• Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır. (Əbu Turxan)
  • Adətən ölənləri ağlayırlar; doğula bilməyənlər haqqında düşünən də yoxdur. (Əbu Turxan)
  • Ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. (Əbu Turxan)
  • Ancaq özünü tapan adam həyatını istədiyi kimi idarə edə bilər. (Əbu Turxan)
  • Ancaq yaradıcılıq məqamları sözün həqiqi mənasında həyatdır. (Əbu Turxan)
  • Arzudan doğan arzular ayağı gerçəkdən üzülmüş arzulardır. (Əbu Turxan)
  • Arzular həyata məna verir. (Anatol Frans)
  • Bədbinlik əhval-ruhiyyədir, nikbinlik – iradə. (Alen Emil Ogüst)
  • Bəzən biz yolu seçirik, bəzən də yol bizi. (Əbu Turxan)
  • Bəzən mənliyi yaşatmağın yeganə yolu ölüm olur. (Əbu Turxan)
  • Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün;
    bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;
    bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;
    bəzən anmaq lazım gəlir, anılmaq üçün;
    bəzən de susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)
  • Bəzən yaşamadıqlarımız bizi yaşadığımız həyatdan daha çox mühakimə edir. (Əbu Turxan)
  • Bir insanın ölümü ölüm, iki milyon insanın ölümü isə statistikadır. (Erix Mariya Remark)
  • Bir şərdən qaçsan, başqa şərə düşərsən. Ona görə də şərdən qaçmaq yox, onu dəf etmək lazımdır. (Əbu Turxan)
  • Bir şey ki, qaçılmazdır, ondan qaçmaq axmaqlıq olardı. (Publiliy Sir)
  • Bir var, sən ölümdən qaçasan (onda o, səni mütləq yaxalayacaq), bir də var, üzərinə elə gedəsən ki, ölüm səndən qaçsın. (Əbu Turxan)
  • Bir yatmış başqa yatmışı necə oyada bilər?! (Sədi Şirazi)
  • Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı. (Jan de Labrüyer)
  • Birinin məhvi başqasının yaranması deməkdir. (Aristotel)
  • Biz tez-tez gələcək günlərdən borc götürürük ki, keçmiş günlərin borclarını qaytaraq. (Cübran)
  • Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir.
    Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur. (Əbu Turxan)
  • Bu dünyada uğuru yalnız bunun üçün lazım olan şəraiti axtaran tapır; tapmasa, bu şəraiti o özü yaradır. (Corc Bernard Şou)
  • Bu günün hər əməli sabah üçün alın yazısıdır. (Əbu Turxan)
  • Bu qala bizim qala
    Həmişə bizim qala
    Tikmədim özüm qalam
    Tikdim ki, izim qala. (Xudu Məmmədov)
  • Bundan sonra hara gedəcəyini bilmək üçün, buna qədər haradan gəldiyini bilməlisən. (Əbu Turxan)
  • Cavanlar xəyal edirlər, qocalar xatırlayırlar. (Lui Araqon)
  • Cavanlıq artıq cavan olmayan üçün böyük çatışmazlıqdır. (Aleksandr Düma)
  • Cavanlıqda biz sevmək üçün yaşayırıq; yetkin dövrdə yaşamaq üçün sevirik. (Sent Evremon)
  • Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. (Artur Şopenhauer)
  • Çayın həyatı onun axmasındadır. Dənizə çatmaq sanki bu həyata son qoyur, amma əslində onun həyatı öz mənasını bu vüsal məqamında tapır.
    Dua: Qoy sənin vüsalın çayın dənizə qovuşması kimi davamlı olsun! (Əbu Turxan)
  • Damlada itirdiyimiz bir dəniz qədər önəmli ola bilər. (Əbu Turxan)
  • Dənizdə məhəbbətin hər iki qütbü ehtiva olunur; onun səma ilə görüşü ancaq üfüqdə baş tutur; buna Platon ik məhəbbət də deyirlər. Onun yerlə görüşdüyü yerlərdə isə məhəbbətin başqa formaları ortaya çıxır. (Əbu Turxan)
  • Dirilər ölülərə heç nəyi öyrədə bilməzlər, amma ölülər dirilərə öyrədir. (Şatobrian)
  • Dözümə əsaslanan səbir tükənə bilər, ümidə əsaslanan səbir – tükənməz. (Əbu Turxan)
  • Düşüncələriniz necədirsə, həyatınız da elədir. Həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin. (Mark Avreli)
  • Düşüncəni dəyiş ki, həyatını dəyişəsən. (Brayan Treysi)
  • Düzənim pozular, həyatımın altı üstünə gələr deyə əndişə etmə. Haradan bilə bilərsən həyatın altının üstündən daha yaxşı olmayacağını? (Şəms Təbrizi)
  • Düzlüyü çox sevər taleyi yazan,
    Görmədim düz yolda yolunu azan. (Sədi Şirazi)
  • Əbədiyyət insanın içindədir! (Əbu Turxan)
  • Əgər bəladan qaçmaq mümkündürsə, onda nədən narazısan?
    Yox, əgər o qaçılmazdırsa, onda şikayətlənməkdən nə fayda? (Sokrat)
  • Əgər danışsaydı, ölümlə də dil tapmaq olardı. (Əbu Turxan)
  • Əgər həyatı gözləməklə keçirmək lazım gələcəksə, onu yaşamağa dəyməz. (Feyxtvanqer)
  • Əgər içindəki işıq ətrafı işıqlandıra bilmirsə, o da sönmüş kimidir. (Əbu Turxan)
  • Əgər insan dünyada tək olsaydı, ölüm haqqında heç bir təsəvvürü olmazdı. (Kondilyak)
  • Əgər nəyə isə təəccüblənə bilirsinizsə, deməli, hələ cavansınız. (Uinston Çörçill)
  • Elə xatirələr var ki, danışsan gözəlliyi gedər. (Jorj Sand)
  • Elm alın yazısını qəbul etmədi, amma genetik proqram adı altında onu özü kəşf etdi. (Tur Xander)
  • Ən çox batan yaxşı üzənlər olur. (Tomas Fuller)
  • Əsl həyat doğulma və canlanma proseslərinin bütöv bir silsiləsidir. (Əbu Turxan)
  • Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur. (Əbu Turxan)
  • Ətrafımda qaranlıq kölgələr sıxlaşsa da, içimdəki işıq sönməmişdir. (İohann Volfqanq Göte)
  • Ey könül quşu, kor olsan da, unutma ki, qanadların var! (Rabindranat Taqor)
  • Ey müqəddəs həyat! Müqəddəs insan!
    Sənə ilham verən yalnız ürəkdir.
    Ayıl məclislərin sərxoşluğundan
    Ömür röya kimi boş keçəcəkdir! (Səməd Vurğun)
  • Əzm nə qədər böyük olsa, məqsədə aparan yol bir o qədər qısa olar. (Əbu Turxan)
  • Fəal adamlar bəzən məqsəddən uzaqlaşdıqlarının fərqində olmurlar; onlar üçün əsas olan hərəkətdir. (Əbu Turxan)
  • Fəlakət anında qərar verə bilmək qurtuluşun yarısıdır. (Pestalotsi)
  • Fərd ölməyə məhkumdur, bəşər övladı – olümsüzdür. (İmmanuel Kant)
  • Fərdi cismani həyat başa çatanda insan öz ideyalarında, ideyalar isə davamçıların şəxsində yaşayır. (Əbu Turxan)
  • Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır. (Tur Xander)
  • Gəlin, istədiyimiz kimi düşünək və düşündüyümüz kimi yaşayaq. (Əmin ər-Reyhani)
  • Gənclər yenilik sevir, qocalar isə ənənələrə sadiq olurlar. (Fransua de Laroşfuko)
  • Hamı çox yaşamağı istəyir, lakin heç kəs qocalmaq istəmir. (Molla Fənari)
  • Haraya üzəcəyini bilmirsənsə, üzməyi bilməyin faydası yoxdur. (Əbu Turxan)
  • Heç bir şöhrətə çiçəkli yollarla gedilməz. (Lafonten)
  • Heç kim cavanlığının necə getdiyini duymur, amma onun artıq getdiyini hamı duyur. (Kiçik Seneka)
  • Heç ölməyəcəksənmiş kimi dünya üçün,
    Sabah öləcəksənmiş kimi axirət üçün çalış. (Mühəmməd peyğəmbər (SƏS))
  • Heç vaxt çıxdığın qapını bərk çırpma; ola bilər geri dönmək istədin. (Don Gerold)
  • Hələ ki, heç kim ölməz doğulmayıb. Kiminsə başına bu iş gəlsəydi, o, heç də başqalarının düşündüyü qədər xoşbəxt olmazdı. (Platon)
  • Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər. (Əbu Turxan)
  • Hər həyat səhifəsi ömürün ilk yazıdı,
    Bu günün hər əməli sabah üçün yazıdı. (Əbu Turxan)
  • Hər ötən günə kiçik bir həyat kimi baxmaq lazımdır. (Maksim Qorki)
  • Hər şey, nəyə layiqdirsə, ona dönür. (Cəlaləddin Rumi)
  • Hər şeyin iki üzü var: biri solanda o biri çiçəklənir. (Fridrix Nitsşe)
  • Hərənin öz yolu var; amma başqalarının saldığı yolla getmək daha asan olur. (Əbu Turxan)
  • Həyat – ideyanın realizasiyasıdır. (Tur Xander)
  • Həyat balaca bir əbədiyyətdir. (Emerson)
  • Həyat balonla səyahət kimidir.
    İp qırılanda ruh göydə uçur, bədən yerə düşür. (Əbu Turxan)
  • Həyat beşiklə məzar arasındakı sınaq müddətidir. (Onore de Balzak)
  • Həyat bir dağdır: qalxanda yavaş-yavaş, düşəndə tez-tez düşürük. (Mopassan)
  • Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. (Artur Şopenhauer)
  • Həyat da, ölüm də eşqin təzahürləridir.
    Bizim təbiətə sevgimiz həyat eşqidir.
    Təbiətin bizə sevgisi bizi yenidən
    əbədiyyətə qaytarmaq əzmidir. (Əbu Turxan)
  • Həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır. (Əbu Turxan)
  • Həyat eşqi ilə ölüm qorxusu əkizdir. (R.Rollan)
  • Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)
  • Həyat hisslərlə yaşayanlar üçün faciə, ağıl ilə yaşayanlar üçün isə komediyadır. (Şarl Lemel)
  • Həyat iki əbədiyyət arasında yarğan, iki qara bulud arasında çaxan şimşəkdir. (Əmin ər-Reyhani)
  • Həyat naminə həyatın mənasını itirmək olmaz. (Yuvenal)
  • Həyat öyrənildikcə şirinləşir. (Xudu Məmmədov)
  • Həyat suyun axarında üzmək, ölüm isə – arada istirahətdir. (Tzya İ)
  • Həyat və mənəviyyat bölünməzdir. (Tomas Mann)
  • Həyata məna verən – anın dəyərləndirilməsidir. (Əbu Turxan)
  • Həyatda insani başlanğıcı tamamilə məhv etmək mümkün deyil. (Əbu Turxan)
  • Həyatı sevməyənlər ölümdən daha çox qorxurlar. (Əbu Turxan)
  • Həyatın açdığı bütün yollar gec-tez ölümə aparıb çıxarır. Ölməzliyə isə insan ancaq öz açdığı yolla çata bilər. (Əbu Turxan)
  • Həyatın ağrı-acısını görən və dərk edən insan fəlsəfəni həyatın öz kitabından da oxuya bilər. (Əbu Turxan)
  • Həyatın alovu görünməyən aydınlığını göstərmək üçün özünü öz dumanı ilə pərdələyir. (Məhəmməd İqbal)
  • Həyatın hər üzü gözəldir. (İohann Volfqanq Göte)
  • Həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik? (Konfutsi)
  • İnsan nə qədər də qəribədir !?
    O var-dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir.
    O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir.
    O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış. (Əli bin Əbu Talib)
  • İnsan ona bəxş edilmiş ömrü heç vaxt tam yaşamır. Ömür qismətin ancaq bir qismidir. (Əbu Turxan)
  • İnsanın bütün həyatı böyük məqsədlərə yönəlməlidir. Amma hərdən bir nəfəsini dərmək üçün tez bəhrə verən işlərə də vaxt ayırmaq olar; bu şərtlə ki, yenidən yoluna davam edəsən. (Əbu Turxan)
  • İnsanın ölüm anındakı sözləri çox qiymətlidir. (Konfutsi)
  • İşıq hər tərəfi bürüyəndə, onun mənbəyi diqqəti cəlb etmir. (Əbu Turxan)
  • İstək həyatın, laqeydlik isə ölümün yarısıdır. (Cübran)
  • İsti xatirələri olmayanlar üçün qış soyuq keçər. (J.Renan)
  • Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. (Santayana)
  • Kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq. (Çarli Çaplin)
  • Meyvə çəyirdəyini daşıdığı kimi, insan da ölümü öz içində daşıyır. (Reyner Maria Rilke)
  • Möcüzələr normaya çevriləndə, normal həyat möcüzə kimi görünür. (Əbu Turxan)
  • Müdriklik – məsləhətlərin, tale – hadisələrin başında durur. (Helvetsi)
  • Müstəsna vəziyyətdən çıxış yolu ancaq müstəsna qərarla tapıla bilər. (Əbu Turxan)
  • O şey ki, verilir, o əlimizdən alına da bilər. (Kiçik Seneka)
  • Ölmədən öncə ölmək lazımdır. (Mühəmməd peyğəmbər (SƏS))
  • Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır. (Jan de Labrüyer)
  • Ölüm gələndə həyatdan dördəlli yapışma. (Pifaqor)
  • Ölüm gözləmir, deməli, ömür də gözləməməlidir. (İ.S.Turgenev)
  • Ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər. (Artur Şopenhauer)
  • Ölüm var ki, həyat qədər dəyərli,
    Həyat var ki, ölümdən də zəhərli. (Hüseyn Cavid)
  • Ölüm zamanın qırıldığı bir məqamdır. (Cübran)
  • Ölümdən qorunmaqdansa, ruhla dost ol ki, səni yalqız buraxmasın. (Əbu Turxan)
  • Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. (Kiçik Seneka)
  • Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır. (Əbu Turxan)
  • Ömrün gecəsi özü ilə öz çırağını gətirir. (Jozef Juber)
  • Ömür çoxölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır. (Əbu Turxan)
  • Ömür genetik proqramın mühitdə açılışıdır. (Tur Xander)
  • Ömür qısadır, şöhrət isə əbədi ola bilər. (Mark Tulli Siseron)
  • Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə – qərib kimi yaşamağa məhkumdur. (Əbu Turxan)
  • Özünü dərk edənlər bu dünyanı rahat tərk edə bilirlər. (Əbu Turxan)
  • Pessimist hər imkanda çətinliklər görür, optimist hər çətinlikdə imkanlar görür. (Uinston Çörçill)
  • Pis hadisədən sarsılmamaq üçün düşünmək lazımdır ki, bundan da pis ola bilərdi. (Epiktet)
  • Qaranlıqda yeganə işıq mənbəyi olmaq qürur verir, daha güclü işığın içərisinə düşmək – sevinc. (Əbu Turxan)
  • Qəhrəmanlıq üçün bircə an belə kifayətdir, ləyaqətli insan olmaq üçün isə bütöv bir ömür lazımdır. (P.Bryula)
  • Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. (Viktor Hüqo)
  • Qocalığa cavanlıqdan hazırlıq görmək lazımdır. (Əvhədi Marağayi)
  • Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır. (Stendal)
  • Qocalıq axmaq üçün yük, nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. (Volter)
  • Qocalıq fırtınalı həyatın limanıdır. (K.Preston)
  • Ruh olan yerə ölüm girə bilməz. (Əbu Turxan)
  • Sağlığında tərki-dünya olanlar öləndə heç nə itirmirlər. (Əbu Turxan)
  • Sahil ümiddir; gözdən itəndə dənizdə ancaq vahimə qalır. (Əbu Turxan)
  • Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. (Əbu Turxan)
  • Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir. (Cübran)
  • Sənə bircə dəfə gərək olacaq silahı ömrün boyu gəzdirməlisən. (Rəsul Həmzətov)
  • Silgi istifadə etmədən rəsm çəkmək sənətinə həyat deyilir. (Hölderlin)
  • Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. (Cübran)
  • Sürünmək üçün yarananlar uça bilmirlər! (Maksim Qorki)
  • Tale bəhanələr qəbul etmir. (Ziqmund Freyd)
  • Tale getmək istəyəni aparır, istəməyəni sürüyür. (Kleanf)
  • Tale vəd etdiyini baha satır. (Helvetsi)
  • Tarix üçün yaşamaq bir şeydir, əbədiyyət üçün yaşamaq başqa bir şey. (M. Unamuno)
  • Təzad həyatın ahəngidir. (Hüseyn Cavid)
  • Toxumun cücərməsi üçün münbit mühit tələb olunduğu kimi, alın yazısının da yaşanması üçün müvafiq şərait olmalıdır. (Əbu Turxan)
  • Uça bilməyənlər üçün dünyanın başlanğıcı da, sonu da (bir) yerdədir. (Əbu Turxan)
  • Uçmaq üçün yarananları sürünməyə, sürünmək üçün yarananları uçmağa təhrik etmək günahdır. (Əbu Turxan)
  • Uğur qazanıb sevinmək üçün öncə bir çox məhrumiyyətlərə dözmək lazımdır. (Con Milton)
  • Ümid hətta artıq heç nəyi qalmayanlarda da var. (Plutarx)
  • Ümidini itirənin başqa itirəcək bir şeyi yoxdur. (Pyer Büast)
  • Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi. (Konfutsi)
  • Uşağın ağlaması ilə gülüşü arasında məsafə çox kiçikdir. İnsan böyüdükcə bu məsafə də böyüyür və birindən o birinə keçid çətinləşir. (Əbu Turxan)
  • Uzaq planları olmayan insanı yaxında fəlakətlər gözləyir. (Konfutsi)
  • Üzməyi bilənlər gəmidə özlərini daha rahat hiss edirlər; halbuki gəmi dənizin ortasında batanda hamını eyni aqibət gözləyir. (Əbu Turxan)
  • Xatirə görüşün bir növüdür. (Cübran)
  • Xəyal etdikləriniz sadəcə sizin xəyallarınız deyil; bütün dünya da sizin xəyal etdiklərinizi xəyal edər. (Nüaymə)
  • Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də əzablı ömür qədər uzundur. (Lukian)
  • Yalnız ölmək istəməyəni xilas etmək mümkündür. (Lev Tolstoy)
  • Yaradıcı adamın həyatı hüdud daxilində tükənməzlikdir. (Əbu Turxan)
  • Yaşamaq – ruhani potensialın həyat enerjisinə çevrilməsidir. (Tur Xander)
  • Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır. (Əbu Turxan)
  • Yaşamaq gərçi xoş əməl,
    Yaşatmaq daha gözəl. (Hüseyn Cavid)
  • Yaşayanları yönəldən çox vaxt ölülərdir. Deməli, öldürülməsi lazım olan ölülər də var. (Cəmil Meriç)
  • Yaxşı yaşadığımız gün bizə sakit yuxu gətirdiyi kimi, yaxşı yaşadığımız ömür də bizə sakit ölüm gətirir. (Leonardo da Vinçi)
  • Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır. (Əbu Turxan)
  • Yeni qərarlar qəbul etməyəni yeni problemlər gözləyir. (Frensis Bekon)
  • Yolu düzgün seçə bilsən, düşmənin silahı özü üçün yükə çevrilər. (Əbu Turxan)
  • Yumor bizi həyat dalğalarında qoruyan halqadır. (V.Raabe)
Top