Bacarsan hamının yükünü sən çək İnsana ən böyük şərəfdir əmək. Sən də əldən düşüb yorulsan əgər Sənin də yükünü bütün el çəkər. (Nizami Gəncəvi)
Bütün vaxtınızı işə həsr etmək tənbəllikdir (Frensis Bekon)
Dünyada nə qədər kitab var belə Çalışıb əlləşib gətirdim ələ Oxudum, oxudum, sonra da vardım Hər gizli xəznədən bir dürr çıxardım. (Nizami Gəncəvi)
Lazım olan bir sənəti axtar sən Veyil-veyil dolanmaq çox yamandır. Lazım olan bir sənəti tapdınmı Möhkəm yapış, əldən vermə, amandır. (Əbdürrəhman Cami)
Oturub dil tökəcək yerdə gedib tökməli tər, Min çalış qayən üçün, bir qazan ömründə yetər! Aləmdə ziya qalmasa, xəlq etməlisən, xəlq, Ey əlləri böyründə yatan, şaşqın adam, qalx! (Mehmet Akif Ərsoy)
Rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. (Mirzə Ələkbər Sabir)