Tarixi yaşadığımız kimi yazdıq, lakin gələcəyi respublikaya inananlara, onu qoruyanlara və yaşadacaqlara əmanət etmək lazımdır. (Mustafa Kamal Atatürk)
Türk millətinin xarakter və adətlərinə ən uyğun olan idarə, respublika idarəsidir. (Mustafa Kamal Atatürk)
Türk millətinin istedadı və qəti qərarı mədəniyyət yolunda dayanmadan, qorxmadan irəliləməkdir. (Mustafa Kamal Atatürk)
Türkiyə cümhuriyyətini quran Türkiyə xalqına Türk milləti deyilir. (Mustafa Kamal Atatürk)
Türk övladı əcdadını tanıdıqca daha böyük işlər etmək üçün özündə qüvvət tapacaq. (Mustafa Kamal Atatürk)
Təlimlər pəncərə şüşəsinə bənzəyir. Biz həqiqəti onun arxasından görürük və elə o da bizi həqiqətdən aralayır. (Cübran)
Tənhalıq təkcə kədərin yox, bütün mənəvi halların həmdəmidir. (Cübran)
Türk qanlı, islam imanlı və firəng qiyafəli (fikirli) olalım (Əli bəy Hüseynzadə)
Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar. (Əli bəy Hüseynzadə)
Təcrübə insanın başına gələn şey deyil, o insanın o başına gələnlə nə etdiyidir. (Oldos Haksli)
Təcrübə, bir insanın başından keçənlər deyil, başından keçənlərin buraxdığı izlərdir. (Oldos Haksli)
Tanımadığını sevmək mümkün deyil. (Fyodor Dostoyevski)
Tərk edilən birinə 'həyat necə gedir?' deyə soruşulmaz. Çünki tək problem həyatın davam edir olmasıdır. (Pol Oster)
Tərk edən adam, özünün əsla tərk edilməyəcəyinə inanan insandır. Heykəlini tikməyə isə ehtiyac yoxdur, çünki o onsuz da daşdandır. (Pol Oster)
Təvazökarlıq öz gerçək dəyərini anlamaqdır. (Anatol Frans)
Televiziya psixiatriya üzərinə çox şey bacarmışdır, həm psixiatriyanı tanıtmış həm də ehtiyac yaratmışdır. (Alfred Hiçkok)
Televiziyada bir cinayət görmək adamın kinini apara bilər. Əgər siz heç kimə kin bəsləmirsinizsə, reklamları izləyin. (Alfred Hiçkok)
Televiziyanın etdiyi ən böyük qatqılardan biri, cinayəti təkrar evə gətirməsidir, aid olduğu yerə. (Alfred Hiçkok)
The Bird (Quşlar) etdiyim ən qorxunc film ola bilərdi. (Alfred Hiçkok)
Televiziya o dərəcədə önəmlidir ki, onu ancaq televiziya işçilərinin öhdəsinə buraxmaq olmaz. (A.Benn)
Tək nəfərlikmiydi ki bu şəhər, sən gedəndə bomboş qaldı. (Özdəmir Asaf)
Təqvim hər kəs üçün eyni olsa da, zaman hər kəsin içində başqa cür ilərləyir. (Murathan Mungan)
Tənhalıqdan qorxmursansa, evlən. (Anton Çexov)
Taleyə 2 şeyə görə minnətdaram: 1-ci ona görə ki ispanam, 2-ci ona görə ki Salvador Daliyəm. (Salvador Dali)
Tək işsiz olanlar deyil daha yaxşı işlər edə biləcək olanlar da başıboşdur. (Sokrat)
Təbii olan gözəldir. (Volter)
Tək bir xətt məna kəsb edə bilməz, ikincisi də olmalıdır ki, nəyi isə ifadə etmək mümkün olsun. (Ejen Delakrua)
Torpaqdan gəldi insan, yenə torpağa dönəcək, iki dilim çörək üçün ömür boyu döyüşəcək. (Barış Manço)
Tarixi kəsilmələr dövründə ənənəçilik millət məfhumunun mühafizə edilməsi üçün ictihaddan daha əhəmiyyətlidir. (Məhəmməd İqbal)
Tanrının düşmənlərimə yazığı gəlsin, çünki mənim yazığım gəlməyəcək. (Corc Patton)
Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmə adətini qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər. (İmam Kazım)
Tanrının oğlu öldü: bu qətidir, ona görə ki, mənasızdır. Dəfn edildikdən sonra dirildi: bu şübhəsizdir, çünki ağlabatan deyil. (Tertullian)
Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tuturam. (Rene Dekart)
Tanrının varlığı, bir həqiqəti ifadə edən həndəsi teoremlərdən daha həqiqidir. (Rene Dekart)
Tanrının elminin mükəmməl olması ve onun aldanmaz ve aldatmaz olması inanışı, vəhyin əsasını yaradır. (Rene Dekart)
Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. (Fəridəddin Əttar)
Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. (Bencamin Franklin)
Tənbəllik elə yavaş yavaş gedir ki, kasıblıq gəlib ona tez çatır. (Bencamin Franklin)
Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər. (Bencamin Franklin)
Tez yatıb taz qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər. (Bencamin Franklin)
Tanrı, özlərinə kömək edənlərə kömək edər. (Bencamin Franklin)
Təzyiq, qiyamın toxumudur. (Daniel Vebster)
Tahir olmaq da ayıb deyil Zöhrə olmaq da, hətta sevda üzündən ölmək də ayıb deyil. (Nazim Hikmət)
Tərif; yaxşı adamı daha yaxşı, pis adamı daha pis edər. (Ergün Gülər)
Təşəbbüs, kredit kartı kimidir. Doğru istifadə edilməzsə, zərər gətirər. (Ergün Gülər)
Tarixi olmayan ölkə ölü ölkədir. (Sinkler Lyuis)
Tamı mənimsəmək heç də o demək deyil ki, hissəni də mənimsəmişik. (Aristotel)
Təhsilin kökləri acı, meyvələri şirindir. (Aristotel)
Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır. (Aristotel)
Təbiətdə "pis" olaraq xarakterizə edilə biləcək heç bir hadisə olmaz. (Benedikt Spinoza)
Türkiyə həm Türk dünyasının, həm də islam aləminin ümid işığıdır. Bu işığın sönməsi həm islam aləminin, həm də Türk dünyasının qaranlığa basdırılması deməkdir! (Cövhər Dudayev)
Təfəkkür öz qanunlarını təbiətdən almır, onları təbiətə şamil edir. (İmmanuel Kant)
Təxəyyül! Bunsuz nə şair, nə filosof, nə aqil insan, nə düşünən varlıq, nə də sadəcə insan olmaq mümkün deyil. (Deni Didro)
Tapança silah deyil, Marg. O bir alətdir. Bıçaq, nizə və timsah kimi... (Homer Simpson)
Tərbiyə ilə təhsil ayrılmazdır. (Lev Tolstoy)
Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. (Teymurləng)
Təcrübə göstərdi ki həqiqi dost budur: Əsla gücənməz, dostunun düşmənləri onun da düşmənləridir və lazım olduğunda həyatını fəda edər. (Teymurləng)
Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt yorulmuram. Daha doğrusu bu yorğunluqdan ləzzət alıram. (Yaşar Nuri)
Təbiət öz gözəlliyninin tərənnümündə şairlərə, yazıçılara borclu olduğu kimi, yazıçı və şairlər də bir çox cəhətdən təbiətə borcludurlar. (Valter Skott)
Təbiət incəsənəti onun əzəli yaratdıqlarının gözəlliklərindən vəcdə gəlmiş insanın iradəsi ilə yaradır. (Emerson)
Torpağı itirənlər ən əvvəl torpaq olub o torpağa qarışmaq haqqını itirirlər. (Yakov Qolosovker)
Tariximizin ən pis yanlarından biri, özünü nə qədər təkrar etdiyidir. (Corc Karlin)
Təcrübə insanların səhvlərinə verdiyi addır. (Oskar Uayld)
Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür. (Oskar Uayld)
Təbiət bir çərçivə, bir səhnədir. (Əhməd Hamdi Tanpınar)
Təcrübə insanın işinə həmişə yaraya bilməz. Çünki heç bir hadisə eyni formada iki dəfə təkrarlanmır. (Uinston Çörçill)
Təkəm.. Çünki hər hansı biriylə yox, gözlədiyimə dəyəcək biriylə davam etməliyəm bu yola. (Can Yücəl)
Tovuz quşunun qanadı özünə düşməndir. (Cəlaləddin Rumi)
Tut ki Əli'dən miras qaldı sənə Zülfiqar, Səndə Əli'nin ürəyi yoxsa Zülfiqar nəyə yarar? (Cəlaləddin Rumi)
Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır. (Xudu Məmmədov)
Təşkil olunmuş bekarçılıq... (Xudu Məmmədov)
Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur. (Xudu Məmmədov)
Təzad həyatın ahəngidir. (Hüseyn Cavid)
Tərifə laqeyd olanlar deyil, tənqidə diqqətli olanlar təvazökardır. (Jan Pol)
Tanrım! Özüm üçün bir şey istəmirəm. Yalnız anama pullu və gözəl bir gəlin nəsib et! (Cem Yılmaz)
Tez-tez əməliyyat keçir, için açılar. (Cem Yılmaz)
Tanrının nəzərində mən ölümsüzəm, rahat şəkildə məzarımda yatıram. (Tupak Şakur)
Tək dostum kasıblığımdır. (Tupak Şakur)
Tələbələrdən söylənilən faktlardan uzağı görməyi tələb edin. (Ceyms Uotson)
Tələbələrinizi sizin mütəxəssis olmadığınız predmetləri mənimsəməyə görə mükafatlandırın. (Ceyms Uotson)
Təkrarlanmayan nəticələr uğur gətirə bilər. (Ceyms Uotson)
Televiziya indiki halda xalq üçün tiryəkdir. (Nikson)
Tətbiqə əlverişli olmayan nəzəriyyə mənasız, nəzəriyyəyə dözməyən tətbiq isə sonsuzdur. (Leonardo da Vinçi)
Təbiət boşluqları sevmir: insanlar da həqiqəti bilməyəndə, boşluqları uydurmalarla doldururlar. (Corc Bernard Şou)
Tarix – əsillərin az, surətlərinsə çox olduğu rəsm qalereyasıdır. (Aleksis de Tokvil)
Təşkilat qurma haqqı imtina edilməz bir haqq və azadlıqdır. (Aleksis de Tokvil)
Tarixinin səhv yazılması bir millət olmağın parçasıdır. (Ernest Renan)
Tale bəhanələr qəbul etmir. (Ziqmund Freyd)
Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz. (Sədi Şirazi)
Tamahkara dünyanı da versən, doymaz. (Sədi Şirazi)
Torpağın sürtülməsi dəmiri təmizlədiyi kimi Allahı yaddan çıxarmamaq da insanın ürəyini təmizləyir. (Mühəmməd peyğəmbər (SƏS))
Tərəzidə gözəl xasiyyətdən daha ağır gələn heç bir şey yoxdur. (Mühəmməd peyğəmbər (SƏS))
Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın. (Mühəmməd peyğəmbər (SƏS))
Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. (Viktor Hüqo)
Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdı. (İlhan Bərk)
Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır. (Qalileo Qaliley)
Təxəyyül məlumatdan daha əhəmiyyətlidir. (Albert Eynşteyn)
Tarix mənimçün mıxa bənzər bir şeydir, mən ora öz romanlarımı asıram. Tarixlə hər bir şey eləmək olar, təki nəticəsində uşaq alınsın. (Aleksandr Düma)
Tülkü hini yaxşı tanıyır deyə gözətçi edilərmi? (Harri Trumen)
Teatr mənim üçün ən gözəl sənət sahəsidir. (Həsən Nail Canat)
Tanrı, sevdiklərinə tez ölüm verər. (Corc Bayron)
Tək kitablı adamdan qorx (Bertran Rassel)
Tanrı hər şeyi ölçüylə yaratmışdır. Ağırlıq, ədəd və uzunluq. (İsaak Nyuton)
Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir. (Mişel de Monten)
Tanrı dualarımızı bizə görə yox, öz üsuluna görə cavablar. (Mahatma Qandi)
Təbiət və Təbiətin qanunu, qaranlıqda gizli idi. (Aleksandr Pop)
Tanrı: "Nyuton olsun!" dedi və hər şey. işıqlandı. (Aleksandr Pop)
Təbiət gizlənməyi xoşlayır. (Heraklit)
Təbiətlə həmahəng ol. (Heraklit)
Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz... (Nəcib Fazil Qısakürək)
Tumurcuq dərdində olmayan ağac, odundur. (Nəcib Fazil Qısakürək)
Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get! (Nəcib Fazil Qısakürək)
Tabutumun taxtası, bilsəm hansı ağacda? (Nəcib Fazil Qısakürək)
Tək özün danışsan həmişə haqlı olacaqsan. (Onore de Balzak)
Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır. (Tur Xander)
Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır. (Tur Xander)
Tək-tək insanların şablonları aşıb keçməsi üçün təbiət özü də ara-sıra istisnalar etməlidir. (Tur Xander)
Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır. (Tur Xander)
Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır. (Tur Xander)
Təhsil Azərbaycanın üzqaralığıdır. (Çingiz Abdullayev)
Təcrübə ağır zəhmət ilə qazanılır, lakin maymaqların (giclərin) təcrübəsi heç zaman olmur. (Naməlum)
Tanrını tanımaq və onu sevmək arasında nə çox fərq vardır. (Blez Paskal)
Təsadüfi kəşfləri yalnız hazırlığı olan insanlar edir. (Blez Paskal)
Talenin bizi məhv etmək üçün iki yolu var: diləklərimizi rədd etmək və onları yerinə yetirmək. (Henri-Fridrix Amyel)
Tövbə, rəhbərlik dəyişikliyidir. (Əbdülqədir Geylani)
Təslim ol, rahatı tap. (Əbdülqədir Geylani)
Təsəvvüf yolu zahiri və qərbi hökmlərə riayət etməyi və hər şeydən fani olmağı tələb edir. (Əbdülqədir Geylani)
Tale üzərində durub onu sübut göstərməyimiz düzgün deyil. Əksinə biz çalışar, çabalar və nə etiraz, nə də tənbəllik etmərik. (Əbdülqədir Geylani)
Təsəvvüf yolu salehləri görüb onların söhbətlərini əzbərləməklə keçilməz. (Əbdülqədir Geylani)
Tərbiyəçinin özü də tərbiyəli olmalıdır. (Karl Marks)
Təkcə dirilərdən deyil, ölülərdən də çəkəcəyimiz var. (Karl Marks)
Tarixin təkəri həmişə irəliyə və yaxşıya doğru dönər. (Karl Marks)
Tək Türklərə deyil, Rumlara da barış gətirəcəyik. (Bülənt Əcəvit)
Tanrı ruhunu bağışlasın" deyən keşişə qarşılıq olaraq. (Çarli Çaplin)
Təklikdə xoşbəxt ola bilməzsən: xoşbəxtlik iki adamın qismətidir. (Pifaqor)
Təsəvvür edə bilərsinizsə, yarada bilərsiniz. Hər şeyin bir siçanla başladığını heç vaxt unutmayın. (Uolt Disney)
Talan və acgözlük ancaq camaata riyakarlıq ənənəsi aşılamaq sayəsində ayaq tutub yeriyə bilir. (Dürinq)
Təhlükəli bir dövrdə yaşayırıq, insan özünə hökm etməyi öyrənmədən təbiətə hökm etməyi öyrəndi. (Albert Şveytser)
Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır. (Georq Vilhelm Fridrix Hegel)
Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var. (Artur Şopenhauer)
Təbiət, insan növünü ikiyə bölərkən xətti ortadan çəkməmişdir. (Artur Şopenhauer)
Tumurcuq sevəndə çiçək olur, çiçək sevəndə – bar. (Rabindranat Taqor)
Təriflənmək məni utandırır, çünki gizlində onu arzulayıram. (Rabindranat Taqor)
Tarix həmişə hər şeyi öz yerinə qoyur. (Heydər Əliyev)
Tənqid həmişə işə kömək edir. (Heydər Əliyev)
Təsəvvür,xəyal dünyanı idarə edir. (Napoleon Bonapart)
Türkiyədə 1 milyon erməni və 30 min kürd öldürüldü. Bu barədə kimsə danışmağa cəsarət etmir və hər dəfə mən danışmağa məcbur oluram. (Orxan Pamuk)
Terrorizm - mükəmməl fakt və reallıqdır. Və ən təhlükəli odur ki, bununla məşğul olanlar onu əsaslandırılmış sayırlar. (Müəmmər əl-Qəzzafi)
Təəssüf edirəm, axmaqlığa qarşı allergiyam var. (Uill Smit)
Toystoyun dediyi kimi "Xoşbəxtlik bir alleqoriya, bədbəxtlik isə hekayədir." (Haruki Murakami)
Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. (Mark Tven)
Təəssüflər olsun ki,bəzən insanı çaşdırmağın bir yolu-ona həqiqəti olduğu kimi söyləməkdir. (Mark Tven)
Tək bir adam üçün darıxarsınız və hər yer kimsəsiz gələr. (Alfons de Lamartin)
Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir şey öyrədə bilən başqa bir məktəb də yoxdur. (Conatan Svift)
Tanrının ən qiymətli hədiyyəsi olan həyat, çox vaxt tibb bacısının əllərinə tərk edilmişdir. (Florens Naytinqeyl)
Televiziya elə adamlardan həzz almağa imkan verir ki, onları biz evin kandarına da buraxmarıq. (D.Frostalic)
Tərbiyə də ancaq elmin gücü ilə olur. (Nəriman Nərimanov)
Tunelə girəndə diqqətli olun, ümid sandığınız işıq qatarın farası da ola bilər. (Çarlz Bukovski)
Tanrının harda olduğunu bilmək istəyirsənsə, əyyaşdan soruş. (Çarlz Bukovski)
Tək olmaq, səhv bir ürəkdə olmaqdan yaxşıdır. (Çarlz Bukovski)
Tək qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda. (Çarlz Bukovski)
Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa. (Çarlz Bukovski)
Təzyiq və şiddət təklikdən doğulur, xarakter dünyanın fırtınaları və dalğaları arasında şəkil alır. (İohann Volfqanq Göte)
Təkliyə məğlub olmamaq üçün, tez-tez xəyallar qurular, amma əslində nəyin xəyalını qurursan qur, təklik hər xəyalın sonudur. (İohann Volfqanq Göte)
Təklik tək söz, söylənişi nə qədər asan. Halbuki yaşanması o qədər çətindir ki. (İohann Volfqanq Göte)
Təbiətdə hər şey içəridən bağlıdır bir-birinə... (İohann Volfqanq Göte)
Təbiətin ən böyük möcüzəsi anadır. (İohann Volfqanq Göte)
Təhlükənin də öz gözəlliyi var, o, insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır. (İohann Volfqanq Göte)
Tənliklərin gözəlliyi onların eksperimentə uyğun gəlməsindən daha önəmlidir. (Dirak)
Təmiz bir vicdan, ən rahat yastıqdır. (Klemens Brentano)
Tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir. (Helvetsi)
Tale vəd etdiyini baha satır. (Helvetsi)
Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz. (Qautama Budda)
Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar. (Konfutsi)
Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. (Frensis Bekon)
Təbiətində gözəllik olmayan heç nə yoxdur. (Əbu Turxan)
Tərbiyəçi qarşısındakını öyrətməzdən əvvəl onu öyrənməlidir. (Əbu Turxan)
Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur. (Əbu Turxan)