidir. (Lev Tolstoy)
  • Sənətkar insanları öz daxilinə yönəldir və qəlbin hamı üçün ümumi olan sirlərini insanlara açıb göstərir. (Lev Tolstoy)
  • Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. (Lev Tolstoy)
  • Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar. (Lev Tolstoy)
  • Sadəlik, xeyirxahlıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. (Lev Tolstoy)
  • Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olur, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də. (Lev Tolstoy)
  • Sən yalan içində yaşayırsan, mən həqiqətdə, iddiası, bir insanın o birinə söyləyə biləcəyi ən mərhəmətsiz sözdür. (Lev Tolstoy)
  • Sevginin səbəbi gözəllikdir.
    … Zira gözəllik təbiətcə sevilən şeydir. (İbn Ərəbi)
  • Sevgilinin gördüyü hər iş gözəldir. (İbn Ərəbi)
  • Sevgili aşiqin qəlbindədir.
    Fəqət aşiq sevgilinin özündə olduğunu bilməz,
    onu yenə kənardakı sevgili vasitəsi ilə tanıyar. (İbn Ərəbi)
  • Sevən mənəm; sevdiyim də mən. (İbn Ərəbi)
  • Sənətə gəlməyimdə aktyor olmağımda atamın rolu şübhəsiz ki, böyükdür. Çox güman ki, o, aktyor olmasa idi, mən bu sənətə bağlanmazdım... (Yaşar Nuri)
  • Sevənlər hamısı şairdirlər. (Platon)
  • Sivilizasiyanın əsl göstəricisi
    sərvət və bilik, iri şəhərlər, məhsul bolluğu deyil,
    ölkənin tərbiyələndirdiyi insanın simasıdır. (Emerson)
  • Söz gücsüz olduğu yerdə musiqi başlayır. (Vaqner)
  • Sadəcə canım istiyəndə ölmək əlimdə olduğu üçün yaşayıram: İntihar fikri olmasa, özümü çoxdan öldürmüş olardım. (Emil Çoran)
  • Suzi sən bu tərəfə keç, Karl sən də sağ tərəfə keç, mən də usaqlar kimi qışqırıb bir yerdə gizlənim. (Coni Bravo)
  • Siz vampirsinizmi? Bu da görüşün sonu demək olur hər halda. (Coni Bravo)
  • Sənin qarşında dünyanın ən cazibədar kişisi dayanır, nəyin var kraliçam? (Coni Bravo)
  • Səni qurtardım, bir dilək diləyim? (Coni Bravo)
  • Sənə tapınıram... Nə düşündüyünü bilirəm və... Cavabım hə. Birlikdə çıxa bilərik. (Coni Bravo)
  • Sən dəniz fıstığısanmı? (Coni Bravo)
  • Səbir və zaman güc və ehtirasdan daha böyük işlər görür. (Lafonten)
  • Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
  • Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir." (İmam Həsən)
  • Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz. (Andre Jid)
  • Sırf sevgilinin üzü gülsən deyə, bəzən axmaqlamağı gözə almaqdir eşq. (Can Dündar)
  • Sevgilisindən ayrılan bir kişinin sifətinin rəngi dəyişir, qadının isə saçının rəngi. (Can Dündar)
  • Sanki səyahətdə pəncərə kənarı yalnızların yeridir. Çünki əslində ora başını qoymağa çiyin tapmayanlar üçündür. (Can Dündar)
  • Sevinc və sevgi ruhun iki qanadıdır. (Hilmi Ziya Ülkən)
  • Sevgi – halından məmnun olmaqdır. (Hilmi Ziya Ülkən)
  • Sənət əsəri bənzərsizdir, nərgiz çiçəyindən fərqi budur. (Oskar Uayld)
  • Sadəcə axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda məni anlamırlar deyə kədərlənmək niyə? (Oskar Uayld)
  • Sadəcə daha gözəl və rahat həyat yaşamaq üçün bir körpənin həyatına son qoyurlar. (Tereza Ana)
  • Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir. (Uinston Çörçill)
  • Savaşda bir dəfə ölürlər,
    siyasətdə hər gün ölürlər. (Uinston Çörçill)
  • Səni sevirəm demək deyil ki bacarıq, əhəmiyyətli olan o sözün bütün məsuliyyətlərini ala bilmək. (Can Yücəl)
  • Sən, səni sevəni görməyəcək qədər korsansa, o da sənə sevgisini söyləməyəcək qədər qürurludur. (Can Yücəl)
  • Sən gedənnən sonra tək qalacağam. Tək qalmaqdan qorxmuram da, ya; canım əllərini tutmaq istəsə. (Can Yücəl)
  • Sevəcəksənsə, tək qaldığında ağılına gələni deyil, heç ağılından çıxmayanı sevəcəksən. (Can Yücəl)
  • Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində. (Can Yücəl)
  • Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir. (Can Yücəl)
  • Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı! (Can Yücəl)
  • Sevgili, axtarıb da tapdığın biri deyil, heç ağılında yoxkən aşiq olduğun adamdır. (Can Yücəl)
  • Sual da, cavab da bilikdən doğulur. (Cəlaləddin Rumi)
  • Səbir ağlın xəzinəsidir. (Zeynalabdin Şirvani)
  • Savaşdan qaçanlara qazi deyilə bilməz. (Mustafa Ertekiner)
  • Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur. (Xudu Məmmədov)
  • Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur. (Xudu Məmmədov)
  • Sənin gözlərin taleyimin qaranlıq səmasında mənə yol göstərən ulduzlar oldu. (Xudu Məmmədov)
  • Sözdən ürkək, qələmdən ürkək düşüncələr! (Xudu Məmmədov)
  • Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm. (Xudu Məmmədov)
  • Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur. (Petro Metastasio)
  • Siyasət rol oynarkən, ədəbiyyat susur. (Hüseyn Cavid)
  • Sağlam bədəndə sağlam ruh olar. (El hikməti)
  • Sözlər fikirlərimizin qiyafətləridir. (El hikməti)
  • Siyasət üçün yaradılmadım. Çünki rəqibin ölümünü istəməkdən ya da qəbul etməkdən acizəm. (Alber Kamyu)
  • Siyasət və sənət dünyanın nizamsızlıqları qarşısında baş qaldırmanın iki ayrı üzüdür. (Alber Kamyu)
  • Sənətçilər həyatdan yanadırlar ölümdən yana yox. (Alber Kamyu)
  • Sənət, sənətçini insanlardan ayrılmamağa məcbur edir. (Alber Kamyu)
  • Sənət məncə ən böyük sayıda insanı ortaq ağrılar və sevinclərlə coşduracaq görünüşləri, formaları tapmaqdır. (Alber Kamyu)
  • Sevmənin sərhədi ola bilməz. (Alber Kamyu)
  • Sənə rəğbət və məhəbbəti olan şəxsə rəğbət bəsləməməyin nəsibi nöqsana düşməkdir. Səndən xoşu gəlməyənə rəğbət göstərməyin isə alçalmaqdır. (Əli bin Əbu Talib)
  • Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə mənadır; bəzəyi – biçimli söylənməsidir; düzgünlüyü isə doğruluğundadır. (Əli bin Əbu Talib)
  • Savaşda birisini savaşmağa çağırma, fəqət səni çağıran olsa, get: çün, savaşa çağıran asidir, asininsə öldürülməsi gərəkdir. (Əli bin Əbu Talib)
  • Sənin haqqında yaxşı zənndə olanın zənnini gerçəkləşdir. (Əli bin Əbu Talib)
  • Səbir iki cürdür: istəmədiyin, xoşlamadığın şeyə səbir etmək; sevdiyin, dilədiyin şeyə səbir etmək. (Əli bin Əbu Talib)
  • Sən üşüyərkən onun yoxluğunda, o sənin varlığından belə xəbərsizdir. (Qabriel Qarsia Markes)
  • Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz. (Qabriel Qarsia Markes)
  • Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm. (Qabriel Qarsia Markes)
  • Siyasətin ən yaxşı qaydası həddindən çox idarə etməməkdir. Bu qayda tərbiyəyə də aiddir. (Jan Pol)
  • Sabah edə biləcəyin bir şeyi, Əsla bugündən etmə. (Cem Yılmaz)
  • Sizə edilməsini istəmədiyiniz şeyləri başqalarına edin, çox zövqlü. (Cem Yılmaz)
  • Son gülən sən olacaqsan. Çünki keç anlayırsan (Cem Yılmaz)
  • Salam! Mən Aydan Şənər. Yaxşı görəy. Mən də Dünyadan Neil Armstronq. (Cem Yılmaz)
  • Sizdə bit şampunu varmı? Çirkləndi heyvancıqlar. (Cem Yılmaz)
  • Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. (Pyer Büast)
  • Siyasətdə boşboğazlıq dövləti məhv edə bilər. (Pyer Büast)
  • Silahları sevmirəm. Onları əlimə alanda onları ola biləcək ən qısa müddətdə buraxmaq istəyirəm. (Kristofer Uoken)
  • Silahlar təhlükəlidir. (Kristofer Uoken)
  • Saçım mən məşhur olmadan əvvəl məşhurlaşmışdı. (Kristofer Uoken)
  • Sənət həmsöhbətin susduğu dialoqdur. (Qriqori Landau)
  • Sizin müəllimləriniz kimi düşünməyə çalışın. (Ceyms Uotson)
  • Sizin intellektual maraq dairəniz dissertasiya mövzusuna nəzərən daha geniş olmalıdır. (Ceyms Uotson)
  • Sizin eksperimentlərinizdə hər zaman auditoriya olmalıdır. (Ceyms Uotson)
  • Sizi bezdirməzdən əvvəl tədqiqat sahəsini dəyişin. (Ceyms Uotson)
  • Səyahət elmi yaxşılaşdırır. (Ceyms Uotson)
  • Sədr olun. (Ceyms Uotson)
  • Sən ağıl tüfəngini doldur, çaxmaq özü işə düşəcək. (Əmin ər-Reyhani)
  • Sınaq qətiliyin anasıdır, məlumat qətilikdir. (Leonardo da Vinçi)
  • Sağalmağın şərtlərindən biri sağalmaq istəməkdir. (Kiçik Seneka)
  • Səndən irəlidə nə qədər adamın olduğunu görəndə, səndən arxada da nə qədər adam olduğunu yada sal. (Kiçik Seneka)
  • Sərxoşluq könüllü dəlilikdir. (Kiçik Seneka)
  • Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir. (Corc Bernard Şou)
  • Səhv siçan dəliyindən keçər, düzgünlük isə qapılara sığmaz. (Corc Bernard Şou)
  • Sənin nəzəriyyən ağlasığmazdır, amma doğru olacaq dərəcədə yox. (Nils Bor)
  • Siz cavablar tapmağa çalışırsınız, biz isə daha çox sual soruşmaq niyyətindəyik. (Ziqmund Freyd)
  • Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur. (Ziqmund Freyd)
  • Sərvət yalnız fəzilətli, ağıllı adamlar üçün xoşbəxtlik imkanları yaradır. Buna görə də sərvət arzulamaqdan əvvəl ondan istifadə etməyi bacarmaq lazımdır. (Pol Anri Holbax)
  • Səxavətli olmaq yaxşı şeydir, barmaqlarından biri bükülü olsa. (Elman Həbib)
  • Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sizin ən yaxşınız dünyada daha rəğbətsiz, axirətdə isə daha rəğbətli olanınızdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sizinkindən daha çox sərvəti və gözəlliyi olan adamı görəndə sizdən kasıb və çirkin olanlar haqqında düşünün. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sizdən aşağı olan adamlara baxın; bu sizi İlahinin xeyir-duasına etinasızlıqdan qoruyar. (Mühəmməd peyğəmbər (SƏS))
  • Siz öz Yaradanınızı sevirsinizmi? Əgər sevirsinizsə, onda hər şeydən əvvəl öz qardaşalrınız olan insanları sevin. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sədəqə verməklə mal azalmaz. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sədəqə var-dövləti artırar. (Mühəmməd peyğəmbər (SƏS))
  • Sevdiyinə və saydığına heç vaxt yaltaqlıq eləmə. (Molyer)
  • Sevginin ilk əlaməti kişidə cəsarətsizlik, qadındasa cəsarətdir. (Viktor Hüqo)
  • Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir? (Viktor Hüqo)
  • Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır. (Viktor Hüqo)
  • Səsini xatırlamıram belə; Amma söylədikləri hələ də ağılımdadır. (İlhan Bərk)
  • Sən özünü bilirsənsə, bil ki, özünü bilməzlərin söylədikləri mənasızdır. Unutma gərəksiz tənqid yalnız gizli heyranlıqdır. (Çingiz Aytmatov)
  • Sən danışmağa tənəzzül etməzsən susqun sanarlar, və hər şeyi əhəmiyyətsiz hesab etdiyini düşünərlər. Bilməzlər ki, bir danışacaq olsan üzünə baxacaq üzləri qalmaz. (Çingiz Aytmatov)
  • Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib. (Albert Eynşteyn)
  • Sənə mane olan aşmaq gərəkən hündür dağlar deyil ayağının altında qalan xırda daşlardır. (Məhəmməd Əli)
  • Susmaq- qızıldır, verilən suala layiq cavab tapmayana qədər. (Məhəmməd Əli)
  • Sevgi bizi böyük işlərə ruhlandırır və həm də bu işləri görməyə mane olur. (Aleksandr Düma)
  • Sonlu olan heç vaxt sonsuz olanı qavraya bilməyəcəkdir. (Yunq)
  • Sizə elə bir vətən aldım ki; əbədi olaraq sizin olacaq. (Alp Arslan)
  • Savaşı sevirəm, çünki sonunda zəfər var. (Alp Arslan)
  • Sizi idarə edənlər - sizi qəzəbləndirənlərdi. (Lao-tszı)
  • Sənətə lazım olan əlaqəni göstərməmək günahdır. (Həsən Nail Canat)
  • Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır. (Həsən Nail Canat)
  • Sevərsən, alarsan, arvadın olar / Sevərsən, ala bilməzsən, qarasevdalın olar (Veysəl Şatıroğlu)
  • Sevmək, xəyal qurmaq qədər asandı. Amma unutmaq; Qurduğun xəyalların reallaşması qədər çətindi. (Sunay Akın)
  • Sahib olduğunuz tək şey bir çəkicsə, hər şeyi bir mismar olaraq görməyə başlayarsınız. (Abraham Maslov)
  • Sevgi körpü qurmaqdır. İnsanlar körpü quracaqları yerdə, divar hördükləri üçün yalnızdırlar. (İsaak Nyuton)
  • Sokrat söylədi deyə deyil, öz yaradılışıma uyğun olduğundan, üstəlik həddindən artıqlığa belə qaçaraq, bütün insanları həmyerlim sayıram. (Mişel de Monten)
  • Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur. (Mişel de Monten)
  • Sizin sevdiyiniz ilə sizi sevən əsla eyni adam deyildir. (Çak Palanik)
  • Silahın etdiyi tək şey, bir partlayışı müəyyən bir istiqamətə yönəltməkdir. (Çak Palanik)
  • Sahib olacağın hər şey, bir gün itirəcəyin şeylərdən yalnız biridir. (Çak Palanik)
  • Savaş zamanı döyüşənlərdən daha çox qaçanlar ölür. (Selma Lagerlöf)
  • Sənət insanın təbiəti, təbiət – Allahın sənətidir. (Beyli)
  • Sevgi birliyə, eqoizm təkliyə aparar (Fridrix Şiller)
  • Sıxılmış yumruqlarla əl sıxa bilməzsiniz. (Mahatma Qandi)
  • Səhv etmə imkanı olmasa, azadlığın giyməti də olmayacaq. (Mahatma Qandi)
  • Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur. (Mahatma Qandi)
  • Sanitariya siyasi azadlıqdan dağa vacibdir. (Mahatma Qandi)
  • Sadə yaşa ki, başqaları da var ola bilsin. (Mahatma Qandi)
  • Səhv etməkdən qorxmaq, irəliləmənin ölümüdür. (Alfred Norz Vaythed)
  • Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. (Aleksandr Pop)
  • Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər. (Aleksandr Pop)
  • Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən! (Nəcib Fazil Qısakürək)
  • Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir. (Corc Soros)
  • Sizi alqışlayanlara aldanmayın, siz asılanda daha çox alqışlayacaqlar. (Oliver Kromvel)
  • Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. (Onore de Balzak)
  • Sevmək bir başqasının həyatını yaşamaqdır. (Onore de Balzak)
  • Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq. (Onore de Balzak)
  • Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir... (Onore de Balzak)
  • Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. (Onore de Balzak)
  • Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında virtual rabitə yaradır. (Tur Xander)
  • Siyasət əyləncə sektorunun bir parçasıdır. (Frenk Zappa)
  • Siqaret mənim qidamdır. (Frenk Zappa)
  • Sevmək sevdiyi üçün özünü atəşə atmağıydı əvvəllər. İndi; Sevdiyini atəşə atıb üzərindən tullanmaq olub. (Ece Ayhan)
  • Sevdiklərimizi təpikləməyə ana qarınında başlarıq. (Ece Ayhan)
  • Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər. (İmam Rza)
  • Sevgililər üçün koma da cənnətdir. (Naməlum)
  • Sevgi sevgini yaradar. (Naməlum)
  • Sevgiyə sədd yoxdur. (Naməlum)
  • Səhv eləmək qəbahət deyil, qəbahət onu düzəltməməkdir. (Naməlum)
  • Siyasətdə düzlük, oğurluqda uğurluq olmaz. (Naməlum)
  • Sən yüksələndə dostların bilir sən kimsən,
    Sən düşəndə sən bilirsən dostların kimdi (Naməlum)
  • Silgi istifadə etmədən rəsm çəkmək sənətinə həyat deyilir. (Hölderlin)
  • Siz Allahın vəkili deyilsiniz. Düşünürəm ki, siz başqa bir qüvvənin (şeytanı nəzərdə tutur) vəkilisiniz. Sizin saxta fikirlərinizə tüpürürəm. Bu andan etibarən istədiynizi etməkdə sərbəstsiniz. (Martin Lüter)
  • Sufilərin gecələri gecə, gündüzləri də gündüz deyil. (Əbdülqədir Geylani)
  • Sufilərdən biri deyb ki: "Fasığın üzünə ancaq arif qullar gülər." (Əbdülqədir Geylani)
  • Sufilər axirətə görə ağıllı, dünyaya görə dəlidirlər (Əbdülqədir Geylani)
  • Sufilər Allah Təalanın Özündən başqa bir şey istəməzlər. Onlar neməti deyil, nemət bəxş edəni, xalqı deyil Xaliqi istəyərlər. (Əbdülqədir Geylani)
  • Səbir, xeyirin təməlidir. (Əbdülqədir Geylani)
  • Saxta rəblər boyundan çıxarılıb atılmadıqca, səbəblərlə bağlı kəsilmədikcə, fayda və zərəri insanlardan bilməyi tərk etmədikcə qurtuluş mümkün deyil. (Əbdülqədir Geylani)
  • Salehlərin ürəkləri faydanı da zərəri də Rəblərindən bilər. (Əbdülqədir Geylani)
  • Salehlərdən birinə "Nəyi arzu edirsən?" deyə soruşulduğunda, "Arzu etməməyi arzu edirəm." deyə cavab verdi. (Əbdülqədir Geylani)
  • Sənin dilin gözəl və şirin; üzün isə pisliklərdən xilas olmuş kimi gülür, ya ürəyinin halı necədir? Camaat içində yaxşı görünürsən, ya tək ikən, yanında kimsə yox ikən necəsən? Göründüyün kimi deyilsən. Sən namaz qıldığın, oruc tutduğun, xeyr işləri etdiyin zaman, əgər bunları sırf Allahu təalanın razılığını güdərək etməzsənsə, nifaq üzrə və Allahu təaladan uzaq olacağını bilmirsənmi? İndi Allah üçün etmədiyin bütün işlərin, bütün sözlərin, adi və xeyli niyyətlərin üçün tövbə et. (Əbdülqədir Geylani)
  • Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, maddi rifah - bu amillər ölkənin ümumi inkişafını təmin edir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. (İlham Əliyev)
  • Səndən soruşsalar ki müvəffəqiyyətin açarı nədədir? de ki özü-özünlə yola getməkdə. (Pifaqor)
  • Sakit ölüm istəyirsənsə, sabit həyat keçir. (Pifaqor)
  • Sözündə və əməlində şitlikdən və təkrarçılıqdan qaç. (Pifaqor)
  • Səndən soruşsalar, xeyirxahlıq nədir, De ki, müdrikliyin əmələ keçirilməsi. (Pifaqor)
  • Səadət dalınca qaçma, o, sənin özündədir. (Pifaqor)
  • Sevinclə iztirab – aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir. (L.Ştern)
  • Sevimli atam! Hisslərimi şeirlə köçürə bilmərəm, şair deyiləm; özümü kölgələr və işıqla ifadə edə bilmərəm, rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də açıqlaya bilmərəm, rəqsçi deyiləm. Amma bunların hamısını musiqilə edə bilərəm. Mən bir musiqiçiyəm. (Volfqanq Amadey Motsart)
  • Səbrin mənası-üzərində dağları və insanları daşıyan torpaq kimi olmaq deməkdir. (Səriyyis Sakat)
  • Sarsaqlıq səhv təsəvvür üçün istedaddır. (Edqar Allan Po)
  • Sevginin həqiqi mahiyyəti ondan ibarətdir ki,özünü düşünməkdən əl çəkəsən,özünü başqa məndə tapasan,yenidən özünü tapasan və öz-özünə malik olasan. (Georq Vilhelm Fridrix Hegel)
  • Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər. (Georq Vilhelm Fridrix Hegel)
  • Sirrim barəsində səssizliyimi qorusam mənim əsirim olar. Əgər ağızımdan qaçırsam mən onun əsiri olaram. Səssizlik ağacında dinclik meyvələri yetişər. (Artur Şopenhauer)
  • Səhv bir fikiri geri almaq onu müdafiə etməkdən daha çox şəxsiyyət tələb edir. (Artur Şopenhauer)
  • Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç. (Artur Şopenhauer)
  • Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm... (Rabindranat Taqor)
  • Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. (Heydər Əliyev)
  • Sevgini bilməyən, ölməyi bilməz. (Əhməd Haşim)
  • Sabah dodağından gətirilmiş bir qatara alovdur bu qərənfil. (Əhməd Haşim)
  • Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz. (Napoleon Bonapart)
  • Siyasətin ancaq başı var, ondan ürək istəməyin. (Napoleon Bonapart)
  • Səmimiyyət və dostluq ən çətin tapılan nemətdir. (Napoleon Bonapart)
  • Səni sevdiyimi sevmədiyim zaman anlayacaqsan. (Pablo Neruda)
  • Sırf birsi "Gecən xeyrə" demədiyi üçün xeyir keçməyən gecələr var. (Pablo Neruda)
  • Süleyman mülkünü axtarma ki, o, hardadır
    Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır? (Nizami Gəncəvi)
  • Söz gözəl olursa-olsun nə qədər,
    Pis əda o sözü tamam məhv edər. (Nizami Gəncəvi)
  • Sirrini bilməsin evdə divarlar,
    Divar dalında da çünki qulaq var. (Nizami Gəncəvi)
  • Sözün də su kimi lətafəti var
    Hər sözü az desən daha xoş olar
    Bir inci saflığı varsa da suda
    Artıq içiləndə dərd verir su da. (Nizami Gəncəvi)
  • Sözün qanadları var, quş kimi incə-incə,
    Dünyada söz olmasa nəyə gərək düşüncə. (Nizami Gəncəvi)
  • Sənin həyatın, başqalarının həyatını yaxşı hala gətirərək daha yaxşı hala gələcək. (Uill Smit)
  • Sizə necə gəlir, mən yaxşımı oynadım öz həyat komediyamı. (Oktavian Avqust)
  • Saxtakar olmadığımızdan necə əmin ola bilərik? (Jak Lakan)
  • Siqaret çəkməyi atmaq ən asan işdir, mən yüz dəfələrlə atmışam. (Mark Tven)
  • Sabaha iki gündən sonra elə bildiyin şeyi planlaşdırma. (Mark Tven)
  • Siyasətdə meyar əxlaq və qanun deyil, qələbədir. (Sveyq)
  • Silah cingildəyəndə qanunlar susur. (Mark Tulli Siseron)
  • Səndən qorxanı da, sən qorxduğunu da sevə bilməzsən. (Mark Tulli Siseron)
  • Sahib olduğundan artıq bir şey istəməyən insan zəngindir. (Mark Tulli Siseron)
  • Silahlı üsyandan əvvəl ideyaların üsyanı baş verir. (U.Fillips)
  • Sənə bircə dəfə gərək olacaq silahı ömrün boyu gəzdirməlisən. (Rəsul Həmzətov)
  • Sənin şöhrətin sənin kölgən kimidir – o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən kiçik olur. (Hippel)
  • Sənət üçün soyunanı alqışlayanlar, Allah üçün geyinənə niyə zülm edər? (Aliya İzzetbeqoviç)
  • Sevgi qocalmır. (Ülvi Bünyadzadə)
  • Siyasətdə rəsmiləşənə qədər heç bir şeyə inanmayın. (Otto fon Bismark)
  • Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir. (İbn Xəldun)
  • Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edər. (Horatsi)
  • Səmimi adamlar həqiqət görüntüsünə aldanırlar. (Horatsi)
  • Susmaq dözülməsi çox ağır olan bir cavabdır. (Çesterton)
  • Suverenlik həqiqətən millətin olduğunda hökumətlərə gərək qalmayacaq; o zamana qədər p..u yedik. (Çarlz Bukovski)
  • Sığınacaq çuxurlarında mələk tapılmaz. (Çarlz Bukovski)
  • Sizi bilmirəm, amma mən hər səhər ayaqqabılarımı bağlamaq üçün əyildiyimdə tanrım yenəmi? deyə düşünürəm içimden. (Çarlz Bukovski)
  • Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər. (Çarlz Bukovski)
  • Saçımı daradım kaş ki, üzümü də daraya bilsəydim. (Çarlz Bukovski)
  • Səni sevən, pis işlərdən səni çəkindirər; sənə nifrət edən isə səni bu işlərə təşviq edər. (İmam Hüseyn)
  • Sənət nə qədər uzun tanrım, həyat nə qədər qısa. (İohann Volfqanq Göte)
  • Səmimi olmağı vəd edə bilərəm, tərəfsiz olmağı əsla. (İohann Volfqanq Göte)
  • Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır. (İohann Volfqanq Göte)
  • Səhvlər dənizinə basdırıldığı halda, ümidlə gözləyə bilən insan nə talehlidir... (İohann Volfqanq Göte)
  • Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir. (İohann Volfqanq Göte)
  • Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur. (İohann Volfqanq Göte)
  • Sevgi imkansız olan bir çox şeyi mümkün edər. (İohann Volfqanq Göte)
  • Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər. (İohann Volfqanq Göte)
  • Savaşan iki kəsdən ağıllı olanın təqsiri daha çoxdur. (İohann Volfqanq Göte)
  • Siyasət heç vaxt poeziyanın işi ola bilməz. (İohann Volfqanq Göte)
  • Sizin bildiyiniz hər bir şey illər boyu topladığınız təcrübənin nəticələridir. Amma keçmiş qərarlar elə keçmiş məsələlər üçün keçərlidir. Əgər yaradıcılıq inkişafı istəyirsinizsə, bir müddətliyinə zəngin təcrübənizi unudun! (Paulo Koelyo)
  • Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb. (Jorj Sand)
  • Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir. (Jorj Sand)
  • Sevgisiz evlənmə ömürlük katorqadır. (Jorj Sand)
  • Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızdır. (Jorj Sand)
  • Sənət ehtiyacdan yaranır və var-dövlət içində boğulub ölür. (Jorj Sand)
  • Sənətkar həqiqətlə gözəlliyi birləşdirməyi bacarmalıdır. (Feyxtvanqer)
  • Sarısız və narıncısız mavi yoxdur. (Vinsent van Qoq)
  • Sevgi çətinliklər gətirir, bu doğrudur. Lakin onun yaxşı tərəfi enerji verməsidir. (Vinsent van Qoq)
  • Seçimimə görə yox, bəxtimə görə macəraçıyam. (Vinsent van Qoq)
  • Sən ona inanc deyirsən, biz qorxu deyirik. (Henrik İbsen)
  • Sivilizasiyanın ən böyük xidməti insana düşünməyi öyrətməkdir. (Tomas Edison)
  • Sizi özünüzdən başqa heç kim qurtara bilməz. Öz özünüzə işıq olun. (Qautama Budda)
  • Səhvi düzəltməmək ən böyük səhvdir. (Konfutsi)
  • Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. (Frensis Bekon)
  • Siz həyatınızın ən əsas qurucususunuz, istər bundan xəbəriniz olsun, istər olmasın (Rövşən Abdullaoğlu)
  • Səndə olmayanlar səndə olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini bilsən, o, səndə olmayanların hamısını əvəz edəcək qədərdir. (Əbu Turxan)
  • Səhv etməkdən qorxan heç bir işə başlaya bilməz. (Əbu Turxan)
  • Sağlamlıq təvazökardır, xəstəlik isə özünü tez biruzə verir. (Əbu Turxan)
  • Səth xarici mühitlə təmasda cilalanır, işıqlanır; iç qat içəridə – qaranlıqda qalır, ta-a o vaxta qədər ki, güclü bir şüa səthdən keçib dərin qatlara nüfuz etsin. (Əbu Turxan)
  • Silah zəiflə güclü arasında fərqi aradan götürür. (Əbu Turxan)
  • Sənət məmləkətində bütün məbədlər unikaldır; onlar heç vaxt bir-birinin üzərinə toplanmır. (Əbu Turxan)
  • Sınaq-səhv metodu elm üçündür. Sənət əsərləri sınaq-səhv metodu ilə yaradıla bilməz, çünki qəlblərə ünvanlanmışdır. (Əbu Turxan)
  • Sənətdə yaradıcılıq prosesi o dərəcədə fərdidir ki, həmmüəllif olmaq mümkün deyil. (Əbu Turxan)
  • Sözün formasına aludə olanda məna kölgədə qalır. (Əbu Turxan)
  • Sözü kütlənin səviyyəsinə endirənlər daha tez populyarlaşırlar. (Əbu Turxan)
  • Sənətdə təsvir olunan səma deyil, çay deyil, dəniz deyil… Təsvir olunan qəlbin ənginliyidir. (Əbu Turxan)
  • Söz sədəfdir, fikir – mirvari. (Əbu Turxan)
  • Sənətin missiyası ilahi gözəlliyi onun təzahürlərində görə bilməkdir. (Əbu Turxan)
  • Sonsuzluğu, əbədiyyəti məntiqlə dərk etmək mümkün olmadığı kimi, duyğu ilə də ehtiva etmək mümkün deyil. (Əbu Turxan)
  • Sahibsiz fikrə sahib çıxan çox olur. (Əbu Turxan)
  • Sevməyənlər xoşbəxt ola bilməzlər. (Əbu Turxan)
  • Sanki bütün dünya sevgililərin sevincinə şərik olur. (Əbu Turxan)
  • Sayıqlığı itirmək silahı itirməkdən betərdir. (Əbu Turxan)
  • Səhifəni axıra qədər doldurmağa çalışmayın, oxucu üçün də boşluqlar qalmalıdır. (Əbu Turxan)
  • Sevgini sevgidən başqa yolla duymaq mümkün deyil. (Əbu Turxan)
  • Sivilizasiyanın əsasında əmək bölgüsü dayandığı kimi, ailəni də mümkün edən kişi ilə qadın arasında əmək bölgüsüdür. (Əbu Turxan)
  • Səmimiyyət dostluğun məhək daşıdır. (Əbu Turxan)
  • Səndə vuruşmaq əzmi hələ qalırsa, deməli, düşmən vaxtından əvvəl sevinir. (Əbu Turxan)
  • Səxavət – həddini keçəndə israfçılığa, sevgi – həddini keçəndə məcnunluğa çevrilir. (Əbu Turxan)
  • Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır. (Əbu Turxan)
  • Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. (Əbu Turxan)
  • Simasızlıq əslində simaların çoxluğundan irəli gəlir. (Əbu Turxan)
  • Süni gözəlliyin yolu əzab-əziyyətdən keçir. Parlamaq üçün öncə pardaqlanmaq, hamar olmaq üçün öncə yonulmaq tələb olunur. (Əbu Turxan)
  • Sakit görünən dənizin təlatümü dərin qatdadır. (Əbu Turxan)
  • Sonlunun hüdudundan çıxmadan sonsuzluğu duymaq olmaz. (Əbu Turxan)
  • Sevgi hissindən məhrum olan adam dindar ola bilməz. (Əbu Turxan)
  • Sağlığında tərki-dünya olanlar öləndə heç nə itirmirlər. (Əbu Turxan)
  • Sevgi ancaq işıqlı adamların qismətidir. Qara qəlblər işıqdan qorxur. (Əbu Turxan)
  • Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. (Əbu Turxan)
  • Sahil ümiddir; gözdən itəndə dənizdə ancaq vahimə qalır. (Əbu Turxan)
  • Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal dünyasına köç edir. (Əbu Turxan)
  • Səxavət və bədxərclik zahirən nə qədər bənzəsə də, fərqli mahiyyətlərin ifadəsidir. (Əbu Turxan)
  • Sonsuz hissin sonlu varlığa yönəldilməsi sözün müstəqim mənasında məcnunluqdur. (Əbu Turxan)
  • Sevən könül gözəl olar. (Əbu Turxan)
  • Sənə yardım edənlərə yardım etməyi arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et! (Əbu Turxan)
  • Sevgi daha çox qeyri-müəyyənliklə, müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində bir möcüzə axtarışıdır. (Əbu Turxan)
  • Sözün şeriyyəti fikrin şeriyyətinə xidmət etməlidir. (Əbu Turxan)
  • Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. (Əbu Turxan)
  • Sevdiklərimiz kitab kimidir.
    Oxuduğumuz müddətdə ayrılmaq istəmirik;
    amma elə ki, oxuyub qurtardıq, yenidən oxumaq maraqsız olur. (Əbu Turxan)
  • Sevgi təbiətin ikinci günəşidir. (Corc Çapmen)
  • Sizə necə varlı olmağı deyəcəm. Qapıları bağlayın. Digərləri hirslənəndə bitərəf olun, digərləri bitərəf ikən hirsli. (Uorren Baffett)
  • Səxavətin həddi var, əgər onu aşsalar ifrat olar. (İmam Həsən Əskəri)
  • Səninlə görüşə gələrkən əllərim cibimdə gələrdim. Bəlkə eşqimin əlləri üşüyüb, ovucumda isidərəm deyə. (Attila İlhan)
  • Sənət, ictimai bir səydir; cəmiyyətdən gəlir, cəmiyyətə dönür. Lakin gələnlə gedən eyni şey deyil. (Attila İlhan)
  • Sərxoşluq-bütün pis adətlərin anasıdır. (Əbül Fərəc)
  • Sınanmış dostları itirən adam tündməcazdır. (Demokrit)
  • Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlarınızdan qorxun. (Obreqon)
  • Səbir ilə yaranar hər böyük zəfər. (Səməd Vurğun)
  • Sözü işə çevirmək, işi sözə çevirməkdən qat-qat çətindir. (Maksim Qorki)
  • Sürünmək üçün yarananlar uça bilmirlər! (Maksim Qorki)
  • Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!.. (Maksim Qorki)
  • Saat 12-dən sonra hər içki şərabdır. (Camal Sürəya)
  • Sabahısı gün sənə qovuşmayacağım üçün, yatmadığım gecələrim var mənim. (Camal Sürəya)
  • Sevmək gözəl peşədir, amma çətindir. Can dözür dözməyinə, amma ürək getdi gedəcək. (Camal Sürəya)
  • Səni soruşurlar… Öldümü deyim yoxsa dönəcəkmi? İkisi də qeyri-mümkün deyilmi? Çünki bilirəm; Əsla geri dönməzsən və bilirsən; Sən mənim üçün əsla ölməzsən! (Camal Sürəya)
  • Sənə səni sevirəm dediyim qədər, anama yaxşı ana desəydim; Hazırıydı cənnətdəki yerim. (Camal Sürəya)
  • Sənətkarın öz əsərində iştirakı Tanrının kainatda mövcudluğu kimi olmalıdır – o, hər şeyi görməli və gözə görünməməlidir. (Flober)
  • Sirrini küləyə açırsansa, küləyi, sənin sirrini açdığına görə günahlandırmamalısan. (Xəlil Cibran)
  • Sən eşitdiklərinə inanırsan; söylənməyənə inan! Çünki insanın səssizliyi, sözlərdən daha yaxındır həqiqətə. (Xəlil Cibran)
  • Sənə necə davranmalarını istəyirsənsə, sən də başqalarına elə davran. Lakin, ilk yaxşı davranışı sən et. (Devid Yum)
  • Siz yüksəlmək istəyincə yuxarı baxarsınız. Mənsə aşağı baxaram. (Fridrix Nitsşe)
  • Sənin öz yolun var. Mənim isə öz yolum var. Düzgün, doğru və yeganə yola gəldikdə isə, bu mövcud deyil. (Fridrix Nitsşe)
  • Sürülər sənin ardınca qaçsa da, bunda yaxşı heç nə yox (Fridrix Nitsşe)
  • Səhv anlayanlar tərəfindən söylənilən bir doğrudan daha pis heç bir yalan yoxdur. (Vilyam Ceyms)
  • Sevgi yanğınından sığortalanmırlar. (Edit Piaf)
  • Sevgi yoxa çıxanda onu ya qızdırmaq, ya da tullamaq lazımdır. Bu, sərin yerdə saxlanılası ərzaq deyil. (Edit Piaf)
  • Söyləmək istəyib də söyləyə bilmədiyim çox şey var.. Kiminin üzünə kiminin gəlmişinə, keçmişinə. (Yılmaz Ərdoğan)
  • Son siqaretim kimi idin sən sevgili, qıya bilməzdim çəkməyə.. O cibimdə qırıldı, sən ürəyimdə. (Yılmaz Ərdoğan)
  • Səninlə qarşılaşmağım həyatımın ən böyük səhvi idi; və sırf səninlə digər tərəfdə qarşılaşmamaq üçün halal edirəm haqqımı! (Yılmaz Ərdoğan)
  • Sənə baxmaq bir möcüzəni anlamaqdır. (Yılmaz Ərdoğan)
  • Sənin kimi olmaq variydı; Amma Allah məni "insan" olaraq yaratdı. (Yılmaz Ərdoğan)
  • Sənə qovuşmaq deyil niyyətim, narahat olma! Yolda bir dilənçi görsəm pul belə vermirəm "Allah sevdiyinə qovuşdursun" deyər deyə. (Yılmaz Ərdoğan)
  • Suyun rəngi qabının rəngidir. (Bistami)
  • Sevgidən daha artıq yalnız pul insanı həyəcanlandırır. (Benjamin Dizraeli)
  • Sülh istəyirsinizsə döyüşə hazır olun. (Qay Yuli Sezar)
  • Sevgilin ola biləcək bir çox insan ola bilər; amma unutma ki, sevdiyin ola biləcək insan bir dənədir. (Bob Marli)
  • Səhvlər pis deyil. Onları düzəltməmək belə pis deyil. Pis olan, onları gizləməkdir. (Bertolt Brext)
  • Sevmək bu qədər gözəlsə, kim bilir sevməyi yaradan nə qədər gözəldir... (Şəms Təbrizi)
  • Sevməyə layiq olmayanı xatırlayaraq qiymətli etmə. Dönməkmi istəyir, bir şans daha vermə. Unutma; Sevgi ürəkli olana yaraşar. (Şəms Təbrizi)
  • Söylə mənə sevgilim, ilk nə vaxt anladın məni sevdiyini? Özünü axmaqlıqla hər suçlayışlarında özümü çox kədərli hiss etdiyimi anlayanda. (Alfons Alle)
  • Sən artıq başqasının sevgilisisən. Bu cümləni qurmamaq üçün ölmək belə istərdim. (Cezmi Ərsöz)
  • Sevgi bir od ki, yandırır ürəyi;
    Sevgi bir göz ki, yox onun bəbəyi. (Cəfər Cabbarlı)
  • Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi, həyəcani-bədii təmin etməkdir. (Cəfər Cabbarlı)
  • Sevgi və dostluq bir birlərini istisna edirlər. (Jan de Labrüyer)
  • Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır. (Jan de Labrüyer)
Top