"Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey Türk Övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..." (Mustafa Kamal Atatürk)
"Təbiətin gözəlliyinə bax!" dedim. "Ağaclara görə heç bir şey görə bilmirəm" dedi. (Kiçik İsgəndər)
"Sənin üçün ölərəm" dedi. "Mənim üçün onsuz da ölmüsən" dedim. Cəsədini götürüb çıxdı. (Kiçik İsgəndər)
"Sevirəm, bağışla" dedi. O an insanın yalnız ağzıyla gülmədiyini anladım. (Kiçik İsgəndər)
"Məni unut" deyirsən. Bu mənə qeyri-mümkün görünür. Çünki, səni unutmaq üçün əvvəlcə səni xatırlamalıyam. (Kiçik İsgəndər)
"Yaxşı ki"lərin "kaş ki"lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz. (Adam Faver)
"Hər şey sanki bir möcüzə kimi oldu" (Fyodor Dostoyevski)
"Əsgərlikdən kartofdan nifrət etdiyim qədər nifrət edirəm" (Fyodor Dostoyevski)
"Niyə kefsizsən?" dedi. "Kefsiz deyiləm, bacarıqsızam" dedim. Sizin kimi, xoşbəxt olduğumu sanmağı bacara bilmirəm... (Pol Oster)
"Mən futbola bütün dünya qadınlarına azadlıq gətirən qüvvə kimi baxıram" (Yozef Blatter)
"Heç kim mənim qədər sevmədi!' deyə qışqırırdı bir adam. Gözlərin gəldi ağılıma.. Gülümsədim, keçdim... (Murathan Mungan)
"Yer üzündə ən yaxşı şey nədir?" deyə soruşduqlarında,"Azad olmaq," deyə cavab verdi. (Sinoplu Diogen)
"Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. (Turqut Uyar)
"Rusizm", irqçilik və Faşizmdən daha betər yeni bir ideologiyadır. (Cövhər Dudayev)
"Hərb və Sülh" əsərindən (Lev Tolstoy)
"Yaxşıyam" deyirik həmişə, vərdiş bizimkisi. Yaxşı, amma qarşımızdakı adam da həqiqətən necə olduğumuzla maraqlanır sanki.. (Can Dündar)
"Ya divar kağızı gedir, ya da mən". (Oskar Uayld)
"O da sənin kimi sevirmi?" dedilər. Cavab verə bilmədiyim tək sual bu idi... (Can Yücəl)
"Hamını" ona bənzədirsənsə, aşiqsən deməkdir. Əgər onu "hamıya" bənzədirsənsə, artıq təksən deməkdir. (Can Yücəl)
"Kaş ki tanımasaydım" dediyim heçkimim olmadı mənim. "Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu. (Qabriel Qarsia Markes)
"Qara bir işıq görürəm". (Viktor Hüqo)
"Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində. (Viktor Hüqo)
"Mən vəzifəmi burada bitirirəm." (Albert Eynşteyn)
"Bu möhtəşəm müharibə məni bitirdi." (Yozef Haydn)
"Hər şey bitdi, artıq çox gecdir". (Corc Bayron)
"Gözə göz, dişə diş" düşüncəsi bütün dünyanı kor edəcək. (Mahatma Qandi)
"Ağılmı, pulmu?" Dedi. Mən pul dedim. Mən olsaydım ağılı seçərdim dedi. Haqlısan dedim; Hər kəs ehtiyacı olduğu şeyi seçər. (Bob Dilan)
"Komediya bitdi". (Lüdviq van Bethoven)
"Azərbaycanın Prezidenti kimi mən çalışacağam ki, hər bir vətəndaş, hər bir şəxs bu böyük layihələrdən, Azərbaycanda gedən inkişafdan bəhrələnsin. Bu, mənim vəzifəmdir, mənim borcumdur. Mən də bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm" (İlham Əliyev)
"Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir" (İlham Əliyev)
"Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq" (İlham Əliyev)
"Biz 1994-cü ildə xarici şirkətlərlə "Əsrin müqaviləsi"ni imzaladıq və bu müqavilədə bir vergül belə dəyişdirilməyibdir. Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır, onu səhv bir addımla itirmək olar" (İlham Əliyev)
"Azərbaycanın indiki inkişafında bir nömrəli problem öz doğma torpaqlarımızı qaytarmaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır" (İlham Əliyev)
"Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək" (İlham Əliyev)
"Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir" (İlham Əliyev)
"Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" (İlham Əliyev)
"Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir" (İlham Əliyev)
"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşayıblar, ermənilər oraya qonaq kimi gəliblər. Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olub. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülüb. Bu ad Sovet İttifaqı zamanında verilib. Dağlıq Qarabağ - Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarıb və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı var və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq" (İlham Əliyev)
"Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram" (İlham Əliyev)
" Niyə də olmasın? Nə də olsa öz malıdır." Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq. (Çarli Çaplin)
" Saxtakarlığın universal səviyyədə hakim olduğu dövrlərdə, gerçəyi söyləmək inqilabçı bir hərəkətdir." (Corc Oruell)
"Hər şeydən elə sıxıldım ki...". (İohann Volfqanq Göte)
"Belə eləmə" az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə. (Maksim Qorki)
"Düşənin dostu olmaz" deyir bəziləri. Sanki ayaqda olanın dostu çoxmuş kimi. (Camal Sürəya)