Birisi bəslərdi qurd balasını Böyücək məhv etdi öz ağasını. (Sədi Şirazi)
Bitməyən bir kitab ol! (Əbu Turxan)
Biz bəzən istedadsızları yazıqlaya-yazıqlaya yüksək mərtəbəyə qaldırmaqla, istedadlılara qənim hazırlamış oluruq. (Əbu Turxan)
Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq. (Deni Didro)
Bizim geyə biləcəyimiz ən yaxşı maska öz üzümüzdür. (Fridrix Nitsşe)
Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb. (Əbu Turxan)
Bu gün qürurlana biləcəyi heç nəyi olmayanlar dünənki xidmətləri ilə lovğalanmağa başlayırlar. (Mark Tulli Siseron)
Bütün kölgələr silinir, ürəyə düşən kölgədən başqa. (Əbu Turxan)
Bütün yollar qaranlıqdan işığa doğrudur. (Əbu Turxan)
Çirkoy paltarda çirk bilinməz. (Əbu Turxan)
Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. (Vovenarq)
Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. (Tur Xander)
Dəmiri aynatək parladan insan Pası silməlidir öz vicdanından. (Nizami Gəncəvi)
Din və əxlaq inama əsaslanmaqla vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər. (Georq Vilhelm Fridrix Hegel)
Dumanın şərəfi dağla vüsaldır, Başın şərafəti ağıl-kamaldır. Yuxarı qalxdıqca dumanlanırsa, Bil ki, yetişməyib, baş hələ kaldır. (Əbu Turxan)
Dünyada elə ac insanlar var ki, Tanrı onlara ancaq çörək formasında görünə bilir. (Çarlz Dikkens)
Dünyada iztirab qədər yaxşı tərbiyəçi yoxdur. (İohann Volfqanq Göte)
Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar. (Cəlaləddin Rumi)
Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz. (Əbu Turxan)
Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası? (Əbu Turxan)
Ehtiyacı olanlara ən böyük pisliyi yardım görüntüsü yaradanlar edir; onlar gerçək yardımların qarşısını almış olurlar. (Əbu Turxan)
Elə insanlar var ki, onların qüsurları olmasaydı, istedadları da heç vaxt üzə çıxmazdı. (Vovenarq)
Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. (Əbu Turxan)
Əxlaq gözəllik libasında meydana çıxmalıdır. (Georq Vilhelm Fridrix Hegel)
Əxlaq insanın xarakterində olmalıdır. (İmmanuel Kant)
Əxlaq və qəbahət tərəzinin iki müxtəlif gözündə yerləşir. Bunlardаn biri qalxarsa, digəri enər. (Platon)
Əxlaqi davranışın keyfiyyəti işin içində olan insanların sayına tərs mütənasib olaraq dəyişir. (Oldos Haksli)
Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. (Əbu Turxan)
Əyri adam içindəki xəyanəti gizlətmək üçün fürsətdən istifadə edib sədaqətli olduğunu isbat edir. Düz adam isə buna ehtiyac duymadığından həmişə şübhəli qismində qalır. (Əbu Turxan)
Əyri işıq yerə kölgə saldığı kimi, əyri işlər də ürəyə kölgə salır. (Əbu Turxan)
Gözə soxulan sadəlik – niyyətli ikiüzlülükdür. (Fransua de Laroşfuko)
Gözəl olan hər şey əxlaqidir. (Flober)
Gözü ayağının altını seçməyənlər gec-tez həyatın girdabına düşəcəklər. (Əbu Turxan)
Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır. (Tur Xander)
Günahlar artdıqca həya azalır. (Fridrix Şiller)
Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil. (Karl Marks)
Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar. (Cəlaləddin Rumi)
Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar. (Əbu Turxan)
İç dünyasının naməlum qatlarıancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenəqaranlığa bürünür. (Əbu Turxan)
İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. (Əbu Turxan)
İki işığın təmasından daha böyük işıq da yarana bilər, qaranlıq da. (Əbu Turxan)
İnsan mənəviyyat üçün yaşamalıdır. (Heydər Əliyev)
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. (Onore de Balzak)
İnsan özü nə qədər xeyirxah və ağıllı olsa, insanlardakı xeyirxahlıqları da bir o qədər çox görər. (Blez Paskal)
İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz. (Əbu Turxan)
İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilər. (Əbu Turxan)
İnsana ən böyük mükafatı da vicdanı verir, ən böyük cəzanı da. (Vovenarq)
İnsanı heyrətləndirən və heyran edən iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu səma, o biri isə daxilimizdəki əxlaqi qanundur. (İmmanuel Kant)
İnsanı insan edən ağıl yox, mənəvi qadağalar, əxlaqi sədlərdir. Lakin bu sədlər özü də vaxtaşırı ağıl süzgəcindən keçirilməlidir. (Əbu Turxan)
İnsanın günaha batmaq istəməməsi ilə istəyib-bacarmaması fərqli şeylərdir. (Kiçik Seneka)
İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. (Abay Kunanbayev)
İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır. (Əbu Turxan)
İnsanın öz yaxşı cəhətlərinə görə xəcalət çəkməsi alicənablıqdır. (Fridrix Nitsşe)
İnsanlar bəlkə də pisliyi bağışlayar, amma təhqiri - heç vaxt! (J.Nerval)
İtirəcəyi bir şey olmayan insandan qorxmaq gərək. (İohann Volfqanq Göte)
Kimsə deyib ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar. (Əbu Turxan)
Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! (Əbu Turxan)
Könül Allah evidir. (Xudu Məmmədov)
Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün. (Cəlaləddin Rumi)
Laqeydlikdən irəli gələn tolerantlıq fəzilət deyil. (Əmin ər-Reyhani)
Ləyaqəti satmaqla varlanmaq olmaz. (Vovenarq)
Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. (Əbu Turxan)
Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil. (Əbu Turxan)
Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır. (H.Şou)
Məhək daşıyla qızılı yoxlayırlar, qızılla isə adamı. (Xilon)
Mən işığa çıxan zaman bədənimin kölgəsi arxamca sürünür. (Cübran)
Mən özümü bu dünyada, dünyanı məndə Dərk eləyib məna dolu hər şey olaydım. (Səməd Vurğun)
Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. (Əbu Turxan)
Mənəvi dünya iç aləmi sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır. (Əbu Turxan)
Mənəvi gücün mənbəyi ruhun ənginliyidir. Daxili mücadilə və ziddiyyətlərdən məhrum olanda insan inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. (Tur Xander)
Mənəviyyat ürəyin ağlıdır. (Heyne)
Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. (Əbu Turxan)
Mərdliyi az olanın bicliyi çox olar. (Bleyk)
Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. (N.Q.Çernışevski)
Müasirlik mənəviyyatın zamana uyğunlaşmış, amma hələ zamanın sınağından çıxmamış üst qatıdır. (Əbu Turxan)
Münasibətlər o zaman dayanıqlı olur ki, səviyyələr uyğun gəlsin. Kimsə münasibətinin kəsilməyini istəmirsə, gərək üstünlüyünü biruzə verməsin. (Əbu Turxan)
Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz. (Əbu Turxan)
Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik. (Xaqani)
Neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın dağıdıcı təsirlərindən qorunub saxlanması üçüncü minillikdə ən böyük tarixi vəzifə olacaqdır. (Əbu Turxan)
Öz məziyyətlərindən danışan gülüncdür, öz məziyyətlərini bilməyən – sadəlövh. (Çesterfild)
Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar. (Əbu Turxan)
Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq. (Əbu Turxan)
Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir. (Periandr)
Paxıl adam bir dəfə ölmür: rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür. (Baltazar Qrasian)
Pis adam üçün bəd xəbər verməkdən xoş əyləncə yoxdur. (Şota Rustaveli)
Pis adamın biliklisi daha təhlükəlidir. (Əbu Turxan)
Pis fikirlərin olmasa, pis əməllərin də olmaz. (Konfutsi)
Pislər pisləri – pis olduğu üçün, yaxşıları da – yaxşı olduğu üçün sevmirlər. (Əbu Turxan)
Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil. Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. (Epiktet)
Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir. (Əbu Turxan)
Qəlbini təmizləməmisənsə, dəstəmaz almağın faydası yoxdur. (Cəlaləddin Rumi)
Quyuya salsan da yaxşılığı, bil Yenə qayıdacaq, o itən deyil. (Nizami Gəncəvi)
Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir. (Heydər Əliyev)
Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. (Əbu Turxan)
Sadəlik, xeyirxahlıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. (Lev Tolstoy)
Savaşan iki kəsdən ağıllı olanın təqsiri daha çoxdur. (İohann Volfqanq Göte)
Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir. (İbn Xəldun)
Səndən irəlidə nə qədər adamın olduğunu görəndə, səndən arxada da nə qədər adam olduğunu yada sal. (Kiçik Seneka)
Sənə yardım edənlərə yardım etməyi arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et! (Əbu Turxan)
Şərab insanı riyakar edir: ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir. (Əbu Turxan)
Şərə qalib gələn xeyir, şərə rast gəlməyən xeyirdən qüdrətlidir. (N.A.Berdyayev)
Sərxoşluq könüllü dəlilikdir. (Kiçik Seneka)
Səxavət və bədxərclik zahirən nə qədər bənzəsə də, fərqli mahiyyətlərin ifadəsidir. (Əbu Turxan)
Şöhrətpərəstin təkcə oturub-durduqları yox, düşməni də tanınmış olmalıdır. (Əbu Turxan)
Şöhrətpərəstlik insanı boşboğaz, qürur isə dinməz edir. (Artur Şopenhauer)
Televiziya elə adamlardan həzz almağa imkan verir ki, onları biz evin kandarına da buraxmarıq. (D.Frostalic)
Televiziya indiki halda xalq üçün tiryəkdir. (Nikson)
Televiziya o dərəcədə önəmlidir ki, onu ancaq televiziya işçilərinin öhdəsinə buraxmaq olmaz. (A.Benn)
Təmiz qalmaq üçün heç bir işə qatışmayan adam unudur ki, o ən azı zəmanənin öz çirkabına bulaşmış haldadır. (Əbu Turxan)
Tərbiyə xoşbəxt günlərində insanın bəzəyi, bədbəxt günlərində sığınacaq yeridir. (Demokrit)
Tərifə laqeyd olanlar deyil, tənqidə diqqətli olanlar təvazökardır. (Jan Pol)
Ürək təmiz olmayanda dediklərini anlamaq olmur. (Əbu Turxan)
Utanmağı öyrətmək mümkün deyil, onunla doğulmaq gərəkdir. (Publiliy Sir)
Vərdişə çevrilmiş əməllərə görə insan heç vaxt vicdan əzabı çəkmir. (Volter)
Vicdan Allahın daxilimizdəki səsidir. (Alfons de Lamartin)
Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. (Heydər Əliyev)
Xeyirxah adamda paxıllıq hissi ola bilməz. (Platon)
Xeyirxahlıq təbiidir, bədxahlıq isə sonradan özünə yer tapıb. (Lev Tolstoy)
Ya olduğun kimi görün, ya da göründüyün kimi ol! (Cəlaləddin Rumi)
Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür. (Martin Lüter)
Yalançının yaddaşı yaxşı olmalıdır. (Kvintilian)
Yalnız elədiklərimizə yox, eləmədiklərimizə görə də cavabdehlik daşıyırıq. (Molyer)
Yanıb işıq saça bilmirsənsə, heç olmazsa işığın qabağını kəsmə. (Lev Tolstoy)
Yaradılmışlardan ən gözəli gözəl tərbiyə almış insandır. (Epiktet)
Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınır. (Demokrit)
Yarımçıqlıq bütün qüsurların tərkib hissəsidir, kamillik isə tam və bölünməz olur. (Vovenarq)
Yaxşı niyyət heç də həmişə yaxşılığa gətirmir. Bunun üçün həm də bilik və qabiliyyət lazımdır. (Əbu Turxan)
Yaxşı ol, qoy pisdir desinlər sənə, Nə ki, pis olasan, yaxşı desinlər. (Sədi Şirazi)
Yaxşılığı yalnız yaxşılar, pisliyi isə hamı başa düşür. (Cənab Şəhabəddin)
Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı - Haqqdan. (Əbu Turxan)
Yumşaq ipəyi iti qılınc da kəsmir. (Cəlaləddin Rumi)
Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar. (Əbu Turxan)