Adətlərə arxalanmayan qanunlar zəif olur. (Mark Tulli Siseron)
Bəşəri məhəbbətdən kənarda vətən sevgisi yoxdur. (Anatol Frans)
Bir ölkədə şair nə qədər çoxdursa, həmin ölkə düşüncə baxımından o qədər geridir. İnsanlar və millətlər yaşlandıqca şerin yerinə nəsr keçər. (Cəmil Meriç)
Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. (Aliya İzzetbeqoviç)
Böyük siyasətçilər bəzən aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzməli olurlar. (Əbu Turxan)
Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. (Heydər Əliyev)
Bu gün şüurlarda əsən xəfif meh sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə bilər. (Əbu Turxan)
Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. (Hüseyn Cavid)
Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünüqoruma instinkti var. (Tur Xander)
Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. (Heydər Əliyev)
Deyirlər siyasət ikinci qədim peşədir. Ancaq mən bu nəticəyə gəlmişəm ki, birincidən o, çox şeylər əxz eləyib. (Reyqan)
Dövlət adamının ürəyi başında olmalıdır. (Napoleon Bonapart)
Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. (Heydər Əliyev)
Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. (Tur Xander)
Dövlət Vətəni təcəssüm etdirəndə vətəndaşla Vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır. (Əbu Turxan)
Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. (Heydər Əliyev)
Dövlətlər ancaq yaxşı ilə yamanı bir-birindən seçə bilməyəndə məhv olur. (Antisfen)
Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. (Platon)
Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. (Jan Jak Russo)
Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. (Heydər Əliyev)
Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır. (Mustafa Kamal Atatürk)
Hər xalq öz aqibətinə layiqdir. (Şarl Lui Monteskyö)
Hər xalq öz hökmdarına layiqdir. (Georq Vilhelm Fridrix Hegel)
Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan. (Sədi Şirazi)
İdeologiya – haradasa fəlsəfə ilə siyasətin arasındadır. (Tur Xander)
İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir. (Tur Xander)
İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. (Əbu Turxan)
Kim müsibət günü istər ona bir yar olsun De ki, xoş gündə özü xalqa havadar olsun. (Sədi Şirazi)
Millət yalnız ruhun emosional halından fəlsəfi özünüdərk məqamına yüksəlirkən əsl böyük millət olur. (Əbu Turxan)
Milləti sevmək odur ki, onun hər üzvünün uğuruna öz uğurun kimi sevinəsən və günahı üçün öz günahın kimi xəcalət çəkəsən. (Əbu Turxan)
Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – Vətən sözündə birləşmişdir. (Mark Tulli Siseron)
Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır. (Əbu Turxan)
Vətən sevgisi iki səviyyədə üzə çıxır: biri kortəbii surətdə – doğmalıq hissi kimi, o biri – dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibət kimi. (Əbu Turxan)
Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. (Əbu Turxan)
Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. (Tur Xander)
Vətəndən məhrum olmaq yetimliyin başqa bir formasıdır. (Əbu Turxan)
Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. (Heydər Əliyev)
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. (Heydər Əliyev)
Xalqın içində olmaq hələ xalqla olmaq deyil. (Əbu Turxan)
Xüsusi ümumidən hasil olduğu kimi, Vətənə məhəbbət də bəşəriyyətə məhəbbətdən hasil olmalıdır. (Vissarion Belinski)
Ya bəşəriyyət müharibələrə, ya da müharibələr bəşəriyyətə son qoyacaqdır. (Con Kennedi)
Yaxşı planlaşdırılmış sui-qəsdlər həmişə təsadüfən baş verir. (Əbu Turxan)
Zəfər zəfər deyildir, yenilən düşmən yenildiyini qəbul etməsə. (M.Klaudius)