• Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır. (R.Rollan)
  • Böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq şərt deyil; bunu onlarla bir yerdə də etmək olar. (Şarl Lui Monteskyö)
  • Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. (Əbu Turxan)
  • Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. (Tur Xander)
  • Bütün dahilər bir az dəlidir. (Aristotel)
  • Bütün dahilər bir-birinə doğmadırlar. (Əbu Turxan)
  • Bütün sular ləpələnə bilər, dalğa isə ancaq dəryada olur. (Əbu Turxan)
  • Dağlar zirvədə tənha olsalar da, təməlləri birdir. (Əbu Turxan)
  • Dahi insanlar yüksəklərdə uçurlar və qartallar kimi əlyetməz ucalıqda yuva qurub tənha yaşayırlar. (Artur Şopenhauer)
  • Dahi şəxslər mühitini öz qəlbində gəzdirir. (Əbu Turxan)
  • Dahilik fikrin müəyyən səmtdə davamlılığıdır. (İsaak Nyuton)
  • Dahinin hər yaratdığında biz özümüzün gerçəkləşə bilməmiş fikirlərimizi görürük. (Emerson)
  • Daim yüksəlmək olmaz; ən böyük məharət öz maksimal imkanına uyğun məqama çatanda dayana bilməkdir. (Əbu Turxan)
  • Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır. (Tur Xander)
  • Dərində üzməyi bacaranlar üçün dayazda üzmək darıxdırıcı olur. (Əbu Turxan)
  • Dünyaya qatılanların həzzi və qəzəbi, dünyanın fövqünə qalxanların eşqi və kədəri olur. (Əbu Turxan)
  • Əgər mən uzağı görə bilmişəmsə, ancaq ona görə ki, dahilərin çiynində dayanmışam. (İsaak Nyuton)
  • Gələcək fövqəlinsanların xəyallarının gerçəkləşdirilməsi yolu ilə qurulur. (Əbu Turxan)
  • Hansısa bir əsəri ilə zirvəni fəth edənlər sonra bütün əsərlərini zirvəyə daşımağa çalışırlar. (Əbu Turxan)
  • Hər dəliliyin öz məntiqi olur. (Uilyam Şekspir)
  • Hər insanın öz dəyəri var, amma dəyərsiz insanlar da var – bunlar dahilər və səfillərdir. (Krışka Frantişek)
  • Hər şeyin sistemə salındığı və normativləşdirildiyi bir dövrdə dahilərə yer nəzərdə tutulmayıb. (Tur Xander)
  • Həyatın dibindən ideya səmasına yüksəlmək üçün yetərli ruhani enerji olmalıdır. (Əbu Turxan)
  • İldırım dağların başında çatlayır. (Horatsi)
  • İstək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq qüvvətli simalar keçə bilirlər. (Cəfər Cabbarlı)
  • Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir. (Əbu Turxan)
  • Mənim üçün böyük insan öz beyni ilə ürəyi arasında rabitə yaradan insandır. (Napoleon Bonapart)
  • Müdriklik həyat elminin mənimsənilməsidir. (Əbu Turxan)
  • Müdriklik sağlam düşüncə çərçivəsində fəlsəfədir. (Əbu Turxan)
  • Müəyyən qədər dəliliyi olmayan dahi dünyaya hələ gəlməmişdir. (Kiçik Seneka)
  • Qaydaların fövqünə qalxmaq mümkün olmasaydı, dahilər və qəhrəmanlar yetişə bilməzdi. (Əbu Turxan)
  • Qütblər zirvədə birləşir. (Əbu Turxan)
  • Tarixdə iz qoymaq da hər adama müyəssər olmur, tarixə imza atmaq isə ancaq dahilərə nəsib olur. (Əbu Turxan)
  • Tək-tək insanların şablonları aşıb keçməsi üçün təbiət özü də ara-sıra istisnalar etməlidir. (Tur Xander)
  • Uca dağların yamacları da təpələrin zirvəsindən yüksəkdə durur. (Əbu Turxan)
  • Yüksək təpələrdə həm ilana, həm də quşa rast gələ bilərsiniz; biri sürünərək, o biri isə uçaraq yüksəlmişdir. (Cənab Şəhabəddin)
  • Zəmanə özündən müştəbeh olanda, dahilərə dözə bilmir. (Əbu Turxan)
  • Zirvə zahirdə yox, batindədir. (Əbu Turxan)
  • Zirvədən o yana ancaq eniş var. (Əbu Turxan)
  • Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. (Əbu Turxan)
  • Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. (Əbu Turxan)
  • Ziyalısız kütlə kordur. (Əbu Turxan)
Top