Saytımızda yerləşən aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
- Ana, ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar. (İohann Volfqanq Göte)
- Ata olmaq asandır, atalıq etmək çətin. (V. Bush)
-
- Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. (Demokrit)
- Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur. (P. Burje.)
- Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin. (İbn Sina)
- Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. (Lüdviq van Bethoven)
- Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər. (Növzər)
-
- Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. (Mirzə Ələkbər Sabir)
- Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin. (İohann Volfqanq Göte)
- Kim ana qəlbinin telini qırar
Tanrının qəzəbi belini qırar.
Sənin arsızlığın-xəyanət ona,
Vüqarın, təmkinin dəyanət ona. (M. Bahar)
- Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib. (Demokrit)
- Təbiətin ən böyük möcüzəsi anadır. (İohann Volfqanq Göte)
- Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. (İohann Volfqanq Göte)