• Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır. (Balasaqunlu Yusif)
  • Ancaq ruh taxtdan salınanda pul hakim ola bilər. (Əbu Turxan)
  • Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir. (Cübran)
  • Bizim başqalarına verdiyimiz bizi özümüz özümüzə verdiyimizdən daha da çox zənginləşdirir. (Şarl Quno)
  • Bu günün israfçısı sabahın dilənçisidir. (Sokrat)
  • Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun. (Əbu Turxan)
  • Çörəyim artdıqca əksildim haman
    Yoxsulluq yaxşıdır sail olmaqdan. (Sədi Şirazi)
  • Çox zəngin adam harın ola bilər, qürurlu ola bilməz, çünki var-dövlətini itirmək qorxusu qürurlu olmağa imkan vermir. (Əbu Turxan)
  • Əgər insan pulun hər şeyə qadir olduğunu söyləyirsə, onda bilin: onun pulu yoxdur, heç vaxt da olmayıb. (E. Hau)
  • Əgər pulun dəyərini bilmək istəyirsənsə, get birindən borc istə. (Bencamin Franklin)
  • İnsanın ən böyük varı – özünün var olmasıdır. (Əbu Turxan)
  • İnsanın yığdığı var-dövlətdən faydalana bilməməsinin səbəbi elə onun varlanmasına imkan açan qabiliyyətlərdir. (Rivarol)
  • İnsanlar adətən malik olduqlarından həzz almaq əvəzinə, malik olmadıqlarından danışırlar. (Vissarion Belinski)
  • İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar. (Deyl Karnegi)
  • Kasıb o kəs deyil ki, onun az şeyi var.
    Kasıb o kəsdir ki, malik olduğundan artıq şey istəyir. (Kiçik Seneka)
  • Könlü açıq olanların əlləri də açıq olur. (Cəlaləddin Rumi)
  • Mal sahibi, mülk sahibi,
    Hanı bunun ilk sahibi.
    Mal da yalan, mülk də yalan,
    Al bir az da sən oyalan. (Yunus Əmrə)
  • Malik olduğun pul sənə azadlıq verir, alınca qaçdığın pul – səni kölə edir. (Jan Jak Russo)
  • Müəyyən bir həddə çatanda pul öz sahibini də satın alır. (Əbu Turxan)
  • Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?! (F. Ranevskaya)
  • Oğru varlını, varlı isə yoxsulu soyur. (Corc Bernard Şou)
  • Özü qazanmayan var-dövlətin qədrini bilməz. (El hikməti)
  • Pul – yaxşı nökər, pis ağadır. (Frensis Bekon)
  • Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. (Adrian Dekursel)
  • Pul da silah kimi ağıllı adamda olanda onu qoruyur, naqis adamda olanda həm özü, həm də ətraf üçün təhlükəyə çevrilir. (Əbu Turxan)
  • Pul hər şeydir deyən adam pul üçün hər şeyə gedər. (Bencamin Franklin)
  • Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir. (Əbu Turxan)
  • Pul şərab kimidir. Müəyyən həddə qədər adamı hala gətirir, bir az ondan artıq olanda cuşa gətirir, lap artıq olanda isə huşunu başından alır. (Əbu Turxan)
  • Puldan da vacib şeylər var, amma pulsuz bu şeyləri əldə edə bilməzsən. (Merime)
  • Pulun çoxluğu gözün toxluğuna dəlalət eləmir. (Tur Xander)
  • Pulun öldürdüyü ruh qılıncın öldürdüyü bədəndən çoxdur. (V. Skott)
  • Qarının toxluğu müvəqqəti, gözün toxluğu daimidir. (Əbu Turxan)
  • Qəlbində var-dövlətini itirməyə hazır olmayan insana bu var-dövlət heç vaxt sevinc gətirməyəcəkdir. (Kiçik Seneka)
  • Sahib olduğundan artıq bir şey istəməyən insan zəngindir. (Mark Tulli Siseron)
  • Süleyman mülkünü axtarma ki, o, hardadır
    Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır? (Nizami Gəncəvi)
  • Tamahkara dünyanı da versən, doymaz. (Sədi Şirazi)
  • Var-dövlət – Haqq yolunda xərclənəndə fəzilətə, əks halda rəzalətə vəsilə olur. (Əbu Turxan)
  • Var-dövlət çox olduqca, onun fövqünə qalxmaq üçün daha böyük ruhani enerji tələb olunur. Günlərin bir günü ruh daha varlığın ağırlığını, cazibə gücünü dəf edə bilmir və insan öz var-dövlətinin içində itib batır. (Əbu Turxan)
  • Var-dövlət insanlara bəzən onu itirmək qorxusundan başqa heç nə vermir. (Rivarol)
  • Var-dövlət və şöhrət dəniz suyu kimidir: içdikcə, yanğı daha da artır. (Artur Şopenhauer)
  • Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün. (Helvetsi)
  • Xəsis həmişə ehtiyac içində yaşayır. (Horatsi)
  • Xəsis öz sərvətinin ağası deyil, sərvət onun ağasıdır. (Bion)
  • Yoxsulluğun qüruru olmur, çünki boş torbanı dik qoymaq olmaz. (Aleksandr Düma)
  • Zəngin o adamdır ki, nəyi varsa, onunla kifayətlənir. (Bar-Ebrey)
Top