Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər. (Əbu Turxan)
Bəsirət gözü açılana qədər insan dünyanı bədənin gözü ilə dərk etməyə çalışır. (Əbu Turxan)
Bəzən bir dəqiqəlik həzz ömürlük iztirabların səbəbi olur. (Viland)
Bütün ömür boyu ruh yandıqca səpələnir, paylanır və onun qığılcımları münbit mühitlərə düşərək neçə-neçə yeni həyatların başlanğıcına çevrilir. (Əbu Turxan)
İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur. (Əbu Turxan)
İradə zəif olanda, ağıl başqasının qulluqçusuna çevrilir. (Əbu Turxan)
İstəklər əhvaldan və şəraitdən asılı olaraq dəyişir. Məqsəd isə ağıla əsaslandığı üçün sabit qalır. Ona çatmaq üçün isə neçə-neçə istəklərdən imtina etmək lazım gəlir. (Əbu Turxan)
Könül xoşluğu bədənin daha yaxşı vəziyyəti üçün şərtdir. (Platon)
Nəfsi bir dəfə boğmaq asandır, amma o, səni zəif məqamda yaxalayana qədər hər dəfə yenidən qayıdır. (Əbu Turxan)
O qədər çox yemə ağırlıq etsin, O qədər ac qalma, can əldən getsin. (Sədi Şirazi)
Öz iradənin ağası, öz vicdanının qulu ol! (Mariya Ebner-Eşenbax)
Öz ruhumuzla başqalarını canlandırmaq onlara sahib olmaq deməkdir. (M. Unamuno)
Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. (M. Unamuno)
Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir. (Əbu Turxan)
Qəzəbin alovu ilk əvvəl sahibini yandırar. Sonrakı qığılcımı düşmənə ya çata, ya çatmaya... (Avraam Linkoln)
Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir. (Əbu Turxan)
Qüvvətli ruh zəifləmiş bədəni xilas edir. (Hippokrat)
Ruh nə qədər çox verirsə, o qədər zəngin olur. (M. Unamuno)
Ruh sanki alternativ ruhlar sistemidir. İnsan onların matrisasıdır. (Tur Xander)
Ruhu yenməyin ən asan yolu nəfsə meydan açmaqdır. (Əbu Turxan)
Ruhun əqldən ayrılması iki cür ola bilər: birincisi, ruh göylərə yüksəlir və öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və bədənlə onu bağlayan məqamda qərar tutur. (Əbu Turxan)
Ruhun sabitliyi ancaq ağıl ilə nəfsin müvazinəti sayəsində mümkün olur. (Əbu Turxan)
Ruhun təntənəsi bədənin inkarı üzərində qurulmamalıdır. (Əbu Turxan)
Sağalmağın şərtlərindən biri sağalmaq istəməkdir. (Kiçik Seneka)
Sağlam bədəndə sağlam ruh olar. (El hikməti)
Sağlamlıq təvazökardır, xəstəlik isə özünü tez biruzə verir. (Əbu Turxan)
Şüur nəfsin özünü ələ almasıdır. (Berqson)
Təqva qədər əsrarəngiz bir duyğu yoxdur. (Əbu Turxan)
Yaşadığımız həyatda söz sahibi olmaq istəyiriksə, ruhani yaşantıların enerjisi həyatımıza cəlb olunan ictimai mühiti işıqlandırmaq və canlandırmaq üçün yetərli olmalıdır. (Tur Xander)