Hərçənd bizə milliyyətçi deyərlər. Amma, biz elə milliyyətçilərik ki, əməkdaşlıq edən bütün millətlərə hörmət və riayət edərik. Onların milliyyətlərinin bütün zərurətlərini tanıyarıq. Bizim milliyyətçiliyimiz hər halda xudbincə və məğrurca bir milliyyətçilik deyil. (Mustafa Kamal Atatürk)
Heç bir şeyə ehtiyacımız yoxdur, tək bir şeyə ehtiyacımız vardır; çalışqan olmaq! (Mustafa Kamal Atatürk)
Heç bir zəfər məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük bir məqsədə çatmaq üçün lazım olan ən mühüm vasitədir. (Mustafa Kamal Atatürk)
Hər kəs milli vəzifəsini və məsuliyyətini bilməli, dövlət məsələləri üzərində o düşüncəylə, düşünüb vəzifə əldə etməlidir. (Mustafa Kamal Atatürk)
Həqiqi gözəllik ali nəfsin saçdığı elə bir nurdur ki, cismin zahirini işığa qərq edir. (Cübran)
Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda sakitləşir, tarazda olursunuz. (Cübran)
Həqiqi olan sakitdir, süni olan isə dilli-dilavər. (Cübran)
Həqiqəti mənimsəyən də bu həqiqəti söyləyən kimi dəyərli insandır. (Cübran)
Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir. (Cübran)
Həyatın nəsrlə yazdığını mən nəzmlə vəsf edirəm. (Cübran)
Həyat onun qəlbini oxumağı bacaran müğənni tapa bilməyəndə, onun dərrakəsi ilə danışan filosof yaradır. (Cübran)
Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə. (Cübran)
Hər gün təzələnməyən məhəbbət adətə çevrilir. (Cübran)
Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. (Əli bəy Hüseynzadə)
Həqiqətin də dadı və ləzzəti var. (Əli bəy Hüseynzadə)
Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur... (Əli bəy Hüseynzadə)
Həyatda ya tozu tüstüyə qatarsan, ya da tozu tüstüsü udarsan. (Oldos Haksli)
Hipotez tordur: kim onu atırsa, balığı da o tutur. (Novalis)
Hər şey dövlət içində və dövlət üçün, heç bir şey dövlət xaricində və başqa bir şey üçün deyil. (Benito Mussolini)
Həyatı 100 metrə yarışı kimi göstərirlər, yalnız qazanan adamı göstərirlər. 100 metrə yarışında arxada 8 adam vardır. Bunları heç göstərməzlər, ən öndəki adamı göstirlər. (Əhməd Şərif İzgörən)
Hara gedəcəyini bilmirsənsə, hansı yoldan getdiyinin əhəmiyyəti yoxdur. (Əhməd Şərif İzgörən)
Həyatında hansı dəqiqələrin ən əziz olduğunu, yalnız gec olduqda anlayırsan. (Aqata Kristi)
Hər bir dövr yeni ideyaları əldə etməklə yeni göz də əldə edir və insan ruhunun qədim əsərlərində çoxlu yeni şeylər görür. (Heyne)
Hər şeyin bəsitləşdiyi bir dünyada, bəzən itirmək ən doğru seçimdir. Və o dünyada ən doğru seçim, imtina etməkdir. (Adam Faver)
Həqiqətən sevirsənsə, uzaqlıq gözünü qorxutmamalıdı; Çünki unutma yanındaykən belə uzağıydı bəziləri.. (Adam Faver)
Hər gün özümü biraz daha yaxşı hiss edəcəyimi ümid edərək oyanıram. Bəzən elə də olur. Sonra gecə düşür və o hələ də yoxdur.. (Adam Faver)
Heç nəyə heyrətlənməmək ağıl yox, axmaqlıq əlamətidir. (Fyodor Dostoyevski)
Hər kəs hər şeydə cavabdehdir. (Fyodor Dostoyevski)
Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım. (Fyodor Dostoyevski)
Həyatı onun mənasından artıq sevmək lazımdı. (Fyodor Dostoyevski)
Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür. (Fyodor Dostoyevski)
Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir. (Fyodor Dostoyevski)
Həyat elə oyunlar oynayır ki, hara yapışsam düşürəm. Tam da klounun dediyi kimi, "ağlaya bilmədiyimdən gülürəm.." (Pol Oster)
Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün andır. Və ən böyük itkin ona xərclədiyin zamandır. (Pol Oster)
Hər gün yüzlərlə xəyal qurar insan və heç biri gerçək olmaz; amma unutma, bir gün bir gerçək yaşayarsan, heç bir xəyala sığmaz. (Pol Oster)
Həmişə deyilir: 'Eşq bitdiyi yerdən bir daha yaşanar' . Doğru, qopan hər şey bağlanar, amma bağlanan yerdə düyünləri qalar. (Pol Oster)
Heç bir zaman zəmanəti olmayan bir xoşbəxtlik üçün, həyatınızda qalıcı olan şeyləri yox etməyin. Çünki tək kədərlənən siz olarsınız. (Pol Oster)
Hətta ən qabaqcıl partiya belə millət əleyhinə qəsddir. (Corc Sevil Qalifaks)
Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar. Və dostları, sadəcə onun ön sözünü oxuya bilər. (Virciniya Vulf)
Həyatla baş edə bilmirik, yenə də sonsuz bir həyat arzulayırıq. (Anatol Frans)
Həqiqi sevgi, hər kəsin danışdığı kimi bir gül, lakin çox az adamən gördüyü xəyalətlərə bənzər. (Anatol Frans)
Həyası olmayanın imanı yoxdur. (Cəfər Sadiq)
Heç vaxt həqiqi ehtirasla sevməmiş insan həyatının yarısını, həm də gözəl yarısını yaşamamışdır. (Stendal)
Hansı hakimiyyət güclüdür? - sualına Pittak qanunlarla yazılan hakimiyyət – cavabını vermişdir. (Pittak)
Hər şey yalnız bir yuxudur. (Emil Zolya)
Hitler gələr və gedər, amma Almaniya və Alman xalqı qalacaq. (İosif Stalin)
Həqiqi böyüklük Özünə hakim olmaqdir (Daniel Defo)
Hər sevən sevilənin boy aynasıdır. Sevmək sevilənin o aynaya baxmasıdır. (Özdəmir Asaf)
Hər qorxan qaçmaz. Amma hər qaçan, qorxaqdır. (Özdəmir Asaf)
Hər insanın bir hekayəsi vardır, amma şeiri yoxdur. (Özdəmir Asaf)
Halbuki nə çox ağladım mən bir damla yaş tökmədən.. (Özdəmir Asaf)
Hamımız yaranmağımıza bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik. (Murathan Mungan)
Həqiqi azad adam həmişə ölməyə hazır olan adamdır. (Sinoplu Diogen)
Hər bir mədəniyyətin öz ruhu vardır. (Şpenqler)
Heç bir şeydən əsla imtina etmə, çünki imtina edənlər yalnız itirənlərdir. (Avraam Linkoln)
Həyatda olduğum, olacağım hər şeyi gözəl anama borcluyam. (Avraam Linkoln)
Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir . (Anton Çexov)
Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar. (Anton Çexov)
Hər əmr azadlığın sifətində partlayan bir yumruqdur. (Mixail Bakunin)
Heç bir miras düzgünlük qədər zəngin deyil. (Uilyam Şekspir)
Həyatı hiss edin, onu yaşayın. (Uilyam Şekspir)
Hər kəsə qulağını, amma çox azına səsini ver. (Uilyam Şekspir)
Hər dəliliyin öz məntiqi olur. (Uilyam Şekspir)
Həzz almaq ümidi həzzin özü qədər xoşdur. (Uilyam Şekspir)
Həqiqi tərbiyə qaydalardan daha çox məşqlərdən ibarətdir. (Jan Jak Russo)
Haqsızlıq etmək haqsızlığa uğramaqdan daha ağırdır. (Sokrat)
Hamletdə qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! (Volter)
Həqiqəti sev, amma yanlışlıqlara qarşı da səbirli ol. (Volter)
Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan və başlanğıcı isə gülməli olur. (Volter)
Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır. (Volter)
Hər zaman həzz almaq - həzz almamaq deməkdir.. (Volter)
Həddsiz kiçik insanlar həddsiz təkəbbürlü olurlar.. (Volter)
Həmişə həzz almaq həzz almamaq kimidir. (Volter)
Hər yeni doğan körpə yeni bir dünya deməkdir. (Barış Manço)
Haqq-hesab apar, amma sui-istifadəyə yol vermə. Haqq-hesab aparmaqda mənfəət güddüyünü üzə çıxarma və açıqlanmasına qəti surətdə imkan vermə. (Baltazar Qrasian)
Həddindən artıq heyrətlənmə. Mahiyyəti təhrif etməmək və ağılsız kimi görünməmək üçün ifratçılıqdan qaç. Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir. (Baltazar Qrasian)
Hər şeyin dalınca qaçma, dərinliyə can at. Əzəmətin mahiyyəti miqdarda yox, keyfiyyətdədir. Hər şeyin əlası az-az tapılır, nadir olur. Çox olan şeyin qiyməti də aşağı olur. Universal adamların bədbəxtliyi ondadır ki, çox şeyi bilməyə can atırlar və heç nəyi axıra kimi bilmirlər. (Baltazar Qrasian)
Hər bir adamın dilini tapmaq lazımdır. İnsanları idarə etmək məharəti bundadır. Hər bir adımın fərdi ehtirasları var, bunlar fərqlidir, çünki təbii meyllər müxtəlifdir. Bütün insanlar ideala qulluq edirlər. Bəzilərinin idealı tərif, digərlərinin qazanc, əksəriyyətinin isə zövqdür. Əsas məsələ kimin idealının nə olduğunu təyin etməkdir. Sonra onun ehtiraslarının açarını tapmaq lazımdır. (Baltazar Qrasian)
Hətta kiçik nöqsanınla da barışmaz ol. Kamilliyin əlaməti budur. (Baltazar Qrasian)
Hamı çox yaşamağı istəyir, lakin heç kəs qocalmaq istəmir. (Molla Fənari)
Hər kəsin özünə görə bəzi dərdləri vardır, amma bu kimində qramladır, kimində kiloyla. (Migel de Servantes)
Hər kəs əxlaqlı olana qədər, heç kim tamamilə əxlaqlı ola bilməz. (Herbert Spenser)
Hər xalq öz aqibətinə layiqdir. (Şarl Lui Monteskyö)
Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq. (Şarl Lui Monteskyö)
Həyatın alovu görünməyən aydınlığını göstərmək üçün özünü öz dumanı ilə pərdələyir. (Məhəmməd İqbal)
Haqqın qulu hürr insandır. (Məhəmməd İqbal)
Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)
Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan... (Rene Dekart)
Heç getməyəcəkmiş kimi sevənlər, heç sevməmiş kimi getdilər.. (Edip Cansevər)
Heç bir dildə deyilməmiş, heç bir dildə yazılmamış, sözlər və mahnılar içindəyəm. (Edip Cansevər)
Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır! (Bencamin Franklin)
Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. (Bencamin Franklin)
Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir. (Bencamin Franklin)
Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. (Bencamin Franklin)
Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz (Albert Emil Braxvogel)
Heç vaxt demə ki, bilirsən, amma nə danışdığını həmişə bil. (Klavdiy)
Hər hansı bir məqsədə ciddi can atmaq ona nail olmağın yarısıdır. (Humboldt)
Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır. (Məmməd Səid Ordubadi)
Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir. (Məmməd Səid Ordubadi)
Həqiqi şair öz eşqi, öz xoşbəxtliyi və acısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzi vurmalıdır. (Nazim Hikmət)
Hər gələn sevməz və heç bir sevən getməz unutma. Bil ki, gedən dönürsə sevdiyindən deyil, itirdiyindəndir əslində! (Nazim Hikmət)
Heç bir yaxşı idarəçi yoxdur ki, çalışanı pis olsun. (Ergün Gülər)
Heç kimsə rastlantı və ya onun vasitəsi ilə doğru və ağıllı ola bilməz. (Aristotel)
Hüquq hər şeyin üzərində olmalıdır. (Aristotel)
Hər kəs ən çox öz xeyirini, ən az başqalarının xeyirini düşünür. (Aristotel)
Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)
Hər kəs tərgitsin sənin üçün ölərəm sözlərini! Əvvəlcə özünüz üçün yaşamağı öyrənin, ondan sonra başqası üçün ölərsiniz. (Turqut Uyar)
Hamı nə vaxt ölür? Əlbəttə, gülünün solduğu axşam. (Turqut Uyar)
Hər kəsin haqqı gücü qədərdir. (Benedikt Spinoza)
Həyat və mənəviyyat bölünməzdir. (Tomas Mann)
Hər bir insan bir şey etmək istəyəndə üç növ düşmənlə qarşılaşır: bunu onun əvəzinə etmək istəyənlər; birbaşa bunu əksini istəyənlər və heç bir şey etmək istəməyənlər. Çoxluğu təşkil edən üçüncülər elə ən parlaq etirazçılar sayılır. (Bernar Verber)
Hər nə qədər inanmasam da Tanrının varlığını qəbul etmək lazımdır. (İmmanuel Kant)
Hər bir işdə məqsəd olmalıdır, məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görü bilmirsən. (Deni Didro)
Hər insanın həyatı, Tanrının yazdığı bir pəri nağılıdır.. (Hans Kristian Andersen)
Həyat qısadır, deyəsən yalnız öldüyümüzdə anlayacağıq bunu. (Stiv Cobs)
Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
Həyatı şahmatdan fərqləndirən cəhət, şahmatın nə zamansa bitməsi, həyatın isə davam etməsidir. (Ayzek Əzimov)
Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız sesə tabe olmalıyıq,çünki o səs heç bir zaman yalan söyləməz... "Hərb və Sülh" əsərindən (Lev Tolstoy)
Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. (Lev Tolstoy)
Hər şey gözləməyi bilən insana öz-özlüyündən gələr. (Lev Tolstoy)
Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, Həyatını özün qur. (Lev Tolstoy)
Hərkəs insanlığın pisə getdiyini qəbul edər də; Heç kim özünün pisə getdiyini qəbul etməz... (Lev Tolstoy)
Hərkəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim əvvəl özünü dəyişdirməyi düşünmür. (Lev Tolstoy)
Heç bir işlə məşğul olmayan insanın həmişə çoxlu köməkçiləri olur. (Lev Tolstoy)
Həqiqi sənətkar təkcə başının ağlı ilə deyil, həm də ürəyin ağlı ilə yaşayır. (Lev Tolstoy)
Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. (Lev Tolstoy)
Hər cür inamın mahiyyəti onun həyata elə məna verə bilməsindədir ki, o ölümdən yüksəyə qalxır. (Lev Tolstoy)
Hansı hökmdarın hökmünün təsiri dəyənəyinin təsirindən daha zəifdirsə, o hökmdar hökmdarlığa layiq deyil. (Teymurləng)
Haqq uğruna sərf olunan pul heç bir vaxt israf sayılmaz. (Teymurləng)
Həsənağa: Papirosum yana-yana. Od düşüb şirin cana. Mən yarımla görüşdüm Əmir əmioğlu. İndi qal yana-yana (Yaşar Nuri)
Hər bir müdrikliyin əsası səbrdir. (Platon)
Həyatda görəcəyiniz iş nə olursa olsun ərdəm olmayınca əldə edəcəyiniz hər şeyin edəcəyiniz hər işin sonunda utanc və pislik vardır. (Platon)
Hələ ki, heç kim ölməz doğulmayıb. Kiminsə başına bu iş gəlsəydi, o, heç də başqalarının düşündüyü qədər xoşbəxt olmazdı. (Platon)
Həyat balaca bir əbədiyyətdir. (Emerson)
Həyatın içində olan hər şey, həm gerçək mənada həm də məcazi mənada, balanssızdır. (Emil Çoran)
Heç bir şey çətin deyil, təki onu kiçik parçalara bölməsini bilək. (Henri Ford)
Hi ha ho. (Coni Bravo)
Hər istək qarşısında insan özünə sual etməlidir: Bu istək əldə edilərsə nə olar, əldə edilməzsə nə olar? (Epikür)
Heç bir şöhrətə çiçəkli yollarla gedilməz. (Lafonten)
Heç kim sizi dəyərsiz hiss etdirə bilməz siz icazə vermədikcə. (Eleonora Ruzvelt)
Həyat yaşla yox, yaşamaqla aydın olur. (Andre Jid)
Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər. (Andre Jid)
Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək: Budur yaxşılıq. (Andre Jid)
Hər İsveçrəli öz buzlağını içində daşıyır. (Andre Jid)
Həyat nə qədər gözəl olardı; insan həm 'aşiq', həm də 'sadiq' olmağı bacara bilsəydi. (Can Dündar)
Hər şəhərin nömrə kodunu əzbərdən bilib, xüsusi günləri unuda bilən zəkaya sahib insana Türk kişisi deyilirmiş. (Can Dündar)
Hər səfərində canımı ağrıtsansa da, heç kim 'sən' ola bilmir.. Eşq bu işdə; canının yanacağını bildiyin halda yenə də sevmək. (Can Dündar)
Hər 'müvəffəqiyyətli' kişinin arxasında bir qadın, Hər 'başağrılı' bir qadının arxasında qətiliklə bir kişi vardır. (Can Dündar)
Heç yalan danışmadım deyən insan belə, əslində 'necəsən?' sualına 'yaxşı' deyərək yalan danışmışdır. (Can Dündar)
Heç toxunmadığın birinə aşiq ola bilirsənsə, sən eşqi yaşamağa layiqsən. (Can Dündar)
Hər şeyi biləcək qədər gənc deyiləm. (Oskar Uayld)
Hər kəs mənim düşüncəmə qatılsa yanılmış olmaqdan qorxaram. (Oskar Uayld)
Həyat o qədər lənət bir şey ki; Hər kəsin səhv etdiyini doğru etsən, səhv etmiş sayılırsan.. (Oskar Uayld)
Həmişə mümkün olmayan hallara bizi inandırmağa məcbur edən hiss: sevgi adlanır. (Oskar Uayld)
Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil. (Oskar Uayld)
Heç bir centilmen kişinin pulu olmamışdır. (Oskar Uayld)
Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. (M.Y. Lermontov)
Hər istədiyini edə bilmirsənsə edə biləcəyin şeyləri istə. (Əbülqasım Firdovsi)
Həyatda qisas yoxdur. (Əhməd Hamdi Tanpınar)
Hər an tam insan olmaq çətindir. (Əhməd Hamdi Tanpınar)
Heç kim dəyişməyə qarşı deyil, yetər ki ucu özünə toxunmasın. (Əhməd Hamdi Tanpınar)
Heç bir şey insanoğlunun cəsarəti qədər gözəl ola bilməz. (Əhməd Hamdi Tanpınar)
Haqlı olmaq, haqlı olduğunu bilmək, bir insanı bir ordu içində belə güclü edər. (Əhməd Hamdi Tanpınar)
Haqsızlığı hər qəbul ediş, daha böyüyünü doğurur. (Əhməd Hamdi Tanpınar)
Halbuki mən bir nağılı olan adamdım. (Əhməd Hamdi Tanpınar)
Həqiqətən sevənlər, qarşılıq gözləmədən sevərlər. (Əhməd Hamdi Tanpınar)
Heç bir xalq böyük bir şairini başqa bir xalqın köməyiylə tanımamışdır. (Əhməd Hamdi Tanpınar)
Hər şeydən elə sıxıldım ki... (Uinston Çörçill)
Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir. (İbn Sina)
Həyatımdan getməyi seçənlər üçün gəliş səfərləri sonsuza qədər ləğv edilmişdir... (Can Yücəl)
Həyatda hər şeyini bir adama bağlama, çünki onu itirdiyində hər şeyini itirərsən əslində. (Can Yücəl)
Həyat nə yaşadıqlarındır, nə də qazandığın müvəffəqiyyətlər. Həyat dediyin; ömür boyunca 'həyatım' deyə biləcəyin insanı tapanda başlar. (Can Yücəl)
Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış, öz yolumu çəkdiyimdə anladım. (Can Yücəl)
Hər ürək sevə bilsəydi əgər, ayrılıq heç olmazdı. Hər sevən ürəkli olsaydı onsuz da 'eşq' bu qədər sadə olmazdı! (Can Yücəl)
Həyat eşqi ilə ölüm qorxusu əkizdir. (R.Rollan)
Həyatın bütün sevinci yaradıcılıqdadır. (R.Rollan)
Həqiqəti söyləmək yox, başa salmaq çətindir. (Cəlaləddin Rumi)
Hər şey, nəyə layiqdirsə, ona dönür. (Cəlaləddin Rumi)
Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar. (Cəlaləddin Rumi)
Həqiqi məşuqun surəti yoxdur; sevilən onun mənasıdır. (Cəlaləddin Rumi)
Heç kimlə dostluq etməyən adam dostluğun nə olduğunu bilə bilməz. (Cəlaləddin Rumi)
Hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər. (Xudu Məmmədov)
Həyat öyrənildikcə şirinləşir. (Xudu Məmmədov)
Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı. (Xudu Məmmədov)
Hər qaranlıqda çırpınır bir nur, Hər həqiqətdə bir xəyal uyuyur. (Hüseyn Cavid)
Həp sevgidir gözəlliyi insana sevdirən, Məhrumi-eşq olunca gözəllik də can sıxar. (Hüseyn Cavid)
Həyat bir şey deyil. Etinayla yaşayın. (Alber Kamyu)
Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır. (Alber Kamyu)
Heç bir sənətçi həqiqətən imtina etməz. (Alber Kamyu)
Hamımız öləcəyimizə görə, nə vaxt və necə olduğunun əhəmiyyətsizliyi ortadadır. (Alber Kamyu)
Haqlı olma ehtiyacı, sıravi insanlara məxsusdur. (Alber Kamyu)
Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir. (Əli bin Əbu Talib)
Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır. (Əli bin Əbu Talib)
Həqiqəti insanların ölçüləri ilə deyil, insanları həqiqətin ölçüləri ilə tanı. (Əli bin Əbu Talib)
Hər şəxsin malına iki ortaq vardır: mirası və zəmanə. (Əli bin Əbu Talib)
Hər gəlib çatan dönüb gedər, hər dönüb gedən gəlməmişə, olmamışa dönər. (Əli bin Əbu Talib)
Hər kəs üçün şirin, acı bir son vardır. (Əli bin Əbu Talib)
Hər sayılan bitər, hər gözlənən çatar. (Əli bin Əbu Talib)
Hər vaxt səni üzəcək bəziləri olacaq, etməyin lazım olan insanlara güvənməyə davam etmək, kimə iki dəfə güvənəcəyinə daha çox diqqət yetirməkdir. (Qabriel Qarsia Markes)
Hər şeyin bir sonu var, doğrudur! Amma ən xoşbəxt son həftə sonudur. (Qabriel Qarsia Markes)
Heç kim gözyaşlarına layiq olmaz, onlara layiq olan adam isə onsuz da səni ağlatmaz. (Qabriel Qarsia Markes)
Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. Gülümsəməyinə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən. (Qabriel Qarsia Markes)
Hər aktyor bir rok ulduzu olmaq istər. (Devid Boui)
Həqiqət eşqdə nazil olsa da, Hərf və məna libasına büründü. (Ənvar Qasimi)
Həyatım boyunca qərarsız biri oldum amma artıq əmin deyiləm. (Cem Yılmaz)
Hakan sabahkı oyunda forma geyə bilməyəcək… Çılpaq oynayacaq. (Cem Yılmaz)
Heç kim axmaq polisdən qorxmur və cəkinmir. (Tupak Şakur)
Heç kimin izləmədiyi filmlər etdim, hətta özümün belə izləyə bilməyəcəyi filmləri. (Kristofer Uoken)
Heç vaxt iştirakçılardan ən ağıllı olmayın. (Ceyms Uotson)
Heç vaxt imkan verməyin ki, tələbələriniz özlərini laborant hiss etsinlər. (Ceyms Uotson)
Həyata keçməsi möcüzələr tələb edən layihələri müdafiə etməyin. (Ceyms Uotson)
Heç vaxt ölməkdə olan fənlər üzrə mütəxəssislərə daima əməkhaqqı təklif etməyin. (Ceyms Uotson)
Həyat iki əbədiyyət arasında yarğan, iki qara bulud arasında çaxan şimşəkdir. (Əmin ər-Reyhani)
Həyata dəyər verməyən ona layiq olmamışdır. (Leonardo da Vinçi)
Hər kəs özünü bədbəxt hesab etdiyi qədər bədbəxtdir. (Kiçik Seneka)
Hər bir həzzin ən sevincli məqamı qurtaranda üzə çıxır. (Kiçik Seneka)
Heç kim cavanlığının necə getdiyini duymur, amma onun artıq getdiyini hamı duyur. (Kiçik Seneka)
Hər sözü bir şəkildə izah edən çincədə "risk" iki şəkil yan-yana gətirilərək yazılar: Təhlükə və fürsət. (Corc Bernard Şou)
Hər şeyi düşünmək, düşündüklərini nizama salmaq deməkdir. (Corc Bernard Şou)
Heç bir şey ayağınıza gəlməz, heç olmasa yaxşı olan heç bir şey. Hər şeyi gedib özünüz almanız lazımdır. (Corc Bernard Şou)
Heyvanlar mənim yoldaşlarımdır və mən yoldaşlarımı yeyə bilmərəm. (Corc Bernard Şou)
Hər kəsi dostun etməyəcəyinə görə, düşmənlərinlə yaşamasını öyrənməlisən. (Aleksis de Tokvil)
Heç vaxt çıxdığın qapını bərk çırpma; ola bilər geri dönmək istədin. (Don Gerold)
Heç kim mənə özünü sübut etməyə səy göstərməsin! Çünki hər şey ortadadır; yeni maskalar taxmağın bir lüzumu yoxdur. (Robin Şarma)
Heç bir zaman həyatdan dümmağ bir səhifə gözləmə! Çünki ikinci səhifə belə, birincinin izlərini daşıyar. (Robin Şarma)
Heç kim tarixi dəyişdirmədən yaza bilməz. (Ernest Renan)
Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir. (Ziqmund Freyd)
Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər? (Ziqmund Freyd)
Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz. (Ziqmund Freyd)
Hər münaqişənin təməlində birinin cahilliyi yatar. (Louis Brandeis)
Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan. (Sədi Şirazi)
Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır. (Yunus Əmrə)
Hakimiyyə yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. (Pol Anri Holbax)
Hər şey müvəqqətidir, şərəf və ləyaqətdən başqa. (Elman Həbib)
Heç bir kəs gücü catmayan şeyi qonağı üçün hazırlamamalıdır. (Mühəmməd peyğəmbər (SƏS))
Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var. (Mühəmməd peyğəmbər (SƏS))
Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər. (Mühəmməd peyğəmbər (SƏS))
Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir. (Mühəmməd peyğəmbər (SƏS))
Hər kəs çox yeməyi adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar). (Mühəmməd peyğəmbər (SƏS))
Hər bir xeyir iş mərhəmətdir. Qardaşını salamla qarşılayıb öz tuluğundan onun bardağına su tökmək məgər xeyirxahlıq deyil? (Mühəmməd peyğəmbər (SƏS))
Həyatda insanın üç dostu var: dostunun dostu, öz dostu və düşməninin düşməni. (Mühəmməd peyğəmbər (SƏS))
Hamının istifadə elədiyi şeyi mənimsəyən adam günahkar və qanunu pozmuş olur. (Mühəmməd peyğəmbər (SƏS))
Heç ölməyəcəksənmiş kimi dünya üçün, Sabah öləcəksənmiş kimi axirət üçün çalış. (Mühəmməd peyğəmbər (SƏS))
Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın. (Pablo Pikasso)
Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
Həyatımız səyahət, ideya isə bələdçimizdir. (Viktor Hüqo)
Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır. (Viktor Hüqo)
Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir. (Viktor Hüqo)
Həyat - güldür.Sevgi - nektar. (Viktor Hüqo)
Həyat nəğmədir, onun nəqarəti isə ölümdür. (Viktor Hüqo)
Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik. (Viktor Hüqo)
Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar. (Viktor Hüqo)
Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz. (Viktor Hüqo)
Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir. (Viktor Hüqo)
Hesabını verə bilməyəcəyiniz işlər etməyə cəhd etməyin.. Çünki o biri tərəfdə qab-qacaq yudurtmullar. (İlhan Bərk)
Hamı bilir ki, bu şey ola bilməz. Amma bu şeyin ola bilmədiyini bilməyən bir nəfər tapılır və həmin şeyi kəşf edir. (Albert Eynşteyn)
Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur. (Albert Eynşteyn)
Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə. (Albert Eynşteyn)
Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq. (Albert Eynşteyn)
Həyat naminə həyatın mənasını itirmək olmaz. (Yuvenal)
Həyat, xəyaldır. (Hüseyn Hilmi İşıq)
Hər şərtdə müqavimət göstərməyi beynimiz öyrətdi bizə. (Dursun Qaradaş)
Hər şey çox gözəl olacaq. (Dursun Qaradaş)
Hətta dahiliyin də sərhədləri var, axmaqlıq isə heç bir sərhəd tanımır. (Aleksandr Düma)
Heç bir işin olmayanda gözləmək xüsusilə dözülməz olur. (Aleksandr Düma)
Hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz. (Aleksandr Düma)
Hər xeyirxah əməl göylərə aparan nərdivanın bir pilləsidir. (Henri Biqer)
Həyat qısadır - ona görə də vaxt itirməyə dəyməz, ondan həzz almaq lazımdı. (Lao-tszı)
Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə. (Lao-tszı)
Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)
Hara gedirsənsə get, kimi sevirsənsə sev, kimdən imtina edirsənsə et; gəzib-dolaşıb, qaydacağın yer yenə də özünsən. (Cem Adrian)
Həyat, qorxaqları bağışlamaz. (Ernesto Çe Gevara)
Həqiqi olaq, qeyri-mümkünü istəyək. (Ernesto Çe Gevara)
Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz. (Mişel de Monten)
Hər gün bir-birini görmənin dadı başqa, ayrılıb qovuşmanın dadı başqadır. (Mişel de Monten)
Hər kəsin diş fırçası var, amma dişlərini fırçalamır bəziləri. Ağıl da belədi; hamımızda var, amma bəziləri istifadə etməməkdə qəti qərarlıdı... (Çak Palanik)
Hər eşq, bitki adlarıyla başlayıb, heyvan adlarıyla sona çatır. (Çak Palanik)
Heç bir şey sabit deyil. Hər şey köhnəlib dağılır. (Çak Palanik)
Hər kəs yalnız başa düşdüyünü eşidir. (Plavt)
Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır. (Dante Aligyeri)
Həyat, həyat axtarmaq deyil, özümüzü axtarmaqdır. (Çezare Paveze)
Heç bir qadın bir adamla pulu üçün evlənməz. Qadınlar bir milyonerlə evlənmədən əvvəl ona aşiq olacaq qədər ağıllıdır. (Çezare Paveze)
Hər şey dəyişər. Hər şey yerini tapar və sonra yox olar. (Evripid)
Həqiqət, bir daş qədər sərt, bir qönçə qədər də yumşaqdır. (Mahatma Qandi)
Heç kimə çirkli ayaqlarıyla, beynimdə gəzmə fürsəti vermərəm. (Mahatma Qandi)
Heç bir şey gözləməyənlər nə xoşbəxtdir, heç xəyal qırıqlığına uğramazlar. (Aleksandr Pop)
Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür. (Aleksandr Pop)
Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik. (Heraklit)
Heç kim, başqa birinin kürəyindəki yükün ağırlığını bilə bilməz. (Corc Herbert)
Həmişə qorxarıq təklikdən amma bil ki təksənsə; Yalançı yoldaşların, ikiüzlü dostların və gedəcək bir sevgilin olmaz. (Duqlas Noel Adams)
Hamı eyni cür düşünürsə, deməli, ümumiyyətlə düşünmürlər. (Norbert Hinske)
Hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır. (Kristian Bouvi)
Hər bir aşbaz qadın dövləti idarə etməyə qadirdir. (Vladimir İliç Lenin)
Heç şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir. (A.Koyre)
Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (Abdulla Şaiq)
Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz. (Onore de Balzak)
Hökumətlər və ərlər yanıldıqlarını heç bir zaman qəbul etməzlər. (Onore de Balzak)
Hər iztirab insana başqa bir şey öyrədir. (Onore de Balzak)
Hər hansı bir elmin açarı sual işarəsidir. (Onore de Balzak)
Həyat beşiklə məzar arasındakı sınaq müddətidir. (Onore de Balzak)
Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. (Mirzə Ələkbər Sabir)
Hər şey bizim əlimizdədir. Ona görə əldən buraxma... (Koko Şanel)
Heç kim kimisə idarə etmə haqqına sahib deyil. (Buenaventura Durruti)
Həyat bir dağdır: qalxanda yavaş-yavaş, düşəndə tez-tez düşürük. (Mopassan)
Heç bir fikirə sahib olmamaq qədər beyni rahatlaşdıran bir şey ola bilməz. (Qeorq Kristof Lixtenberq)
Həyəcanlanmış atom öz artıq enerjisini şüalandıraraq yenidən normal vəziyyətə keçdiyi kimi, ilhamlanmış sənətkar da bu ilhamın, hiss-həyəcanın daşıdığı enerjini öz yaradıcılığı ilə şüalandıraraq normal vəziyyətə keçir. (Tur Xander)
Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır. (Tur Xander)
Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. (Tur Xander)
Hafizə yeganə meyar olanda təxəyyül heçə endirilmiş olur. (Tur Xander)
Həyat – ideyanın realizasiyasıdır. (Tur Xander)
Hər şeyin sistemə salındığı və normativləşdirildiyi bir dövrdə dahilərə yer nəzərdə tutulmayıb. (Tur Xander)
Həyat çox sadədir, onu yalanlar bəzəyir. (Bil Geyts)
Həyatımda heç bir xəyalım reallaşmadı. Yaxşı xoşbəxtəmmi? Bəli. (Bil Geyts)
Hər evə kompyuter. (Bil Geyts)
Heç bir eşq bitdiyi gün bitməz əslində. Gedən üçün çox olmuşdur bitəli; amma qalan üçün müəyyən deyil nə vaxt bitəcəyi. (Ece Ayhan)
Hər kəs öz zövqünə görə görür. (Ş.Y. Sührəvərdi)
Hər bir nurun daxilində özündən ali nura eşq var. (Ş.Y. Sührəvərdi)
Hərəkətlər qabiliyyətlərə gətirir. (Ş.Y. Sührəvərdi)
Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır. (İmam Rza)
Hər dəfə biz hadisələrə təkcə başqa tərəfdən yox, həm də başqa gözlə baxırıq – buna görə də bizə elə gəlir ki, onlar dəyişiblər. (Blez Paskal)
Hər insanın öz dəyəri var, amma dəyərsiz insanlar da var – bunlar dahilər və səfillərdir. (Krışka Frantişek)
Hər bir fərdin kilsəsi öz qəlbidir. (Martin Lüter)
Həyatda olduğunuz müddətcə, ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. (Əbdülqədir Geylani)
Hər şeydə Onun adlarından bir ad mövcuddur, hər şeyin adı Onun adındandır. (Əbdülqədir Geylani)
Harada materiya var, orada həndəsə də var. (İohann Kepler)
Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır" (İlham Əliyev)
Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil. (Karl Marks)
Hər bir qənaət nəticə etibarı ilə vaxta qənaətdir. (Karl Marks)
Həyat daha çox insana xoşbəxtlik gətirənləri ən xoşbəxt insan kimi yüksəldir. (Karl Marks)
Hər kəsin üç şəxsiyyəti var; Ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı. (Alfons Karr)
Həyat suyun axarında üzmək, ölüm isə – arada istirahətdir. (Tzya İ)
Həyat, eqoist və ya düşüncəsizcə hərəkətlər səbəbiylə yox edilə bilməyəcəyi kimi, daha uca bir dəyər və ya məqsəd üçün də fəda edilə bilməz. (Albert Şveytser)
Hüququn ən qəddar düşməni imtiyazdır. (M.Ebner-Eşenbax)
Hər fərdin öz şərtlərini yaxşılaşdırmağa istiqamətli təbii səyləri, qıraqdan ediləcək hər hansı bir köməkdən çox daha faydalıdır və cəmiyyətdə sərvət və rifahın artması üçün kifayətdir. (Adam Smit)
Həqiqətin dəhşətli qorxusu olmazsa, fikirlərini ifadə etməyin gücü olmaz. (Edqar Allan Po)
Heyvanlara qarşı təmənnasız və fədəkar sevgidə nəsə var ki, bu bir başa insanın ürəyindən gəlir və bu kiçik dostluğu sınaqdan keçirmək üçün müntəzəm səbəb olub. (Edqar Allan Po)
Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)
Həqiqət bidət kimi doğulur, ehkam kimi ölür. (Georq Vilhelm Fridrix Hegel)
Həqiqət və xeyir doğma tellərlə ancaq gözəllikdə birləşir. (Georq Vilhelm Fridrix Hegel)
Hər xalq öz hökmdarına layiqdir. (Georq Vilhelm Fridrix Hegel)
Həqiqət və fayda doğma tellərlə ancaq gözəllikdə birləşir. (Georq Vilhelm Fridrix Hegel)
Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir. (Georq Vilhelm Fridrix Hegel)
Həqiqətə qarşı cəsarət — fəlsəfə tədqiqatının birinci şərtidir. (Georq Vilhelm Fridrix Hegel)
Hər bir rəsm əsəri öz dövrünə, öz millətinə və öz mühitinə aiddir. (Georq Vilhelm Fridrix Hegel)
Hər uşaq bir baxıma bir dahi və hər dahi bir baxıma bir uşaqdır. (Artur Şopenhauer)
Hər kəs özündə əskik olanı sevər. (Artur Şopenhauer)
Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir. (Artur Şopenhauer)
Həyatın ilk əlli ili mətn, geri qalanı şərhdir. (Artur Şopenhauer)
Həyat bərbad bir şeydir. Həyatımı onu düşünərək keçirməyə qərar verdim. (Artur Şopenhauer)
Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. (Artur Şopenhauer)
Hər bir uşaq müəyyən mənada dahidir və hər bir dahi müəyyən qədər uşaqdır. (Artur Şopenhauer)
Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq... (Rabindranat Taqor)
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. (Heydər Əliyev)
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. (Heydər Əliyev)
Heç kim əbədi qalib ola bilməz. (Heydər Əliyev)
Həyat, kitaba sığmayacaq qədər genişdir. (Əhməd Haşim)
Hər bir bilik sahəsində sonsuz poeziya aləmi vardır. (K.Q.Paustovski)
Heç sevmədiyi halda niyə həmişə dəyərli olur çıxıb gedən və niyə heç düşünmədən təslim olur qəlbin o səni heç sevməmişkən. (Pablo Neruda)
Həyatda heç bir zaman başqasına bütün varlığınla güvənmə, çünki heç kim sənə bütün vaqlığı ilə görünməz. (Pablo Neruda)
Heç bir insana rast gəlmədim ki, onda öyrəniləcək bir şey olmasın. (Alfred De Viqni)
Hər ümidsiz işdə xeyli ümid var, Qaranlıq gecədən ağ səhər doğar. (Nizami Gəncəvi)
Hər əqlə sığışan hünər, bilikdən Bir məna çıxarır mənanı bilən. (Nizami Gəncəvi)
Hər kəs yalnız fərqli mövzularda cahil. (Uill Smit)
Hər dövr deyə bildiyini deyir. (Jil Delez)
Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil. (İmam Səccad)
Heç vaxt özün üçün təəssüflənmə. Bunu axmaqlar edər. (Haruki Murakami)
Həyatda heç bir şeydən qorxmayın sadəcə; hər şeyi anlamağa çalışın. (Mariya Küri)
Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan. (Mark Tven)
Hər günə həyatının ən gözəl günü olması üçün şans ver. (Mark Tven)
Hər kəs aya bənzər.Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır. (Mark Tven)
Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin. (Mark Tven)
Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. (Mark Tven)
Hakim – danışan qanun, qanun isə – lal hakimdir. (Mark Tulli Siseron)
Hər kəs ancaq özünü sevir. Dost da ona görə sevilir ki, o bizim ikinci Mənimizdir. (Mark Tulli Siseron)
Hakimin söz ya nitqlə ələ alınması daha böyük faciədir, nəinki rüşvətlə. (Mark Tulli Siseron)
Hər şey ruhani sevinclə doludur və ara-sıra onu şüalandırır. (Uitmen)
Həyatı çox ciddi qəbul etməyin. Daha ondan canlı xilas olan olmadı. (Elbert Habbard)
Həyatda edə biləcəyiniz ən böyük səhv, davamlı olaraq səhv edəcəyinizdən qorxmaqdır. (Elbert Habbard)
Hər işin canı axıra çatdırılmağındadır. (Çingiz xan)
Heç bir şey olmamaq və heç bir şeyi sevməmək, eyni şeylərdir. (Lüdviq Feyerbax)
Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur. (Horatsi)
Hər zaman bir olun, İrana etibar etməyin və unutmayın ki, Fələstin ərəblərindir. (Səddam Hüseyn)
Həyatım boyunca heç zaman heçnədən qorxmadım. Bir mücahid kimi döyüşdüm və hər zaman ölümüm haqqında fikirləşdim. (Səddam Hüseyn)
Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür. (Nəriman Nərimanov)
Hər bir dövrün müvafiq düşüncəli insanlara ehtiyacı olur. (P.Kapitsa)
Həyat ilə Sənət arasındakı fərq, sənətin daha dözülə bilən olmasıdır. (Çarlz Bukovski)
Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa. (Çarlz Bukovski)
Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər. (Çarlz Bukovski)
Həqiqətən verəcək sevgim var; amma buna layiq olan heç kimim yoxdur. (Çarlz Bukovski)
Heç bir şey gerçək qədər darıxdırıcı ola bilməz. (Çarlz Bukovski)
Heç bir şey icad edilmədi, yenidən kəşf edildi. (Oqust Rodin)
Hansısa ölkə demokratiyaya doğru 234 il yol gedibsə və bunu davam etdirirsə, bu o demək deyil ki, başqa ölkələr də bunu təkrar etməlidir. (İsa Qəmbər)
Hər su olan yerdə qurbağa yoxdur, amma qurbağa səsi olan yerdə su vardır. (İohann Volfqanq Göte)
Hər kəs Pinokyo kimi taxtadan insana çevrilmə şansını tapa bilmədi, bəziləri həmişə odun qaldı. (İohann Volfqanq Göte)
Hər kəs öz işini görsə, cəmiyyətin bütün işləri düz gedər. (İohann Volfqanq Göte)
Həmişə etibarsızlıq göstərmək, Həmişə güvənmək qədər böyük bir səhvdir. (İohann Volfqanq Göte)
Həlldə vəzifə götürməyənlər problemin bir parçası olarlar. (İohann Volfqanq Göte)
Həqiqətin gücü ilə yaşadığım müddətcə,kainatı belə fəth edə bilərəm. (İohann Volfqanq Göte)
Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edirlər. (İohann Volfqanq Göte)
Heç kim, bağışladığı zaman qədər yüksələ bilməz. (İohann Volfqanq Göte)
Haqlı çıxmaq istəyən və güclü bir çənəsi olan adam daim haqlı çıxar. (İohann Volfqanq Göte)
Hər şey həm yenidir, həm də köhnə. (İohann Volfqanq Göte)
Həyatın hər üzü gözəldir. (İohann Volfqanq Göte)
Hikmətin açarı kitab səhifələrində deyil. Kim hansı isə bir fikirdən həyatın sirlərinə doğru gedirsə, öz qəlbində onların çeşməsini tapır. (İohann Volfqanq Göte)
Həmişə qəhrəman ola bilməzsən, amma həmişə insan olaraq qalmaq olar. (İohann Volfqanq Göte)
Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin. (İohann Volfqanq Göte)
Heç kim, qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil. (İohann Volfqanq Göte)
Heç kəs əziyyət çəkmək istəmir, amma yenə də hər kəs ağrı və qurban axtarır, axtarıb tapanda isə hiss edirlər ki, həyatları təsdiqlənib. (Paulo Koelyo)
Həyat öz taleyini izləyənlərə səxavətli olur. (Paulo Koelyo)
Həyat o qədər qısadır ki, onu murdarcasına yaşamaq üçün sərf etməyə icazə vermək belə mümkün deyil. (Paulo Koelyo)
Hər insan məğlub olar, amma sevməyən imtina edər unutma. Bil ki eşq; məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində. (Paulo Koelyo)
Hər bir ana ümid edir ki, qızı ondan daha yaxşı ər tapacaq, oğlu isə atasının tapdığı qədər yaxşı arvad tapmayacaq. (M.Andersen-Nekse)
Hər şeyi bilmək lazım deyil, hər şeyi anlamaq kifayət edər. (Jorj Sand)
Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata. (Jorj Sand)
Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik. (Jorj Sand)
Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin. (Jorj Sand)
Həyatda bir sevinc var – sevib sevilmək. (Jorj Sand)
Heç vaxt fikirləşmədən danışma. (Protaqor)
Hər kəsin dəyəri nəyə can atmasındadır. (Mark Avreli)
Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (Santayana)
Heyrətlənmək üçün bir an kifayətdir; heyrətamiz bir iş görmək üçün isə illər lazımdır. (Helvetsi)
Həyatın ən böyük səhvləri, müvəffəqiyyətə nə qədər yaxınlaşdıqlarını bilməyən insanların imtina etmələrinə görə olar. (Tomas Edison)
Heç yanılmadım, 10000 işə yaramayan yol tapdım. (Tomas Edison)
Hirsiniz üzündən cəzalandırılmayacaqsınız, hirsiniz tərəfindən cəzalandırılacaqsınız. Nifrət heç bir zaman nifrətlə yox edilə bilməz. Nifrət sevgiylə yox edilər, bu ölümsüz qanundur. (Qautama Budda)
Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz (Konfutsi)
Heç nə nə gec olur, nə də tez... Hər şey vaxtında olur. (Konfutsi)
Həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik? (Konfutsi)
Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. (Frensis Bekon)
Hər bir kitab yazıldığı mövzu barəsində sizə tamlığı ilə kömək edəcək bir enerjiyə sahibdir. Oxumadığınız kitab isə sizə yardım edə bilməyəcəkdir. (Rövşən Abdullaoğlu)
Həyatdan çox şey istəyin və həyat sizə çox şey verəcək. (Rövşən Abdullaoğlu)
Həyatda hər bir insana bəzi fürsətlər yalnız bir dəfə verilir. (Rövşən Abdullaoğlu)
Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rəngini verir. Çəkmək isə bizim öhdəmizdədir (Rövşən Abdullaoğlu)
Həqiqəti sizə olduğu kimi göstərməyən nəfsinizə qulaq asmayın, çünki o qorxaqdır. Qorxaqlar isə yaxın yolu uzaq kimi göstərərlər. (Rövşən Abdullaoğlu)
Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər. (Əbu Turxan)
Həyat səhnələri, həqiqi yaşantılar və onların iztirab və sevinc xatirələri ruhla birlikdə uçub gedir. (Əbu Turxan)
Hər şeyin üç varlıq dərəcəsi olur; ən aşağı səviyyədə şey özlüyündə mövcuddur, nisbətən yüksək pillə onun insan şüurunda, ən ali pillə isə Allahın dərgahındakı mövcudluğudur. (Əbu Turxan)
Həqiqət dayağını itirəndə yalan ayaq tapıb yeriyər. (Əbu Turxan)
Hərənin öz əqli olmur; əql universaldır, sadəcə kim onun qanadlarında daha uzağa uça bilirsə, o da yeni biliklər fəth edir. (Əbu Turxan)
Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır.. (Əbu Turxan)
Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür. (Əbu Turxan)
Hafizə iki cür olur: hadisələrin ayrı-ayrılıqda yadda saxlanması və ancaq qaydaların, ümumi prinsiplərin yadda saxlanması. İkinci olanda birinciyə ehtiyac qalmır. (Əbu Turxan)
Həqiqətin bəzənməyə ehtiyacı yoxdur; onun öz çöhrəsi hər cür bəzəkdən daha gözəldir. (Əbu Turxan)
Hər bir əsər müəllif ideyasından daha zəngindir. (Əbu Turxan)
Həddini özü məhdudlaşdıranın imkanı böyük olar. (Əbu Turxan)
Hansı dildə deyil, nə barədə oxuyub-yazmaq önəmlidir. (Əbu Turxan)
Hər müəllif sanki öz ömrünü uzatmaq, hətta əbədiyyətə qovuşmaq üçün yazır; yaxşı əsər müəllifinə (sağlığında ikən) ölməzlik gətirir, pis əsər ölməzlik ümidini öldürür. (Əbu Turxan)
Hər bir sənət abidəsi canlıdır. Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz. (Əbu Turxan)
Hikmət sirdaş olub qala biləydi, Zəngli saat kimi çala biləydi, Gen gündə Gün kimi aydın olanı Məqamda yadıma sala biləydi. (Əbu Turxan)
Hamı azad olanda heç kim azad olmur. (Əbu Turxan)
Həqiqətin məkanı birdir. Amma bizim məkanlarımız fərqli olduğundan həqiqətə aparan yollar da fərqlidir. (Əbu Turxan)
Haqqın qoruna bilməsi üçün hərbə hazır olmaq lazımdır. (Əbu Turxan)
Hər bir varlıq ətrafa öz zahiri, səthi ilə təqdim olunur. Təmələ yaxınlaşdıqca aydınlıq itir. (Əbu Turxan)
Həqiqəti ört-basdır etmək olar, amma o, gec-tez üzə çıxacaq. (Əbu Turxan)
Hamı ağılla anlamağa çalışır. Həqiqət isə ancaq ürəklə anlayanda üzə çıxır. (Əbu Turxan)
Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir. (Əbu Turxan)
Haqqa çatmağın yolu haqq aşiqliyindən keçir. (Əbu Turxan)
Həm sevib, həm də sevilmək ikiqat xoşbəxtlikdir. (Əbu Turxan)
Hər bir adama verilən səlahiyyət onun qabiliyyətlərinə uyğun olmalıdır: səlahiyyət qabiliyyətləri aşanda ətrafdakılar, məhdud olanda – adamın özü əziyyət çəkir. (Əbu Turxan)
Hamı ilə dost olanlar heç kimin dostu ola bilməzlər. (Əbu Turxan)
Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır. (Əbu Turxan)
Hiss – aşkarlanmamış fikirdir. Fikir sıxlaşaraq forma almış hissdir. (Əbu Turxan)
Hər gün yeni bir inci tapmağın yolu öz içindəki hikmət xəzinəsinə baş vurmaqdır. (Əbu Turxan)
Həyat məbədinin bünövrəsi və sütunları ağıldan tikilməlidir ki, möhkəm olsun. Arakəsmələr isə hisslərin öhdəsinə buraxıla bilər ki, rahat nəfəs almaq mümkün olsun. (Əbu Turxan)
Hər dəfə fikirləşmək üçün daxili yüksəliş keçirmək zərurəti geniş kütləni fikir tənbəlliyinə sürükləyir. (Əbu Turxan)
Həyatın dibindən ideya səmasına yüksəlmək üçün yetərli ruhani enerji olmalıdır. (Əbu Turxan)
Hər bir başçı qəlbinin dərinliyində qürurla yanaşı, həm də bir yetimlik duyğusu yaşayır: hamıya böyüklük etsə də, özü böyüksüz qalır. (Əbu Turxan)
Hansısa bir əsəri ilə zirvəni fəth edənlər sonra bütün əsərlərini zirvəyə daşımağa çalışırlar. (Əbu Turxan)
Hər dilin yaddaşında bir fəlsəfə yatır; buna milli-fəlsəfi fikir deyilir. (Əbu Turxan)
Hər bir sənət əsəri bütövlüyün və vahidin təcəssümüdür. İki əsər yanaşı olanda bir-birinə kölgə salır. (Əbu Turxan)
Həqiqi fəlsəfi fikir heç vaxt tarixə çevrilmir, o həmişə müasir qalır. (Əbu Turxan)
Həyata məna verən – anın dəyərləndirilməsidir. (Əbu Turxan)
Hər rəngi gözəlləşdirən bir fon var. Rəngin gözəlliyini üzə çıxarmaq üçün fonu düzgün seçmək lazımdır. (Əbu Turxan)
Həyatı sevməyənlər ölümdən daha çox qorxurlar. (Əbu Turxan)
Hər kəsin aşkarda and içmədən də üzərinə götürdüyü andlar var, Vətən borcu və insanlıq borcu var. (Əbu Turxan)
Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar. (Əbu Turxan)
Hər bir insan öz sevgisi qədərdir. (Əbu Turxan)
Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. (Əbu Turxan)
Hər kəs öz səviyyəsində xoşbəxtdir. Kimin üçünsə çox adi olan bir hadisə başqasını xoşbəxt edə bilər. (Əbu Turxan)
Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir. (Əbu Turxan)
Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir. (Əbu Turxan)
Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir. (Əbu Turxan)
Həyat da, ölüm də eşqin təzahürləridir. Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir. (Əbu Turxan)
Haqsızlığın ilk qurbanları haqq adamları olur. (Əbu Turxan)
Haqq yolunun nişangahı ağlın gücü yox, qəlbin təmizliyidir. (Əbu Turxan)
Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına uyğunluğu ilə ölçülür. (Əbu Turxan)
Həyatın açdığı bütün yollar gec-tez ölümə aparıb çıxarır. Ölməzliyə isə insan ancaq öz açdığı yolla çata bilər. (Əbu Turxan)
Həyatın ağrı-acısını görən və dərk edən insan fəlsəfəni həyatın öz kitabından da oxuya bilər. (Əbu Turxan)
Hər bir insanın ilahi ruhdan payı və deməli, özünəməxsus gözəlliyi var. Sadəcə olaraq, cismani yetkinlik dövründəki ideyadan sapmalar bu ilkin gözəlliyi pərdələdiyindən, onu adi gözlə görmək mümkün olmur. (Əbu Turxan)
Hər insan bir ulduzu, bəşəriyyət – kəhkəşanı xatırladır. (Əbu Turxan)
Həyat balonla səyahət kimidir. İp qırılanda ruh göydə uçur, bədən yerə düşür. (Əbu Turxan)
Hər fəslin öz eşqi var. (Əbu Turxan)
Hamı üçün açıq olan qəlbdə darısqallıq olar. (Əbu Turxan)
Hər şey öz yerində və məqamında gözəldir. (Əbu Turxan)
Həyatda insani başlanğıcı tamamilə məhv etmək mümkün deyil. (Əbu Turxan)
Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar. (Əbu Turxan)
Hikmət və gözəllik qarşısında diz çökməyənlər zor və hiylə qarşısında diz çökürlər. (Əbu Turxan)
Hər həyat səhifəsi ömürün ilk yazıdı, Bu günün hər əməli sabah üçün yazıdı. (Əbu Turxan)
Həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır. (Əbu Turxan)
Haraya üzəcəyini bilmirsənsə, üzməyi bilməyin faydası yoxdur. (Əbu Turxan)
Hansısa yeni ideyanın cücərə bilməsi üçün onu böyük ideyaların qızmar günəşindən qorumaq lazımdır. (Əbu Turxan)
Hər eşqin dörd fəsli var. (Əbu Turxan)
Hər şeyin bir kölgəsi var, heçlikdən başqa. (Əbu Turxan)
Hərənin öz yolu var; amma başqalarının saldığı yolla getmək daha asan olur. (Əbu Turxan)
Hamıya eyni gözlə bax ki, böyüyü böyük, kiçiyi kiçik görəsən. (Əbu Turxan)
Hər çiçək bir aləmdir; sevəndə aləm özü də çiçək tək açılır. (Əbu Turxan)
Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. (Əbu Turxan)
Hətta bir yalançı da həqiqəti deməyə qorxur. Necə ki, vicdanlı adam yalan danışmaqdan əzab çəkir. (Uilyam Folkner)
Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan. (İmam Həsən Əskəri)
Heç doğulmamaq istərdim, amma bir dəfə doğulmuşam. Ölmək qadağandır. (Attila İlhan)
Həyat, zamanda iz buraxmaz. Bir boşluğa düşərsən bir boşluqdan; toplanıb yenidən qalxmaq üçün.. Əldə var hüzn. (Attila İlhan)
Həddində artıq canfəşanlıq olan yerdə yalan olur. (Əbül Fərəc)
Həzm olunmayan yemək onu yeyən adamı yeyir. (Əbül Fərəc)
Hər hansı iş hərəkətsizlikdən yaxşıdır. (Demokrit)
Hadisə ilə həqiqətin nisbəti ağlın ruha nisbəti kimidir. (Demokrit)
Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər. (Demokrit)
Heç kimi sevməyəni sevməzlər. (Demokrit)
Həqiqi dostu olmayanın yaşaması da mənasızdır. (Demokrit)
Həyat hisslərlə yaşayanlar üçün faciə, ağıl ilə yaşayanlar üçün isə komediyadır. (Şarl Lemel)
Hər hansı yeniliyi sübuta yetirmək çətindirsə, deməli, ona hələlik ehtiyac yoxdur. (Vovenarq)
Həmişə orijinal olmaq istəyən insan nadir hallarda sağlam bir fikir söyləyə bilir. (Vovenarq)
Hər dövranın bir hökmü var, Hər zamanın bir qələmi... (Səməd Vurğun)
Hər kiçik zərrənin öz aləmi var, Dünya bir ahəngdə tutmuşdur qərar. (Səməd Vurğun)
Həqiqi insani məhəbbət ancaq hisslərin şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin insani ləyaqətinə qarşılıqlı hörmətə əsaslana bilər. (Vissarion Belinski)
Həqiqəti yalandan ayırmaqda gülüş tez-tez böyük vasitəçi olur. (Vissarion Belinski)
Həqiqi, bəşəri məhəbbət hissi şıltaqlığ və ya ürəyin nazı üzərində deyil, ancaq bir-birini insanlıq ləyaqətinə hörmət üzərində qurula bilər. (Vissarion Belinski)
Həyatda dəyərli heç nə yoxdur: təbii ki, həyatın özünü hesaba almasaq. (Maksim Qorki)
Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır. (Maksim Qorki)
Hər ötən günə kiçik bir həyat kimi baxmaq lazımdır. (Maksim Qorki)
Heç bir eşqin ardından "keçmiş olsun" deyilməz. Çünki həqiqətən eşqsə zatən keçməz. (Camal Sürəya)
Heç kim mənlə oynamır deyə ağlayan uşaq, sən böyü hələ, bax nə oyunlar oynayacaqlar sənlə. (Camal Sürəya)
Heç kimi günahlandırma, günahlandırılacaq biri varsa o da sənsən. O sənə kiçik bir ümid verdi, sən isə ona hər şeyini verdin. (Camal Sürəya)
Hər gecə onu düşünməkdən saatım irəliləməz oldu. Kim soruşsa saat neçədi deyə, cavabım həmişə eynidir; Ona doğru. (Camal Sürəya)
Həyatda gözyaşlarımı haqq edəcək bir insan görmədim. Ya mənim göz yaşlarım lazımsızdır, ya da uğruna gözyaşı tökdüyüm insanlar dəyərsizdir. (Camal Sürəya)
Hər şey, hər şey, hətta dərdlər də köhnəlir. (Flober)
Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır. (Xəlil Cibran)
Həqiqət parçalanmaz. (Xəlil Cibran)
Hər bir dəqiq elm təxminlərə söykənir. (Rassel)
Həqiqi sənət əsəri qarşısında zaman acizdir. (A.Serov)
Heç bir şey insanın təxəyyülü qədər azad deyil. (Devid Yum)
Hər şeyin iki üzü var: biri solanda o biri çiçəklənir. (Fridrix Nitsşe)
Hər kəsə layiq olduğunu vermək - ədaləti arzulayaraq, xaos yaratmaq deməkdir (Fridrix Nitsşe)
Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (Fridrix Nitsşe)
Hərəkət və vicdan ümumiyyətlə uyğunlaşmazlar. Hərəkət, ağacdan xam meyvələri yığmaq istəyərkən, vicdan onları gərəyindən çox yetişməsini gözləyər, ta ki yerə tökülüb əzilənə qədər. (Fridrix Nitsşe)
Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir. (Fridrix Nitsşe)
Heç kim hirsli insan qədər çox yalan söyləyə bilməz. (Fridrix Nitsşe)
Harda canlı tapdımsa orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm. (Fridrix Nitsşe)
Həyat ən yaxşı özünü öldürmə alətidir. (Edit Piaf)
Heç kim sevgilisinə "mənim üçün nə etdin?" deməməlidir.. 6 milyard insanin içində səni tapıb, daha nə etsin? (Yılmaz Ərdoğan)
Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Yaxşı, amma adama soruşmazlarmı, bunları haqq edəcək nə etdin. (Yılmaz Ərdoğan)
Hər şeyinlə sevərsən, bütün gücünlə bəlkə, amma yenə itirərsən. Səbəb mi ? Çünki hər 'sevirəm' deyəni adam bilərsən. (Bob Marli)
Hər müəllim, zamanı gəldiyində öyrətməyi buraxmasını öyrənməlidir. Bu çətin bir sənətdir. (Bertolt Brext)
Haqsızlıq hər yerdə və həmişə olduğu üçün, haqlılığın xarakter xüsusiyyətlərini daşımağa başlar. (Bertolt Brext)
Hər yolun bir ədəbi vardır. Allahı sevməyin də bir ədəbi vardır.Dərviş yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki. (Şəms Təbrizi)
Hər insan üçün bir aşiq olma zamanı vardır , bir də ölmək zamanı. (Şəms Təbrizi)
Hər şey insanoğluna fəda ikən insanoğlu isə özünə cəfa olmuşdur. (Şəms Təbrizi)
Həmid Qasımzadı "Atalar sözü", Bakı, Yazıçı, 1985 il, səh. 8. (Dədə Qorqud)
Həyat enişlər və çıxışlarla doludur - lift işçisi uşağın dediyi kimi. (Alfons Alle)
Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. (Çarlz Darvin)
Hətta sübutsuz dedi-qodu da özündən sonra dərin izlər buraxır. (Aleksandr Puşkin)
Heç bilənlərlə bilməyənlər bir olarmı (Aleksandr Puşkin)
Hər bir yalan daha məntiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmişdir. (Cəfər Cabbarlı)
Həyat əvvəldən axıradək öyrənməkdir. (Jan de Labrüyer)
Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir. (Jan de Labrüyer)