• Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə. (Mirzə Fətəli Axundov)
  • Ağıla fikir gələr, başa hadisə. (Əbu Turxan)
  • Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. (Əbdürrəhman Cami)
  • Ağlabatan hər şey gerçəkdir fikri – qadın düşüncəsini, gerçək olan hər şey ağlabatandır fikri – kişi düşüncəsini əks etdirir. (Tur Xander)
  • Amandır, ağlını unutma ki, sən
    Gülünü tikana dəyişməyəsən. (Nizami Gəncəvi)
  • Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir)
  • Bariz şəkildə üzə çıxan çılpaq fikir emosional yaşantının ahəngini pozur. (Əbu Turxan)
  • Bilik öyrənməyi ar bilən hər kəs
    Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)
  • Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
  • Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir... (İmmanuel Kant)
  • Duyğu ruha ağıldan tez yol tapır. (Cəlaləddin Rumi)
  • Ədəb sayılsa da məclisdə susmaq
    Məsləhət zamanı danışmaq gərək
    İki şey ağıla nöqsan sayılır
    Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun.
    Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. (Əbülhəsən Bəhmənyar)
  • Əlində yumşalsa dəmir, onu bil,
    Tədbirlə yumşalar, hiddətlə deyil. (Nizami Gəncəvi)
  • Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. (Nuşirəvan Adil Xosrov)
  • Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır. (Firidun bəy Köçərli)
  • Fikir də ancaq münbit mühitdə cücərir. (Əbu Turxan)
  • Fikir hələ fikir səviyyəsinə çatana qədər hiss halında olur. (K.S.Stanislavski)
  • Fikir yalnız özünü doğuranda özünü tapır. Və yalnız özünü tapanda mövcuddur və gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)
  • Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır. (İmmanuel Kant)
  • Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)
  • İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
  • İnsana arxadır onun kamalı,
    Ağıldır hər kəsin dövləti, malı. (Nizami Gəncəvi)
  • İstedadlı kor, istedadsız ağıllıdan daha yaxşı görür. (Rəsul Həmzətov)
  • Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
  • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
  • Ruhun ruhla təmasa ehtiyacı var. (Əbu Turxan)
  • Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
  • Təəssüf ki, fikrin ən qanadlı məqamı ilə ən ləngərli məqamı ömrün müxtəlif dövrlərinə təsadüf edir. (Əbu Turxan)
  • Təfəkkür öz qanunlarını təbiətdən almır, onları təbiətə şamil edir. (İmmanuel Kant)
  • Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır. (Georq Vilhelm Fridrix Hegel)
Top